Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4821/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddiaçı üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx (Azərbaycan)” ASC-nin vəkili Rnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ciiltarixli, 2(103)-11698/2018 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYY ƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim P.Hüseynov) 21.05.2018-ci il tarixli, 2(006)484/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair ilk idia ərizəsinin təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, cavabdeh “xxxx” ASC-nin İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc, borcun ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, 65497.30 ABŞ dolları əsas borc, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65697.30 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, dövlət rüsumuna görə ödənilmiş 30 manatın və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manatın İddiaçı alınaraq “xxxx (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin İddiaçı məxsus ipoteka predmeti olan E saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 255000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 65697.30 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, dövlət rüsumuna görə ödənilmiş 30 manatın və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manatın “xxxx (Azərbaycan)” ASC-yə ödənilməsi, qalan məbləğin İddiaçı verilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, məhkəmə-tikinti ekspertizasının tədqiqat dəyəri olan 150 manatın İddiaçı alınaraq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, Z.Əliyev, F.Talışinski) 17.12.2018-ciiltarixli, 2(103)-11698/2018 nömrəli qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(006)-484/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət e dilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X1 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh “xxxx (Azərbaycan)” ASC-nə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 12.09.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx (Azərbaycan)” ASC ilə aralarında bağlanmış 21.05.2013-cü il tarixli 11291816735/1, 04.06.2013-cü il tarixli 112918-6735/2 saylı “Kommersiya Krediti müqavilələri” və onun tərkib hissəsi olan 1 saylı Razılaşmaya dəyişikliklər və əlavələr edilməsi barədə 20.05.2016-cı il tarixli 02 saylı Razılaşmanın ləğv edilməsi, Bankın qanunsuz tələb etdiyi 65497.30 ABŞ dol ları borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh “xxxx (Azərbaycan)” ASC İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc, borcun ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış 20.05.2016-cı il tarixli, 112918-1-6735/2/2 saylı kredit müqaviləsinə əsasən 23.11.2017-ci il tarixə Banka borclu olduğu 65497.30 ABŞ dolları əsas borc, 8473 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 73970.30 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun İddiaçı alınaraq “xxxx (Azərbaycan)” ASC-yə ödənilməsi, ipoteka predmet inin ilkin satış qiyməti 186000 manat müəyyən edilməklə cavabdehdən tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş E saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “xxxx (Azərbaycan)” ASC-yə ödənilməsi, evə tutma yönəldildikdən sonra və o satılqdıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və evin boşaldılması barədə qətnamə qəbul edilməsini barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üz rə cavabdeh İddiaçı və vəkili X1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar hərtərəfli və obyektiv araşdırılmamış, Azərbaycan Respublikasının MPM-nin 8, 9, 9.3, 14, 77, 80, 81, 88, 135, 168 və 217.3-cü maddələrinin tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443 və 739-cu maddələrinin tələbləri düzgün tətbiq edilməmiş, ilk iddia üzrə iddiaçının konstitusion mülkiyyət hüquqlarına konkret qərəzli münasibət nümayiş etdirilmişdir. Dfələrlə o, məhkəməyə vəsatət ünvanlayaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini tələb etsə də, ekspertiza təyin edilməmiş, onun prosessual hüquqlar ı pozulmuşdur. Bankla aralarında olan şifahi razılaşmaya əsasən ilk iddia üzrə İddiaçı banka 26000 ABŞ dolları ödəməli olduğu halda, 261765 ABŞ dolları ödəmişdir. Artıq onun banka ödəniş etmək imkanı yoxdur. Bundan əlavə, ipoteka predmetinin hazırda real bazar qiyməti 500000 manatdır. Həmin evin 255000 manat qiymətlənirilməsi isə absurddur, onun və ailəsinin hüquqlarının kobud şəkildə pozulmasıdır. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ciiltarixli, 2(103)-11698/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İ ddiaçı vəkili X1 oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddiaçı üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx (Azərbaycan)” ASC-nin vəkili R kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, “xxxx” (Azərbaycan) ASC ilə İddiaçı arasında 2013-cü ildə kredit razılaşması bağlanmış, həmin müqavilə əsasında daha saonra İddiaçı bankdan ABŞ dolları ilə kredit götürmüş və mülkiyyətində olan ipoteka predmeti olan fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir və müqavilə əsasında ipoteka predmetinin bazar dəyəri 300.000 manat, likvid dəyəri 186.000 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya kollegiyası ilk iddianın təmin edilməməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəflər arasında imzalanmış müqavilələrin ləğv edilməsini tələb etsə də, müqavilələrin ləğv edilməsi üçün hər hansı əsasın olması barədə sübutları m əhkəməyə təqdim edə bilməmişdir. Müqavilələrdən görünür ki, tərəflərin qarşılıqlı razılaşmasına əsasən kredit ABŞ dolları ilə verilmiş, həmçinin müqavilədə ödənişin verilmiş kreditin valyutasında həyata keçirilмəsi tərəflər arasında razılaşdırılmışdır. Belə olan halda ABŞ dollarının manata olan məzənnəsinin artması müqavilənin məhkəmə qaydasında ləğvinə əsas verən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, kreditin verildiyi valyuta növü, kreditin qaytarılma qaydası və müddəti və digər şərtlər tərəflər arasında razılaşdırılmışdır. Həmçinin iddiaçı 65.497,30 ABŞ dolları borcun silinməsini xahiş etsə də, iddiaçı tərəf iddia tələbini bu hissədə əsaslandıra və iddia tələbinin bu hissəsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materialları və tərəflərin məhkəmə baxışı zamanı verdikləri izahatlarla müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirilən müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, hazırda həmin müqavilə üzrə ödənilməmiş 65.497,30 ABŞ dolları əsas, 8.473 ABŞ dolları cərimə borcu qalmışdır. Apellyasiya kollegiyası eyni zamanda qeyd etmişdir ki, kredit müqavilələri və onlara edilmiş əlavə və dəyişikliklər üzrə Razılaşmalar müstəqil qaydada bağlamış, tərəflərin imzaları ilə təsdiq olunmuşdur. Ölkədə devalvasiya baş verməsi isə iddiaçını müqavilələr ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etməməlidir. Bu hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi də qəbul edilə bilməz. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. İddiaçı apelyasiya şikayətində həmçinin kredit borcunu mübahisələndirmiş, borcun silinməli olmasını göstərmiş, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə olan h alda məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunması ilə bağlı apelyasiya şikayətinin dəlili ilə razılaşa bilməz (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələnə bilər. İşdə olan sübutlarla tam müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə üzərinəgötürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun banka 23.11.2017-ci il tarixə 65.497,30 ABŞ dolları məbləğində əsas borcu, 8.473 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verə n) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya laz ımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı, iddiaçı appellyasiya şikayətində ipoteka predmetininilkin satış qiymətinindüzgün müəyyən olunmamasını göstərmişdir. İşdə olan ipoteka müqaviləsindən görünür ki,tərəflərin qarşılıqlı razılığına əsasən ipotekanın bazar qiyməti 300.000 manat, likvid dəyəri isə186.000 manathəddində müəyyən olunmuşdur. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipоtеkа prеdmеtinə tutmа yönəldilməsi hаqqındа qərаrındа ipоtеkа prеdmеtinin ilkin sаtış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqd a isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya kollegiyası hesab etmişdir ki, qiymətləndiricinin rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiymətinin 255000 manat müəyyən edilməsi ipoteka müqaviləsində göstərilən qiymətlərdən kəskin fərqlənmir, hətta tərəflərin razılığı ilə müəyyən olunmuş likvid dəyərdən yüksək həddədir. İddiaçı apelyasiya şikayətində ipoteka predmetinin dəyərinin 500000 manat olmasını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən apelyasiya kollegiyası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(006)-484/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir k i, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası həmin dəlillər üzrə ayrı-ayrılıqda araşdırma aparmış və həmin dəlillərə düzgün hüquqi qiymət vermişdir. Hazırda kassasiya şikayətinin dəlilləri olan həmin dəlillər əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Nət icə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli, 2(103)11698/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsı
Məhkəmə qərarları › İş №2(102)-4821/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4821/2019
04.07.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver