Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4783/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2919/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.R.Mustafayeva, iş № 2(006)-6715/2019) İddiaçı Cavabdeh ASC-yə qarşı əmək haqqı tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdehın Laçın filialında 2014-cü ilin mart ayından xidmət bölməsinin kassa üzrə mütəxəssisi vəzifəsində işləmiş və bankın xx xxxxxxxx 2019-cu il tarixli əmri ilə öz ərizəsinə əsasən xx xxxxxxxx 2019-cu il tarixdən işdən azad edilmişdir. 2019-cu ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğində ödənilməsini təmin edən artımların (əmsalların) m üəyyən edilməsini, işlədiyi Laçın şəhərinin 1.2 əmsalı olan yaşayış məntəqələrinin siyahısında qeyd edilməsini və 2014-cü ilin may, iyun və iyul ayları üçün ölkə prezidentinin xx xxxxxxxx 2006-cı il tarixli, 461 saylı Fərmanı əsas götürülərək artımların ödənilib sonra dayandırılmasını, əlavə işlədiyi saat və günlər üçün də ona əmək haqqının ödənilməməsini və s. əsas göstərməklə həmin artımların və əlavə işlədiyi saat və günlər üçün almadığı əmək haqqının qaytarılması vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək Laçın rayonundan məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşmasını və əmək haqq ına artımların ona münasibətdə tətbiq edilməsi üçün əsasların olması səbəbindən ona üç ay ərzində həmin artımların ödənilməsini, lakin ondan sonra heç bir səbəb olmadan dayandırılmasını, lakin işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən qanunvericilik aktlarının qüvvəsinin düzgün tətbiq edilməməklə ona həmin artımların ödənilməsindən imtina olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, İddiaçı “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyinin stimullaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2006 -cı il tarixli 461 saylı Fərmanının 1-ci bəndinə və artımların minimum məbləğinin müəyyən edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 137 saylı qərarının 5-ci bəndinə əsaslanaraq artımların ona ödənilməsini iddia edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında artımın tətbiqi nəzərdə tutulsa da, həmin qayda büdcədən maliyyələşən müəssisə və təşkilatlara şamil olunur. İddiaçının işlədiyi Cavabdeh büdcədən maliyyələşən təşkilat olmadığından apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsini əsaslı saymışdır. Kollegiya göst ərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4783/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4783/2020
14.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver