Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4829/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Hacıyev Sənan Firudin oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı müqavilələrin ləğv edilməsi, pulun qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1845/2022 nömrəli, 13 aprel 2022-ci il tari xli qətnaməsindən İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə 1 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh firma və firmanın təsisçisi Cavabdeh1 Qaradağ rayonu Lökbatan qəsəbəsinin Cənub-şərqi Bakı-Səlyan-Lökbatan dairəvi yolayrıcının qərbində yerbşən «BİNƏ» ticarət mərkəzində yerləşəyən “Yeni Bazar” ticarət kompleksində qeyri-yaşayış sahələrini müxtəlif sahibkarlara icarəyə verilməsini həyata keçirir. Bunun üçün tərəflər arasında “İcarə müqaviləsi” adlanan müqavilə bağlanır, icarəçi tərəfindən müəyyən dövr üçün icarə haqqı əvvəlcədən, yəni hələ inşa olunmamış tikiliyə görə ödənilir, tikili icarəyə verən tərəfindən inşa edilib hazır olandan sonra icarəçiyə təhvil verilir. Ə vvəlcədən ödənilmiş pul vəsaiti isə bundan sonra icarə haqqı kimi nəzərə alınır.
2. Hazırkı mübahisə də bu münasibətlər çərçivəsində İddiaçı2 göstərilən ünvanda iki qeyri-yaşayış obyektinin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanması nəticəsində yaranmışdır. 3. 1-ci İcarə Müqaviləsi İddiaçı2 ilə Cavabdeh2 firmasının təsisçisi Cavabdeh1 arasında “Yeni Bazar” ticarət kompleksində 34 kvadrat metr anbar sahəsinin tikilərək İddiaçı2 müddətsiz icarəyə verilməsi ilə əlaqədar bağlanmışdır. Müqavilənin aşağı hissəsində obyektin Ticarət Mərkəzində yerləşdiyi yeri kimi “15-2-102” nömrəsi qeyd edilmişdir. 4. 2-ci İcarə Müqaviləsi İddiaçı2 ilə Cavabdeh2 firmasının direktoru X13 arasında “Yeni Bazar” ticarət kompleksində 11-3-1 saylı yerdə yerləşən 50 kavadrat metr qeyriyaşayış sahəsinin inşa edilər ək tikintisi başa çatdıqdan sonra İddiaçı2 müddətsiz icarəyə verilməsi ilə əlaqədar bağlanmışdır.
5. Qeyd edilən müqavilələr Cavabdeh2 MMC-nin direktoru D.Əmirovanın şəxsində X14 ümumi sahəsi 25 kvadrat metr olan anbarın icarəyə verilməsi barədə xx.xx.2003-cü il tarixli 601 nömrəli (müqavilədə əl yazısı ilə “9-чы ряд Раhиб» qeydi aparılmışdır) və Cavabdeh2 MMC-nin təsisçisi Cavabdeh1 şəxsində X4 ilə “Yeni Bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 50 kvadrat metr olan anbarın icarəyə verilməsi barədə (müqavilənin yuxarı hissəsində 11-3-1 qeydi yazılmışdır) müqavilə münasibətləri davam etdirmiş, həmin münasibətlərin davamı kimi cavabdeh MMC ilə bağlanmışdır.
6. İddiaçı2 ******* № li kassa mədaxil orderi verilmişdir. Həmin qəbzdən görünür ki, O.Əmrahovun ad ı silinərək İddiaçı2 adı qeyd olunmuş, qəbzin arxasında aşağıdakı yazılar qeyd edilmişdir: “25 x 300 = 7500 м 5 x 550 = 2750 Чəми 10250 м 6/x ϴдəди 850 м ϴдəмə 94000 манат там ϴдəниш олду Ачар - imza Ачар пулу 2000 м İmza Гапъı пулу 1000 4 x 600 м 2400 м”
7. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş “Cinayət işin başlanmasının rədd edilməsi barədə” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, İddiaçı1 cavabdeh MMC barəsində verdiyi şikayət əsasında araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda göstərilir: "Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, "Arazavia” firmasının təsisçisidir. Firmaya məxsus Lökbatan qəsəbəsində yerləşən "Binə" TM-də yerlə şən ticarət obyektləri ayrı-ayrı şəxslərə icarəyə və istifadəyə verilməklə fəaliyyət göstərir. "Binə" TM-də yerləşən 11.3.1 saylı, sahəsi 50 kvadrat metr olan ticarət obyekti 2007-ci ildə X7 adına rəsmiləşdirilmişdir. 2008-ci ilin əvvəllərində isə həmin obyekt İddiaçı1 oğlu İddiaçı2 istifadəsindədir. Sadəcə olaraq ticarət mərkəzində alış-veriş zəif olduğundan 15-ci sıra fəaliyyətsizdir. Araşdırma zamanı izahatı alınmış X17 bildirmişdir ki, 1996-cı ildən "xxxx" firmasının direktoru vəzifəsində işləyir. Firma Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" TM-də olan obyektləri icarəyə verməklə fəaliyyət göstərir. "Binə" TM-də yerləşən 11.3.1 saylı, sahəsi 50 kvadrat metr olan ticarət obyekti xx.xx.2012-ci il tarixli 551 saylı müqavilə əsasında İddiaçı2 icarəsinə verilmiş dir. Həmçinin İddiaçı2 icarəsinə 15.2.102 saylı 34 kvadrat metr sahəsi olan ticarət obyekti anbar kimi verilmişdir. xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinə əsasən bu obyektlər üçün İddiaçı2 adından 13250 manat pul ödənilmişdir. Dünyada baş verən iqdisadi böhranla əlaqədar "Binə" TM-də alver zəifləmiş və İddiaçı2 adına rəsmiləşdirilmiş obyektlər fəaliyyətsiz qalmışdır. İddiaçı2 atası İddiaçı1 bir neçə dəfə "xxxx" firmasına müraciət etmiş, pulunu tələb etmişdir. Firma tərəfindən ona dəfələrlə təklif olunmuşdur ki, icarə əsasında götürdüyü obyektlər əvəzləmə qaydasında ticarət fəaliyyətində olan sıralardakı eyni ölçülü obyektlərlə dəyişdirilsin. İddiaçı1 isə bununla razılaşmamışdır. xx.xx.2017-ci il tarixli 004369 saylı kassa mədaxil orderinə əsasən firmaya 13250 manat ödəsə də, mürac iətində heç bir əsası olmadan 68720 manat pul tələb edir. Bu gün də İddiaçı1 eyni ölçülü başqa ticarət obyektlərinin təklif olunduğunu, sonuncunun bu təklifləri qəbul etmədiyini qeyd etmişdir". İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh2 firması arasında 11.3.1 nömrəli obyektə görə imzalanmış 31 may 2012-ci il tarixli 551 saylı və 15.2.102 nömrəli obyektə görə (xx.xx.2008) imzalanmış nömrəsiz və tarixsiz Müqavilələrin ləğv edilməsi, müqavilə üzrə və müqavilədən kənar xərclər üzrə ödənilmiş 68.720 manat pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, əldən çıxmış faydaya görə 120.000 man at məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, müqavilə üzrə və digər xərclər adı altında ödənilmiş 68.720 manat məbləğində pulun illik 5%-olan (10 il x 3.436) 34360,00 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, işin aparılması ilə bağlı İddiaçı1 tərəfindən çəkilmiş xərclərə görə 50.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulması, mənəvi ziyana görə 100000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, Cavabdeh1 əməlində cinayət tərkibinin əlamətləri olduğundan onun barəsində xüsusi qərardad çıxarılmaqla prosessual rəhbərliyi həyata ke çirən prokurora məlumat verilməsini xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X18 (iddiaçıların ailə üzvü) Səbail RİN tərəfindən verilmiş 600 kv.m sahədən ibarət torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh2 firmasının Qaradağ rayonu ərazisində inşa etdiyi “Binə” TMdən 07 fevral 2008-ci il tarixdə İddiaçı2 adına 11 və 15-ci sıralarda yerləşən, sahələri müvafiq olaraq 50 kv.m. və 34 kv.m olan iki obyekt alınmışdır. Obyektlərin əldə edilməsi üçün tələb olunan bütün ödənişlər, hətta təmir pulu da əvvəlcədən, yəni yerlər hazır olmadan ödənilmişdir. Tərəflər arasında imzalanmış müqavilələr üzrə İddiaçı2 müqavilə öhdəliyini lazımi qaydada və vaxtında icra edərək müqavilə şərtlərinə, hətta müqavilədə göstərilməyən lakin cavabdehlər və onların səlahiyyətli nümayəndələri tərəfindən əlavə olunan şərtlərə əməl etmiş, lakin digər tərəf vicdanlılığın tələb etdiyi tərzdə davranmayaraq müqavilə öhdəliyini yerinə yetirməmiş, 10 ildən çox müddət keçməsinə baxmayaraq, obyektləri təhvil verməmişdir. Sonuncu dəfə 28 avqust 2014-cü il tarixdə (hər iki iddiaçı) məlum tələblərlə, firmanın rəhbəri, hazırki iş üzrə Cavabdeh1 yanında olanda sonuncu «sizə veriləsi nə yerim, nə də pulum yoxdur, gedib sübut edin ki, mənə pul vermisiniz” demişdir. 02 sentyabr 2014-cü il tarixdə yazılı müraciətlə etdiyi dələduzluq əməllərini ona xatırlatmaqla, müqavilələrə birtərəfli qaydada xitam verərək icrasının dayandırıldığı nəzərinə çatdırılmış, ondan müvafiq hərəkətlər etməsi və nəticəsi barədə rəsmi cavab göndərməsi xahiş olunmuş, lakin bu günə qədər heç bir addım atılmamı şdır. 31 oktyabr 2014-cü il tarixdən başlayaraq bu barədə Azərbaycan Respublikası DİN-ə, Baş Prokurorluğa, eləcə də digər aidiyyəti dövlət orqanlarına edilmiş çoxsaylı şikayətlər də bir nəticə verməmiş, cavabdehin iqtisadi gücü, hüquq-mühafizə orqanlarında olan mövqeyi obyektiv və ədalətli araşdırmanın aparılmasını mümkünsüz etmiş, bütün araşdırmalar natamam aparılmış, Cavabdeh1 və bu işdə məsul olan digər şəxslərin izahatlarının alınması belə mümkün olmamış, nəticədə həmin araşdırma ilə bağlı mahiyyəti üzrə qərar qəbul edilməmişdir. Cavabdehlər obyektləri təhvil vermir və pulları da geri qaytarmır, bu əsasla hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
10. Məhkəmə iclasında iddiaçı (eləcə də digər İddiaçı2 nümayəndəsi) İddiaçı1 iddia tələbini müdafiə edərək göstərmişdir ki, 1- ci obyekt üzrə 01 noyabr2007-ci il tarixli, 601 saylı müqaviləyə əsasən Oktay Əmrahovun köhnə TM-də, 9-cu sırada, sahəsi 25 kv.m olan mağazası olub. Bu obyektin sahəsinə və yerləşdiyi sıraya uyğun olaraq ona güzəştli şərtlərlə, yeni tikilən TM-dən 9-cu sırada olmaqla, sahəsi 30 kv.m olan obyektin verilməsi üçün ondan 25 kv.m x 300 + 5 kv.m x 550 manat olmaqla, 10.250 manat pul alınmışdır. Bu fakt, O.Əmirova 06 dekabr 2007-ci il tarixdə verilmiş, cavabdehin imzası və möhürü ilə təsdiq olunmuş 004369 saylı kassa mədaxil orderinin qəbzində öz əksini tapmışdır. Cavabdehin qanunsuzluqlarından, özbaşınalığından bezərək bazarı tərk edən Oktay Əmrahov ona veriləsi təzə yerə görə müqavilə bağlamaqdan imtina etmiş və həmin yerə görə ödədiyi pulu (10250 manat) geri ala bilmədiyindən, ona çatası yeri cavabdehin razılığı ilə satıb pulunu götürməli idi. Bunun üçün o, 30 kv.m sahəsi olan obyekt üçün, hər kv.m sahəyə görə 600 manat hesabı ilə, ondan 18.000 manat alıb cavabdehin yanına getdi. Bu pulu sonuncu ilə bölüşən (ödədiyi pulu geri alan) O.Əmrahov bundan sonra ona çatası obyektdən rəsmən imtina etdi. Bu sövdələşmədən əldə etdiyi məbləğ cavabdehi qane etmədiyindən, əlavə olaraq ondan 1100 manat aldı, sonra sənədləşmə aparılmasına göstəriş verdi. Bundan sonra satış şöbəsinə yaxınlaşıb 2000 manat qapı pulu, 1000 manat açar pulu, 20 manat blank pulu ödəsə də, ondan əlavə 2400 manat tələb olundu. Sonradan aydın oldu ki, ona 9-cu sıradan sahəsi 30 kv.m olan obyekt əvəzinə 15-ci sıradan 15.2.102 saylı, sahəsi 34 kv.m olan başqa yer verməklə onu aldadırlar. Etirazları və narazılıqları heç bi r nəticə vermədiyindən, məcbur olub əlavə 2400 manat ( 4 kv.m x 600 man) ödəmiş, sahəsi 34 kv.m olan 15.2.102 saylı obyekt üçün oğlu İddiaçı2 adına rəsmiləşdirilən müqaviləni almış, ödədiyi pulların müqabilində rəsmi sənəd ala bilməmişdir. Əvəzində, O.Əmrahovun adının üstündən xətt çəkilərək İddiaçı2 yazılmış, 06 dekabr2007 tarixli, 004369 saylı qəbzin surəti ona verilmişdir. Qəbzdə obyektin sahəsinin 30 kv.m, ödəniləcək məbləğin, 25 x 300 = 7500m. +5x500=2750 manat olmaqla, cəmi 10250 manat olması və bu məbləğin O.Əmrahov tərəfindən tam ödənilməsi (850m+9400m), onun ödədiyi: “açar pulu- 2000 manat, qapı pulu-1000 manat, 4 kv.m üçün 4 x 600 m = 2400manat” ödənişlər qeyd olunmuşdu. Bu ödənişlərin cəmi isə 15650 manat təşkil edir. Digər tərəfdən, 07 fevral 2008-ci il tarixdə tərtib olunan mü qavilənin tarixi, nömrəsi yoxdur. Üzərindəki “açar pulu verdi ”, “qapı pulu verdi ” qeydlərinin qarşısında cavabdehin imzaları var, müqavilə onun imzası və möhürü ilə təsdiq olnmuşdur. Əslində bu obyektlər üçün firmaya - 20400 manat sahəyə görə ( 34 kv.mx 600 man); 1100 manat əlavə ödəniş; 2000 manat qapı pulu; 1000 manat açar pulu; 20 manat blank pulu olmaqla, cəmi 24520 (iyirmi dörd min beş yüz iyirmi) manat ödəmişdir. 2-ci obyekt üzrə ünvan 1 ünvanında yaşayan X3 adına sənədləşmiş, onun qardaşı Qənbər Həsənov tərəfindən satılan 11.3.1 saylı obyektin onun adına rəsmiləşdirilməsinə görə cavabdeh 4000 manat əlavə pul istəmişdir. Sənədləşmə xərclərini öz boynuna götürən Qənbər Həsənov bu məbləğlə razılaşmadı. Ona görə o, Bakı şəhəri 37 saylı notariat kontoruna gedib, oradan 10 il müddətinə (xx.xx.2008-ci il tarixli) etibarnamə alaraq müqavilə ilə birlikdə ona verdi, əvəzində həmin obyektə görə cavabdehə ödədiyi 38.000 manat məbləğində pulu (sahəyə görə: 50 kv.m x 700 m = 35.000 + 3000 m qapı və açar pulu)ondan aldı, rəsmi qəbz verilmədiyini bildirdi. Cavabdehin inadı üzündən bu yer yalnız 4 ildən çox vaxt keçəndən sonra – 31 may2012ci il tarixdə, Muxtar və Qənbər qardaşlarının iştirakı olmadan, cavabdehin yaxın adamı kimi tanınan X8 vasitəsi ilə (ilkin müqaviləni alıb ona verdi, əvəzində yenisini gətirdi), İddiaçı2 adına rəsmiləşdirildi. 551 saylı, 31 may 2012-ci il tarixli müqavilədə TM-nin direktoru Dilşad Əmirovanın adı göstərilsə də, onu Cavabdeh1 özü imzaladı və möhür vurdu. Obyektlərin təmiri adı ilə keçirilən “pul yığma” kompaniyası zamanı ondan (xx.xx.2008-ci il ta rixdə) əlavə 6200 manat “təmir pulu ”da alınıb. Həmin pulu Cavabdeh1 şəxsən özü vermişdir. Bu adla yığılan ödənişlərin hesabatı məxfi jurnallarda aparılırdı, rəsmi qəbz verilmirdi. Müqavilələrdəki yerlərin əldə olunmasında, pulların, o cümlədən təmir pulunun Cavabdeh1 verilməsində X19 da iştirak etmişdir. Beləliklə, iki obyektin əldə edilməsi üçün ödənilmiş ümumi məbləğ 68.720 manat təşkil edir.
11. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin vəkili və nümayəndəsi Vəkil3 oğlu iddia tələbini qismən qəbul etmiş və izahat verərək göstərmişdir ki, İddiaçı1 ilə Cavabdeh2 MMC arasında ümumiyyətlə hər hansı bir müqavilə bağlanmamışdır. O, yalnız MMC ilə oğlu İddiaçı2 arasında vasitəçi olmuşdur. İddiaçı1 ticarətlə məşğul olmaq məqsədi ilə Lökbatan qəsəbəsindəki Cavabdeh2 MMC-nin “Binə” Ticarət Mərkəzində ticarətlə məşğul olan öz kəndlisi, Naxçıvan MR Şərur rayonu Dəmirçi kəndindən olan X9 vasitəsi ilə müqavilə üzrə tərəf olmayan, lakin məhkəmədə şahid qismində çıxış etmiş X20 ilə tanış olmuş və ticarət mərkəzinin ona təhkim olunmuş 15-ci sırasındakı 2-ci blokun 102 saylı sahəsi 34 kv.m olan ticarət obyektini götürmək qərarına gəlmişdir. Bu məqsədlə iddiaçılar(İddiaçı1 deməsinə görə) sonuncuya 18000 manat pul ödəmişlər. Oktay Əmrahov köhnə ticarət mərkəzində çalışdığı üçün tikintiyə kömək məqsədi ilə 10.250 manat pul ödəmişdir. O, göstərilən ticarət obyektini İddiaçı2 adına rəsmiləşdirilməsi üçün MMC-yə müraciət etmiş və bunun razılığını almışdır. Ticarət obyektinə qapı qoyulması üçün İddiaçı1 2000 manat, açarlar üçün 1000 manat, cəmi 3000 manat pul alınmışdır. Digər epizod üzrə isə yenə də İddiaçı1 öz kəndlisi, iş üzrə şahid qismində dindirilmiş X8 vasitəsi ilə “Binə” ticarət mərkəzində X3 qardaşı Qəmbər Həsənovla görüşmüş, M.Həsənova təhkim olunmuş ticarət mərkəzinin 11-si sırasındakı 3-cü blokun, sahəsi 50 kv.m olan 1 saylı obyektini almaq qərarına gəlmiş, bu məqsədlə iddiaçılar Rəhimin vasitəsi və onun iştirakı ilə Qəmbər Həsənova 38000 manat (İddiaçı1 deməsinə görə) pul ödəmişlər və bununla əlaqədar sonuncudan etibarnamə almışlar. İddiaçı1 həmin etibarnamə ilə MMCyə müraciət etmiş və orada oğlu Rəmzinin adına ticarət mərkəzinin 11-3-1-ci obyekti üçün 31 may 2012-ci il tarixdə 551 saylı müqavilə imzalamışdır. Həmin müqaviləni oğlunun əvəzindən özü imzalamışdır. Göründüyü kimi iddiaçıların Oktay Əmrahova ödədikləri 18000 manat və Qəmbər Həsənova ödədikləri 38000 manat vəs ait nə Cavabdeh2 MMCyə də onun rəhbəri Cavabdeh1 şəxsən verilməmişdir. Həmin şəxslərin məhkəmə iclasında verdikləri ifadələr də bu faktı təsdiq edir. Həm 15-ci sıranın 2-ci blokundakı 102 saylı obyekt, həm də 11-ci sıranın 3-cü blokundakı 1 saylı obyekt hələ də iddiaçıların istifadəsindədir. Lakin onlar öz işlərini düzgün qura bilmədikləri üçün həmin sahələr işləmir. Cavabdeh2 MMC və Cavabdeh1 iddiaçılara 1 manat da olsun borclu deyillər. Onlara maddi və mənəvi ziyan vurmamışlar. Öz işlərini düzgün qura bilmədiklərinə və ticarət mərkəzinin əməkdaşı olmayan şəxslərə pul ödəmələrinə görə hər hansı bir məsuliyyət daşımırlar. Lakin hüquqlarını təmsil etdiyi şirkət və şəxsən Cavabdeh1 işin faktiki hallarını nəzərə alaraq və humanizm göstərərək iddianı qismən 3000 manat məbləğində etiraf edir. ( Qapı və açar pulu). Həmin hissədə, eləcə də müqavilələrin ləğv olunması hissəsində iddianın təmin olunmasına etiraz etmir. Qalan hissədə iddianın rədd olunmasını xahiş edir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, onun “Binə” Ticarət Mərkəzində özünə məxsus ticarət obyekti olmuşdur. Lakin işləri yaxşı ketmədiyi üçün onu satmaq qərarına gəlmiş, bununla əlaqədar müştəri axtarmışdır. Həmin ərəfədə həmkəndlisi İddiaçı1 onu axtarıb tapmış və satdığı obyekti almaq istədiyini bildirmişdir. Onlar 18000 manata razılaşmışlar. İddiaçı1 18 manat almış,həmin məbləğdən 10250 manatını bazara olan boircunu ödəmiş 7750 mantını isə özünə götürmüşdür. Bundan sonra ona məxsus olan sahənin Kərimli Əlinin adına rəsmiləşdirilməsinə etiraz etmədiyi barədə Cavabdeh1 ərizə v ermişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, İddiaçı1 «Binə» ticarət mərkəzində yer almaq istəyirdi. Onunla Kəbirə xanımın ofisinə getdilər və orada İddiaçı1 2000 manat qapı və 1000 manat açar pulu ödəmişdir. İddiaçı1 kimlərəsə 38000 pul ödəməsi barədə məlumatı yoxdur.
14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2216/2018 nömrəli, 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.X.Mirzəyev) iddia qismən təmin edilərək, İddiaçı2 ilə Cavabdeh2 MMC arasında bağlanmış 31 may 2012-ci il tarixli, 551 saylı və 07 fevral 2008-ci il tarixli müqavilələrin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada 3.000 manat pulun tutulub iddiaçılara ödənilməsi qət edilmişdir.
15. Birinci instansi ya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçılar “Binə”Ticarət X1 məxsus ticarət sahəsini öz aralarında olan razılaşmaya əsasən sonuncudan almış, bunun müqabilində isə 18000 manat pulu O.Əhmədova ödəmişlər. O isə həmin həmin məbləğdən 10250 manatını bazara olan borcunu ödəmiş 7750 manatını isə özünə götürmüşdür. Bundan başqa, iddiaçılar X8 vasitəsi ilə ticarət mərkəzindəki 11-31-ci obyekti 31 may 2012-ci il tarixdə icarəyə götürmüş və həmin sahə üçün 3000 manat (qapı və açar pulu) ticarət mərkəzinə pul ödəmişlər. Qeyd olunan sahə üçün onun əvvəlki sahibi Qəmbər Həsənova 38000 manat pul ödənilməsi, həmin məbləğin Cavabdeh2 MMC-yə və ya onun təsisçisi Cavabdeh1 çatdırılması iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmır.
16. Məhkəmə iddiaçıların təqdim etdikləri s übutları qiymətləndirərkən belə nəticəyə gəlmişdir ki, həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçıarın öz tələbrinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün kifayət etmir. Əksinə, məhkəmə iclasında dindirilmiş şahidlərin verdiyi ifadələr cavabdehin iddianı qismən etiraf etdiyi hissə istisna olunmaqla iddiaçının dəlillərini təkzib edir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
19. Apellyasiya iddia ərizəsinin məzmununa uyğun ə saslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işin hallarını obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iclası düzgün protokollaşdırılmamış. Rayon Məhkəməsində şahid qismində dindirilmiş O.Əmrahovun ifadəsi təhrif edilmişdir. Bundan başqa, Rayon Məhkəməsi iddia tələbinin bir hissəsinin rədd edilməsi barədə nəticəyə gələrkən, gəldiyi bu nəticəni mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, cavabdehlər iddiaçılar tərəfindən obyektlərə görə pul vəsaitinin ödənilməsini inkar etməmişlər Digər tərəfdən obyektlərə görə pul vəsaitinin cavabdehlərə deyil, obyektin əvvəlki sahiblərinə ödənilməsi cavabdehləri məsuliyyətdən azad etmi r. Çünki obyektlərin İddiaçı2 adına rəsmiləşdirilməsinə Cavabdeh1 razılıq vermiş və bunun üçün ona əlavə pul ödənilmişdir. Həmçinin həmin obyektləri iddiaçılara təhvil vermək öhdəliyi cavabdeh tərəfin üzərinə düşür. Lakin Rayon Məhkəməsi nə göstərilən bu halları araşdırmamış, nə də lazımi sübutları təmin etməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və E.Y.Şamayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onu nla əsaslandırmışıdır ki, iddiaçılar obyektlərə görə ödədikləri pul vəsaitinin məhz cavabdeh tərəfə ödədiklərini sübuta yetirməyə borcludurlar. Əks təqdirdə, onların cavabdehlərdən göstərilən məbləğdə pulu tələb etmək hüququ yaranmır. Lakin iddiaçı tərəf nə iddia ərizəsində, nə də apellyasiya şikayətində obyektlərə görə bilavasitə cavabdeh MMC-yə və ya Cavabdeh1 pul ödədiklərini bildirməmişlər. Bundan başqa, tərəflər arasında bağlanmış "xxxx" MMC-yə ödəniləcək icarə haqqının məbləğinə dair hər hansı bir qeyd də mövcud deyil. Belə olan halda, iddianın bu hissədə ona cavab verməli olan şəxsə qarşı qaldırıldığı sual altına düşür.Digər əlavə ödənişlərin isə həyata keçirildiyini təsdiq edən sübutlar iş materiallarında mövcud deyil.
22. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfin iddia çılarla obyektlərin köhnə sahibləri arasında olan sövdələşməyə razılıq verməsi, cavabdehlərin bu razılıqdan gəlir götürməsi mənasına gələ bilməz. İddiaçı tərəf istənilən məbləğdə pulun cavabdehlərə ödənildiyini hər bir halda mötəbər sübutlarda təsdiq etməlidirlər. İddiaçılar cavabdeh tərəfin məhz onların əmlakı hesabına əsassız olaraq varlandığını sübut etmək öhdəliyi daşısalar da, istinad etdikləri bu halı təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmişlər. Həmçinin, iş materiallarında olan məhkəmə qərarları cavabdehlərin iddiaçıları aldatması faktını, yəni Cavabdeh1 İddiaçı1 qarşı “dələduzluq” cinayətini törətməsi faktını birmənalı olaraq inkar edir. Bundan başqa, apellyasiya şikayətində əksi qeyd olunsa da, iddianın təmin olunan hissəsini (3.000 manat) çıxmaq la, qalan hissəyə dair iddia tələbinin cavabdehlər tərəfindən etiraf olunması müşahidə edilmir.
23. Məhkəmə mübahisəli obyektlərin iddiaçıların istifadəsinə verilməməsi barədə məsələyə gəlincə isə, ilk növbədə qeyd etmişdir ki, cavabdeh tərəf bu halın əksini, yəni obyektlərin hələ də iddiaçıların istifadəsində olmasını bildirmişdir. Digər tərəfdən, tərəflər arasında 2008-ci ildə müqavilə bağlandıqdan sonra, obyektləri onların istifadəsinə təqdim etmədiyini iddia edən iddiaçı tərəfin eyni şəxslərlə (cavabdeh tərəflə) 2012-ci ildə yenidən icarə müqaviləsi bağlaması maraq doğurur. Bundan əlavə, əgər belə bir hal mövcud olmuşdursa, iddiaçı tərəf ayrıca iddia qaldırmaqla, müqavilə üzrə icarəyə götürdükləri obyektlərin onların istifadəsinə verilməsi vəzifəsini cavabdeh tərəfin üzərinə qoyulmasın ı tələb edə bilərdi ki, belə bir hərəkət onlar tərəfindən icra olunmamışdır. İddiaçıların halhazırda əsas tələbini obyektlər üçün ödədikləri pulun geri alınması təşkil edir. Bu isə onu göstərir ki, iddiaçı tərəf obyektlərin icarəyə götürülməsində maraqlı deyildir. Göstərilənlərə əsasən Məhkəmə, icarə obyektlərinin iddiaçılara təqdim edilməməsi ilə bağlı gətirdiyi dəlili inandırıcı hesab etməmişdir.
24. Məhkəmə iddia tələbinin qalan hissəsinə (əldən çıxmış fayda, maddi və mənəvi zərər) münasibətdə qeyd etmişdir ki, həmin tələblər ilkin tələbdən, yəni “68.720 manat məbləğində pulun cavabdehlərdən tutulması” tələbindən törəmə olduğundan və ilkin tələb əsas etibarilə sübuta yetirilmədiyindən, təmin edilə bilməz. Belə ki, cavabdeh tərəfin iddiaçının əmlakını qanunsuz olaraq əldə etməsi və saxla ması halı təsdiq olunmadığı üçün, bu hallara görə iddiaçıların maddi və mənəvi zərər məruz qalmasını qəbul etmək və iddianı bu hissədə təmin etmək məntiqi baxımdan yanlışdır.
25. Apellyasiya şikayətinin daha bir dəlili Rayon Məhkəməsinin iclasları düzgün protokollaşdırılmaması, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələrinin təhrif olunması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı1 qanunla nəzərdə tutulmuş vaxtdan xeyli müddət keçdikdən sonra Rayon Məhkəməsinin iclas protokoluna dair qeyd vermişdir. Məhkəmə iclas protokolu ilə tanış olmaq və ona dair qeyd vermək hüququ olan iddiaçıların bu hüquqlarından qanunla nəzərdə tutulmuş müddət ərzində istifadə etməməsi onu göstərir ki, onlar əvvəlcə məhkəmə iclas protokolu ilə razılaşmışlar. İddiaçı1 qanunla müəyy ən edilmiş müddətdən xeyli sonra protokol barədə öz mövqeyinə xidmət edən şəkildə, artıq Rayon Məhkəməsinin iddiaçıların təqdim etdiyi sübutlara iddiaçılara münasibətdə uğursuz hüquqi qiymət verdiyini bildikdən sonra protokola qeyd verməsi, şahid X10 isə apellyasiya instansiya məhkəməsində Rayon Məhkəməsində verdiyi ifadədən fərqli, yəni iddiaçıların xeyrinə ifadə verməsi birinci instansiya məhkəməsinin iclas protokolunun əsassızlığına dəlalət edə bilməz.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1-ci, MPM-in 14.2, 77.1, 119.1, 271.1, 273-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. İddiaçılar qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, M.T.Əhmədova və Ə.M.Rüstəmov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
29. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilələrin bağlanması, müqavilə münasibətlərinin olması mübahisəsizdir. Hər bir tərəf digər tərəfin müqavilə şərtlərinə əməl etməməsi barədə dəlillər irəli sürür. Belə olan halda birinci növbədə müqavilə şərtlərinə kimin tə rəfindən əməl edilməməsi, müvafiq olaraq iddiaçı Ramzi Kərimlinin müqavilədə göstərilən və göstərilməyən pulun ödənilib-ödənilməməsi, cavabdeh tərəfindən isə müqavilədə göstərilmiş obyektlərin iddiaçya təhvili verilib-verilməməsi, iddiaçıların iddia tələbində göstərdikləri digər maddi və mənəvi ziyana məruz qalıb-qalmamaları müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi həmin halları müəyyən edərkən tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, iddiaçı tərəfin sübutların təmin olunmasına dair vəsatətlərini əsassız olaraq təmin etməmiş, apellyasyia instansiyası məhkəməsi də eyni səhvləri təkrar etmiş, bütün bunlar düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir.
30. Cavabdeh tərəf iddia tələbinə etirazında göstərmişdir ki, həmin sahələr hazırda da iddiaçıların istifadəsindədir, lakin iddiaçılar işlərini düzgün qura bilmədiyindən həmin sahələr işləmir. Cavabdehlərin göstərdiyi bu hallarla razılaşan apellyasiya instansiyası məhkəməsi obyektlərin həqiqətən də iddiaçıların istifadəsində olub-olmaması, obyektlərdən istifadənin hansı səbəbdən, iddiaçıların, yaxud da cavabdehlərin təqsiri ucbatından mümkün ola bilməməsini müəyyən etməmiş, müqavilənin şərtlərində qeyd olunduğu kimi obyektlərin inşa edilərək iddiaçıların istifadəsində verilib-verilməməsini, bu halı təsdiq edəcə icarə müqaviləsində əks olunmuş obyektin təhvil-təslim aktının olubolmamasını müəyyən etməmiş, həmin aktların təqdim olunmasını cavabdehlərə təklif etməmiş, ümumiyyətlə obyektlərin movcud olmasını müəyyən etmək üçün yerində baxış keçirmək barədə ididaçı tərəfin və satətlərini əsassız olaraq təmin etməmiş, bu hallarla bağlı işdə olan sübutları ətraflı tədqiq etməmişdir.
31. İşdən həmçinin görünür ki, tərəflər arasında bağlanmış icarə müqavilərində icarə haqqının qeyd edilməməsi, o cümlədən cavabdeh tərəfindən bu halın, yəni icarə haqqının iddiaçılar tərəfindən ödənilməməsi halının mübahisələndirməməsi məhkəmə kollegiyasına iddiçıların müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi qənaətinə gəlməyə əsas verir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəflər arasında obyektlərin icarəyə verilməsi ilə bağlı icarə müqaviləsinin bağlanmasından 8-10 il keçməsinə baxmayaraq iddiaçılar tərəfindən cavabdeh firmya hər hansı məbləğdə icarə haqqının ödənilmədiyi təqdirdə keçən müddət ərzində cavabdehin müqavilə şərlətinin icra edilm əsi və icarə haqqının ödənilməsinin tələb edilməsi ilə bağlı hər hansı bir tələb irəli sürməməsinə əhəmiyyət verməmişdir.
32. Cavabdeh tərəfin məhkəmədə təmsil edən səlahiyyətli nümayəndəsi müqavilənin icra edildiyini, obyektlərin iddiaçıların istifadəsində olduğunu, iddiaçıların işlərini düzgün qura bilmədiklərini qeyd etmişdir. Lakin tərəflərin arasında yaranmış mübahisə ilə əlaəqdar Polis Bölməsində cavabdeh firmanın təsisçisi və direktorunun verdiyi izahatlarda tamam ziddiyətli ifadələr verilmişdir. Belə ki, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş “Cinayət işin başlanmasının rədd edilməsi barədə” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, İddiaçı1 cavabdeh MMC barəsində verdiyi şikayət əsasında araşdırma aparılmış və toplanmış materialda c inayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda göstərilir: "Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, "Arazavia” firmasının təsisçisidir. Firmaya məxsus Lökbatan qəsəbəsində yerləşən "Binə" TM-də yerləşən ticarət obyektləri ayrı-ayrı şəxslərə icarəyə və istifadəyə verilməklə fəaliyyət göstərir. "Binə" TMdə yerləşən 11.3.1 saylı, sahəsi 50 kvadrat metr olan ticarət obyekti 2007-ci ildə X7 adına rəsmiləşdirilmişdir. 2008-ci ilin əvvəllərində isə həmin obyekt İddiaçı1 oğlu İddiaçı2 istifadəsindədir. Sadəcə olaraq ticarət mərkəzində alış-veriş zəif olduğundan 15-ci sıra fəaliyyətsizdir. Araşdırma zamanı izahatı alınmış X17 bildirmişdir ki, 1996-cı ildən "xxxx" firmasının direktoru vəzifəsində işləyir. Firma Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" TM-də olan obyektləri icarəyə verməklə fəaliyyət göstərir. "Binə" TM-də yerləşən 11.3.1 saylı, sahəsi 50 kvadrat metr olan ticarət obyekti xx.xx.2012ci il tarixli 551 saylı müqavilə əsasında İddiaçı2 icarəsinə verilmişdir. Həmçinin İddiaçı2 icarəsinə 15.2.102 saylı 34 kvadrat metr sahəsi olan ticarət obyekti anbar kimi verilmişdir. xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinə əsasən bu obyektlər üçün İddiaçı2 adından 13250 manat pul ödənilmişdir. Dünyada baş verən iqdisadi böhranla əlaqədar "Binə" TMdə alver zəifləmiş və İddiaçı2 adına rəsmiləşdirilmiş obyektlər fəaliyyətsiz qalmışdır. İddiaçı2 atası İddiaçı1 bir neçə dəfə "xxxx" firmasına müraciət etmiş, pulunu tələb etmişdir. Firma tərəfindən ona dəfələrlə təklif olunmuşdur ki, icarə əsasında göt ürdüyü obyektlər əvəzləmə qaydasında ticarət fəaliyyətində olan sıralardakı eyni ölçülü obyektlərlə dəyişdirilsin. İddiaçı1 isə bununla razılaşmamışdır. xx.xx.2017-ci il tarixli 004369 saylı kassa mədaxil orderinə əsasən firmaya 13250 manat ödəsə də, müraciətində heç bir əsası olmadan 68720 manat pul tələb edir. Bu gün də İddiaçı1 eyni ölçülü başqa ticarət obyektlərinin təklif olunduğunu, sonuncunun bu təklifləri qəbul etmədiyini qeyd etmişdir". İddiaçılar bu halın müəyyən edilməsini apellyasiya şikayətində qeyd etmiş, lakin apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlillərinə heç bir münasibət bildirməmişdir. Belə ki, işdən göründüyü kimi iddiaçılar obyektlərin hazırkı vəziyyətini əks etdirən fotoşəkilləri məhkəməyə təqdim etsələr də, apellyasiya instansiyası məhkəməsi həmin fot o şəkillərə digər sübutlarla birgə, müqayisəli şəkildə tədqiq etməmişdir.
33. İddiaçılar həm işdən göründüyü kimi apellyasiya baxışı zamanı MPM-nın 79.1-ci və 202.1-ci maddələrinin tələblərindən çıxış edərək vəsatət verərək məhkəmələrdən obyektlərə yerində baxış keçirilməsini xahiş etsə də, apellyasiya instansiyası məhkəməsi həmin vəsatəti təmin etməmiş, özü də obyektlərə yerində baxış keçirməmişdir. Bundan başqa, iş üzrə şahid qismində izahat vermiş O.Əmrahov və R.Quliyev də obyektlərin istifadəyə verilmədiyini ifadələrində bildirmişlər. Müqavilənin 8-ci bəndinə müqavilə imzalandıqdan sonra icra edilməməsi nəticəsində qarşı tərəfə dəymiş ziyanın ödənilməsi şərti əks olunmuşdur. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi müqavilənin şərtlərinin cavabdehlər tərəfindən icra olunmam asını müəyyən etdiyi təqdirdə, iddiaçıların əldən çıxmış fayda, maddi və mənəzi ziyanla bağlı tələbrinə bu konteksdə hüquqi qiymət verməlidir.
34. İddiaçılar tərəfindən icarə müqaviləsi üzrə və ya müqavilədən kənar cavabdehlərə hər hansı məbləğdə pulun ödənilməsi ilə bağlı da apellyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən işdə olan sübutları düzgün tədbiq etməmişdir. Müqavilə üzrə iddiaçılar tərəfindən cavabdehlərə pulun ödənilməsi təsdiq edən aşağıdakı sübutlara məhkəmə qiymət verməmişdir: 1) İş materiallarına əlavə edilmiş müqavilədəki və kassa mədaxil orderindəki yazılı qeydlər: İşin mübahisləndirilməyən halı ilə 25 kvadarat metr sahəsi olan obyektin ilk növbədə Oktay Əmrahova icarəyə verilməsi ilə əlaqədar müqavilə bağlanması (9-cu cərgədə yerləşdiyi iddia edilən), həmin obyektin İddiaçı2 verilməsi barədə razılaşdıqdan sonra ******* № li kassa mədaxil orderindən O.Əmrahovun adının silinərək İddiaçı2 adının qeyd olunması barədə kassa mədaxil orderinin sürəti işə əlavə edilmişdir. Həmin qəbzin arxasında aşağıdakı yazılar qeyd edilmişdir: “25 x 300 = 7500 м 5 x 550 = 2750 Чəми 10250 м 6/x ϴдəди 850 м ϴдəмə 94000 манат там ϴдəниш олду Ачар - imza Ачар пулу 2000 м İmza Гапъı пулу 1000 4 x 600 м 2400 м”.
35. İddiaçılar aparılmış qeydlərin firmanın səlahiyyətli nümayəndəsi tərəfindən edildiyini bildirərək göstərmişlər ki, O.Əmrahovdan 25 kvadrat metr x 300 + 5 kvadrat metr x 550 manat olmaqla, 10250 manat məbləğində pul alınmışdır. Bu fakt, O.Əmrahova xx.xx.2007-ci il tarixdə verilmiş, cavabdeh tərəfin imzası və möhürü ilə təsdiq olunmuş 004369 nömrəli kassa mədaxil qəbz ində öz əksini tapmışdır. Cavabdeh tərəfin qanunsuzluqlarından, özbaşınalığından bezərək bazarı tərk edən O.Əmrahov ona veriləsi yeni yerə görə müqavilə bağlamaqdan imtina etmişdir. O, həmin yerə görə ödədiyi pulu (10250 manat) geri ala bilmədiyindən, ona çatası yeri cavabdehin razılığı ilə satıb pulunu götürməli idi. Bunun üçün O.Əmrahov 30 kvadrat metr sahəsi olan obyekt üçün, hər kvadrat metr sahəyə görə 600 manat hesabı ilə, İddiaçı1 18000 manat məbləğində pul alıb cavabdehin yanına getmişdir. Bu pulu sonuncu ilə bölüşən (ödədiyi pulu geri alan) O.Əmrahov bundan sonra ona çatası obyektdən rəsmən imtina etmişdir. Bu sövdələşmədən əldə etdiyi məbləğ cavabdehi qane etmədiyindən, əlavə olaraq İddiaçı1 1100 manat məbləğində pul almış, sonra sənədləşmə aparılmasına göstəriş vermişdir. İddi açı1 bundan sonra satış şöbəsinə yaxınlaşıb 2000 manat məbləğində qapı pulu, 1000 manat məbləğində açar pulu, 20 manat məbləğində blank pulu ödəsə də, ondan əlavə 2400 manat da tələb olunmuşdur. Sonradan isə aydın olmuşdur ki, ona 9-cu sıradan sahəsi 30 kvadrat metr olan obyekt əvəzinə 15-ci sıradan 15.2.102 nömrəli, sahəsi 34 kvadrat metr təşkil edən başqa yer (1-ci obyekt) verməklə iddiaçını aldatmışlarlar. Etirazları və narazılıqları heç bir nəticə vermədiyindən, İddiaçı1 məcbur olub əlavə (4 kvadrat metr x 600 man) 2400 manat məbləğində pul ödəmiş, sahəsi 34 kvadrat metr olan 15.2.102 nömrəli obyekt üçün oğlu İddiaçı2 adına rəsmiləşdirilən müqaviləni, o cümlədən xx.xx.2007-ci il tarixli 004369 nömrəli qəbzin surətini almış, lakin ödədiyi pulların müqabilində rəsmi sənəd ala bilməmişdir. Nə birinci instansiya məhkəməsi, nə də tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi həmin sənədlərin əslinin məhkəməyə təqdim edilməsini tərəflərə təklif etməmiş, həqiqətin müəyyən edilməsi üçün həmin müqavilədəki yazıların kimə məxsus olmasını, iddia edilən pulların ödənildiyi qeyd olunan firmanın səlahiyyətli şəxsinin məhkəməyə dəvət edilməsini, bu halın aydınlaşdırılmasını, zərurət olduğu halda onun xətt nümunələrini götürərək məhkəməxəttşunaslıq ekspertizasının keçrilməsini müzakirə etməmişdir.
36. İşdən görünür ki, iddiaçılar vəsatət verərək "xx.xx.2007-ci il tarixli, 004369 saylı kassa mədaxil orderinin qəbzinin və işlə əlaqədar digər zəruri sənədlərin, o cümlədən icarə müqavilələrinin predmeti olan 11.3.1 və 15.2.102 saylı obyektlərə görə, həmin obyektlərin əvvəlki sahibləri ilə bağlanmış ilkin müqavilələrin, ilkin müqavilələrin ləğv olunaraq İddiaçı2 və cavabdeh arasında bağlanmış yeni icarə müqavilələrinin bağlanmasına əsas verən sənədlərin əslinin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmasını" xahiş etsə də, məhkəmələr həmin vəsatəti təmin etməmiş, eyni zamanda özləri də cavabdehdən göstərilən sənədlərin əslini tələb etməmişlər. Halbuki həmin sənədlərin təqdiqi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu sənədlərə əsasən məhkəmə araşdırması nəticəsində hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 ilə Oktay Əmrahov və Muxtar Həsənov adlı şəxslər arasında obyektlərin icarəsi ilə bağlı münasibətləri, sonuncular tərəfindən cavabdeh MMC-yə pul ödənilməsi, Cavabdeh2 MMC-nin və Cavabdeh1 razılığı ilə İddiaçı2 icarəçi kimi onları əvəz etm əsi, icarə haqqı kimi əvvəlcədən MMC-yə ödədikləri pulları MMC-nin rəhbərinin razılığı ilə həmin şəxslərə qaytarması, bununla da artıq obyektləri təhvil verməyə borclu olan MMC və Cavabdeh1 münasibətdə tələbkarlar olmuş Oktay Əmrahov və Muxtar Həsənov adlı şəxsləri əvəz etməsi, onlar tələblərini İddiaçı2 güzəşt edilmələri müəyyən edilə bilərdi.
37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu hissədə iddia tələbini qəbul etməsi, digər sübutlarla, o cümlədən iddiaçılarımn iddia tələbində göstərilənlərlə yanaşı qiymətləndirilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməmiş, iddiaçılar tərəfindən cavabdeh firmaya hər hansı bir ödəniş edilmədiyi, onlara obyektin verilməsi barədə razılığa gəlindiyi halda iddiaçılardan hansı əsasla qapı pulu və açar pulunun alı nmasına əhəmiyyət verməmişdir.
38. Bundan başqa, iddiaçılar göstərmişlər ki, obyektlərin təmiri adı ilə keçirilən “pulyığma” kompaniyası zamanı İddiaçı1 (xx.xx.2008-ci il tarixdə) əlavə 6200 manat məbləğində “təmir pulu” da alınmış ki, iddiaçı həmin pulu Cavabdeh1 şəxsən özü vermişdir. Bu adla yığılan ödənişlərin hesabatı məxfi jurnallarda aparıldığından, rəsmi qəbz verilməmişdir. Müqavilələrdə göstərilən yerlərin əldə olunmasında, pulların, o cümlədən təmir pulunun Cavabdeh1 verilməsində X19 da iştirak etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halla bağlı da hər hansı bir araşdırma aparmamış, Məzahir Vəliyev tərəfindən məhkəməyə göndərilən yazılı ərizədə bu barədə qeyd edilməsinə baxmayaraq həmin şəxsi məhkəməyə dəvət edərək bu halı dəqiqələşdirməmişdir.
39. Məhkəmə gəldiyi nəticə ni MPM-in 14.1, 79.1, 88, 106.1, 202.1, 387.1-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10289/2019 sayli işi üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşunaslıq ekspertizaları təyin edilmiş, zəruri sənədlərin iddiaçılar və cavabdehlər tərəfindən təqdim edilməsi təmin edilmədiyindən, əlavə materialların zəruruiliyi haqqında xx.xx.2019-cu ilk tarixli vəsatət təmin olunmadığından Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 24889 saylı məktubu ilə mülki iş icrasız geri qaytarılmışdır.
41. İddiaçıların təşəbbüsü ilə X12 Prime Legal tərəfindən keçirilmiş xx.xx.2020-ci il tarixli əmtəəşünaslıq ekspertizasına əsasən sualın tədqiqat hissəsində qeyd edilən xüsusatlara əsasən, Bakı şəhəri, Binə ticarət mərkəzində yerləşən obyektlərin (mağaza və anbar) 2008-2019-cu illərdə mövcud olmuş aylıq icarə dəyəri və 1 ABŞ dollarının manata mövcud olmuş məzənnəsi nəzərə alınmaqla, nəzəri hesablama yolu ilə əmlak sahibinin əldən çıxmış faydası (gəliri) təxminən 123687,29 manat (yüz iyfrjmi üç min altı yüz səksən yeddi manat 29 qəpik) müəyyən edilir. O cümlədən: xx.xx.2008-ci il tarixdə bağlanmış tarixsiz və nömrəsiz müqqavilə əsasında “Yeni Bazar” adlanan ticarət kompleksində tikilməsi nəzərdə tutulmuş 34 kv.m sahəli anbar binasının 11 illik (2008-2019) icarə haqqı üzrə sahibinin əldən çıxmış faydası (gəliri) 65264,89 manat; 31 may 2012-ci il tarixli 551№-li icarə müqaviləsi ilə sahəsi 50 kv.m olan mağazanın 7 illik (2012-2019) ica rə haqqı üzrə sahibinin əldən çıxmış faydası (gəliri) 58422,40 manat müəyyən edilmişdir. 42. 09.01.2020-ci il tarixli əmtəəşünaslıq ekspertizasına əsasən isə sualın tədqiqat hissəsində qeyd edilən xüsusatlara Bakı şəhəri, Binə ticarət mərkəzində yerləşən sahəsi 50 kv.m olan mağazanın xx.xx.2008-ci il tarixdən hazırkı dövrədək mövcud olmuş aylıq icarə dəyəri və 1 ABŞ dollarının manata mövcud olmuş məzənnəsi nəzərə alınmaqla, nəzəri hesablama yolu ilə əmlak sahibinin əldən çıxmış faydası (gəliri) təxminən 79196,90 manat müəyyən edilmişdir
43. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-370/2020 nömrəli, 03 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat, əldən çıxmış faydaya görə 103.787,50 manat pulun tutulub İddiaçı2 verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışıdır ki, kassasiya məhkəməsinin qərarında əks edilmiş hüquqi nəticələrə və faktiki əsaslarıa dair təfsir edilməsi üzrə göstərişlər müstəvisində mülki işin hazırki apellyasiya icraatının hədləri məhdudlaşır. Ona görə kassasiya instansiya məhkəməsinin müvafiq göstərişlərinə müvafiq şərait yaradılmasına baxmayaraq cavabdehlər tərəfindən aralarında olan münasibətləri müəyyən edən sənədlər təqdim edilməmiş, hətta bu əsaslarla ekspertizanın keçirilməsi də mümkün olmamışdır. Belə olan halda, kollegiya işdə mövcud olan sübutlar, bu sübutları təkzib edən sübutlar təqdim edilmədiyindən və ağlabatan mühakimə əsasında qərar qəbul edilməsini ədalətli hesab edir və kassasiya instansiya məhkəməsinin qərarına əlavə təfsir verilməsi üçün faktiki əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, İddiaçı2 mülki (əşya, mülkiyyətə sahiblik və istifadə) hüquqlarının pozulması - cavabdehlər tərəfindən müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmaqla müqavilə tərəfi İddiaçı2 müqavilə üzrə qanuni gözləntisindən məhrum etmiş, nəticədə İddiaçı2 real zərərə məruz qalmış, həmçinin icarə sahələrini istifadə edəcəyi təqdirdə əldə edəcəyi gəlirdən məhrum ol muş, cavabdehlər isə bu təfərruahatları istisna edən dəlillər belə müzakirəyə təqdim etməmişlər. Bununla bağlı qeyd edilməlidir ki, İddiaçı2 aid olan iddia tələbinin-müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68720 manat pulun və əldən çıxmış faydaya görə 103787,50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı2 verilməsi hissəsi təmin edilməlidir. İddia tələbinin digər hissələri sübuta yetirilmədiyindən (müqavilə tərəfləri İddiaçı2 olduğundan ona münasibətdə zərərin pulla olan ifadəsi tutulduqdan və bu qətnamə qanuni qüvvəyə mindikdən sonra öhdəliklər vaxtında yerinə yetirilmədiyində beş faizlə pul tələbinin hüququ yarandıqdan), o cümlədən Ə.Kərimlinin tələb hüququnun əsası olmadığını nəzərə alaraq, onalara hər hansı qiymət verilməsini kollegi ya mülki-prosessual hüquq baxımından yolverilməz hesab edir.
45. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 135-138, 152-168, 646-652, 700705; MPM-in 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
46. Qətnamədən iddiaçılar kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
47. Qətnamədən həmçinin Cavabdeh2 MMC kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
48. Azə rbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4823/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov (sədrlik edən və məruzəçi), G.A.Quliyev və V.T.Həsənov) cavabdehin kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, iddiaçıların kassasiya şikayəti təmin edilməmişdir.
49. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni yalnız işin 2-ci cildinin 58-62-ci səhifələrində olan "xxxx" Ekspertiza və Hüquq Şirkəti tərəfindən verilmiş 08 yanvar 2020-ci il tarixli ekspert rəyinə əsaslanmışdır. İşdən gö rünür ki, apelyasiya instansiyası məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilmiş pul vəsaitləri ilə bağlı hər hansı mühasibatlıq sənədinin ekspertizaya təqdim olunması barədə məhkəməyə vəsatət təqdim olunsa da, vəsatətin təmin olunmaması səbəbindən iş rəy verilmədən 27 dekabr 2019-cu il tarixdə geri qaytarılmışdır. Bundan təxminən 10 gün sonra məhkəməyə İddiaçı1 müraciəti əsasında "xxxx" Ekspertiza və Hüquq Şirkəti tərəfindən Məhkəmə E kspertizası Mərkəzinin rəy verilməsi üçün zəruri saydığı mühasibatlıq sənədləri olmadan tərtib olunmuş yuxarıda göstərilən 08 yanvar 2020-ci il tarixli rəyi təqdim olunmuş və məhkəmə kollegiyası göstərilən vəziyyətdə həmin rəyi mübahisəsiz sübut kimi qəbul edərək onun əsasında iddianın qismən təmin olunması barədə qətnamə qəbul etmişdir. Göründüyü kimi işə baxan apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə heç bir qiymət vermədən, həmin rəydə göstərilənlərin hansı başqa sübutlarla təsdiq olunmasını yoxlamadan, gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmadan qətnamə qəbul etməklə MPM-nin 88,103.1-ci maddələrinin tələblərini pozmuşdur.
50. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı1 və İddiaçı2 hazırkı tələblə məhkəməyə müraciət edərkən hansı səbəblərdən icarə müqavilələrinin lə ğv edilməsini və onlara dəymiş ziyanın ödənilməsini tələb etmələri aydın şəkildə iddia ərizəsində əsaslandırılmamış, iddia qanunun tələbləri baxımından əsaslandırılmamışdır. İddiaçılar təxminən 10 il ərzində aldıqları obyektlərin onlara təhvil verilməməsini iddia etsələr də, cavabdehlərin təsdiq etməsinə görə ticarət obyektləri iddiaçıların istifadəsində olmuş, lakin maliyyə böhranı ilə əlaqədar ticarət fəaliyyətinin zəifləməsi səbəbindən obyektlərin qaytarılmasını və ödədikləri pulun onlara verilməsini tələb etmişlər. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi tərəflərin həmin dəlillərini araşdırıb onlara qiymət vermədən əldən çıxmış faydaya görə cavabdehlərdən iddiaçıların xeyrinə 103.787,50 manat tutmuşdur. Əgər ticarət mərkəzində həqiqətən də ticarət fəaliyyəti zəifləmişdirsə və həmin obyektlər iddiaçıların istifadəsində idisə, onda cavabdehlərdən əldən çıxmış faydaya görə pul tələb edilməsi istisna olunur.
51. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan həmin hallara müvafiq hüquqi qiymət verilmədiyindən məhkəmə kollegiyasının nəticəsi qanuni sayıla bilməz. Tərəflər arasında icarə müqavilələri bağlansa da, obyektlərin dəyərinin əvvəlcədən ödənilməsi onlar arasında alqı-satqı münasibətinin yaranması ehtimalına gəlmək üçün əsas verir. Əgər ödənilən pul məbləği icarə haqqının əvvəlcədən ödənilməsi ilə bağlı idisə, bu məsələ mütləq icarə müqavilələrində öz əksini tapmalı idi.
52. Bundan başqa işdən görünür ki, Cavabdeh1 Ticarət Mərkəzinin təsisçisidir, icarə müqaviləsi isə Cavabdeh2 MMC ilə iddi açılar arasında bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həcmində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Göstərilən vəziyyətdə MMC-nin təsisçisi olan Cavabdeh1 cavabdeh kimi MMC ilə müştərək qaydada iddiaçılar qarşısında məsuliyyət daşımasına müvafiq hüquqi qiymət verilməli idi.
53. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 87.1, MPM-in 88, 103.1, 217.1, 217.2, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
54. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2770/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Şirinov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
55. İddianın cavabdehin etiraf etdiyi 13250 manat real zərər və əldən çıxmış faydaya dair hissəsinin hüquqi həlli mağazaların təhvil verilib-verilməməsinin müəyyən edilməsindən asılıdır. Belə ki, cavabdeh mağazaların istifadəyə verildiyini qeyd edir. İddiaçılar isə bunun əksini iddia edirlər. İş materiallarında olan ticarət mərkəzinin direktoru Dilşad Əmirovanın izahatında qeyd edilir ki, İddiaçı2 adına rəsmiləşdirilən obyektlər iqtisadi böhranla əlaqədar fəaliyyətsiz qalmışdır. İddi açı2 atası İddiaçı1 bir neçə dəfə Cavabdeh2 firmasına müraciət etmiş, pulunu geri tələb etmişdir. Firma tərəfindən ona dəfələrlə təklif olunmuşdur ki, icarə əsasında götürdüyü obyektlər əvəzləmə qaydasında ticarət fəaliyyətində olan sıralardakı eyni ölçülü obyektlərlə dəyişdirilsin. İddiaçı1 isə bununla razılaşmamışdır. Göründüyü kimi iddiaçıların qeyd etdiyinin əksinə olaraq müəyyən edilir ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirərək obyektləri iddiaçılara təhvil verib. İddiaçılar bunun əksini sübut edə bilmirlər. İddiaçıların uzun müddət iddia qaldırmaması və tərəflər arasında 2008-ci ildə müqavilə bağlandıqdan sonra, obyektləri onların istifadəsinə təqdim etmədiyini iddia edən iddiaçı tərəfin eyni şəxslərlə (cavabdeh tərəflə) 2012-ci ildə yenidən icarə müqaviləsi bağlamasını nəzərə alındıqda obyektlərin istifadəyə verilməməsi faktı inandırıcı görünmür.
56. Belə ki, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş “Cinayət işin başlanmasının rədd edilməsi barədə” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, İddiaçı1 cavabdeh MMC barəsində verdiyi şikayət əsasında araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda göstərilir: "Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, "Arazavia” firmasının təsisçisidir. Firmaya məxsus Lökbatan qəsəbəsində yerləşən "Binə" TM-də yerləşən ticarət obyektləri ayrı-ayrı şəxslərə icarəyə və istifadəyə verilməklə fəaliyyət göstərir. "Binə" TM-də yerləşən 11.3.1 saylı, sahəsi 50 kvadrat metr olan ticarət obye kti 2007-ci ildə X7 adına rəsmiləşdirilmişdir. 2008-ci ilin əvvəllərində isə həmin obyekt İddiaçı1 oğlu İddiaçı2 istifadəsindədir. Sadəcə olaraq ticarət mərkəzində alış-veriş zəif olduğundan 15-ci sıra fəaliyyətsizdir. Araşdırma zamanı izahatı alınmış X17 bildirmişdir ki, 1996- cı ildən "xxxx" firmasının direktoru vəzifəsində işləyir. Firma Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" TM-də olan obyektləri icarəyə verməklə fəaliyyət göstərir. "Binə" TM-də yerləşən 11.3.1 saylı, sahəsi 50 kvadrat metr olan ticarət obyekti xx.xx.2012-ci il tarixli 551 saylı müqavilə əsasında İddiaçı2 icarəsinə verilmişdir. Həmçinin İddiaçı2 icarəsinə 15.2.102 saylı 34 kvadrat metr sahəsi olan ticarət obyekti anbar kimi verilmişdir. xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinə əsasən b u obyektlər üçün İddiaçı2 adından 13250 manat pul ödənilmişdir. Dünyada baş verən iqdisadi böhranla əlaqədar "Binə" TM-də alver zəifləmiş və İddiaçı2 adına rəsmiləşdirilmiş obyektlər fəaliyyətsiz qalmışdır. İddiaçı2 atası İddiaçı1 bir neçə dəfə "xxxx" firmasına müraciət etmiş, pulunu tələb etmişdir. Firma tərəfindən ona dəfələrlə təklif olunmuşdur ki, icarə əsasında götürdüyü obyektlər əvəzləmə qaydasında ticarət fəaliyyətində olan sıralardakı eyni ölçülü obyektlərlə dəyişdirilsin. İddiaçı1 isə bununla razılaşmamışdır. xx.xx.2017-ci il tarixli 004369 saylı kassa mədaxil orderinə əsasən firmaya 13250 manat ödəsə də, müraciətində heç bir əsası olmadan 68720 manat pul tələb edir. Bu gün də İddiaçı1 eyni ölçülü başqa ticarət obyektlərinin təklif olunduğunu, sonuncunun bu təklifləri qəbul etməd iyini qeyd etmişdir"
57. Kollegiya qeyd etmişdir ki, cavabdeh mağazaların istifadəyə verildiyini sübut etdiyinə görə ondan real zərər və əldən çıxmış faydanın tutulması qanunsuz və əsassızdır. Müqavilədən kənar ödənişlərə və xərclərə gəldikdə isə, Kollegiya qeyd edir, cavabdeh bu məbləğlərin alınmasını bütün instansiyalarda qəbul etməmişdir. Belə olduğu təqdirdə, bu pulların ödənilməsinin sübut edilməsi iddiaçının üzərinə düşür. İddiaçılar isə Cavabdeh2 MMC-nin bu pulları rəsmi olaraq almasını sübut edə bilmir. Buna dair inandırıcı və kifayətedici sübutlar təqdim edilməyib və iş materiallarında mövcud deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçıların illik 5 faiz və mənəvi zərərin tutulması tələbinin təmin edilməsi üçün də hüquqi əsas yoxdur və tələb etməkdə haqlı deyillər.
58. Məhkəmə gəldiyi nəticəni MPM-in 77.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. g) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
59. Qətnamədən iddiaçılar kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən iddianın təmin edilməyən hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
60. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5063/2021 nömrəli, 7 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), X5 və X2) iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 19 may 2021-ci il tarixli, 2(103)-2770/2021 saylı qətnaməsi qismən-cavabdehlər Cavabdeh2 MMCdən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış və qalan mübahisələndirilən hissədə qətnamə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
61. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə tərəflər arasında bağlanmış icarə müqavilələri ləğv edildiyi və cavabdehlərdən iddiaçıların xeyrinə 3.000 manat pul tutulduğu halda, apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin sözügedən icarə müqavilələri üzrə ticarət obyektlərini iddiaçıların istifadəsinə verdiklərini sübuta yetirdikləri üçün real zərərin onlardan tutulmasının qanunsuz və əsassız olduğunu qeyd etməklə açıq-aşkar ziddiyyətli nəticəyə gəlib və müqavilələrin ləğv edilməsinə bilavasitə cavabdehlərin onları əhəmiyyətli dərəcədə pozmasının əsas verməsini nəzərə almayıb. Qanunvericiliyin tələbinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə, yaxud müqavilədə nəzərdə tutulduğu hallarda dəyişdirilə və ya ləğv edilə bilə. Pozuntu o zaman əhəmiyyətli sayılır ki, bunun digər tərəfə vurduğu zərər müqavilə bağlanarkən onun ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Vacib müddəalarından biri də ondan ibarətdir ki, Mülki Məcəllədə və ya tərə flərin razılaşmasında başqa qayda nəzərdə tutulmadığı halda tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Qanunun bu müddəası hər şeydən əvvəl müqavilə intizamını möhkəmlətməyə və tərəflərin müqavilə münasibətlərinə daxil olarkən məsuliyyət hisslərinin artırılmasına yönəlib. Lakin, nəzərə alınmalıdır ki, bu norma müqavilə tərəflərdən heç birinin təqsiri olmadan dəyişdirildikdə və ya ləğv edildikdə tətbiq olunur. Müqavilənin dəyişdirilməsinə və ya ləğvinə tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması əsas vermişsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğvi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yəni, Mülki Məcəllənin 675, 676.0.1, 700.1, 704.2-ci maddələrinə əsasən, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə vermədikdə; kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmadıqda və sair hallarda kirayəçi müqavilənin ləğv edilməsi ilə yanaşı, ona dəyən zərərin əvəzinin ödənilməsini də tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddələrin tələblərini pozaraq, sözügedən icarə müqavilələrinin məhz iddiaçıların tələbinə əsasən ləğv edilməsini nəzərə almayıb və tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərini Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrin tələbləri baxımından düzgün təfsir etməyib. Belə ki, tərəflər arasında sözügedən icarə müqavilələri bağlanarkən təbii ki, iddiaçıların məqsədi o, olub ki, ticarətlə məşğul olub qazanc əldə etsinlər. Hazırki halda iddiaçılar nəinki icarəyə götürdükləri obyektlərdən qazanc əldə edə biliblər, əksinə həmin obyektlərin icarəyə götürülməsi ilə bağlı qabaqcadan cavabdehlərə müqavilə üzrə və müqavilədən kənar ödədikləri vəsaitdən belə məhrum olublar. Apellyasiya instansiyası məhkəməsi, icarə müqavilələrinin şərtlərini təfsir edərkən, yalnız cavabdehlərin formal mülahizələrinə əsaslanıb və həmin icarə müqavilələri bağlananadək və ondan sonra tərəflərin iradə ifadələrinin həqiqi mənasını, o cümlədən bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almayıb. Belə ki, icarə müqavilələrinin ləğvinə bilavasitə cavabdehlərin onları əhəmiyyətli dərəcədə pozmasının əsas verməsi mülki iş materialları ilə istisna edilmir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə, icarə müqavilələri üzrə və həmin müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinə aid hissədə yenidən baxılarkən, ilk növbədə işin bütün müvafiq halları, o cümlədən müqaviləyə qədərki danışıqlar, yazışmalar, “Binə” Ticarət Mərkəzində icarəyə verənlə icarəçi arasında artıq uzun müddət formalaşmış və hamıya bəlli olan qarşılıqlı münasibətlərdə yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı hərəkətləri (icarə müqavilələrinin bilavasitə iddiaçıların tələbi ilə ləğv edilməsi, cavabdehlərdən iddiaçıların xeyrinə 3.000 manat pulun tutulması və cavabdehlərin bununla razılaşıb qətnamədən apellyasiya şikayətləri verməmələri və sair) nəzərə alınmaqla, iddianın qeyd olunan hissədə əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.
62. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı2 ilə Cava bdeh2 MMC arasında 11.3.1 nömrəli obyektə görə imzalanmış 31 may 2012-ci il tarixli, 551 saylı və 15.2.102 nömrəli obyektə görə imzalanmış nömrəsiz və tarixsiz (07 fevral 2008-ci il) müqavilələrin şərtlərinə görə, icarə obyektini bu müqavilələrdə müəyyən olunmuş şərtlərlə və qaydada icarəçinin istifadəsinə və sahibliyinə vermək; icarə obyektini üçüncü şəxslərin hüquq və tələblərindən azad, istifadəyə tam yararlı vəziyyətdə icarəçiyə təhvil vermək; müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək bilavasitə icarəyə verənin vəzifəsi kimi nəzərdə tutulub. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıların öz tələblərinin əsası kimi istinad etdikləri halları məhkəmə iclasında sübuta yetirə bilməmələri nəticəsinə gələrkən, sözügedən müqavilələr üzrə ticarət obyektlərinin icarə obyektini bu Müqavilələrdə müəyyən olunmuş şərtlərlə və qaydada iddiaçıların istifadəsinə və sahibliyinə vermək, icarə obyektlərini üçüncü şəxslərin hüquq və tələblərindən azad, istifadəyə tam yararlı vəziyyətdə iddiaçılara təhvil vermək, müqavilə ilə üzərilərinə götürdükləri vəzifələri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək vəzifəsinin bilavasitə cavabdehlərin üzərinə düşməsini nəzərə almayıb. Yəni obyektləri iddiaçılara təhvil vermələrini ilk növbədə cavabdehlər sübuta yetirməli idilər. Tərəflər arasında bağlanmış icarə müqavilələrinin 1.5ci bəndin də göstərilir ki, icarə obyektlərinin “icarəçiyə” təhvil verilməsi hər iki tərəfin imzaladıqları təhvil-təslim aktına əsasən həyata keçirilir. Cavabdehlər icarə obyektl ərini iddiaçılara təhvil verdiklərini göstərib iddiaya etiraz etsələr də, müqavilələrin şərtlərinə uyğun olaraq hər iki tərəfin imzaladıqları təhvil-təslim aktlarını nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə təqdim etməyiblər. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, ticarət obyektlərinin təhvil-təslim verilməsi hər iki tərəfin imzaladıqları aktla təsdiq edilməli olduğundun, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, işin bu halı başqa sübutlarla, yəni cavabdehlərin formal mülahizələri ilə təsdiq oluna bilməz. Əksinə, iddiaçıların fərdi sahibkar kimi vergi ödəyicisi olmamaları, sığorta ödənişlərinə cəlb edilməmələri və sair işin halları cavabdehlərin etirazının əsassız olması nəticəsinə gəlməyə əsas verir.
63. Digər tərəfdən, Bakı şəhəri Qarad ağ rayon Polis İdarəsinin “Cinayət işin başlanmasının rədd edilməsi haqqında” 05 yanvar 2018-ci il tarixli qərarı ilə müəyyən olunur ki, İddiaçı1 cavabdehlər barədə verdiyi şikayət ərizəsi əsasında araşdırma aparılıb və toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilib. Həmin qərarda qeyd edilib ki, araşdırma zamanı Cavabdeh1 izahatı alınıb və o, izahatında göstərib ki, Cavabdeh2 MMC təsisçisidir və Cəmiyyət “Binə” Ticarət Mərkəzində yerləşən ticarət obyektlərini ayrı-ayrı şəxslərə icarəyə və istifadəyə verilməklə fəaliyyət göstərir. “Binə” Ticarət Mərkəzində yerləşən 11.3.1-nömrəli sahəsi 50 kvadrat metr olan ticarət obyekti 2007-ci ildə Oqtay Əmrahova icarəyə verilib. 2008-ci ilin əvvəllərindən isə həmin obyekt İddiaçı2 istifadəsindədir. Sadəcə olaraq Ticarət Mərkəzində alış-veriş zəif olduğundan 15-ci sıra fəaliyyətsiz olub. Eyni zamanda araşdırma zamanı X17 izahatında bildirib ki, 1996-cı ildən Cavabdeh2 MMC-nin direktoru vəzifəsində işləyir. Cəmiyyət “Binə” Ticarət Mərkəzində olan obyektləri icarəyə verməklə fəaliyyət göstərir. “Binə” Ticarət Mərkəzində yerləşən 11.3.1-nömrəli sahəsi 50 kvadrat metr olan ticarət obyekti 31 may 2012-ci il tarixli, 551 saylı müqaviləyə əsasən İddiaçı2 icarəsinə verilib. Həmçinin, 15.2.102-nömrəli sahəsi 34 kv.metr olan ticarət obyekti-anbar da İddiaçı2 istifadəsində olub. 06 dekabr 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən bu obyektlər üçün İddiaçı2 adından 13.250 manat pul ödənilib. Dünyada baş verən iqtisadi böhranla əlaqədar olaraq “Binə” Ticarət Mərkəzində də alver zəifləyib və İddiaç ı2 adına rəsmiləşdirilmiş obyektlər fəaliyyətsiz qalıb. İddiaçı1 bir neçə dəfə Cavabdeh2 MMC müraciət edərək pulunu geri tələb edib. Cəmiyyət tərəfindən dəfələrlə ona təklif olunub ki, icarə əsasında götürdüyü obyektlər əvəzləmə qaydasında ticarət fəaliyyətində olan sıralardakı eyni ölçülü obyektlərlə dəyişdirilsin, lakin İddiaçı1 bununla razılaşmayıb. 06 dekabr 2017-ci il tarixli, 004369 nömrəli kassa mədaxil orderinə əsasən Cəmiyyətə 13.250 manat ödəsə də, müraciətində heç bir əsası olmadan 68.720 manat pul tələb edir. Bu gün də İddiaçı1 eyni ölçülü başqa ticarət obyektlərinin təklif olunduğunu, sonuncunun bu təklifləri qəbul etmədiyini qeyd edib. Göründüyü kimi cavabdehlər istintaq orqanında verdikləri izahatlarında da ticarət obyektlərini hər hansı aktla iddiaçılara təhvil verdiklərini təsdiq etməyiblər, əksinə izahatlarında ticarət obyektləri üçün 06 dekabr 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı2 adından 13.250 manat pul ödənildiyini etiraf ediblər.
64. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla, o cümlədən cavabdehlərin istintaq orqanında verdikləri izahatları ilə yanaşı yoxlayıb, qiymətləndirmədən, iddiaçıların müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödədiklərini iddia etdikləri 68.720 manat pul vəsaitinin tərkibini dəqiqləşdirmədən, “açar” və “qapı” pulu anlayışlarına aydınlıq gətirmədən, İddiaçı2 müqavilə üzrə cavabdehlərə yalnız 3.000 manat deyil, əlavə olaraq 06 dekabr 2 007-c il tarixli kassa mədaxil orderinə əsasən 13.250 manat ödəniş etməsini və cavabdehlərin həmin məbləği etiraf etmələrini nəzərə almadan, “Binə” Ticarət Mərkəzində müqavilədən kənar qaydada ödənişlərin alınmasının hamıya məlum olan hal olmasına, iki ticarət obyektinə görə icarəçidən “açır”, “qapı” pulu adı altında bütövlükdə 3.000 manat pulun alınmasının açıq-aşkar inandırıcı, ağlabatan görünməməsinə əhəmiyyət vermədən, yalnız cavabdehlərin həqiqətdən uzaq mülahizələrinə əsaslanaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qeyd olunan hissədə də dəyişdirilmədən saxlamışdır.
65. Məhkəmə gəldiyi nəticəni MM-in 158.2, 158.4, 421.2, 424.5, 700.1-ci, MPM-in 14.2, 77.1, 88, 407.2, 416, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. h) Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraa t
66. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X16 (sədrlik edən və məruzəçi), X25 və X11) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi qismən - cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinin rədd edilən hissəsində ləğv olunmuş, iddianın həmin hissədə qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 MMCdən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 13250 (on üç min iki yüz əlli) manat pulun tutularaq İddiaçı2 verilməsi, iddianın mübahisələndirilən qalan hissədə təmin olunmaması qət edilmişdir.
67. Tərəflər arasında sözügedən icarə müqavilələri bağlanarkən təbii ki, iddiaçıların məqsədi ticarətlə məşğul olub qazanc əldə etmək olub. Yaranmış vəziyyətdə iddiaçılar icarəyə götürdükləri obyektlərdən qazanc əldə edə bilməyiblər, həmçinin həmin obyektlərin icarəyə götürülməsi ilə bağlı qabaqcadan cavabdehlərə müqavilə üzrə və müqavilədən kənar ödədikləri vəsaitdən məhrum olublar. İş materialları ilə təsdiq olunur ki, icarə müqavilələri bilavasitə cavabdeh tərəfin onları əhəmiyyətli dərəcədə pozması nəticəsində ləğv olunub. Sözügedən müqavilələr üzrə ticarət obyektlərinin icarə obyektini bu Müqavilələrdə müəyyən olunmuş şərtlərlə və qaydada iddiaçıların istifadəsinə və sahibliyinə vermək, icarə obyektlərini üçüncü şəxslərin hüquq və tələblərindən azad, istifa dəyə tam yararlı vəziyyətdə iddiaçılara təhvil vermək, müqavilə ilə üzərilərinə götürdükləri vəzifələri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək vəzifəsinin bilavasitə cavabdehlərin üzərinə düşür. Yəni, obyektləri iddiaçılara təhvil vermələrini ilk növbədə cavabdehlər sübuta yetirməlidir. Tərəflər arasında bağlanmış icarə müqavilələrinin 1.5-ci bəndin də göstərilir ki, icarə obyektlərinin “icarəçiyə” təhvil verilməsi hər iki tərəfin imzaladıqları təhvil-təslim aktına əsasən həyata keçirilir. Cavabdehlər icarə obyektlərini iddiaçılara təhvil verdiklərini göstərib iddiaya etiraz etsələr də, müqavilələrin şərtlərinə uyğun olaraq hər iki tərəfin imzaladıqları təhvil-təslim aktlarını nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə təqdim etməyiblər. Belə ola n halda Kollegiya hesab edir ki, ticarət obyektlərinin təhvil-təslim verilməsi hər iki tərəfin imzaladıqları aktla təsdiq edilməli olduğundun, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, işin bu halı başqa sübutlarla, yəni cavabdehlərin formal mülahizələri ilə təsdiq oluna bilməz. Əksinə, iddiaçıların fərdi sahibkar kimi vergi ödəyicisi olmamaları, sığorta ödənişlərinə cəlb edilməmələri və sair işin halları cavabdehlərin etirazının əsassız olması nəticəsinə gəlməyə əsas verir. Digər tərəfdən cavabdehlər istintaq orqanında verdikləri izahatlarında da ticarət obyektlərini hər hansı aktla iddiaçılara təhvil verdiklərini təsdiq etməyiblər, əksinə izahatlarında ticarət obyektləri üçün 06 dekabr 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı2 adından 13.250 manat pul ödənildiyi ni etiraf ediblər.
68. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı apellyasiya baxışının predmeti olan hissədə tələbini əsaslandırarkən obyektə görə 38.000 manat pul vəsaitini həmin ticarət mərkəzində mağazaları olan Qənbər adlı şəxs vasitəsilə, 18.000 manatı isə Oktay adlı şəxs vasitəsilə cavabdehə ödədiyini bildirsə də, həmin şəxsləri şahid kimi təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə adı çəkilən şəxslərdən hər hansı vəsait qəbul etmədiklərini bildirdi. Məhkəmə kollegiyası adı şəkilən şəxslərin şahid kimi dəvət olunması ilə bağlı iddiaçının hüquqlarını izah etsə də, iddiaçı şahidləri təqdim edə bilməyəcəyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hissədə pulun ödənilməsini təsdiq edən hər hansı rəsmi (yazılı) sənəd mövcud olmadığından sübut etmə yü kü iddiaçının özünün üzərinə düşür. Lakin iddiaçı qeyd olunan hissədə tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim edə bilməmişdir.
69. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, tələbin 13.250 manatlıq hissəsi cavabdeh tərəfindən etiraf olunduğundan iddiaçı həmin hissədə tələbinin əsaslılığını sübut etmə yükündən azaddır.
70. Müqavilədənkənar “açar” və “qapı” pulu kimi ödənilmiş vəsaitin geri qaytarılmasına gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin əsasla cavabdehlərdən 3.000 manat pul tutulmuş və qətnamənin həmin hissəsi cavabdehlər tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir. Ona görə də qətnamənin həmin hissədə əsaslılığı yoxlanılmadı.
71. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 421.2, 424.5, 675, 676.0.1, 700.1, 704.2-ci, MPM-in 14.2, 77.1, 81, 218.3, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
72. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
73. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə bağlanmış müqavilələr təkrar müqavilədir və ilkin icarəçilər hüquqlarını iddiaçılara ötürmüş, hüquqların ötürülməsi cavabdeh tərəfindən razılaşdırılmış və qəbul edilmiş, nəticədə cavabdehlə iddiaçı arasında müqavilələr bağlanmışdır. Cavabdehin nümayəndəsi bu faktı təsdiq etməsə də, iddiaçı ilə yeni müqavilənin bağlanması cavabdehin iradəsi əsasında baş tutmuş və dolayısı ilə həmin müqavilələr və icarə münasibətləri “tanınmışdır”. Belə olan vəziyyətdə müqavilələrin icra edilməməsinə görə məsuliyyət daşıyan tərəf məhz cavabdehlərdir, digər şəxslərin, yəni ilkin müqavilə subyektlərinin məsuliyyəti müəyyən olunmur. Beləliklə, cavabdehlərin məsuliyyət məsələsi həll edildikdən sonrakı digər mərhələ zərərin mövcudluğu və onun miqdarının müəyyən edilməsindən ibarət olmalıdır. “İddiaçı tərəfindən 13250 manat pulun ödənilməsinə dair cavabdehin etirafının” nəzərə alınmamasını pozuntu kimi müəyyən edib həmin hissəyə təkrar baxış zamanı qiymət verilməsinə dair kassasiya məhkəməsinin qərarındakı göstərişləri icra edən apellyasiya məhkəməsi əslində həmin məsələ ilə bağlı yanlışa yol vermişdir. Burada hüquqi dəyərləndirm ə apararkən işdəki sənədlərin tədqiqi ilə yanaşı bir qədər məntiqi təhlil də aparılmalı idi. Belə ki, D.Əmirovanın izahatını əsaslı hesab etsək belə, bu tutulmalı məbləğin məhz etiraf olunan hissədə deyil, tam tutulmasına imkan yaradır. Ticarət obyektlərinin təkrar icarəyə verilməsi üzrə iddiaçılardan alınmış pulun bir hissəsinin ilkin icarəçilərdə qalması həmin pulların məhz cavabdehlərdən tələb edilməsini istisna etmir, hətta cavabdehdən tələb edilməsi daha məntiqli və qanunidi. Belə ki, ilkin icarəçilər icarə obyektlərinin pulunu tam və ya qismən ödəmişlər, ödənilməmiş hissəsi iddiaçılar tərəfindən verilmiş pullar hesabına tamamlanmışdır. Yəni, istənilən halda cavabdehlər icarə obyektlərinin pulunu tam olaraq əldə etmişlər. Belə olan vəziyyətdə həmin obyektlərə dair iddiaçılarla bağlanm ış müqavilələr üzrə ilkin icarəçilər tərəfindən alınmış pulların hansı hissəsinin məhz cavabdehlərə verilməsinin heç bir əhəmiyyəti yoxdur. Cavabdehlər icarə müqaviləsi üzrə alınmış ümumi məbləğdən xəbərdar olmuş və məbləğə dair ilkin icarəçilər və cavabdeh arasında ümumi razılaşma olduqdan sonra İddiaçı2 ilə təkrar müqavilələr bağlanmışdır. Bu isə müqavilələlərin icra edilməməsinə görə ödənilmiş pulun tam həcmdə cavabdehlərdən alınmasını zəruri edir. Cavabdehin etirafı və D.Əmirovanın izahatı məhz bu konteksdə nəzərə alınmalı və digər məbləğlərin tutulması üçün də əsas olmalı idi. Lakin məhkəmə buna əhəmiyyət verməmişdir. İşdən müəyyən olunur ki, aparılan əməliyyatların demək olar ki, heç biri rəsmiləşdirilməmiş, müqavilə və qəbzlərdə bəzi qeydlər aparılmış, ümumilikdə sənədləşdirmə kar güzarlıq qaydalarına və müqavilələrin tərtibinə dair tələblərə cavab verməmişdir. Bu həmin TM-də adi hala çevrilmiş, orada işlər məhz bu formada aparılmışdır ki, iddiaçının bu vəziyyəti dəyişdirmək imkanı olmamışdır (Məsələn: Muxtar Həsənovun adına olan ilkin müqavilədə (cild 1, səh:37) adının qarşısındakı qrafadıkı imza qardaşı Qənbər Həsənova aiddir. M.Həsənovun adından İddiaçı1 verilmiş etibarnamədə (cild 1, səh:38) onun həqiqi imzası mövcuddur və adi baxışla imzaların fərqli olduğu müəyyən edilir. 11.3.1. saylı obyektə görə xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilədə (cild 1, səh:39-41) Dilşad Əmirovanın adının qarşısındakı qrafada mövcud olan imza Cavabdeh1 məxsusdur. Həmçinin 15.02.102 saylı obyektdə aid olan müqavilədə (cild 1, səh:44) İddiaçı2 adının qarşısında olan qrafada imza İddiaçı1 məxsusdur). Nəzərə alsaq ki, bu cür sənədləşdirmə iqtisadi dövriyyə iştirakçıları ilə yanaşı vergi orqanı və digər nəzarət qurumlarının da marağında olmalı idi, belə olan halda həmin qurumların bu məsələlərə müdaxilə etmək kimi pozitiv öhdəliyi olmuşdur. TM-də fəaliyyət göstərən bütün sahibkarlarla sənədləşmə işlərinin məhz bu vəziyyətdə və kortəbii aparılması yaranmış mübahisə üzrə vəziyyətin iddiaçının deyil, cavabdehin ziyanına şərh edilməsini şərtləndirir. Bu daha çox onunla əlaqədardır ki, müqavilə tərəflərinin bərabərliyi prinsipinin pozulduğu və cavabdehlərin müqavilələr üzrə diktə edən tərəf olduğu işin hallarından açıq-aşkar müəyyən olunur. Lakin məhkəmə kollegiyası bununla bağlı iradını bu işləri təşkil edən cavabdehə deyil, iddiaçıya bildirməklə yanaşı, bu vəziyyəti idd iaçının ziyanına şərh etməklə əsassız qətnamə çıxarmışdır. Müqavilənin tərtibi (onun forma və məzmunu da daxil olmaqla), qeydiyyata alınması və sair, həmçinin ödəmələrin nağd əməliyyatların aparılmasına dair tələblərə uyğun rəsmiləşdirilməməsinə görə iddiaçı deyil, hüquqi şəxs kimi mütəmadi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh məsuliyyət daşıyırdı. Hansıki birinci kassasiya baxşının fəaliyyəti ilə məşğul olan cavabdeh məsuliyyət daşıyırdı. Hansıki birinci kassasiya baxşının qərarındakı göstərişlərə əsasən apellyasiya məhkəməsi tərəfindən müqavilə münasibətləri üzrə tərtib olunmuş sənədlərin əsilləri, qəbzlər və digər sənədlər cavabdehdən tələb olunsa da, məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, sübutetmə cavabdehlərə şamil edilməli idi.
74. Hər nə qədər məhkəmə qər arlarında Dilşad Əmirovanın müstəntiq İftixar Əhmədova verdiyi izahata istinad edilsə də, həmin toplanmış materialdan izahatın surəti əldə edilmiş, izahatın harada və nə vaxt alındığı məlum deyil, həqiqliyi şübhə doğurur. Bu ondan irəli gəlir ki, Dilşad Əmirova MMC-nin qanuni təmsilçisi funksiyasına malik direktoru olsa da, proseslərin heç bir mərhələsində iştirak etməyib, bütün proseslər Cavabdeh1 iştirakı ilə baş tutub və yalnız onun göstərişləri icra edilib. Dilşad Əmirovanın bu məsələlərdən, ümumiyyətlə, xəbəri olmayıb, onun verdiyi izahat uydurma olmaqla müstəntiqin və Cavabdeh1 quramasından ibarətdir və burada məqsəd Cavabdeh1 müdafiəsinə yönəlmişdir. Dolayısı ilə, D.Əmirovanın faktlara dair verdiyi izahat həqiqəti əks etdirmir və iddiaçı müqavilə tərəfi olaraq Dilşad Əmirova adlı şə xsin varlığından, onun istintaqa verdiyi izahatından sonra xəbər tutmuşdur. Bütün bunları sonra qeyd olunmalıdır ki, Dilşad Əmirovanın izahatının və həmin izahatda qeyd edilənlərin heç bir əhəmiyyəti yoxdur və onun tərəfindən guya 13250 manat pulun alınmasına dair verilmiş izahat və bu halın son nəticədə etiraf kimi qəbul edilməsi qəbuledilməzdir. Birincisi, həmin məbləğin aid edildiyi kassa mədaxil orderinin üz səhifəsində heç bir məbləğ yoxdur. Məbləğlər arxa səhifədədir və həmin səhifədə də D.Əmirovanın etiraf etdiyi məbləğ yoxdur (cild 1, səh:43.). Ümumilikdə bu məbləğinin necə formalaşması aydın deyil. İkincisi, D.Əmirovanın izahatının əks olunduğu müstəntiq İftixar Əhmədovun xx.xx.2018-ci il tarixli qərarı nəzarət qaydasında ləğv edilmiş və daha sonra material üzrə təkrar araşdırma a parılmış, lakin sonrakı qərarlarda müstəntiqlər həmin epizod üzrə əlavə araşdırma aparmadan "izahatı" olduğu kimi qərarlara köçürmüşlər. D.Əmirova cavabdeh müəssisənin direktoru olsa da, keçirilmiş çoxsaylı məhkəmə proseslərinin heç birində iştirak etməmiş və həmin hallara aydınlıq gətirməmişdir. Bu baxımdan, D.Əmirovanın etirafı nəzərə alımaqla iddianın qismən təmin edilməsinə dair gəlinmiş nəticə işin müəyyən olunmuş hallarına uyğun olmamışdır.
75. Məhkəmə kollegiyası iş üzrə nəticəyə gələrkən şahidlərin ifadələrini, yazılı qaydada təqdim etdikləri izahatları və iddianın təmin edilməsinə əsas verəcək digər halları nəzərə almamışdır. Xüsusilə qeyd edilməlidir ki, şahidlərin ifadələri və yazılı izahatları iddianın əsas məbləğə aid hissədə tam təmin edilməsinə imkan verirdi (cild 2, səh 1 05106 – Oktay Əmrahovun izahatı; cild 1, səh: 121 – Məzahir Əliyevin izahatı). Şahid ifadələri sübutun bir növüdür və müqavilə münasibətlərinə dair işlərdə ondan istifadə oluması istisna deyil. Hazırkı işdə şahidlərin ifadələrini şübhə altına alacaq heç bir hal aşkar edilməmişdir. Üstəlik işin materiallarında olan sənədlər və izahatlar əsasında mübahisəyə dair işin ümumi mənzərəsi nəzərə alındıqda şahidlərin ifadələri kifayət qədər mötəbər və əsaslı hesab oluna bilərdi. Həmin ifadələrdə yerlərin alınmasından, pulların ödənilməsinə qədər olan bütün detallar öz əksini tapmışdır. 9.1 “c” bəndi üzrə əsaslandırmanı nəzərə alaraq hesab edirik ki, iddianın həllində şahidlərin izahat və ifadələri xüsusi əhəmiyyət daşıyırdı, lakin, məhkəmə həmin ifadələrə ümumiyyətlə əhəmiyyət verməmişdir.
76. Mülk i işə əlavə edilmiş kütləvi informasiya vasitələrində (cild 1, səh: 71-89, səh: 211-221, cild 2, səh: 251) Cavabdeh1 barəsində yayınlanmış informasiya və jurnalist araşdırmalarıilə əldə edilmiş məlumatlar hazırki icraat çərçivəsində iddiaçı tərəfindən irəli sürülmüş faktiki hallarla kifayət qədər oxşarlıq təşkil edir və demək olar ki, hər birində proseslərin gedişatı eynidir. Bu məlumatlar işin ümumi mənzərəsi barədə fikir formalaşdırmağa kömək etməkdən əlavə, işin daha konkret halları, icarəyə verilən obyektlərin qiyməti, digər xərclər (açar pulu, qapı pulu, təmir pulu) və sair barədə nəticəyə gəlmək üçün dolayı sübut hesab oluna və işin həllində nəzərə alına bilərdi. g) icraat üzrə birinci apellyasiya baxışı zamanı iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, “məhkəmə çıxışı” adlı ərizə təqdim edilmiş və ərizəyə “4” nömrəli qoşma üzrə xx.xx.2015-ci il tarixli, 2(103)-3033/2015 saylı qətnamənin surəti əlavə edilmişdir (cild 1, səh: 195-210 ). Həmin qətnamə işə baxan hakim tərəfindən başqa iş üzrə çıxarılmışdır. Lakin sonuncu dəfə işin materialları ilə tanış olarkən müəyyən etdik ki, anoloji iş üzrə qətnamə mülki işin materiallarında mövcud deyil. Hansıki həmin qətnamə ilə müəyyən olunur ki, icarə sahəsinin 1 kv.metri 600 manat təşkil etmişdir. Bu da iddiaçıların icarə obyektlərinə görə ödədikləri pulun məbləği barədə dəlillərini məhkəmləndirir və təsdiq edir.
77. Qətnamədən eyni zamanda İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə ye ni qərar qəbul edilməsini xahiş etmişdir.
78. Kassasiya şikayəti İddiaçı1 kassasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır.
79. Qətnamədən həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin Cavabdeh1 müştərək qaydada 13250 manat pulun tutulması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
80. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 52.2-ci maddəsinin tələblərindən görünür ki, hüquqi şəxs təsisçilərin öhdəlikləri üçün məsuliyyət daşımadığı kimi, hüquqi şəxsin təsisçiləri də hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyət daşımırlar. Hazırki qətnamədə isə maraqlıdır ki, məhkəmə pul vəsaitinin Cavabdeh2 MMC-yə ödənildiyini və məhz həmin hüquqi şəxsin müqavilə üzrə öhdəlik daşıdığını qəbul ets ə də, qətnamənin nəticə hissəsində hüquqi şəxsin təsisçisi Cavabdeh1 MMC-nin öhdəliklərinə görə məsuliyyətə cəlb edir və MMC-yə ödənən pulun müştərək qaydada Cavabdeh1 alınmasına dair qətnamə çıxarmaqla, açıqdan-açığa bu maddi normanın tələblərini pozur.
81. Bundan əlavə, məhkəmə qətnaməsində cavabdeh olaraq Cavabdeh1 iclaslar barədə məlumat verildiyi bildirilsə də maraqlıdır ki, qeyd edilən bildirişlərdən biri də ünvanına çatmamış, Bakı Apellyasiya Məhkəməsindən alınan yeganə sənəd məhkəmə qətnaməsi olmuşdur. Cavabdeh1 məhkəmə iclasları barədə lazımınca məlumatlandırılmadığından, tərəflərin bərabərliyi və çəkişmə prinsipi pozulmuş, işdə olan sübutların və faktların araşdırılması Cavabdeh1 iştirakı olmadan həyata keçirildiyindən hazırki əsassız qətnamə çıxarılmışdır. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri
82. İddiaçılar Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz verərək, Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, iddiaçıların kassasiya şikayətlərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Mülki Məcəllə
83. Maddə 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.
84. Maddə 158.2 Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
85. Maddə 158.4 Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
86. Maddə 421.2 Tərəflərdən birin in tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
87. Maddə 424.5 Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
88. Maddə 700.1 İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götür düyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur Mülki Prosessual Məcəllə
89. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
90. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
91. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
92. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
93. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
94. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
95. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apel lyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
96. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
97. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
98. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
99. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar və Cavabdeh1 tərəfindən hissəvi mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
100. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçıların kassasiya şikayəti qismən təmin edilməli, Ca vabdeh1 kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mənəvi zərərin əvəzinin tutulmasına aid hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, mənəvi ziyana görə 15.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulmalı, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
101. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mənəvi zərərin əvəzinin tutulmasına aid hissədə qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
102. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ilə sübut edilir ki, cavabdehlər müqavilə üzrə öhdəliklərini pozmuş, bağlanmış müqavilə üzrə təhvil verilməli olan iki ticarə t obyektini müvafiq olaraq 2008 və 2013-cü ildən hal-hazıra qədər İddiaçı2 təhvil verməmişlər. 103. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirmə si dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilmə si üçün əsas deyildir.
104. Plenum qərarında həmçinin qeyd olunmuşdur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
105. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında ifadə edilmiş kriteriyaların hazırkı işə tətbiqi onu ehtiva edir ki, cavabdehlərin müqavilə öhdəliklərinin icrasından yayınmağa yönələn və uzun müddət davam edən qanunazidd hərəkətləri nəticəsində iddiaçı sarsıntı keçirmiş və bu sarsıntılar nəticəsində mənəvi zərərə məruz qalmışdır.
106. Belə ki, hər bir qanunazidd hərəkət həmin hərəkət nəticəsində hüququ pozulmuş hər bir şəxsin şüurunda mənfi psixoloji reaksiya yaratmaqla onun müəyyən bir sarsıntı keçir məsinə səbəb olduğundan qanunazidd hərəkətin olmasının mövcudluğu bununla bağlı tələb olduğu halda, mənəvi zərərin tutulmasına əsas verir.
107. Belə olan halda, məhkəmə kollegiyası baş verən hüquq pozuntusunun xarakterini və dərəcəsini, həmin pozuntunun mülkiyyət hüququnun vacib elementlərindən olan sahiblik və istifadə hüququnun pozulmasına yönəldiyini və bu pozuntunun uzun bir müddət ərzində (2008-2022) davam etdiyini nəzərə alaraq hesab edir ki, mənəvi ziyana görə 15.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması ağlabatan və ədalətlidir.
108. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühaki məsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
109. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixl i qətnaməsi mənəvi zərərə aid hissədə ləğv olunsun, iddia tələbi həmin hissədə qismən təmin edilsin. İddiaçı2 xeyrinə mənəvi ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 15.000 manat məbləğində pul tutulsun. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.