Məhkəmə qərarları › İş №2(102)-4789/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4789/2022

25.10.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4789/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv olunması və müqavilə üzrə ödənilmiş pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv olunması və müqavilə üzrə ödənilmiş pulun qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1300/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmə nin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İcraçı X3 ilə payçı İddiaçı arasında bağlanmış 1 №li, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən X3 dəyəri 275000 ABŞ dolları həcmində müəyyən edilmiş Sumqayıt şəhəri, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli evinin 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi olan 110 kv.m olan mənzillərdən ( bundan sonra – mübahisəli mənzil) birini pay kimi verməyi, iddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə icraçıya ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı xx.xx.2006-cı il tarixli müqavilə üzrə 7.000 ABŞ dolları məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. 3.. İki tərəfdən biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin və zərərin ödənilməsini tələb etmək hüquqi vardır. Müqavilənin 6.7 maddəsinə əsasən “İcraçı” müflisləşərsə, “Payçı” tərəfindən ödənilmiş məbləğ cavabdeh tərəfindən qaytarılacağı qeyd edilmişdir.

4. Hüseynov Şakir vəfat etmişdir, cavabdeh onun hüquqi varisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2006-cı il tarixli payçı müqaviləsinin ləğv olunması, müqavilə üzrə ödədiyi 7000 ABŞ dollarının cavabdehin qanuni vərəsəsi olan Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, öhdəsinə düşən 7000 ABŞ dolları məbləğində pulu aralarında bağlanmış saziş əsasında müəyyənləşdirilmiş zamanda vaxtıvaxtında cavabdehə ödəmişdir. Sonradan tikinti işlərinin yubandığını görüb ödəmələri dayandırmışdır. Payçı müqaviləsinin 1.5 bəndində tikintinin 2 il müddətinə təhvil verilməsi qeyd edilsə də, binanın tikilişi 3-cü mərtəbəsinə kimi tikilmişdir. İddiaçının müqavilə bağlayarkən bir övladı var idi və anasıgil ilə yaşamaq mümkün idi. İddiaçının 2010-cü il tarixdə ikinci övladının doğulması ilə bir yerdə yaşamaq mümkün olmamış, evin hazır olmadığına görə o, məcbur kirayə çıxmışdır. Belə ki, iddiaçı artıq 2010 -cu il tarixdən ayda 200 manat məbləğində kirayə qalmışdır. Bir müddət sonra H.Şakirin vəfat etdiyini, oğlu Cavabdeh onun qanuni vərəsəsi olduğunu bilmişdir. O, atasının yarım qalan bir neçə tikinti işlərini davam etdirirdi. Hazırda cavabdeh bina tikintisi ilə məşğuldur. Dəfələrlə cavabdehə yeni evlə təmin edilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır.

7. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

8. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(005)2218/2021 nömrəli qiyabi qətnaməsi (hakim- Aytən Novruzova) ilə iddia təmin edilmişdir.

9. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

10. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(005)2218/2021 nömrəli qərardadı (hakim Aytən Novruzova) ilə hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(005)-2218/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.

11. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 xx.xx.2021-ci il tarixində yazılı etiraz təqdim edərək, iddiaçının xx.xx.2006-cı il tarixli payçı müqaviləsi üzrə ümumilikdə 7000 ABŞ dolları pul ödədiyini, lakin bu pul məbləğini Cavabdeh atası Şakir Hüseynova ödəmədiyini deyir. Bundan başqa xx.xx.2006-cı il tarixli payçı müqaviləsi müqavilənin ödəniş cədvəlindən aydın şəkildə görünür ki, 7000 ABŞ dolları ödənişini qəbul edən başqa şəxslərdir və başqa imzalar çəkilmişdir. xx.xx.2006-cı il tarixli pay müqavilə müdaxilə olunaraq saxtalaşdırılmışdır. Göründüyü kimi hazırki üzrə Cavabdeh vərəsəsi olduğu Şakir Hüseynova 7000 ABŞ dolları pul ödəməsi barədə iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2218/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə aparılmış qeydl ərdən görünür ki, iddiaçı ilə cavabdeh X3 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə xx.xx.2006-cı il tarixli müqavilə üzrə 7.000 ABŞ dolları məbləğində ödəniş etmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 422ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdı lar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur (maddə 421.1). Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4-cü maddələr).

15. İşin hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar, mübahisəli mənzilin 2008-ci ildən təhvil verilməməsi müqavilənin ləğvinə əsas ola biləcək hal kimi qiymətləndirilə bilər. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilə məhz elə bu əsasla ləğv edilməlidir. Digər tərəfdən, müqavilənin ləğvi ilə bağlı qanundan və müqavilədən irəli gələn hüquqlarının təmin edildiyinin mümkün olduğu halda, qarşı tərəfin bu hüquqlardan istifadəsindən məhrum edilməsi özü-özlüyündə mütənasiblik prinsipinin pozulmasıdır

16. Məhkəmə X3 ilə İddiaçı arasında bağlanmış 1 №-li, xx.xx.2006-cı il tarixli payçı müqaviləsinin ləğvindən sonra cavabdeh tərəfin atası X2 ödənilmiş pulu geri qaytarmaq vəzifəsindən azad olunması ilə bağlı cavabdeh tərəfin bildirdikləri ilə razılaşmır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 421.1, 422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4, 424.3, 1091, 1092.1-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xa hiş etmişdir.

19. Apellyasiya şikayətini belə əsalandırmışdır ki, iddiaçının müqavilənin ləğvi ilə bağlı pretenziya qaydasına əməl etmədiyi, müqavilə ləğv edilərkən müqavilə üzrə ödənilən pulun geri qaytarılmasının qanunvericilikdə nəzərdə tutulmadığı, iddiaçının istinad etdiyi müqavilənin ödəniş qrafasında ödənildiyi göstərilən 7000 ABŞ dollarının Şakir Hüseynova verilmədiyi, həmin sənəddəki imzaların Şakir Hüseynova aid olmadığını bildirmişdir.

20. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi xx.xx.2006-cı il tarixli müqavilədə “ödəməni qəbul edənin imzası” qrafasındakı imzaların X1 qardaşı tərəfindən icra edildiyini və pulların ona verildiyini, lakin pulların Şakirə çatdırıldığını, məhz Cavabdeh Şakirin vərəsəsi olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1300/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov– sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 12 noyabr 2021-ci il tarixli “Cavabdeh qanuni vərəsəsi olan Cavabdeh 7000 ABŞ dolları məbləğində pulun və iddiaya görə ödədiyi 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi” hissəsində ləğv olunmuş, iddia qalan hissədə təmin edilməmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının “müqavilənin ləğv olunması” tələbinə münasibətdə irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur.

23. İddiaçının pretenziya qaydasına əməl etmədiyi, yəni müqavilənin ləğvinə dair bildiriş vermədiyi barədə apellyatorun irəli sürdüyü dəlilə münasibətdə kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 423.2-ci maddəsinin mənasına görə həmin qaydadan müqavilənin ləğvinin məhkəmədən kənar şəkildə mümkünlüyü ehtimalı olduqda istifadə olunmalıdır; hazırkı işin hallarından isə aydın olur ki, belə ehtimal mövcud olmamış, həmçinin artıq müvafiq qaydaya riayət etmək imkanı da itirilmişdir. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin “Cavabdeh qanuni vərəsəsi olan Cavabdeh 7000 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı verilməsi” qənaəti ilə razılaşmır. Belə ki, cavabdeh müqavilə üzrə ödədiyi pul vəsaitlərini (ödənişləri) Şakir Hüseynova verdiyini irəli sürsə də, apel lyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə ödəmələri qəbul edən şəxsin Şakir Hüseynov olmadığı müəyyənləşdirilmiş, iddiaçı özü də bu faktı etiraf etmişdir. Buna görə də kollegiyanın qənaətinə görə, nə qədər ki, iddiaçı qeyd olunan müqavilənin icrası qaydasında pul vəsaitlərini alan şəxsin Şakir Hüseynovun tapşırığı əsasında hərəkət etdiyi sübuta yetirilməmişdir, İddiaçı həmin şəxsə verdiyi pul vəsaitlərini əsassız varlanma müddəalarına istinadən məhz ondan tələb edə bilər.

24. Kollegiya həmçinin bildirmişdir ki, iddiaçı Şakir Hüseynovun vərəsələrinə qarşı – vərəsələrin məsuliyyətinin həddi nəzərə alınmaqla - ona dəymiş zərərin ödənilməsi barədə iddia qaldırmaq hüququna sahibdir; belə ki, Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğ vinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 421.1, 421.2, 422, 423.2, 424.5-ci və Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385.1.2, 385.1.3, 384.0.2-ci maddələrinə, istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək qətnamənin iş üzrə iddia tələbinin təmin olunmayan hissəsində ləğv edərək, iş üzrə iddia tələbinin həmin hissədə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. İddiaçı kassasiya şikayətini belə əsaslandırmışdır ki, Şakir Hüseynovun qardaşı iş də sadəcə vasitəçi olmuşdur, bu da cavabdehin göstərişi və tələbi ilə baş vermişdir, məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmamışdır, məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq etməklə qəbul edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

30. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən bi rinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

31. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

32. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının iddianın təmin olunmayan hissəsində ləğvi xahiş edildiyinə görə məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvaf iq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1300/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar