Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-480/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ddiaçı: İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-480/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili X1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1335/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, onunla cavabdeh Nərgiz Alıyeva arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə üzrə cavabdeh Nərgiz Alıyevaya ödədiyi 18.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim H.S.Mirzəliyev) iddia qismən təmin edilərək, İddiaçı ilə Nərgiz Alıyeva arasında notarial qaydada bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab e dilməsi, həmin müqavilənin bütün hüquqi nəticələrinin ləğv edilməsi və alqı-satqı müqaviləsi üzrə ödənilmiş 11.000 manat pulun Nərgiz Alıyevadan alınıb İddiaçı verilməsi, qətnamənin eyni vaxtda icra edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı əqd bağlanması məqsədilə aldadılıb. Belə ki, Nərgiz Alıyeva alqı-satqı müqaviləsində göstərilən mübahisəli torpaq sahəsini İddiaçı təhvil verməyib və sonuncu həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək istəsə də, torpaq sahəsinin Mingəçevir şəhər İcra Hakimiyyətinin balansında olduğu müəyyən edilib. Alqı-satqı müqaviləsi bağlanarkən X4 Bayramovaya ünvan 1 “b” saylı ünvanda yerləşən torpaq sahəsini göstərib və o, da həmin torpaq sahəsini almaq üçün Nərgiz A lıyevaya 11.000 manat pul ödəyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 339.2, 339.3, 354.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin pul tələbinə dair iddiasının təmin olunmayan hissəsində dəyişdirilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh Nərgiz Alıyeva apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) c avabdeh Nərgiz Alıyevanın apelyasiya şikayəti təmin edilərək, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı ilə Nərgiz Alıyeva arasında notarial qaydada bağlanılmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv edilməsi, həmin müqavilə əsasında ödənilmiş 11.000 manat pulun cavabdeh Nərgiz Alıyevadan tutulub İddiaçı ödənilməsi, qətnamənin eyni vaxtda icra olunması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın rədd olunması və qalan hissədə qətnamənin İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən iddianın təmin ol unan hissəsində ləğv edib, həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə, maddi və prosessual hüquq normalarının tələblərini pozmasına, iddianı digər hissədə rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.5, 646.1, 648.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxı lması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Ruhiyyə Kərimli kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, cavabdeh Nərgiz Alıyeva və üçüncü şəxs Mingəçevir regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu Hidayət Rzayev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə ic lasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinin tələbinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.4-cü maddəsinin tələbinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızl ığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkə məsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsi xahiş edildiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən m addi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın tam təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxx 2017-ci il tarixli Çıxarışa əsasən, Mingəçevir şəhərində yerləşən ümumi sahəsi 495 kv.metr olan torpaq sahəsi Nərgiz Alıyevanın mülkiyyətində olub, sonuncu notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini 11.000 manata İddiaçı satıb. xx xxxxxxxx 2018-ci il tarixli Çıxarışa əsasən, Mingəçevir şəhərində yerləşən 0,0495 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Daha sonra işdə n görünür ki, mübahisəli torpaq sahəsi yaşayış məntəqəsinin torpaq sahəsinə aiddir. Eyni zamanda JN-3529 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx xxxx 2004-cü il tarixli, 293 saylı Qərarı ilə Fehruz Hüseynova fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsi ayrılıb. Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən həmin torpaq sahəsi Arif Abbasov, Elmira İsmayılova, Seyfəddin Məmmədova məxsus olan torpaq sahələri, eləcə də gediş-gəliş yolu ilə həmsərhəddir. xx xxxx 2016-cı il tarixli Çıxarışa əsasən, Mingəçevir şəhərində yerləşən 0,0495 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Fehruz Hüseynovun adına qeydə alınıb. xx xxxx 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-s atqı müqaviləsinə əsasən Fehruz Hüseynov nümayəndəsi Sevda Məmmədova vasitəsi ilə 4.700 manata Nərgiz Alıyevaya satıb. Eyni zamanda işdən görünür ki, ünvan 2 “B” saylı ünvanda yerləşən Nərgiz Alıyevaya məxsus olan sözügedən torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin tikinti layihəsi “xxxx” MMC tərəfindən təsdiq edilib. Hazırda iddiaçı mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi notariatda bağlanarkən cavabdeh tərəfindən aldadıldığını iddia edir. Cavabdeh isə torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin Mülki Məcəllənin tələblərinə uyğun olaraq bağlandığını göstərib iddiaya etiraz edir. Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəy inin aşkar olduğu hallarda həyata keçirilir. Maddənin mənasına görə, aldatma dedikdə şəxsin əsl həqiqəti gizlətməsi, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etməsi anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur və bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Buna görə də belə əqdləri aldadılmış tərəf mübahisələndirə bilər. Müqavilənin etibarsızlığı dedikdə onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda müqavilə müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, müqavilədə tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir və müqavilənin e tibarlılığı üçün: müqavilənin subyektiv tərkibinin qanunilyi; müqavilənin məzmununun qanunilyi; müqavilə üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; həmçinin müqavilənin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Müqavilənin subyektiv tərkibinin qanunilyi müqavilənin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Müqavilənin məzmunu dedikdə müqavilədə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Hər bir halda müqavilədə iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, müqavilə mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxslərin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayə ndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində birinci instansiya məhkəməsinin gəldiy nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanması məqsədilə Nərgiz Alıyeva tərəfindən aldadılması mülki iş materialları ilə istisna olunur. Belə ki, işdən görünür ki, mübahisəli torpaq sahəsi əvvəl Fehruz Hüseynovun mülkiyyətində olub. Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, həmin torpaq sahəsi Arif Abbasov, Elmira İsmayılova, Seyfəddin Məmmədova məxsus olan torpaq sahələri, eləcə də gediş-gəliş yolu ilə həmsərhəddə yerləşir və sonradan həmin torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Fehruz Hüseynov tərəfindən Nərgiz Alıyevaya satılıb. Mülki qanunverciliyə görə, alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Apelyasiya instansiyası məhkəməsi İddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, sözügedən alqı-satqı müqaviləsinə əsasən, Nərgiz Alıyevanın müqavilədə göstərilən mübahisəli torpaq sahəsini İddiaçı mülkiyyətinə verməsi, sonuncunun isə həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş 11.000 manat pul məbləğini Nərgiz Alıyevaya ödəməsi mülki iş materialları, eləcə də işə əlavə edilmiş Fehruz Hüseynovun adına verilmiş JN-3529 “A” saylı “Torp ağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti və həmin Şəhadətnaməyə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə istisna edilmir və işdən görünür ki, həmin sənədlər torpaq sahəsinə dair notaratda alqı-satqı müqaviləsi bağlanarkən notariat işinə əlavə edilib. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, İddiaçı qətnamədən kasasiya şikayətini şikayət xatirinə verib və o, kasasiya şikayətini ümumiyyətlə əsaslandırmayıb. Kasasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, İddiaçı iddia ərizəsində satıcı Nərgiz Alıyevanın alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsini onun mülkiyyətinə vermədiyini iddia etdiyindən, bu hal alqı-satqı müqaviləsinin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1335/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-480/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-480/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver