Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4823/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)370/2020 saylı qətnaməsindən iddiaçılar və cavabdeh "Cavabdeh2" MMC tərəfindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev, iş № 2(007)-2216/2018) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı müqavilələrin ləğv edilməsi, pulun qaytarılması, maddi və mənəvi zərərin ödənilməs i tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh2 MMC ilə İddiaçı2 arasında bağlanmış 551 saylı xx xxx 2012-ci il tarixli və xx xxxxxx 2008-ci il tarixli müqavilələrin ləğv edilməsi, Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 3000 manat məbləğində pulun alınıb iddiaçılara verilməşi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.Ə.Sarıyev və E.Y.Şamayev, iş № 2(103)1803/2019) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.G.Nurməmmədov, M.T.Əhmədova və Ə.M.Rüstəmov, iş № 2(102)-3931/2019) iddiaçıların kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışınski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) iddiaçıların apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib müqavilə üzrə və müqavilədən kənar xərclər üzrə ödənilmiş 68.720 manat və əldən çıxmış faydaya görə 103.787,50 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınıb İddi açı2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC–yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Binə” Ticarət Mərkəzində ticarət obyekti almaq üçün Mərkəzin rəhbəri Cavabdeh1 müraciət etmələrini və bununla əlaqədar onun razılığı ilə X5 və X2 müddətsiz icarəsində olan və dəyəri onlar tərəfindən ödənilmiş sahəsi 30 kv.metr və 50 kv.metr olan iki ədəd ticarət obyektini almalarını və həmin obyektlərə görə 68.720 manat ödəmələrini, lakin cavabdehlər tərəfindən obyektlərin təhvil verilməməklə onlara maddi və mənəvi ziyan vurmalarını və s. əsas göstərməklə həmin obyektlərə dair İddiaçı2 ilə bağlanmış 11.3.1 №-li obyektə dair xx xxx 2012-ci il tarixli 551 saylı və 15.2.1 nömrəli oby ektə görə imzalanmış nömrəsiz və tarixsiz müqavilələrin ləğv edilməsi, müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat məbləğində, əldən çıxmış faydaya görə 120.000 manat məbləğində pul vəsaitinin, müqavilə üzrə və digər xərclər adı altında ödənilmiş 68.720 manat məbləğində pul vəsaitinin illik 5 faiz olan 34.360 manat məbləğində pul vəsaitinin (10 il x. 3.436) cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, işin aparılması ilə bağlı İddiaçı1 tərəfindən çəkilmiş xərclərə görə 50.000 manatın cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulması, mənəvi ziyana görə 100.000 manatın cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmiş dir. Kassasiya şikayətlərinin dəlilləri: Qətnamədən iddiaçılar kassasiya şikayəti verərək iddia tələbinin təmin olunmayan hissəsində qətnamənin qanunun tələblərinə uyğun əsaslandırılmamasını əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilib iddialarının tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən eyni zamanda Cavabdeh2 MMC kassasiya şikayəti verərək MMC-dən tutulması üçün qət olunmuş məbləğlərin “xxxxxxxxxxx” X3 əsaslandırılmamış rəyi ilə müəyyən olunmasını, həmin pul məbləğlərinin MMC-dən və onun təsisçisindən müştərək qaydada tutulmasının qanunsuz olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçılar və onların vəkili, həmçinin Cavabdeh2 MMC-nin vəkili verdikləri kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, iddiaçıların kassasiya şikayəti təmin olunmamalı, cavabdehin kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərək cavabdehlərdən müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclərə görə 68.720 manat, əldən çıxmış faydaya görə 103.787,50 manat tutmuşdur. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən yalnız işin 2-ci cildinin 58-62-ci səhifələrində olan “xxxxxxxxxxx” Ekspertiza və Hüquq Şirkəti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsaslanmışdır. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirl iyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilmiş pul vəsaitləri ilə bağlı hər hansı mühasibatlıq sənədinin ekspertizaya təqdim olunması barədə məhkəməyə vəsatət təqdim olunsa da, vəsatətin təmin olunmaması səbəbindən iş rəy verilmədən xx xxxxxx 2019-cu il tarixdə geri qaytarılmışdır. Bundan təxminən 10 gün sonra məhkəməyə İddiaçı1 müraciəti əsasında “xxxxxxxxxxx” Ekspertiza və Hüquq Şirkəti tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin rəy verilməsi üçün zəruri saydığı mühasibatlıq sənədləri olmadan tərtib olunmuş yuxarıda göstərilən xx xxxxxx 2020-ci il tarixli rəyi təqdim olunmuş və məhkəmə kollegiyası göstərilən vəziyyətdə həmin rəyi müb ahisəsiz sübut kimi qəbul edərək onun əsasında iddianın qismən təmin olunması barədə qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə heç bir qiymət vermədən, həmin rəydə göstərilənlərin hansı başqa sübutlarla təsdiq olunmasını yoxlamadan, gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmadan qətnamə qəbul etməklə MPM-nin 88,103.1-ci maddələrinin tələblərini pozmuşdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 №-li qərarının 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 103.1 -ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Həmin qərarın 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İddiaçı1 və İddiaçı2 hazırkı tələblə məhkəməyə müraciət edərkən hansı səbəblərdən icarə müqavilələrinin ləğv edilməsini və onl ara dəymiş ziyanın ödənilməsini tələb etmələri aydın şəkildə iddia ərizəsində əsaslandırılmamış, iddia qanunun tələbləri baxımından əsaslandırılmamışdır. İddiaçılar təxminən 10 il ərzində aldıqları obyektlərin onlara təhvil verilməməsini iddia etsələr də, cavabdehlərin təsdiq etməsinə görə ticarət obyektləri iddiaçıların istifadəsində olmuş, lakin maliyyə böhranı ilə əlaqədar ticarət fəaliyyətinin zəifləməsi səbəbindən obyektlərin qaytarılmasını və ödədikləri pulun onlara verilməsini tələb etmişlər. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi tərəflərin həmin dəlillərini araşdırıb onlara qiymət vermədən əldən çıxmış faydaya görə cavabdehlərdən iddiaçıların xeyrinə 103.787,50 manat tutmuşdur. Əgər ticarət mərkəzində həqiqətən də ticarət fəaliyyəti zəifləmişdirsə və həmin obyektlər idd iaçıların istifadəsində idisə, onda cavabdehlərdən əldən çıxmış faydaya görə pul tələb edilməsi istisna olunur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan həmin hallara müvafiq hüquqi qiymət verilmədiyindən məhkəmə kollegiyasının nəticəsi qanuni sayıla bilməz. Tərəflər arasında icarə müqavilələri bağlansa da, obyektlərin dəyərinin əvvəlcədən ödənilməsi onlar arasında alqı-satqı münasibətinin yaranması ehtimalına gəlmək üçün əsas verir. Əgər ödənilən pul məbləği icarə haqqının əvvəlcədən ödənilməsi ilə bağlı idisə, bu məsələ mütləq icarə müqavilələrində öz əksini tapmalı idi. İşdən görünür ki, K.X4 təsisçisidir, icarə müqaviləsi isə Cavabdeh2 MMC ilə iddiaçılar arasında bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə görə məhdud məs uliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həcmində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Göstərilən vəziyyətdə MMC-nin təsisçisi olan Cavabdeh1 cavabdeh kimi MMC ilə müştərək qaydada iddiaçılar qarşısında məsuliyyət daşımasına müvafiq hüquqi qiymət verilməli idi. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1) Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (217.2) Lakin apelyasiya instansiyası məhkəməsi həmin maddəni n və MPM-nin 220.4-cü maddəsinin ziddinə olaraq gəldiyi nəticəni mübahisəli hüquq münasibətini tənzimləyən normaların tələblərinə uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmas ı üçün həmin məhkəməyə göndərilsin. İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4823/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4823/2020
15.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver