Məhkəmə qərarları › İş №2(102)-4784/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4784/2019

03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4784/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2(103)806/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim L.O.Talıbova, iş № 2(011)-6341/2018) İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Cavabdeh1 qarşı ipoteka müqaviləsinin etibarsız hesa b edilməsi və s. tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: 19 avqust 2013-cü il tarixdə bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 24 faiz olmaqla 101.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi Bakı şəhərində yerləşən və ona məxsus olan iki mənzil ipoteka ilə yüklü edilmiş və bankı n ipoteka hüquqları dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16 fevral 2017-ci il tarixli qətnaməsi ilə V.Ə.Əliyevdən bankın xeyrinə cəmi 118.427,62 manat tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən əsaslı hesab edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1lə 1996-cı ildən faktiki, 2005-ci ildən isə rəsmi nikahda olmaqla ipoteka predmeti olan mənzillərin onların ümumi birgə mülkiyyəti olmasını, lakin ərinin ondan xəbərsiz həmin mənzilləri ipoteka qoymasını əsas göstərməklə ipoteka müqavilələrinin etibarsız sayılması və mənzillərə dair bankın adına verilmiş dövlət reyestrindən çıxarışların ləğv edilməsinə dair qətnam ə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək ½ hissəsinə pay hüququna malik olduğu mənzillərin onun razılığı olmadan ipoteka ilə yüklü edilərək real bazar dəyərindən dəfələrlə ucuz qiymətə satılmasını, lakin işə baxan apellyasiya instansiyası məhkəməsinin işin həmin halına düzgün qiymət vermədən iddianı rədd etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etm işdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzillər iddiaçının Cavabdeh1lə birgə nikahda olduğu dövrdə əldə edilməklə onların ümumi birgə mülkiyyəti olmuş, lakin Cavabdeh1 tərəfindən ipoteka qoyularkən iddiaçının buna razılığı alınmamışdır. İpoteka müqavilələri 2008, 2013-cü illərdə bağlandığı halda, iddiaçı hazırkı tələblə mə hkəməyə 2018-ci ilin iyul ayında müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mənzillərin satılması ilə əlaqədar bildirişlər iddiaçının yaşadığı ü nvana 2014-cü ildə göndərildiyindən və mənzillərin qiymətləndirilməsi onlara baxış aparılmaqla həyata keçirildiyindən iddiaçı həmin vaxtdan ipoteka müqavilələrinin mövcudluğundan xəbərdar olmuş, lakin pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə qanunda müəyyən olunmuş müddətdə müraciət etməmişdir. Göstərilənlər iddia tələbinin rədd edilməsi üçün əsas verdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının hazırkı iş üzrə olan 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar