Məhkəmə qərarları › İş №2(102)-4807/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4807/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4807/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(075)1978/2019, hakim E.M.Mehdiyev) iddiaçı X1 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Şə ki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi və Cavabdeh3 ASC-yə qarşıiddiası təmin edilmiş, X3 mülkiyyətində olan 8.21 hektar torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi barədə xx xxxxxxx 2003-cü il tarixli 3 saylı ipoteka müqaviləsinin ipoteka verən bəndində 1-ci göstərilən X4 aid olan hissəsinin etibarsız hesab edilməsi və 8,21 ha torpaq sahəsinin ipotekadan azad edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-834/2019, hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, A.A.Mahmudov) Cavabdeh3 ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsi nə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxxx 2019-cu il tarixdə iddiaçı X5 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə, Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinə və Cavabdeh3 ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 8,21 ha torpaq sahəsi ilə bağlı bağlandığı iddia edilən xx xxxxxxx 2003-cü il tarixli 03 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin ipoteka müqaviləsi üzrə 8,21 ha torpaq sahəsinin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddia müddətinin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiy a instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 59 saylı qərarına əsasən X7, X6 və X2 Şəki rayonu Turan Qəsəbəsi ərazisində 8,21 hektar torpaq sahəsi ayrılmış və onların həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüquqları Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş xx xxxxx 1999-ci il tarixli dövlət aktı ilə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh bankla “xxxx” X10 İstehsal Müəssisəsi MMC, X7 və qeyriləri arasında bağlanmış x x xxxxxxx 2003-cü il tarixli 3 saylı ipoteka müqaviləsinə əsasən həmin 8,21 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, xx xxxxxxx 2003-cü il tarixli 3 saylı ipoteka müqaviləsi X7 tərəfindən imzalanmamışdır. Eyni zamanda həmin məhkəmə qətnaməsi ilə borcun həmin ipoteka predmetinə yönəldilməsi barədə bankın iddiası rədd edilmişdir. X7 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir və iddiaçı mərhumun birinci növbə vərəsəsi və 8,21 hektar torpaq sahəsinin paylı mülkiyyətçilərindən biridir. İddiaçı hazırda həmin ipoteka müqaviləsinin ipoteka verən bəndində 1-ci göstərilən X4 aid olan ipoteka müqaviləsinin həmin hissəsinin etibarsız hesab edilməsi və həmin ipoteka müqaviləsi üzrə 8,21 ha torpaq sahəsinin ipotekadan azad edilməs ini tələb edir. İddiaçı tələbinin əsası kimi anasının həmin ipoteka müqaviləsini imzalamadığına, anasının və digər paylı mülkiyyətçilərin ümumiyyətlə həmin torpaq sahəsinin ipotekaya qoyulmasından məlumatlarının olmadığına istinad edir. Cavabdeh bankın nümayəndəsi iddiaya bir illik iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 324.1, 337.1, 372.2, 373.1, 373.2, 354.1, 375.2, 377.1, 385.1, 386.1, 389.1, 390.1, 425.1, 442, 448.2, 460.1, 1151, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246 və 1248-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə istinad etməkdə hesab etmişdir ki, hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğu n olaraq iddiaçının anasından miras qalmış həmin torpaq sahəsi ilə bağlı gözlənilən mülkiyyət hüququ yaranmışdır. Həmçinin, 8,21 hektar torpaq sahəsinin yüklülüyünə dair xx xxxxxxx 2003-cü il tarixli, 3 saylı ipoteka müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olmadan bağlanması müəyyən edildiyindən 8,21 hektar torpaq sahəsinə tutmanın yönəldilməsi məhkəmə qətnaməsi ilə əsaslı hesab edilməmişdir. Belə olan halda iddiaçı Cavabdeh3 ASC-nin Şəki filialının “xxxx” X10 İstehsal Müəssisəsi MMC, X7 və qeyriləri arasında Şəki rayonu Turan qəsəbəsində yerləşən JN-0099 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətdə olan X3 adından 8,21 ha torpaq sahəsinin yüklü edilməsi barədə xx xxxxxxx 2003-cü il tarixli 3 saylı ipoteka müqaviləsinin ipoteka verən bəndi ndə 1-ci göstərilən X4 aid olan hissəsinin etibarsız hesab edilməsini və həmin ipoteka müqaviləsi üzrə X4 verilmiş 8,21 ha torpaq sahəsinin ipotekadan azad edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar