Məhkəmə qərarları › İş №2(102)-4804/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4804/2022

11.10.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4804/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4804/2022 Açar sözlər: borc müqaviləsinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3317/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə (bundan sonra – iddiaçı ) Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2018-ci il tarixdə Notariat kontorunda bağlanmış kredit müqaviləsi ilə (bundan sonra – kredit müqaviləsi), cavabdeh iddiaçıya xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 30000 manat borc vermişdir.

2. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)4938/2019 saylı qətnaməsinə əsasən iddiaçıdan 30000 manat məbləğində pulun cavabdehin xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-2730/2021 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)3159/2021 saylı qətnaməsi ilə idd iaçının cavabdehlə arasında kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında kredit müqaviləsi bağlansa da, həmin kredit müqaviləsində göstərilən məbləğ nə əlbəəl iddiaçıya verilmiş, nə də ki, notariusun hesabına mədaxil və məxaric olunmamışdır. Kredit müqaviləsi faktiki olaraq digər münasibətləri pərdələmək məqsədilə bağlanmışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-864/2022 nömrəli iş üzrə, 14 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim:Günay Axundova) iddia rədd edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə müqavilənin ləğv edilməsi üçün əsaslar yoxdur.

8. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 421.2, 422.1, 424.2-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı A pelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3317/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Emin Mehdiyev və Namiq Cəfərov) apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir.

12. Məhkəmə kollegiyası öz mövqeyini MM-in 421.2, 422.1, 424.2-ci, MPM-in 385.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassator şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında borc müqaviləsi bağlansa da, sonuncu ona hər hansı məbləğdə pul verməyərək, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

15. Kassator şikayətini MM-in 421.2, 422.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)

16. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bi lər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

18. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulu r.

19. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına u yğun çıxarılmalıdır.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Beləki, Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Notariat kontorunda bağlanmış kredit müqaviləsi ilə cavabdeh iddiaçıya xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 30000 manat borc vermişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)4938/2019 saylı qətnaməsinə əsasən iddiaçıdan 30000 manat məbləğində pulun cavabdehin xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103) -2730/2021 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kredit müqaviləsinin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3159/2021 saylı qətnaməsi ilə iddiası rədd edilmişdir. Hazırkı işdə isə iddiaçı müqavilənin ləğv edilməsini tələb edir.

34. İşin yuxarıda qeyd olunan faktiki halları iddianın təmin olunması imkanlarını heçə endirir. Əvvəla, tələbkar müqavilə üzrə borcunu məhkəmə qaydasında tələb etmiş və məhkəmə həmin tələbi təmin etmişdir. Həmin işə baxılanda məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsini yoxlamış və onu etibarlı müqavilə hesab edərək müqavilə üzrə borcun tutulmasını qət etmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.

35. Bundan başqa, borclu 1-ci i ş üzrə məhkəmə qərarlarının mövcudluğuna baxmayaraq yenidən müqavilənin etibarsızlığı iddiasını irəli sürmüş və həmin tələb də təmin edilməmişdir. Əslində 1-ci işdə müqavilənin etibarlı müqavilə olması təsdiq olunduğu üçün iddia təmin edilmişdir və 2-ci dəfə işə baxılmasına zərurət yox idi.

36. Bundan sonra borclu 3-cü dəfə məhkəmə mübahisəsi açmışdır. Bu dəfə müqavilənin ləğv edilməsi tələbi ilə. Yenə də tələbini müqavilənin etibarsızlığı ilə əsaslandıraraq müqavilənin başqa münasibətləri pərdələmək üçün bağlandığını və pul almadığını bildirmişdir. Əslində, hazırkı tələbə baxılmasına da zərurət yox idi.

37. Nə qədər ki, tələb açıq-aşkar əsassız olmuşdur və məhkəmələr iddianı rədd etmişlər, kollegiya formal əsaslarla həmin iş üzrə qətnaməni ləğv edilməsi, prosessual pozuntuların bərpasına zərurət görmür.

38. Belə tələblərə baxılması hüquqdan sui-istifadəyə yol açır, hər kəsə rəvac verir ki, fərqli sözlərdən istifadə etməklə eyni iddiaları irəli sürsünlər, bir dəfə araşdırma predmeti olan halı təkrar-təkrar araşdırsınlar. Eyni zamanda belə hallar məhkəmə qərarlarının sabitliyini təhlükə alıtna alır, əvvəlki məhkəmə qərarlarından fərqli qərarlar qəbul edilməsinə şərait yaradır.

39. İddiaçı tərəfin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası MPM-nin 12-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər.

40. Məhkəmə kollegiyası məhk əməyə qənaət edilməsi prinspindən çıxış edərək hazırkı mübahisə ilə bağlı qəbul edilmiş məhkəmə qərarları ilə razılaşır. Kollegiyanın mövqeyi ondan ibarətdir ki, iddia (iddiaçının istəyi) hər bir halda təmin olunmayan olduğundan və məhkəmə qərarları nəticə etibarı ilə onu ehtiva etdiyindən, kollegiya hazırkı qərarda qeyd edilən dəyərləndirmə ilə razılaşır.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3317/2022 nömrəli, 11 ma y 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar