Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4811/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı1, vəkili Vəkil1, cavabdehlər X38, Cavabdeh4, onların və digər Cavabdeh5 vəkili Vəkil2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-****/2019 nömrəli qətnaməsindən İddiaçı1, həmçinin cavabdehlər X58, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağstafa Rayon Məhkəməsinin (hakim M.Hüseynov) xx.xx.2016-cı il tarixli, 2(015)-****/2016 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdehlər X49, X20, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X2, X30, X21, X31, X14, X6, Cavabdeh7 İsmayıl qızına, maraqlı tərəf Ağstafa rayon X22 qarşı “mərhum X39 və X15 miras qalmış Ağstafa şəhəri, ****** saylı evin mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölünməsi, həmin miras barəsində X50 tərəfindən X49 verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi və paylara uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, X23 mülkiyyətində olmuş Ağstafa şəhəri, ****** saylı evin ½ hissəsinin vəsiyyətnamə üzrə vərəsə olan X38 payı, 1/8 hissəsinin İddiaçı1 payı, 1/8 hissəsinin X16 payı, 1/8 hissəsinin Cavabdeh4 payı o laraq müəyyən edilməsi, həmin miras əmlakın 1/8 hissəsi olan payın xx.xx.2006-cı ildə vəfat etmiş X24 vərəsələri üçün açıq saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şəfiyev, L.Süleymanov, A.Bayramov) xx.xx.2018-ci il tarixli, 2(104)-******/2018 nömrəli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, cavabdehlər X58, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(015)-****/2016 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla X39 və X15 miras qalmış Ağstafa şəhəri, ****** saylı evdən bütünlüklə İddiaçı1 payının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkə məsi Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov, A.İsgəndərov, İ.Dəmirov) xx.xx.2018-ci il tarixli, 2(102)-7243/2018 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh4, X58, Cavabdeh7, Cavabdeh5, Cavabdeh6 və onların nümayəndələri və vəkilləri və Vəkil2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-******/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məmmədov, R.Muradov, Ş.Əliyeva) xx.xx.2019-cu il tarixli, 2(104)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, cavabdehlər X58, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh5 tərəfindən ve rilmiş apelyasiya şikayətləri təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(015)-****/2016 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, 1975-ci ildə ölmüş X39 və 2012-ci ildə ölmüş X15 miras qalmış Ağstafa şəhərinin ************* saylı evdən ibarət olan mirasın ölənlərin qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı1 tərəfindən və həmin miras əmlakın X15 miras qalmış digər ½ hissəsinin vəsiyyət üzrə vərəsə olan X58 tərəfindən faktiki qəbul etmələrinin fakt kimi müəyyən olunması, mərhumlar X39 və X15 miras qalmış Ağstafa şəhərinin ************* saylı evin ½ hissəsi üzərində İddiaçı1 tam payının, X15 miras qalmış digər ½ hissəsinin ¾ hissəsi üzərində X38, qalan ¼ hissəsi üzərində isə İddiaçı1 payı müəyy ən edilməklə yekun olaraq X39 və X15 miras qalmış Ağstafa şəhərinin ************* saylı evin 5/8 hissəsi üzərində İddiaçı1 payının, qalan 3/8 hissəsi üzərində isə X38 payının müəyyən olunması qət edilmişdir. İddiaçı1, həmçinin cavabdehlər X58, Cavabdeh4 və Cavabdeh5 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı1 cavabdeh X49 qarşı “miras əmlakın vərəsələr arasında paylara uyğun bölünməsi və həmin paylara müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X39 və mərhum anası X15 miras qalmış Ağstafa şəhəri, ********************* saylı evin vərəsələr arasında paylara uyğun bölünməsi və həmin paylara müvafiq vərəsəlik şəhadətna məsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər sırasında X51, X25, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X3, X32, X26, X33, X17, X7, və maraqlı tərəf kimi Ağstafa rayon X45 qeyd etməklə, mərhum atası X39 və mərhum anası X15 miras qalmış Ağstafa şəhəri, ***************** saylı evin vərəsələr arasında paylara uyğun bölünməsi və həmin paylara müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X39 və mərhum anası X15 miras qalmış Ağstafa şəhəri, ************* saylı evə anası X50 tərəfindən X49 verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölünməsi və həmin paylara müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları: İddiaçı1 və vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya kollegiyası iddia tələbini tam araşdırmadan, obyektiv və hərtərəfli baxmadan, düzgün hüquqi qiymət vermədən, qanunsuz və ədalətsiz qətnamə çıxarmaqla maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunvericilikdə göstərilən müvafiq normaları kobud şəkildə pozmuşdur. Belə ki, qətnamənin qanunsuz və əsassız olması prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməs i, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Gəncə Apellyasiya Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qərar verən zaman nəzərə almamışdır ki, İddiaçı1 mərhum anası X50 2012-ci ildə vəfat etdikdən sonra heç bir vərəsə, o cümlədən onun mərhum qardaşının oğlu Cavabdeh1 sözügedən evi miras əmlak kimi faktiki olaraq qəbul etməmişdirlər. İddiaçı evini sənədləşdirən zaman yəni 2016-cı ildə Cavabdeh1 Bakı şəhərində özlərinə məxsus evlərinin və hər cür imkanlarının olmasına baxmayaraq gəlib ondan ev iddiası tələb etməklə mübahisə yaratmışdır. Qeyd olunanlara əsasən onlar iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019- cu il tarixli, 2(104)-****/2019 nömrəli qətnaməsinin X49 miras əmlak üzərində 3/8 payın müəyyən olunması hissəsində ləğv edilməsi və Ağstafa şəhəri, ************* saylı evə dair bütünlüklə iddiaçının payının müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər X58, Cavabdeh4, Cavabdeh5 və onların vəkili Vəkil3 kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Gəncə Apellyasiya Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, müvafiq normaları pozmuşdur. Belə ki, X40 ilə X56 xx.xx.1946cı ildə nikaha girmiş və birgə nikahlarından 5 uşaq- X52, İddiaçı1, Cavabdeh4, X41 və X10 anadan olmuşdur. X60 nikahı xx.xx.1961-ci il tarixdə pozulmuş, Qazax rayon Xalq Məhkəməsinin xx.xx.1961-ci il tarixli 2-102/1961 nömrəli qətnaməsi ilə onların bi rgə yaşadıqları ev bölünərək, Ağstafa şəhərinin ************* saylı evin iki otağı, yəni 20,67 kv.m. və 9,55 kv.m. yaşayış üçün yararlı mənzil sahəsi olan hissəsi X57, yerdə qalan hissəsi isə X27 verilmişdir. İ1 daha sonra X9 ilə nikaha girmiş və həmin nikahdan 5 uşaq doğulmuşdur. Quliyev İsmayıl xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. Q1 1975-ci ildən xx.xx.2012-ci ilə, yəni ölənə qədər 37 il həmin evdə tam mülkiyyətçi kimi yaşamış və evə sahiblik etmişdir. Həmin dövrlərdə Cavabdeh1 atası, X13 ev köhnə və bərbad, yararsız vəziyyətdə olduğu üçün həmin evdə yaxşılaşdırma və yenidənqurma işləri aparmış, evin yenidən qurulmasına böyük vəsait sərf etmişdir. Yeni qurulmuş evə S1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. S1 da ***** rayon Notariat Kontorunda xx.xx.2002-ci il tarixdə təsdiqlənib 7e/****** nömrə ilə qeydə alınmış vəsiyyətnamə ilə mübahisəli evi nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. Gəncə Apellyasiya Məhkəməsi isə S1 sağ ikən iradə ifadəsini, yəni mübahisəli evi nəvəsi cavabdehlərdən olan Cavabdeh1 vəsiyyət etməsini, bununla bağlı iradəsini ifadə etməsini nəzərə almamış və həmin fakta qiymət verməmişdir. Hətta, S1 adına olan qeydiyyat vəsiqəsi başqa məhkəmə qərarına əsasən ləğv olunsa belə, S1 Qazax rayon Xalq Məhkəməsinin xx.xx.1961-ci il tarixli 2-102/****** nömrəli qətnaməsi ilə mübahisəli evin yarıdan çox hissəsinin mülkiyyətçisi olmuşdur və nəvəsi Cavabdeh1 vəsiyyətnamə verməklə tam haqlı olmuşdur. Həmin vəsiyyətnamə hal-hazırda qüvvədədir və ləğv olunmamışdır.Bundan əlavə bildirirlər ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(015)-***** saylı qə tnaməsi ilə X23 adına verilmiş xx.xx.1989-cu il tarixli ***** nömrə ilə qeydiyyata alınmış qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi o demək deyildir ki, S1 həmin evin mülkiyyətçisi olmamışdır. Birincisi, X75 rayon Xalq Məhkəməsinin xx.xx.1961-ci il tarixli 2-102/**** nömrəli qətnaməsi ilə mübahisəli evin yarıdan çox hissəsinin mülkiyyətçisi olmuşdur. İkincisi, Q1 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. S1 1975-ci ildən xx.xx.2012-ci ilə, yəni ölənə qədər 37 il həmin evdə tam mülkiyyətçi kimi yaşamış və evə sahiblik etmişdir. Gəncə Apellyasiya Məhkəməsi onu da nəzərə almamışdır ki, 1980-cı illərdə həmin ev yenidən qurularaq əvvəllər 50 kv.m.-ə yaxın olan evin sahəsi artırılaraq ümumi sahəsi 109,7 kv.m.-ə çatdırılmışdır. Bundan sonra 1989-cu ildən S1 tam mülkiyyət hüququ ilə, yəni mül kiyyət hüququ qeydə alınaraq 10 ildən artıq, 23 il fasiləsiz və etirazsız əmlaka sahiblik etmişdir. S1 qeydiyyat vəsiqəsi vərəsəlik haqqında şəhadətnamənin əsassız verilməsinə görə etibarsız hesab edilsə belə, qeyd etdikləri əsaslarla o mülkiyyətçi olaraq qalmışdır. X47 mübahisəli evin nəvəsi Cavabdeh1 vəsiyyət etməsi barədə Tovuz rayon Notariat Kontorunda xx.xx.2002-ci il tarixdə təsdiqlənib 7e/***** nömrə ilə qeydə alınmış vəsiyyətnaməsi məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab olunmamış, başqa şəkildə ləğv olunmamışdır. Qeyd olunan vəsiyyətnamə hal-hazırda qüvvədədir və həmin vəsiyyətnamə əsasında Cavabdeh1 miras əmlakını nənəsi vəfat edən vaxt faktiki qəbul etmiş və orada yaşamağa başlamışdır. Buna görə də, vəsiyyətnamə qüvvədə ola-ola miras əmlakı başqa şəxsə verilə bi lməzdi. Bundan əlavə, 1980-cı illərdə cavabdeh X38 atası, X13 Saqi İsmayıl oğlu mübahisəli ev köhnə və bərbad vəziyyətdə olduğu üçün həmin evdə yaxşılaşdırma və yenidənqurma işləri aparmış, evin yenidən qurulmasına böyük vəsait sərf etmişdir. S2 tərəfindən mübahisəli ev yenidən qurularaq evin sahəsi artırılmış, yəni əvvəlki sahəsi cəmi 50 kv.m.-ə yaxın olan evin sahəsi artırılaraq ümumi sahəsi 109,7 kv.m.-ə çatdırılmışdır. Mübahisəli evin sahəsinin yenidən qurularaq böyüdülməsi məhkəmələrin istinad etdiyi və həmin dövrlərdə qüvvədə olan S1 adına verilmiş Tovuz rayon Texniki İnventarlaşdırma idarəsinin xx.xx.1989-cu il tarixli ***** nömrə ilə qeydiyyata alınmış qeydiyyat vəsiqəsində öz əksini tapmışdır. Mübahisəli evin yenidən qurulmasına və sahəsinin artırılmasına bütün xərcləri Cavabdeh1 atası çəkmişdir və həm də bu baxımdan atasının ölümündən sonra nənəsi S1 miras əmlakını nəvəsinə vəsiyyət etmişdir. Gəncə Apellyasiya Məhkəməsi qeyd olunan məsələləri də nəzərə almadan və bununla bağlı heç bir araşdırma aparmadan qanunsuz qətnamə qəbul etmişdiCavabdeh7 Sima xx.xx.2012-ci ildə öləndən sonra miras əmlakı olan mübahisəli evi Cavabdeh1 faktiki qəbul etmiş və həmin evdə 2017-ci ilə qədər ailəsi ilə birlikdə yaşamışdır. İddiaçı1 ümumiyyətlə heç bir miras əmlakını qəbul etməmiş, 2017-ci ilə qədər mübahisəli evə tərəf belə gəlməmiş, mübahisəli evdə yaşamamış, orada formal qeydiyyatda olmuş, tamamilə başqa ünvanda-Ağstafa şəhəri, **************** ünvanında yaşamışdır. Cavabdeh1anın anası Cavabdeh7 ilə birlikdə həmin evdə qalarkən yıxılaraq ayağı sınmış və X48 Mərkəzində müalicə alm ış, bununla bağlı həmin Mərkəz tərəfindən tibb kartasından Çıxarış da verilmişdir. Həmin hadisə 2016-cı ilin yay aylarında baş vermiş və Cavabdeh7 hadisədən sonra mübahisəli evdə qalaraq 6 ay müalicə almış və heç hara getməmişdir. İddiaçı 2017-ci ildə, yəni artıq məhkəmə mübahisələri gedən zaman və biləndə ki, mütləq mirasın faktiki qəbulu görüntüsünü yaratmaq üçün evə girmək lazımdır, onda evdə heç kim olmayan vaxt həyətin və evin qapılarının qıfıllarını sındıraraq evə girmiş və miras əmlakmınm faktiki qəbulu görüntüsünü yaratmaq istəmişdir. Bütün bunlarla bağlı Cavabdeh1 tərəfindən videoçəkiliş aparılmış və həmin videoçəkilişdən də görünür ki, evin qapilarınm qıfılları sındırılan zaman evdə olan bütün əşyalar Cavabdeh1 məxsus olmuşdur.Gəncə Apellyasiya Məhkəməsi digər Cavabdeh4 də izahat ına düzgün qiymət verməmişdir. Belə ki, qətnamədə göstərilir ki, “Baxışda iştirak edən Cavabdeh4 qeyd etmişdir ki, İddiaçı1 savayı heç bir bacı və qardaşın bu evə iddiası olmamışdır. Lakin, mərhum qardaşı S2 bu evin təmiri və abadlığı üçün çox işlər görmüşdür. Hər kəsin özünün başqa yerdə evi olduğundan bu evə yalnız qonaq kimi gəlib getmişlər. Hazırda da bu evə iddialı deyillər. Problemi yaradan isə yalnız qardaşı İddiaçı1dir”. Bununla bağlı bildiririk ki, məhkəmə Cavabdeh4 izahatını İddiaçı1 xeyrinə təhrif olunmuş şəkildə göstərmişdir. Qətnamədə həmin izahatı oxuyanda adama elə gəlir ki, Cavabdeh4 İddiaçı1 xeyrinə izahat vermişdir. Halbuki, Cavabdeh4 qətnamədə göstərilən hər cümlənin mənasını açan, onu izah edən kifayət qədər ətraflı, geniş izahat vermişdir. Məhkəmə isə həmin izahatdan zahirən İddiaçı1 xeyrinə görünən sözləri seçərək Cavabdeh4 izahatı kimi qətnaməsində göstərmişdir. Əslində isə Cavabdeh4 baxış zamanı bildirmişdir ki, qardaşı və X38 atası mərhum X52 mübahisəli evdə yaxşılaşdırma və yenidənqurma işləri aparmış, evin yenidən qurulmasına böyük vəsait sərf etmişdir. S2 tərəfindən mübahisəli ev yenidən qurularaq evin sahəsi artırılmış, yəni əvvəlki sahəsi cəmi 50 kv.m.-ə yaxın olan evin sahəsi artırılaraq ümumi sahəsi 109,7 kv.m.-ə çatdırılmış, S1 vəfat edərkən onun birinci növbəli vərəsələri Cavabdeh4 və həmin dövrdə sağ olan qızı X10 (xx.xx.2015-ci ildə vəfat etmişdir) miras əmlakını faktiki qəbul edənlərdən olmuş, daimi olaraq evə gəlib-getmiş və analarının müalicəsi ilə məşğul olmuş, analarının dəfn xərclərində iştirak edərək dəfn mərasimini təşkil etmişd irlər. Həmin şəxslər həm də xx.xx.1975-ci il tarixdə vəfat etmiş ataları X28 da vərəsələri olmuşdurlar və mübahisəli evin digər hissəsinə də pay hüquqları olmuşdur. Qeyd olunan şəxslər analarının dəfn mərasimindən sonra evi faktiki olaraq qəbul edərək evin Cavabdeh1 bağışlandığını bildikləri üçün öz paylarından onun xeyrinə faktiki imtina etmişdirlər. Şəxsən o özü anasının mülki C1 vəsiyyət etdiyini bildiyi üçün mirasdan ona düşən paydan C1 xeyrinə imtina etmişdir. Qeyd olunanlara əsasən onlar iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-****/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, Ağstafa şəhəri, ************* saylı evə bütünlüklə X38 payının müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh5, X41, Cavabdeh6, X8, X53, X42, X54, X34, X11, Cavabdeh7 İsmayıl qızı və maraqlı tərəf Ağstafa rayon X37 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, cavabdehlərin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər X58, Cavabdeh4 və onların və digər Cavabdeh5 vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, iddiaçının kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, mülki iş materiallarında olan, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli. 2(015)-*******/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər-Ağstafa rayon Notariat Kontoruna, Ağstafa rayon İcra Hakimiyyəti başçısının Ağstafa şəhər ƏİD üzrə nümayəndəliyinə. X20, Cavabdeh4 qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraci ət edərək, mərhum X12 miras qalan Ağstafa şəhəri, ************* nömrəli evə dair qanun üzrə vərəsəlik hüququ haqqında X23 adına Qazax rayon DNK tərəfindən 1207.1989-cu il tarixdə verilmiş ****** nömrəli şəhadətnamənin, xx.xx.1989-cu il tarixli 138 nömrə ilə qeydiyyata alınmış qeydiyyat vəsiqəsinin və Ağstafa şəhər XDS-nin İcraiyyə Komitəsinin xx xxxx 1989-cu il tarixli ****** nömrəli arayışının etibarsız sayılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 04.042017-ci il tarixli, 2(015)-***** saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Ağstafa şəhəri, ****** nömrəli ev barəsində Qazax rayon DNK tərəfindən verilmiş 1207.1989-cu il tarixli ***** nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə, X23 adına verilmiş xx.xx.1989-cu il tarixli ***** nömrə ilə qeydiyyata alınmış qeydiyyat vəsiqəsi və Ağstafa şəhər XDS-nin İcraiyyə Komitəsinin xx xxxx 1989-cu il tarixli ***** nömrəli arayışı etibarsız hesab edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)*****saylı qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(015)-**** saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-**** saylı qərarı ilə isə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)-***** saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya kollegiyası qeyd etmi şdir ki, Ali Məhkəmə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edib, işi yeni baxışa qaytararkən, əsasən, miras əmlakın hansı vərəsələr tərəfindən faktiki qəbul edilməsi məsələsinin yenidən araşdırılması və mirası qəbul etmiş vərəsələrin miras əmlakda paylarının düzgün müəyyən edilməsi ilə bağlı göstərişlər vermişdir. Həmin göstərişlərə əsasən, apelyasiya kollegiyası miras əmlak olan fərdi yaşayış evinə İddiaçı1, cavabdehlər Cavabdeh4 və X38 iştirakı ilə baxış keçirmiş, baxış zamanı İddiaçı1 evin yerləşdiyi həyətyanı sahədə abadlıq-işləri apardığı müşahidə edilmişdir. Evə baxılmanı X58 bu evdə ona məxsus olan məişət əşyalarının olduğunu bildirmiş, həmin əşyalardan bəzilərinin hələ mərhum nənəsi sağ o larkən əldə edildiyini və bu evə gələrkən istifadə etdiyini, nənəsinin ölümündən sonra isə bu evə televizor alıb qoyduğunu və dövri olaraq bu evdə yaşadığını bildirmişdir. Bununla bərabər C1 həmin evdə əmisi İddiaçı1 məxsus məişət əşyaların olduğunu da etiraf etmişdir. İddiaçı Arif X4 göstərdiyi əşyaların həqiqətən də ona məxsus olduğunu etiraf etmiş, lakin evdə aparılan təmir və sair işlərin yalnız onun tərəfindən, həm anasının sağlığında, həm də onun ölümündən sonra aparıldığını bildirmişdir. Baxışda iştirak edən Cavabdeh4 qeyd etmişdir ki, İddiaçı1 savayı heç bir bacı və qardaşın bu evə iddiası olmamışdır. Lakin, mərhum qardaşı S1 bu evin təmiri və abadlığı üçün çox işlər görmüşdür. Hər kəsin özünün başqa yerdə evi olduğundan bu evə yalnız qonaq kimi gəlib getmişlər. Hazırda da bu evə i ddialı deyillər. Problemi yaradan isə yalnız qardaşı İddiaçı1 dir. Apelyasiya kollegiyası mərhum X12 və X15 miras qalan Ağstafa şəhəri, ************* nömrəli evin ölənlərin qanun üzrə birinci növbəli vərəsələrindən hansılarının faktiki qəbul etdiklərinin müəyyən edilməsi üçün apardığı araşdırmaların nəticəsi kimi hesab etmişdir ki, miras əmlakdan mərhum X27 aid olan hissəni yalnız ölənin oğlu İddiaçı1, X57 aid olan hissəni isə həm İddiaçı1, həm də vəsiyyət üzrə vərəsə olan C1 faktiki qəbul etmişlər. X23 C1 barəsində vermiş olduğu vəsiyyətnamənin etibarsız sayılması üçün əsaslar olmadığından, bu miras əmlakda yalnız bu iki vərəsənin payları müəyyən edilməlidir. Belə ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki ş əxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə not ariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (Mülki Məcəllənin 1145, 1146, 1133, 1243.1, 1243.2, 1243.3 və 1151-ci maddələri) Göstərilən normalara münasibətdə apelyasiya kollegiyası göstərmişdir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə ed ilə və onun payı bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "G1" şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əml aka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. 1964-ci ildə qəbul edilən əvvəlki Mülki Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına aiddirlər. Miras qoyanın nəvələri, nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açıldığı vaxt onların vərəsə ola bilən valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını f aktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Həmin Məcəllənin 554-cü maddəsində qeyd edilmişdir ki, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində ümumi əsaslar üzrə onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç ayadək uzadılır. Mülki işin materialları ilə birmənalı təsdiq olunur ki, i ddiaçı X5 ilə X23 birgə nikahından anadan olmuş, ölənlərdən miras qalan Ağstafa şəhəri, ************* nömrəli evdə yaşamış, heç zaman bu evlə əlaqəsini kəsməmiş, hazırda da onun yaşayış yeri həmin ünvandır və o, həmin ünvanda yaşayır və evi əsasən o, idarə edir. Yəni, İddiaçı1 ölmüş valideynlərindən qalmış mirası faktiki qəbul etməsi fakt kimi birmənalı müəyyən olunur. Apelyasiya kollegiyası hesab etmişdir ki, X76 miras əmlakın İ1 qalmış hissəsini qəbul etməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İ1 1975-ci ildə, S1 isə 2006-cı ildə ölmüşlər. İşin faktiki halı ondan ibarətdir ki, S1, sağ ikən atasından qalmış mirasın qəbulu barədə notariat orqanına ərizə verməmişdir. Başqa sözlə, S1 sağ olarkən mübahisəli evin atasından miras qalmış hissəsinə vərəsə kimi hüquqlar əldə etməs i üçün formal sənədləşdirilməyə heç bir təşəbbüs göstərməmişdir və nəticədə belə hüquq əldə etməmişdir. Həmçinin, işdə onun mirası faktiki qəbul etməsini təsdiq edən heç bir sübut yoxdur. X61 xeyrinə izahatlar vermiş əmisi Cavabdeh4 və (C1) anası, bacısı və qardaşı X67 atasından qalmış mirası evi sonralar təmir etdirdiyini və abadlaşdırdığını bildirmişlər. X1 2-ci dəfə nikah bağladığı arvadı Şərqiyə Məmmədovanın mülki işin 250-ci vərəqində olan, notarius tərəfindən təsdiq edilmiş ərizəsində qeyd edilir ki, ölümündən bir il əvvəl X40 xərçəng xəstəsi olmuş, hərbçi olduğundan onu müalicə üçün Sevostopol şəhərinə hərbi qospitala aparmışlar. Bu zaman onun birinci nikahından anadan olmuş uşaqlarından İddiaçı1 savayı heç kəs onunla maraqlanmamış, onu xəstə vəziyyətdə Ariflə birlikdə Azərbaycana g ətirmişlər. 1975-ci ildə İ1 ölmüş, həmin vaxt onun birinci nikahından olan övladlarından heç biri onun dəfnində və yas mərasimlərində iştirak etməmişlər. Atasının ölümündən sonra İddiaçı1 onun uşaqlarına daim dayaq durmuşdur. C1 və Cavabdeh4 Şərqiyə Məmmədovanın və iddiaçının bu xüsusatla bağlı bildirdiklərini heç bir sübutla təkzib edə bilməmişlər. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, X76 2006-cı ildə öldüyü andan 17 il əvvəl mübahisəli evin hüquqi vəziyyəti artıq dəyişmiş olmuşdur. Yəni, X67 öldüyü andan əvvəl, 1989-cu ildə mübahisəli ev bütövlükdə X23 adına mülk kimi qeydə alınmış və artıq evin hüquqi vəziyyəti dəyişmiş olmuş, İ1 payı başqa şəxsə keçmiş vəziyyətdə olmuşdur. Ona görə də, apelyasiya kollegiyası hesab etmişdir ki, X76 mirasın atasından qalmış hissəsini qəb ul etməmişdir. X67 də vərəsələrinin həmin miras əmlaka hüquqları onun bu əmlaka olan hüquqlarından doğa bilər ki, artıq yuxarıda qeyd edildiyi kimi X76 öz sağlığında əldə edə biləcəyi ehtimal olunan bu hüquqları gerçəkləşdirməmişdir. Apelyasiya kollegiyası hesab etmişdir ki, X55 digər vərəsələri də İddiaçı1 istisna olmaqla, mirasın ondan qalmış hissəsini qəbul etməmişlər. Artıq yuxarıda qeyd edildiyi kimi, iş materialları ilə müəyyən olunur ki, İ1 1975-ci ildə öldükdən sonra vərəsələrdən heç biri mübahisəli evin ondan miras qalmış hissəsinə vərəsə kimi hüquqlar əldə etmək üçün formal sənədləşməyə heç bir təşəbbüs göstərməmişlər və nəticədə miras əmlak barəsində hüquq əldə etməmişlər. Yuxarıda göstərildiyi kimi, 1989-cu ildə mübahisəli ev bütövlükdə X23 adına mülk kimi qeydə alınmış və artı q evin hüquqi vəziyyəti dəyişmiş olmuş, İsmayıl Quliyevin payı başqa şəxsə keçmiş vəziyyətdə olmuşdur. X50 1989-cu ildə həmin evi tək öz adına mülk kimi qeydə alınmasına nail olarkən vərəsələrdən heç biri buna etiraz etməmişdir. İddiaçı1 mübahisəli evin tamamilə X23 adına qeydə alınmasının doğru olmadığı barədə də iddia qaldırarkən digər vərəsələrdən heç biri onun tərəfində olmamış, bu qeydiyyatı mübahisələndirməmişlər. Əksinə olaraq, onların işdə müəyyən olunan mövqeləri belədir ki, onlar həmin əmlakın tamamilə X23 adına qeydə alınmasının tərəfdarı olmuşlar. Analarının ölümündən sonra da həmin vərəsələr mirasın faktiki qəbulunu nümayiş etdirəcək heç bir hərəkət etməmişlər. Mülki işin materiallarında olan ərizələrdən də müəyyən olunur ki, onlar ehtimal etdikləri miras paydan Calal Quliye vin xeyrinə imtina etdiklərini bildirmişlər. Bütün bu faktiki hallar onu göstərir ki, ölənlərin qanun üzrə vərəsələrindən (övladlarından) İddiaçı1 savayı heç bir vərəsənin bu evə sahiblənmək niyyəti olmamışdır. Başqa sözlə, ölənlərin qanun üzrə vərəsələrindən İddiaçı1 savayı heç biri mirası qəbul etməmişdir. Ona görə də onların bu miras əmlakda payları, o cümlədən də məcburi payları müəyyən edilə bilməz.Calal Quliyev barəsində isə X50 vəsiyyətnamə qoymuşdur və bu vəsiyyətnamənin etibarsız sayılması üçün qanuni əsaslar müəyyən edilmir. Calal Quliyev isə X23 vəsiyyət üzrə vərəsəsi kimi, miras evin ondan qalmış hissəsini faktiki qəbul etdiyini nümayiş etdirmiş və bu əmlaka sahib durmuşdur. Yəni, vəsiyyət üzrə vərəsə olan Calal Quliyev nənəsi X15 qalmış mirası qəbul etmişdir. Azərbaycan Respub likası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı və cavabdehlərin kasasiya şikayətlərinin dəlilləri əsasında kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilir ki, miras əmlakdan mərhum X27 aid olan hissəni yalnız ölənin oğlu İddiaçı1, X35 aid olan hissəni isə həm İddiaçı1, həm də vəsiyyət üzrə vərəsə olan C1 faktiki qəbul etmişlər. X76 miras əmlakın İ1 qalmış hissəsini qəbul etməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İ1 1975-ci i ldə, S1 isə 2006-cı ildə ölmüşlər. İşin faktiki halı ondan ibarətdir ki, S1, sağ ikən atasından qalmış mirasın qəbulu barədə notariat orqanına ərizə verməmişdir. Başqa sözlə, S1 sağ olarkən mübahisəli evin atasından miras qalmış hissəsinə vərəsə kimi hüquqlar əldə etməsi üçün formal sənədləşdirilməyə heç bir təşəbbüs göstərməmişdir və nəticədə belə hüquq əldə etməmişdir. X55 digər vərəsələri də İddiaçı1 istisna olmaqla, mirasın ondan qalmış hissəsini qəbul etməmişlər. İ1 1975-ci ildə öldükdən sonra vərəsələrdən heç biri mübahisəli evin ondan miras qalmış hissəsinə vərəsə kimi hüquqlar əldə etmək üçün formal sənədləşməyə heç bir təşəbbüs göstərməmişlər və nəticədə miras əmlak barəsində hüquq əldə etməmişlər. Yuxarıda göstərildiyi kimi, 1989-cu ildə mübahisəli ev bütövlükdə X23 adına mülk ki mi qeydə alınmış və artıq evin hüquqi vəziyyəti dəyişmiş olmuş, İ1 payı başqa şəxsə keçmiş vəziyyətdə olmuşdur. X50 1989-cu ildə həmin evi tək öz adına mülk kimi qeydə alınmasına nail olarkən vərəsələrdən heç biri buna etiraz etməmişdir. İddiaçı1 mübahisəli evin tamamilə X23 adına qeydə alınmasının doğru olmadığı barədə də iddia qaldırarkən digər vərəsələrdən heç biri onun tərəfində olmamış, bu qeydiyyatı mübahisələndirməmişlər. Analarının ölümündən sonra da həmin vərəsələr mirasın faktiki qəbulunu nümayiş etdirəcək heç bir hərəkət etməmişlər. Ölənlərin qanun üzrə vərəsələrindən (övladlarından) İddiaçı1 savayı heç bir vərəsənin bu evə sahiblənmək niyyəti olmamışdır. Başqa sözlə, ölənlərin qanun üzrə vərəsələrindən İddiaçı1 savayı heç biri mirası qəbul etməmişdir. C1 barəsində isə X50 vəsiy yətnamə qoymuşdur və o, X23 vəsiyyət üzrə vərəsəsi kimi, miras evin ondan qalmış hissəsini faktiki qəbul etdiyini nümayiş etdirmiş və bu əmlaka sahib durmuşdur. Yəni, vəsiyyət üzrə vərəsə olan Calal Quliyev nənəsi X15 qalmış mirası qəbul etmişdir. Bu hallardan da aydın olur ki, apelyasiya kollegiyası miras əmlakda payların müəyyən edilməsi ilə bağlı düzgün hüquq mövqedə olmuş, qətnamə qəbul edərkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1, həmçinin cavabdehlər X58, Cavabdeh4 və Cavabdeh 5 tərəfindən verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4811/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4811/2020
22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver