Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4795/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilmiş hasarın sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1400/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxara q, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Daşınmaz əmlakın texniki qiymətləndirilməsi barədə 26 sentyabr 2014-cü il tarixli sənədin surətindən görünür ki, Qobustan rayon Təklə kəndində İddiaçı adına fərdi yaşayış evi tikmək üçün 0,12 ha torpaq sahəsi vardır. Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 23 iyun 2020-ci il tarixli 239 saylı arayışdan görünür ki, X2 adına verilmiş JN-261A nömrəli torpağın mülkiyyətə verilməsinə dair həyətyanı şəhadətnamədə onun adı səhvən X3 yazılmışdır. Qobustan rayonunun Təklə kəndində X4 adlı vətəndaş yoxdur. Həmin şəhadətnamə İddiaçı məxsusdur. Torpağın mülkiyyətə verilməsinə dair JN 261A KOD 30709018 saylı şəhadətnamənin surətindən görünür ki, X2 adına Qobustan rayon Aqrar İslahat Komissiy asının 15 aprel 2004-cü il tarixli 03 saylı qərarı ilə Qobustan rayonunun Təklə kəndindən 0,12 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 16 iyun 2020-ci il tarixli 220 saylı arayışdan görünür ki, İddiaçı adına kəndin 02 nömrəli təsərrüfat başına kitabının 151 saylı təsərrüfatında ona məxsus 0,12 ha həyətyanı torpaq sahəsi və yaşayış evi vardır. Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 16 iyun 2020-ci il tarixli 221 saylı məktubundan görünür ki, kənd sakini İddiaçı 12 may 2020-ci il tarixdə nümayəndəliyə ünvanlandığı Cavabdeh tərəfindən tutulmuş yolun açılmasına dair ərizəsinə əsasən ərizəyə baxış keçirilmiş, İddiaçı uzun müddət kənddə yaşamadığından onun evinə gedən çınqıl yolu Cavabdeh tərəfindən setka hasara alınmışdır. Cavabdeh setka hasara aldığı yolun açılması təklif olunmuş, lakin Cavabdeh yolu açmayacağını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2020-ci il tarixli 10/2670 saylı ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı ilə əlaqədar mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 27 noyabr 2020-ci il tarixli **********21 saylı mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Təklə kəndi ərazisində, həmin mübahisəli yol sahəsinin Cavabdeh tərəfindən tor məftil ilə hasara alınmış torpaq sahəsinin Təklə bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir.Qərardadın 2-ci sualı ilə əlaqədar mütəxəssis rəyinə əsasən, həmin hasara alınmış torpaq sahəsinin Cavabdeh məxsus deyil, Təklə bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir. -Qərardadın 2-ci sual üzrə mütəxəssis rəyinə əsasən, həmin hasara alınmış torpaq sahəsinin Cavabdeh məxsus deyil, Təklə bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir. – Qərardadın 3-cü sualı üzrə mütəxəssis rəyinə əsasən aparılmış tədqiqat nəticəsində, naturaya uyğun hazırlanmış və təqdim edilmiş sxemə əsasən mübahisəli yol sahəsinin İddiaçı ayrılan torpaq sahəsinə gedən yol sahəsi olduğu müəyyən edilmişdir (sxem əlavə edilib). – Qərardadın 4-cü sualı üzrə mütəxəssis rəyinə əsasən, Təklə kəndinin hazırlanmış həyətyanı layihəsi ilə naturada mövcud həyətyanı sahələr uyğun gəlmədiyindən, kənd arası yolları əks etdirən başqa texniki sənəd a şkar edilmədiyindən, İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə digər sahədən yol olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı onun həyətinə gedən gediş-gəliş yolunu özbaşına tutaraq üzərində qanunsuz tikdirdiyi məftil-tor hasarın öz hesabına sökülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildə yaşadığı Qobustan rayonun Təklə kəndində fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi almış və həmin sahədə 2005-ci ildə ev tikdirmişdir. 2011-ci ilə kimi ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Həmin vaxtı Cavabdeh onun evinin yanında olan boş torpaq sahəsini alıb orada ev tikdirdiyi vaxtı onun həy ətinə gedən yol düz və hamar olduğundan evin bir hissəsinin tikintisini oraya salmaq istəyir və həmin yolun əvəzində ona həyətyanı torpaq sahəsindən yer verəcəyini ona dediyinə görə Caməmmədlə razılaşmış, fikirləşmişdir ki, onlar ömürlük qonşudur və bir-birlərinin xeyri-şəri birdir. Caməmmədin ayırdığı yola 15 kamaz maşını ilə daş-şeben tökərək evinə qədər yolu düzəltdirmişdir ki, palçıq toz olmasın. Lakin 2011-ci ildə işi ilə əlaqədar ailəsini də götürüb Bakı şəhərinə getmiş bir müddət qaldıqdan sonra kəndə gələrkən Caməmmədin həmin yolu məftil-torla hasara aldığını görüb ondan yolu niyə bağladığını soruşmuş və ona tor hasarı sökməsini bildirmişdir. Caməmməd isə ona iri və xırda buynuzlu heyvanların həyətinə girdiyini və onun evdə yaşamadığı üçün yolu hasara aldığını bildirərək ona “nə va xt kəndə qayıtsan məftil-tor hasarı sökəcəyəm” demişdir. 2020-ci ilin may ayında pandemiya ilə əlaqədar iş olmadığından ailəsi ilə birlikdə yaşamaq üçün kəndə evinə gəlmişdir. Caməmmədə onun evinə gedən yolun üstündə çəkdiyi məftil-tor hasarı sökməsini bildirmişdir. Lakin Caməmməd ona yaxın müddətdə hasarı sökəcəyinə söz versə də bu günə kimi tor hasarı sökməmişdir. Ev tikdirdiyi torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair JN261 (KOD ********) saylı şəhadətnamə və Daşınmaz əmlakın texniki qiymətləndirilməsi barədə sənəd də almışdır. Onun evinə həmin yoldan başqa gediş-gəliş yolu olmadığını və Caməmməd el yolunun üzərində ev tikmiş və onu aldadaraq evinə gələn yolu da zəbt etmişdir. Caməmmədin bu əməlindən Qobustan rayon İHB-nın Təklə kəndi üzrə icra nümayəndəliyinə və kənd bə lədiyyəsinə müraciət etmiş, onlar Cavabdeh yolu açması barədə dəfələrlə rəsmi və şifahi xəbərdarlıq etmişlər. Lakin Caməmməd yolu könüllü açmaq istəmir. Buna görə də yolun açılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh Qobustan rayonunun Təklə kəndində olan həyətinə gedən özbaşına tutduğu gediş-gəliş yolunun cavabdehin hesabına sökülməsi və yolun açılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Qobustan Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Quliyev, iş № 2(026)-6/2021) iddia təmin edilərək, Cavabdeh Qobustan rayonunun Təklə kəndi ərazisində yerləşən İddiaçı həyətinə gedən gediş-gəliş yolunu özbaşına tutaraq üzərində qanunsuz tikdirdiyi məftil-tor hasar cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülməsi, Cavabdeh 100 manat ekspertiza xər ci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qobustan rayonu Aqrar İslahat Komissiyasının 15 aprel 2004-cü il tarixli 03 saylı qərarı ilə Qobustan rayonunun Təklə kənd sakini İddiaçı adına fərdi yaşayış evi tikmək üçün kənd ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış, lakin torpağın mülkiyyətə verilməsinə dair JN 261 saylı KOD 30709018 saylı şəhadətnamədə İddiaçı adı səhvən X1 yazılmışdır. İddiaçı həyətinə gedən gediş-gəliş yolu qonşusu Cavabdeh tərəfindən dəmir-torla hasara alınmış və İddiaçı həyətinə gedən yol qanunsuz olaraq bağlanmışdır. Təklə kənd icra nümayəndəliyi tərəfindən Cavabdeh qanunsuz bağladığı yolun açılmasını bildirsə də, o həmin yolu açmayac ağını bildirmişdir. Bundan əlavə Cavabdeh evi və torpaq sahəsinin sənədləri tələb olunsa da, o məhkəməyə bu barədə heç bir sənəd təqdim etmədi. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev, iş № 2(105)-1400/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Qobustan Rayon Məhkəməsinin iş üzrə 28 yanvar 2021-ci il tarixli 2(026)-6/2021 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən həyətinə gedən yol Təklə bələdiyyəsinin mülkiyyətindədir və onun hazı rki tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1400/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilm ələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşd ırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məhəlləsinin: 5.3.-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalard a sui-istifadə edilməsinə yol verilmir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3-cü maddəsinə əsasən, əg ər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. 238.1.-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 560.1.-ci maddəsinə əsasən mülki hüqu qlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlar la yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmü r. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətb iqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 16-cı bəndində göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi apellyasiya instansiyası məhkəməsi nəticələrini onunla əsaslandırmışlar ki, mübahisəli torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və iddiaçı baxılan iş üzrə tələb irəli sürülməsi üçün subyektiv hüquqa malik deyil. Birinci instansiya məhkəməsi isə qeyd etmişdir ki, «… İddiaçı həyətinə gedən gedişgəliş yolu qonşusu Cavabdeh tərəfindən dəmir-torla hasara alınmış və İddiaçı həyətinə gedən yol qanunsuz olaraq bağlanmışdır..» Birinci instansiya məhkəməsi bu nəticəsinin həmin icraat zamanı keçirilmiş ekspertizanın nəticəsində verilmiş rəylə əsaslandırmışdır. Həmin rəylə müəyyən olunur ki, «… həmin hasara alınmış torpaq sahəsinin Cavabdeh məxsus deyil, Təklə bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir. Mübahis əli yol sahəsinin İddiaçı ayrılan torpaq sahəsinə gedən yol sahəsi olduğu müəyyən edilmişdir (sxem əlavə edilib). Təklə kəndinin hazirlanmış həyətyanı layihəsi ilə naturada mövcud həyətyanı sahələr uyğun gəlmədiyindən, kənd arası yolları əks etdirən başqa texniki sənəd aşkar edilmədiyindən, İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə digər sahədən yol olubolmamasını müəyyən etmək mümkün olmamışdır». Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən tutularaq hasarlanmış torpaq sahəsi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə gedən yoldur. İşin araşdırılmış halları baxımından isə iddiaçının digər hər hansı yoldan istifadə etməsi müəyyən edilməmiş qalmışdır. Belə olan halda iddiaçının y eganə istifadə etdiyi yolun zəbtdən azad edilməsini tələb etmək imkanın olması yolverilən hesab edilən tələb olaraq qiymətləndirilə bilər. Apellyasiya instansiya məhkəməsi isə iddianın rədd edilməsi əsası kimi mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını qeyd etmiş və iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmamasını qeyd etmişdir. İddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmaması nəticəsinə gələrkən iddiaçının torpaq sahəsinə getmək üçün digər yolun olub-olmaması, torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmaması qeyd edilməsinə baxmayaraq həmin bələdiyyənin işə cəlb olunaraq mübahisəyə münasibətini öyrənməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadal anan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütü n tədbirləri görməli, mübahisəyə istinad olunan maddələrinin tələblərinin tətbiqinin mümkünlüyünə hüquqi qiymət verilməklə mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1400/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəy
Məhkəmə qərarları › İş №2(102)-4795/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4795/2021
09.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver