Məhkəmə qərarları › İş №2(102)-4825/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4825/2022

06.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4825/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ləğv prosesində olan "xxxx" ASC-yə, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4825/22 (Açar sözlər: müqavilənin ləğv edilməsi) Bakı şəhəri, 6 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, Əhmədov Əhməd Abbas oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ləğv prosesində olan "xxxx" ASC-yə, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "alqı-satqı və ipoteka müqaviləsinin ləğv olunması və s." tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2623/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 23 noyabr 2017-ci il tarixli satıcı İddiaçı, ipoteka saxlayan Cavabdeh3 ASC və alıcı (ipoteka qoyan) Cavabdeh2 arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Xəzər rayonu Şüvələn qəsəbəsi Ordubadi küçəsi ünvanda yerləşən 0,066 ha torpaq sahəsi və üzərində yerləşən 19 saylı ev Cavabdeh2 satılmış, sonuncu əmlakı kredit müqaviləsinin təmina tı kimi bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank da öz növbəsində Cavabdeh2 50.000 manat məbləğində kredit vermiş, lakin bank qarşısında kredit üzrə öhdəliklər tam icra edilməmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-410/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) 23 noyabr 2017-ci ildə cavabdehlərin “təşkil etdikləri” alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab olunması, bankdan götürülmüş vəsaitin 10.000 manatının ona aid olmaqla yerdə qalan məbləğin cavabdehlərə aid olunması, evinin və torpağının əvvəlki statusuna qaytarılması, Cavabdeh2 adına verilmiş 01 dekabr 2017-ci il tarixli reyestrdən çıxarışın və texniki pasportun ləğv olunması barəd ə iddia ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8221/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-410/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ləğv prosesində olan "xxxx" ASC-yə, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23 noyabr 2017-ci ildə cavabdehlərin “təşkil etdikləri” alqı-satqı və ipoteka müqaviləsinin ləğv edilməsi, bankdan götürülmüş vəsaitin 100 00 manatının ona aid olmaqla yerdə qalan məbləğinin cavabdehlərə aid olunması, evinin və torpağının əvvəlki statusuna qaytarılması, Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışın və texniki pasportun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin noyabr ayında Aytən adlı qadın ilə köhnə Olimp mağazasının yanında olan notariusda rəsmi müqavilə bağlayaraq, iddiaçı evinin çıxarışını girov qoymuş və Aytən adlı qadından 10.000 manat pul almışdır ki, başqa şəxslərə olan borcunu qaytarsın. Həmin pul ilə bağlı öhdəlik götürmüşdür ki, 6 ay müddətinə Aytənin 10.000 manat pulunu qaytaracaqdır. İddiaçı pulu ödəyə bilmədiyi üçün, üzərindən 4 ay keçdikdən sonra tanış olduğu Araz adlı şəxs iddiaçını İradə adlı xanımla tanış etmişdir ki, həmin İradə az faiz ödəməklə kreditə bankdan pul çıxara bilər və bir neçə gündən sonra İradə adlı qadınla tanış olmuşdur. Daha sonra İradə və onun tanışı Mirtalıbla tanış olmuş, onlar iddiaçıya kredit götürməyə köməklik edəcəklərini və əvvəlki şəxsdən götürdüyü 10.000 manat krediti bağlayacaqlarını bildirmişdilər. 10.650 manat pul vəsaitini Aytən xanıma ödəyərək evin sənədlərini ondan, almışlar ki, banka girov qoyaraq pul götürsünlər. Bir neçə gündən sonra iddiaçını Elmlər Akademiyası parkına çağırmışlar və orada adını sonradan bildiyi Cavabdeh2, İradə, Mirtalıb və ora sonradan gələn Eyyub adlı şəxslər var idi. Daha sonra iddiaçının tanımadığı bir qadın da ora gəlmiş, İradə bildirmişdir ki, onlar iddiaçıya köməklik edəcəklər ki, bankdan kredit götürüb 10.6 50 manat olan borcunu qaytara bilsin. Belə ki, Şüvəlan qəsəbəsində olan evin çıxarışını banka kreditə qoyub pul götürəcəklər, lakin pulun 16 faizi onlara çatacaqdır. İddiaçı razılaşmış və onlar hamısı Mirtalıbın avtomaşınında köhnə Olimp mağazasının yanında olan notariusa 22 noyabr 2017-ci il tarixdə gəlmişlər. Orada onları bank işçisi Əliyev Rövşən gözləyirdi, onlar ora çatmaqları ilə sənədlərə imza edib çıxmaqları bir neçə dəqiqə çəkmiş və oradan Elmlər Akademiyası parkının yaxınlığındakı Cavabdeh3 ASC-yə gəlmişlər. Onlar avtomobildə oturmuşlar və həmin adını bilmədiyi qadın iddiaçı ilə banka girmiş, iddiaçı kassadan pulu alıb maşına gəlmişdir. Həmin qadın Cavabdeh3 ASC-nin qarşısında, maşının içərisində pulla dolu paketi İradəyə vermiş, oradan 94.604 manatın, 44.000 manatını Eyyub və hə min tanımadığı qadına vermiş və onlar çıxıb getmişlər. Sonra isə iddiaçı İradə və Mirtalıbla birlikdə Yasamal rayonu, H.Cavid adına olan parkda çay evində oturmuşlar ki, haqq-hesab edilsin. İradə ağ vərəqdə qeydiyyat apararaq kimə nə qədər verməli olduğunu yazmışdır. Sonra İradə borcu olan 10.650 manatı iddiaçıya vermişdir. İddiaçı niyə ona az pul verdiyini soruşanda İradə belə alındığını bildirmişdir. İddiaçı cavabdehlərin 16 faizdən çox pul götürdüklərini deyəndə, İradə iddiaçıya Cavabdeh2 1 aydan sonra təqaüdə çıxaracaqlarını və həmin kreditin yarı faiz olacağını bildirmişdir. İddiaçı razılaşmadığından onlar iddiaçıya bildirmişlər ki, bir ay müddətində həmin hərbçi təqaüdə çıxacaq, dövlət ona güzəşt etdiyindən, ona etibarnamə verəcəklər, onun banka olan borcu 25.000 manat olacaqdır və p ulu banka Ədalət ödəyəcəkdir. İddiaçı onların yanından çıxıb evə gəldikdən sonra bankın çıxarışına baxanda orada banka olan borclu kimi Cavabdeh2 adının qeyd edildiyini görmüş, ondan sonra bütün sənədlərə baxanda iddiaçıya aydın olmuşdur ki, sənədlərə baxmamış qol çəkərək Şüvəlanda olan evini Cavabdeh2 adına keçirmiş, Ədalət də həmin evi banka girov qoyaraq pul götürmüşdür. Ədalət hal-hazırda iddiaçını evindən çıxarmaq üçün Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Onda Cavabdeh1, X1 və Cavabdeh2 birlikdə iddiaçıya qarşı dələduzluq etdiyini başa düşərək şikayət etmişdir. Cavabdehlərin iddiaçını aldadaraq yeganə yaşayış sahəsi olan yuxarıda göstərilən ünvandakı yaşayış evinin əlindən alınması ilə nəticələnən əqdi “Təşkil” etdikləri barədə iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmişdi r. Həmin müraciətlərin araşdırmalarının birində yazıldığı kimi əqdin etibarsızlığı barədə məhkəməyə müraciət edə biləcəyi tövsiyə olunurdu. Bu səbəbdən də iddiaçı, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə və iş üzrə icraata xitam verilməsi haqqında vəsatət təqdim etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6386/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Cəfərov) iddia rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, 23 noyabr 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə borclu tərəfindən Banka olan kredit öhdəliyi tam icra edilməmişdir. Bu halda, bank qarşısında icra edilməmiş öhdəlik mövcud olduğundan müqavilənin ləğv edilməsi mümkün deyildir. Digər tərəfdən, iddiaçı iddia ərizə sində və məhkəmə iclasında verilən izahatlarda 23 noyabr 2017-ci il tarixli, 129.CL.221117.00001/a saylı alqı-satqı və ipoteka müqaviləsinin formal olduğunu əsaslandırmağa çalışmaqla müqavilənin etibarsızlığını deyil, ləğvini tələb etdiyi üçün onun tələbi ümumiyyətlə təmin edilə bilməz. Çünki, müqavilənin formal olması onun ləğv edilməsi üçün əsas deyildir.

8. Eyni zamanda, iddia müddətinin tətbiqinə dair verilmiş ərizə ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbi alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığından alqı-satqı və ipoteka müqaviləsinin ləğvinə dəyişdirildiyindən və mübahisə olunan müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitmədiyindən hazırkı tələbə iddia müddəti tətbiq olunmayaraq Cavabdeh1 tərəfindən verilmiş ərizə təmin edilməməlidir.

9. Məhk əmə hesab etmişdir ki, 23 noyabr 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsi üzrə qəbul edilmiş qətnamələr qanuni qüvvəsini almadığından və hazırkı mübahisə müqavilənin ləğv edilməsi tələbi olduğundan iş üzrə icraata xitam verilməsi haqqında Cavabdeh1 vəsatəti təmin olunmamalıdır.

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. O, Azərbaycan Respublikası Mülki Məcəllənin 424.2, 527.1, 528-ci maddələrinə deyil, 334.1, 340-cı maddələrinə istinad etməli olduğu halda bunu etməmişdir, həm onun, həm də cavabdehlərin yekdil fikrinə görə və məhkəmədə verdikləri ifadələrinə görə mübahisələndirdiyi əqd nəticə etibarı ilə yalan əqddir ki, bu başqa əqdi pərdələmək üçün bağlandan əqddir. Belə əqd əhəmiyyətsizdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2623/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər- R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin olunmadan, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6386/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, müqavilənin etibarlı olması tərəflər arasında mövcud olmuş digər mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Müqavilənin ləğv edilməsi isə yalnız o halda mümkündür ki, müqavilənin digər tərəfi müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuş olsun, yaxud bu müqavilənin özündə nəzərdə tutulmuş olsun. Lakin, hazırkı işin hallarından iddiaçının mübahisələndirdiyi müqavilələrin digər tərəflərinin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması müəyyən edilməmişdir. Mənzilin dəyərinin sonradan İddiaçı tərəfindən digər şəxslər arasında bölüşdürülməsi mövcud müqavilənin ona münasibətdə əhəmiyyətli şəkildə pozulması hesab oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini iddia ərizəsi və a pellyasiya şikayətinin dəlillərini təkrarlamaqla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

16. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanl ardan xeyli dərəcədə məhrum olur

17. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. M addə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

27. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf bağlanmış müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, müqavilə bağlanarkən aldadılmış və formal olaraq yalan əqd bağlanması təşkil edilmişdir.

28. Lakin apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müqavilə bağlandıqdan sonra əldə edilmiş pulun çox hissəsinin iddiaçıya verilməməsi müqavilənin ləğvi üçün əsas ola bilməz.

29. Faktiki olaraq irəli sürdüyü digər dəli llər isə müqavilənin etibarsızılığı ilə bağlı olmuş, bu dəlillərə isə həmin tələblə bağlı aryıca icraatda baxılmış iş üzrə qiymət verilmişdir. Bu eyni zamanda maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə (MMin 340-cı maddəsinin tətbiq edilməməsi) dair dəlillərə də aiddir.

30. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi və işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə əlaqəlidir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məh kəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2022-ci il tarixli, 2(103)-2623/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar