Məhkəmə qərarları › İş №2(102)-482/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-482/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-482/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-482/2024 (Açar sözlər: birgə nikah dövründə tikilmiş evə çəkilən xərclərin bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə tikilmiş evə çəkilən xərclərin bölünməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-570/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qətnaməsindən Cav abdeh (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. İddiaçı ünvan 1 evə gəlin köçmüşdür.

2. Tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ilı tarixdə doğulmuş X8 və xx.xx.2022-ci il tarixdə doğulmuş X9 adlı iki övladları var.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5276/2019 nömrəli, 24 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh nikahları pozulmuşdur.

4. İddiaçı 2019-cu ilin avqust ayında cehiz əşyalarını çıxardaraq yaşadığı evdən köçmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddi açı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə nikah dövründə birgə gəlirləri hesabına ünvan 1 evin həyətində inşa etdikləri ikimərtəbəli, 5 otaqlı, 1 mətbəx və 3 hamamdan ibarət evin tikintisinə xərclədikləri 120.000 manat pulun aralarında bölünməsi, uşaqların mənafeyi nəzərə alınaraq, onun payının 2/3 hissə, yəni 80.000 manat, cavabdehin payının 1/3 hissə, yəni 40.000 manat müəyyən olunması və 80.000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə ailə qurduğu zaman Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 287 saylı evə gəlin köçmüşdür. Həmin mənzil onun qayınanasının adınadır. Evin həyətində 2012-ci ildə cavabdehlə birgə ev tikdirməyə başlamışlar. Lakin həmin evdə yaşamamışlar. Onun atasının adına bankdan kredit götürülmüş və evin inşasına sərf olunmuşdur. Evin təmirinə çəkilmiş xərclər bölünməli və bölgü zamanı uşaqların mənafeləri nəzərə alınaraq onun payı 2/3 hissədə, cavabdehin payı isə 1/3 hissədə müəyyən edilməlidir. Təxmini hesablamalara əsasən indiyədək həmin evin tikitnisinə 120.000 manatdan artıq xərc çəkilmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahatında göstərmişdir ki, iddia tələbinə etiraz edir. Belə ki, iddiaçının iddia etdiyi mənzil onun valideyinləri və qardaşı tərəfindən qardaşı Vüqar üçün tikilmiş evdir. O, və iddiaçı tərəfindən həmin evin tikilməsi üçün 6.000 manat maddi kömək edilmişdir. İddiaçının atası kredit götürərək ona vermiş, o da həmin pulu həyətin düzəldilməsinə sərf etmiş, kredit borcunu da o, özü ödəmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbi tamamilə qanunsuz və əsassızdır və təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. Qızı cavabdehlə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Qızının toyundan əvvəl cavabdehin qardaşı qız qaçırdaraq cavabdehin valideynləri olduğu evə gətirmişdir. Qızı toyundan sonra üç gün cavabdeh və onun ailəsi ilə birlikdə sonuncunun valideynlərinin tikdikləri evdə yaşamışlar. Daha sonra cavabdehin işi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasına köçmüşlər. 2012-ci ildə onlar Naxçıvan Muxtar Respublikasından qayıtmışlar. 2013-cü ildə onlara ev tikmək məqsədi ilə cav abdehin anasının adına olan həyətdən torpaq sahəsi ayrılmışdır. İlqar yoldaşının yanına gəlib onun və öz adına bankdan pul götürüb evi tikmək istədiyini bildirmişdir. X1 adına və cavabdeh İlqar öz adına kredit götürərək evin tikintisinə başlamışlar. Novruz bayramı ərəfəsində axır çərşənbədə ev tam qurtarmasa da mübahisəli mənzilə yığışıb birlikdə bayram süfrəsi arxasında oturmuşlar. xx.xx.2019-cu ildə tərəflər arasında böyük mübahisə olmuş, cavabdeh məhkəmədə iddia qaldırmış və tərəflər arasında olan nikahları pozulmuşdur.

9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, iddiaçının atasının əmisi oğludur. Bir qohum kimi tərəflər arasında olan münasibətlərdən xəbəri vardır. Sədərək Ticarət Mərkəzindən almış olduqları kafeli onun av tomobilində gətirmişdirlər. Mübahisəli evə iki dəfə dolu maşın avadanlıq gətirmişdir. Birinci dəfə kafel, ikinci dəfə isə santexnik materialları gətirmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, tərəflər xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. X14 və cavabdeh öz adına kredit götürərək evin tikintisinə başlamışlar. xx.xx.2019-cu ildə tərəflər arasında böyük mübahisə olmuş, cavabdeh məhkəmədə iddia qaldırmış və tərəflər arasında olan nikahları pozulmuşdur.

11. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, cavabdehlə uzun müddətdir dostdur. X18 Respublikasında hərbi xidmətdə idi. O, qayıtdıqdan sonra daimi olaraq Sumqayıt şəhəri 20-ci mkr-da 1 mərtəb əli evdə yaşamışdır. O, İlqarın evini ora bilmişdir. İkinci ev İlqarın qardaşı üçün tikilmişdir. İlqar 1-ci tikilən evdə yaşayırdı. Yəni ev Vüqar üçün tikilmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, cavabdeh onun oğlu, iddiaçı isə keçmiş gəlinidir. İddiaçı gəlin gəldikdə onların yaşadığı həyətdə 1-ci tikilən evdə yaşamışlar. Daha sonra oğlunun işi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında yaşamışlar. Həmin torpaq sahəsi onun adınadır. İlk öncə birinci ev tikilmişdir. Sonra ikinci evi kiçik oğlu Vüqar üçün tikmişlər. Evin tikilməsində övladları Vüqar, İlqar və yoldaşı iştirak etmişlər. Evin tikintisi Vüqar üçün nəzərdə tutulmuşdur. İddiaçı 2019-cu il avqustun 14-də gedib atasının evində yaşayır. Birinci evin tikilməsinə 2004-cü ildə başlanıb, 2008-ci ildə həmin evə köçmüşlər. Birinci evin tikintisində oğlanları və yoldaşı iştirak etmişdir. Yataqxanada olan otaqları birini 2.000 manata, birini isə 6.000 manata satmışlar. Bankdan yoldaşı birinci dəfə 7.000 manat kredit götürmüşdür. Torpaq sahəsi oğluna ata payı kimi verilmişdir. İkinci ev 2012-ci ildə tikilməyə başlamışdır.

13. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3710 saylı rəyinə əsasən, ünvan 1 ünvanda inşa edilmiş fərdi yaşayış evinin inşası zamanı aparılmış müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri 1,0 kv.m. sahəyə təqribən 250 manat dəyərində vəsaitin sərf olunduğu nəzərə alınaraq fərdi yaşayış evinin inşa olunmasına 40.175 manat (160,7x250) dəyərində vəsaitin sərf olunduğu müəyyən edilmişdir.

14. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(060)-33/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia qismən təmin olunmuş, Sumqayıt şəhəri, 20-ci mikrorayon, 287 saylı evin həyətində inşa edilmiş evin tikintisinə xərclənən 6.000 manat pulun tərəflər arasında 1/2 hissədə bölünməsi və cavabdehdən 3.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq iddiaçıdan 192,5 manat, cavabdehdən 7,5 manat pulun tutularaq X2 müxbir hesabına köçürülməsi və iddianın qalan hissədə təmin o lunmaması qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan onların xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X9 adlı övladı olmuşdur. Nikahları xx.xx.2019-cu ildə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikah dövründə cavabdehin anasının sahibliyindəki (adına ayrılmış) torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Cavabdeh birgə vəsaiti hesabından 6.000 manatın həmin evin tikintisinə sərf olunduğunu etiraf edir. Tərəflər həmin torpaq sahəsindəki digər evdə yaşamışlar. Mübahisəli evdə həm tərəflərin, həm də başqa şəxslərin tikinti başa çatmadığına görə yaşayışı olmamışdır. Mübahisəli, eləcə də digər ev üzərində hər hansı hüquq müvafiq dövlət qeydiyyatından keçməmiş dir.

16. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən mübahisəli evin tərəflərin nikah dövründə qazanılmış birgə vəsaitləri hesabına və məhz onların yaşamaları üçün tikilməsi sübuta yetirilmədiyindən, iddia cavabdehin onların ümumi vəsaitlərinin həmin evin inşasına kömək məqsədilə etiraf etdiyi sərfiyyat həcmində, yəni 6.000 manatın bölünməsi həddində əsaslıdır. Belə ki, iddiaçı tərəfindən mübahisəli evin tərəflərin nikah dövründə qazanılmış birgə vəsaitləri hesabına və məhz onların yaşamaları üçün tikilməsinə dair məhkəməyə mötəbər sübut təqdim olunmadı. Eyni zamanda həmin əmlakl arın tərəflər arasında bərabər bölünməməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.3, 37.1, 37.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 117.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Qətnamədən iddiaçı (nümayəndə və Vəkil1) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş ü zrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Mülki iş üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü mübahisəli evin tərəflərin nikah dövründə qazanılmış birgə vəsaitləri hesabına və məhz onların yaşamaları üçün tikilməsini və tikintiyə çəkilən xərclərin ümumi məbləğini sübuta yetirməkdir. Təbii ki, birinci növbədə sübuta yetirilməli olan hal mübahisəli evin tərəflərin nikah dövründə qazanılmış birgə vəsaitləri hesabına və məhz onların yaşamaları üçün tikilməsininin sübuta yetirilməsidir. Bununla bağlı iddiaçı tərəf məhkəməyə bir sıra sübutlar təqdim etmişdir: bunla şahid ifadələri və yazılı sübutlardır. Belə ki, mübahisəli ev məhz tərəflərin yaşaması üçün tikilmişdir və mənzilin tikilməsində, onun dizayn edilməsində, divar kağızı və digər aksessuarların seçilməsində iddiaçı özü də iştirak etm işdir. Cavabdehin evin onun qardaşı üçün tikilməsi barədə qeyd etdikləri həqiqəti əks etdirmir. Məhkəmə iclasında ifadə vermiş şahidlər Şükar Aslanov, Telman Aslanov və Rəfiqə Məmmədovanın ifadələri mübahisəli evin məhz tərəflərin birgə istifadəsi üçün nəzərdə tutulduğunu sübuta yetirmişdir. Bundan başqa iddiaçı tərəf məhkəməyə yeni tikilinin kommunal xidmətlərinə dair müqavilələrin kiminlə bağlanmasını müəyyən etmək məqsədilə verilmiş sorğuların cavabını təqdim etmişdir. "xxxx", “Azərişıq”, “Azəriqaz”ın müvafiq arayışlardan görünür ki, mübahisəli evin bütün kommunal xidmətləri xx.xx.2016-cı il tarixində cavabdehin adına açılmış və xx.xx.2021-ci il tarixində abonentin müraciəti əsasında ad dəyişikliyi əməliyyatı olunaraq X5 ilə müqavilə bağlanılmışdır. Məhkəmə təqdim edilən sübutlardan yal nız birini "xxxx"dan verilmiş arayışı qətnamədə göstərmiş, digərlərinə istinad etməmiş, həmin sübutları araşdırmamış, iş üçün əhəmiyyət kəsb edən bu halı araşdırmamışdır. Halbuki, mübahisəli evin su, işıq, qaz təchizatına dair müqavilələrin 2016-cı ildə Cavabdehla bağlanılması, tərəflər arasında hazırkı məhkəmə çəkişməsi başladıqdan sonra 2021-ci ildə cavabdehin ərizə ilə müraciət edərək evin kommunal xidmətlərini qardaşının adına keçirməsi bilavasitə sübutdur ki, mübahisəli ev tərəflərin birgə nikahı dövründə, məhz onların birgə yaşaması üçün inşa etdirilmiş, lakin tərəflər ayrıldıqlıarı üçün və iddiaçı məhkəmədə iddia qaldıran kimi, cavabdeh dərhal izi itirmək üçün kommunal xidmət müqavilələrini qardaşının adına keçirtməklə bu evin guya qardaşı üçün tikintisi görüntüsünü yaratmağa çalışm ış, özünün guya qardaşına 6.000 manat köməklik etdiyini göstərməklə, cüzi məbləğdə pul ödəyərək evin tikintisinə çəkilmiş xərclərin bölgüsündən yayınmağa çalışmışdır. İşə baxan məhkəmə bu halları araşdırmamış, iş üzrə səthi araşdırma aparmaqla əsassız qətnamə qəbul etmişdir.

20. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/1998 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Sumqayıt şəhəri, 20-ci mkr, 287 nömrəli evin həyətində inşa edilmiş iki mərtəbəli 5 otaqlı, 1 mətbəx və 3 hamamdan ibarət yaşayış evinin təmir-tikintisi zamanı (şpatlyovka, divar kağızı və taxta hissələrini çıxmaqla) aparılmış yenidə nqurma və təmir tikinti işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 16.415,0 manat təşkil edir. Həmin fərdi yaşayış evinin inşası zamanı aparılmış müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin 40.175,0 manat təşkil etdiyini nəzərə alaraq, yaşayış evinin təmirinə təqribən 23.760,0 manat məbləğində pul vəsaitinin xərcləndiyi müəyyən olunur.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-570/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Səyyad Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Sumqayıt şəhəri, 20-c i mikrorayon, 287 saylı fərdi yaşayış evinin tikinti və təmirinə çəkilmiş 23.760,0 manat vəsaitin 1/2 hissəsi, yəni 11.880 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəliyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə dəvət edilən şahid ifadələrini, əlaqəli sübutlarla, o cümlədən kommunal xidmətlərə dair müqavilələrlə əlaqəli şəkildə tədqiq etdikdə iddia tələbinin mübahisəli fərdi yaşayış evinin məhz tərəflərin ailə kimi birgə nikah dövründə tikinti-təmiri etdirmələri öz təsdiqini tapır.

24. Belə ki, iddia tələ binə cavabdehin etirazının əsas dəlili ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə yaşayışı üçün deyil, sonuncunun qardaşı üçün tikilmişdir. Həmin tikinti onun qardaşının və valideynlərinin təşəbbüsü və maddi dəstəyi ilə baş tutmuşdur.

25. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı öz tələbinin sübutları qismində onun atasının adına bankdan kreditin çəkilməsi faktını qeyd etmişdir (faktı təstiq edən hesabdan çıxarış i.v 69). Cavabdeh isə bu barədə iddiaçının dəlilini təkzib etməmiş, əksinə həmin vəsaitin Rusiya Federasiyasının milli valyutası ilə verildiyini və hazırda yaşadığı evin yüngül təmir işlərinə sərf edildiyini etiraf etmişdir. Əgər tərəflərin birgə yaşayış üçün fərdi yaşayış evi inşa etdirmək məqsədləri olmasaydı, iddiaçının atasının adına bankdan kred it götürülməsinə zərurət olmazdı. Hazırkı iş üzrə tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanılmış nikah, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)5276/2019 nömrəli, 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Yenə iş materiallarında olan (i.v.153-154) “Azəriqaz” İB və "xxxx" ASC-nin müvafiq məlumatlarından müəyyən olunur ki, ünvan 2 ünvanına dair müvafiq olaraq qaz və su abonent kodlarında abonent qismində xx.xx.2021-ci il tarixli müraciət əsasında cavabdehin adından X3 adına dəyişiklik edilmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan tarixdə kommunal xidmətlərdə abonent qismində dəyişiklik edilməsi, tərəflərin arasında ailə münasibətlərinin bitməsi, nikahın pozulmasından ən əsası isə hazırkı iddia tələbi ilə iddiaçının məhkəməyə müraciət etməsindən sonrakı tarixə təsadüf etməsi məhz cavabdehin mübahisəli fərdi yaşayış evinin sonuncunun qardaşına mənsub olmasını formal şəkildə sübut etdirməyə çalışması kimi qiymətləndirilməlidir. Mübahisəli fərdi yaşayış evinin məhz tərəflərin birgə nikah dövründə inşa və təmir etmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında mübahisəli fərdi yaşayış evinin təmir və tikinti xərclərinin ümumi məbləği barədə cavabdeh izahatında bildirmişdir ki, hazırkı iş üzrə tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra fərdi yaşayış evinin şpatlyovka, divar kağızı və taxta hissələri təmir edilmişdir. Cavabdehin bu barədə dəlilinə iddiaçı tərəf etiraz etməmişdir.

27. Məhkəmə kollegiyası qeyd olunan dəlil üzrə araşdırmanı davam etdirmiş və iş üzrə 13 mart 2023-cü il tarixli qərardadla fərdi yaşayış evinin həmin hissələrinin çıxılmaqla təmirinə çəkilən xərcin məbləğinin müəyyən edilməsi barədə ekspert qarşısında əlavə sual qoymuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/1998 nömrəli ekspert rəyində mübahisəli fərdi yaşayış evinin təmir-tikintisi zamanı (şpatlyovka, divar kağızı və taxta hissələrini çıxmaqla) aparılmış yenidənqurma və təmir tikinti işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 16.415,0 manat təşkil etdiyi qeyd olunmuşdur. Ekspert rəyində qərardadın 3-cü sual üzrə yaşayış evinin təmirinə təqribən 23.760,0 manat məbləğində pul vəsaitinin xərcləndiyi qeyd olunmuşdur.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “ekspert rəyi sübut növlərin dən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

29. Məhkəmə kollegiyası qeyd olunan ekspert rəyini iş üzrə mötəbər sübut növü kimi qəbul edərək, yaranmış mübahisənin yekun həlli kimi mübahisəli fərdi yaşayış evinin təmir-tikintisinə çəkilmiş (şpatlyovka, divar kağızı və taxta hissələrini çıxmaqla) 23.760,0 manat vəsaitin yarısının iş üzrə cavabdehdən alınaraq, iddiaçıya verilməsi qənaətinə gəlmiş və qeyd etmişdir ki, işin mübahisəsiz hallarından göründüyü kimi mübahisəsigedən fərdi yaşayış evi hazırda cavabdehin ixtiyarındadır və iddiaçı həmin evdən istifadə hüuqundan məhrumdur.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan məhkəmə kifayət qədər araşdırma aparmamış və işin yuxarıda qeyd olunan faktiki hallarına əhəmiyyət verməmiş, nəticədə mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə birgə yaşayışları üçün inşa və təmir edilməsinin sübuta yetirilmədiyi qənaətinə gəlsə də, sonda yalnız cavabdehin etirafı həddində iddianı təmin etmişdir. Məhkəmə cavabdehin həmin evin təmiri məqsədi ilə qardaşına 6.000 manat vəsaitin verildiyini etiraf etməsi faktını nəzərə alaraq, iddia tələbini yalnız həmin məbləğin yarısının cavabdehdən alınıb, iddiaçıya verilməsi hissəsində təmin etmişdir ki, kollegiya bu hissədə qeyd edir ki, məhkəmə kollegiyasının tədqiqatı zamanı mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə istifadəsi məqsədi ilə inşa və təmir etdirmələri faktı öz təstiqini tapdığından, qeyd olunan məbləğinin fərdi yaşayış evinin təmiri məqsədi ilə verilməsi nəzərə alınarsa, iddia tələbinin əlavə olaraq bu hissədə təmin edilməsi istisna edilir.

31. Məhkəmə kollegiyası iddia tələbinin mübahisəli fərdi yaşayış evinin təmir və inşa xərci olan ümumi məbləğin 2/3 hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qeyd etmişdir ki, hazırkı halda iddia tələbinin qeyd olunan formada təmini üçün iddiaçı tərəfindən məhkəməyə kifayət qədər legitim, əsaslı şübhələrdən kənar sübut növü məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

32. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin fərdi yaşayış evinin dəyəri ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə bu əmlakla bağlı müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cü maddəsinə, Mülki Məcəllənin 6, 8.2, 152, 157.2, 213.1, 213.2, 215.1, 225.1, 223.2-ci, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2.2, 32.2.3, 33.1, 34.1, 36, 36.3, 37.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

34. Qətnamədən cavabdeh (Vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən apelly asiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən evin tikilməsi üçün 6.000 manat maddi kömək edilmiş, iddiaçının atası kredit götürərək ona vermiş, həmin pul həyətin düzəldilməsinə sərf edilmiş, kredit borcunu da özü ödəmişdir. Həmin məbləği də etiraf etmişdir. Başqa hər hansı formada onlar həmin evin tikintisinə vəsait xərcləməmişlər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət ondan ibarət olub ki, guya bu evin onların birgə nikah dövrü tikmələri tam sübuta yetib. Həmin sübutun da əsası kimi kommunal xidmət sahələrinin onun adına olmasını göstərmişdir. O, əvvəlcədən bildirmişdir ki, həmin kommunal xidmət sahələri birinci tikilmiş evə aiddir. Apellyasiya instansiya məhkəməsi bütün hallarda işə qərəzli yanaşmışdır. Belə ki, ekspert rəyini də düzgün qiymətləndirməmişdir. İş materiallarına əlavə edilmiş ekspert rəyində aşağıdakılar qeyd olunur: (Ekspert rəyinin 4-cü səhivəsi, cədvəldən sonrakı 1-ci və 3-cü abzas) Smeta ilə aparılmış hesablamalar nəticəsində, tədqiq olunan yaşayış evinin təmirtikintisi zamanı (şpatlyovka, divar kağızı və taxta hissələrini çıxmaqla) aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 16.415,0 manat məbləğində dəyəri müəyyən olunur. Belələliklə aparılmış tədqiqatla yuxarıda göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, 20-ci mikrorayon, 287 nömrəli evin həyətində inşa edilmiş iki mərtəbəli, 5 otaqlı, 1 mətbəxt və 3 hamamdan ibarət yaşayış evinin təmir-tikintisi zamanı (şpatlyovka, divar kağız ı və taxta hissələrini çıxmaqla) aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 16.415,0 manat məbləğində müəyyən olunur. Apellyasiya Məhkəməsi isə qətnaməsində göstərir ki, şpatlyovka, divar kağız, taxta hissələrini çıxmaqla 23.760 manat aramızda bölünməlidir. Qətnamədə o da müəyyən olunur ki həmin təmir hissələrin sonradan aparılması iddiaçı tərəfindən də inkar edilmir. Bu faktı göstərməyi ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi əsassız olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, fərziyyələr əsasında qərar qəbul etmişdir. Qətnamənin heç bir hüquqi əsası yoxdur. O, keçmiş həyat yoldaşı ilə həmin evin tikintisinə nə qədər pul xərclədiklərini göstərmişdir. Apellyasiya ionstansiya məhkəməsinin ona aid olmayan e və ekspertiza təyin edərək sübut əldə etməsi və həmin sübuta da düzgün qiymət verməməsi kassasiya qaydasında ləğv üçün əsasdır. Məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213 və 215-ci maddələrinə istinad etməsinin bu mübahisə üzrə heç bir aidiyyətı yoxdurmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

36. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının.

37. Maddə 13 bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

38. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. M ülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

39. Maddə

6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

40. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

41. Maddə

152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istə diyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

42. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürm ədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

43. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

44. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

45. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

46. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin ra zılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

47. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

48. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

49. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

50. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və a rvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

51. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

52. Maddə 32.2.2-ci maddəsinin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir.

53. Maddə 33.1. Ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçiril ir.

54. Maddə 34.2.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

55. Maddə

36. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

56. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

57. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əml akdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

61. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

73. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət v erilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

74. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin və zifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 76. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilmə klə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

77. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

78. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutl arın təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

80. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərə findən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-570/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar