Məhkəmə qərarları › İş №2(102)-4785/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4785/2021

14.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4785/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi və Cavabdeh3 Zəkəriyə qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin və onun əsasında aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X16 oğlunun katibliyi, İddiaçı prosessual hüquqi varisi Nümayəndə Zəkəriyə oğlunun, vəkili Vəkil4, Cavabdeh3 Zəkəriyə qızının vəkili Vəkil3 iştirakları ilə, Şəki Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(107)466/2021 saylı qətnaməsindən Cavabdeh3 Zəkəriyə qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki rayonu Baş Göynük kəndində 0.36 ha torpaq sahəsində yerləşən 71 kv.m. fərdi sahəsi olan yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı, onun yerləşdiyi torpaq sahəsi isə İddiaçı, X2, X3, X6, X7 və X4 ümumi birgə mülkiyyət hüququ üzrə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı 06 oktyabr 2017-ci il tarixli, 676961 saylı etibarnamə ilə X1 bütün əmlakını idarə etmək, o cümlədən bağışlamaq, almaq, satmaq və s. kimi səlahiyyətlər vermişdir. Etibarnamə 06 oktyabr 2027-ci ilədək qüvvədədir.

3. İddiaçı mülkiyyətində olan, Şəki rayonu Baş Göynük kəndində 0.36 ha torpaq sahəsində yerləşən 71 kv.m. fərdi yaşayış evi 05 yanvar 2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən qızı Cavabdeh3 bağışlamışdır. Bağışlama müqaviləsini İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 imza etmişdir. Namiq Abdurahmanov hədiyyə alan Cavabdeh3 Zəkəriyə qızının əridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Şəki rayon 2 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3 Zəkəriyə qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 Zəkəriyə qızı arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 05 yanvar 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında Cav abdeh3 Zəkəriyə qızının adına verilmiş 30 may 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Sonradan cavabdeh Şəki rayon 2 saylı Dövlət Notariat Kontoru əsl cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi ilə əvəz edilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq verilmişdir. Eyni zamanda adına Şəki rayonu, Baş Göynük kəndində fərdi yaşayış evi mövcud olmuşdur. Həmin fərdi yaşayış evi tam, həyətyanı torpaq sahəsi ailə üzvləri ilə onun birgə mülkiyyətində olmuşdur. Qızı Cavabdeh3 və onun həyat yoldaşı X5 onun yaşlı olmağından istifadə edərək adına etibarnamə götürmüş, ona ömrümün sonuna kimi baxmaq adı ilə “Qarasov adlanan” ərazidə yerləşən pay torpağı satmaq adı ilə bir sıra sənədlərə qol çəkdirmişlər. Daha sonra eyni zamanda mülkiyyətində olan yaşayış evini də eyni adla qızı Cavabdeh3 Zəkəriyə qızına bağışlanmasını təmin etmişlər. Onlar onun ahıl və huşsuzluğundan istifadə etmişlər. Bağışlama müqaviləsi bağlandıqdan bir müddət sonra qızı Cavabdeh3 Zəkəriyə qızı evin qapısını bağlayıb Bakı şəhərinə getmiş, onu da bayıra atmışdır. Hətta pensiya kartını da özlərində saxlayıb bu günə kimi mənimsəmişlər. Bu yaxınlarda kartını bankda bağlatdırmışdır. Hətta onu qocalar evinə yerləşdirməklə hədələmişlər. Bu gün də cavabdeh ona baxmır və maraqlanmır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnаməsi ilə (hakim Pərviz Hacıyev) iddia t ələbi təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bağışlama müqaviləsini iddiaçının adından onun etibarnamə verdiyi Cavabdeh3 Zəkəriyə qızının əri X5 imzalasa da, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Odur ki, müqavilənin etibarlılığını şübhə altına alacaq heç bir əsas mövcud deyildir.

9. Məhkəmə qeyd olunan bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə əməl olunmaqla rəsmiləşdirilməsi məsələsi ilə əlaqədar qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş 05 yanvar 2018-ci il tarix li, 4Ə-7 reyestr nömrəli bağışlama müqaviləsinə dair notariat işindən görünür ki, qeyd olunan mübahisəli mənzilə dair bağışlama müqaviləsi qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmiş, bu zaman əmlakı bağışlayan şəxs - yəni İddiaçı birgə nikahda olduğu arvadının razılığı alınmışdır. Bundan əlavə məhkəmə iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı Şəki ŞRPŞ-də də verdiyi izahatında əmlakını öz iradəsi əsasında qızına bağışladığını bildirmişdir.

10. Məhkəmə hesab etmişdir ki, 05 yanvar 2018-ci il tarixli, 4Ə-7 reyestr nömrəli bağışlama müqaviləsi etibarlı hesab edildiyindən, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsaslı olm adığından həmin müqavilə əsasında Cavabdeh3 Zəkəriyə qızına verilmiş 30 may 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi də özü-özlüyündə əsaslı deyildir.

11. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140,144,146, 324, 354,404,337,157,666,673-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(107)466/2021 saylı qətnaməsi ilə (hakimlər E.Ş.Hüsey nov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və G.Q.Abbasov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki Rаyon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(075)-1351/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı və X9 ilə Cavabdeh3 Zəkəriyə qızı arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 05 yanvar 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh3 Zəkəriyə qızının adına verilmiş 30 may 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ev cavabdehə bağışlandıqdan sonra cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, onunla maraqlanmamış, milli mentalite tdən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq, iddiaçını kimsəsiz və köməksiz qoyaraq evdən getmişdir. Halbuki, iddiaçı ilə cavabdeh bir-birini saxlamaq vəzifəsi daşıyan şəxslər kateqoriyasına daxildirlər. Cavabdeh isə iddiaçıya münasibətdə ailə hüquq münasibətlərdən irəli gələn digər öhdəliklərə əməl etməmiş və nəticədə ailə hüquq münasibətlərdən irəli gələn vəzifələri kobudcasına pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İİ hissəsinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi bağışlama müqaviləsinn ləğv edilməsi hissəsində əsaslıdır.

15. Apellyasiya instansiya sı məhkəməsi həmçinin, iddianın mübahisəli yaşayış evinə dair cavabdehin adına verilmiş 31.05.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğvinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, iş üzrə bağışlama müqaviləsindən törəndiyindən, iş üzrə bağışlama müqaviləsi ləğv edildiyindən iddia tələbi qeyd edilən hissədə də əsaslıdır. Ona görə də sözü gedən yaşayış evinə cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı ləğv edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh3 Zəkəriyə qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və birinci instansiya məhkəməsinin qüvvədə saxl anılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunverici bağışlayana, hədiyyə verənə imtinanın əsasının məlum olduğu gündən bir il ərzində hədiyyə alana imtina barədə bildiriş verməsi şərtini müəyyən etmişdir. Aralarında bağlanmış bağışlama müqaviləsinin 5-ci bəndində notarius Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmununu, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələri tərəflərə izah etmişdir. Həmçinin həmin müqavilədən də görünür ki, əmlak cavabdehə bağışlanan zaman heç bir şərt və öhdəlik müəyyən edilməmişdir. Həmçinin məhkəmə anlaşılmaz şəkildə mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsini tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüq uq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında Cavabdeh3 Zəkəriyə qızının vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

20. Məhkəmə iclasında İddiaçı prosessual hüquqi varisi Nümayəndə Zəkəriyə oğlu və vəkili Vəkil4 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclas ına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə

666. Bağışlama müqavi ləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə

668. Bağışlama forması. Bağışlama vədi 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Maddə

674. Bağışlamanın ləğvi və hədiyyə verənin öhdəliklərinin xitamı 674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının prosessual hüquqi varisinin, onun vəkilinin və cavabdehin vəkilinin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti qi smən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işə kassasiya şikayəti verildikdən sonra iddiaçı vəfat etdiyinə görə onun hüquq varisləri işə cəlb edilmişdir.

29. Kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bağışlama müqaviləsinin formasına dair müddəaları müəyyən edən 668.1.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Göründüyü kimi, qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qayda da müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir.

30. Azərbaycan Respublikası Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

31. İş materiallarında olan bağışlama müqaviləsinin məzmunundan görünür ki, həmin müqavilə cavabdeh tərəfindən hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Hüquq və vəzifələrin əmələ gəlməsi hər hansı halların olması ilə şərtləndirilməmişdir. Konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər-hansı məhdudiyyətin olması müəyyən edilməmişdir.

32. Bağışlama müqaviləsinin ləğv olunması şərtləri Mülki Məcəllənin 674-cü maddəsində qeyd olunmuş və orada göstərilən əsaslar barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qanunvericiliyin tələbinə əsasən yalnız həmin əsaslara görə müqavilənin ləğv olunması mümkündür.

33. Apelyasiya instansiyası məhkəməsi işin hallarına bağışlamaqdan imtinanın əsaslarını müəyyən edən Mülki Məcəllənin 673-cü maddəsinin müddəaları əsasında qiymət vermiş və göstərmişdir ki, iddia tələbinin təmin olunması üçün 673.1.2-ci maddəsinin dispozisiya şərtləri mövcuddur. Ev cavabdehə bağışlandıqdan sonra cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, onunla maraqlanmamış, milli mentalitetdən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq, iddiaçını kimsəsiz və köməksiz qoyaraq evdən getmişdir. Halbuki, iddiaçı ilə cavabdeh biri-birini saxlamaq vəzifəsi d aşıyan şəxslər kateqoriyasına daxildirlər. Cavabdeh isə iddiaçıya münasibətdə ailə hüquq münasibətlərdən irəli gələn digər öhdəliklərə əməl etməmiş və nəticədə ailə hüquq münasibətlərdən irəli gələn vəzifələri kobudcasına pozmuşdur.

34. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə bağlı ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 673-cü maddəsi bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin Mülki Məcəllənin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir.

35. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumların ın biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

36. İşə baxmış məhkəmə kollegiyasının tətbiq etdiyi Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiya şərtləri aşağıdakılardan ibarətdir:

1. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verənin qarşısında vəzifələrə malik olsun:

2. Hədiyyə alan həmin vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuş olsun;

3. Hədiyyə verən həmin vəzifələri hədiyyə verənin yaxın qohumlarının biri barəsində kobudcasına pozmuş olsun.

37. Göründüyü kimi hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verənin qarşısında vəzifələri hər hansı qaydada pozması deyil, yalnız kobud şəkildə pozması bağışlamaqdan imtina üçün əsas ola bilər. İşə baxmış məhkəmə də cavabdehin iddiaçıya qarşı əməlini kobud pozuntu kimi qəbul etmişdir. Lakin “ev cavabdehə bağışlandıqdan sonra cavabdehin iddiaçıya qarşı münasibətinin dəyişməsi” və cavabdehin vəzifələrinin kobud surətdə pozması barədə əsaslandırma işin hallarına tam uyğun deyil. Çünki iş materiallarından göründüyü kimi ev cavabdehə 2008-ci ildə bağışlanmış, hazırki iddia ərizəsi 2020-ci ilin sentyabr ayında verilmişdir. Bu dövrdə cavabdehin iddiaçıya baxmaması, ailə hüquq münasibətlərindən yaranan vəzifələri icra etməməsi barədə iddiaçının hər hansı müraciəti və dəlili olmamışdır. Əksinə, iddiaçının 2020-ci ilin iyul ayında Şəki Şəhər-Rayon şöbəsinə verdiyi izahatdan görünür ki, iddiaçı evi cavabdehə öz iradəsinə uyğun verdiyini, arvadının 02.07.2020-ci ildə vəfat etdiyini, hazırda ona qızları Zöhrə və İradənin baxdığını bildirmişdir. Bu hal ona dəlalət edir ki, bu izahat yazılanadək iddiaçının cavabdehə qarşı ona qayğı və qulluq göstərilməsi ilə bağlı iradı olmamışdır. Ehtimal etmək olar ki, iddiaçının cavabdehə qarşı iddialarının əsasları bu izahat yazıldıqdan sonrakı iki ay müddətində yaranmışdır. Yəni “bağışlamadan sonra” ifadəsi, cavabdehin hədiyyəni mülkiyyətinə keçirməyə nail olandan dərhal sonra vəzifələrindən imtina kimi başa düşülməməlidir. Tərəflər arasında uzun müddət narazılıq olmamışdır. Bu halda işin halları araşdırılmalı, cavabdehin bu müddətdə iddiaçıya qarşı ailə hüquq münasibətlərindən gələn öhdəliklərinin icra edilməməsinin səbəbləri dəqiqləşdirilməlidir.

38. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına istinad etməklə iddiaçının arvadının ö lümündən sonra cavabdehin ona baxmadığını, evin qapısını bağlayıb getdiyini və onu evdən çıxartdığını bildirir. Lakin iddiaçı bu faktı təsdiq edən etibarlı sübutu təqdim etmir. Cavabdeh isə bu vəziyyətlə və onun səbəbləri ilə bağlı tamamilə fərqli izahat verir. Yəni məhkəmə yalnız iddiaçının izahatına əsaslanmaqla onun göstərdiyi faktı müəyyən olunmuş hal kimi qəbul edir. Lakin bu faktın müəyyən olunması zamanı təkcə iddiaçı tərəfin izahatları deyil, həm də cavabdehin izahatı nəzərə alınmalı, hər iki izahatda göstərilən məlumatlar işin digər halları ilə müqayisəli təhlil edilməklə nəticəyə gəlinməlidir.

39. Çünki iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onl ara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər.

40. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır.

41. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

42. Məhkəmə kollegiyası işə yenidən baxan məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, iddiaçı vəfat etdiyinə görə onun prosessual hüquq varisləri kimi X2 və Nümayəndə Zəkəriyə oğlunun iştirakı ilə məhkəmə prosesinin davam etdirmişdir. İşə yenidən baxılarkən iddiaçının digər vərəsələrinin də işdə marağı müəyyən edilməklə onların prosesə cəlb olunması məsələsi müzakirə edilməlidir.

43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh3 Zəkəriyə qızının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(107)-466/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar