Məhkəmə qərarları › İş №2(102)-4805/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4805/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4805/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin geri qaytarılması barədə QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədova Mehparə Tofiq qızı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-****/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mübahisə predmeti olan torpaq sahəsinin onlara qaytarılması” tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən kasasiya şikayəti verilmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət edərək kasasiya şikayə tinə baxılmadan apelyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 408.1.6-ci maddəsinə əsasən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olmuşsa kassasiya şikayəti qaytarılır. Hazırki iş üzrə müəyyən edilmişdir ki, İddiaçı kasasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad iştirak edən şəxslərə göndərilənədək şikayətin geri qaytaırlması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən həmin məcəllənin 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansi ya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-****/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kasasiya şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-****/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar