Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4829/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı “əmək haqqı, istifadə edilməmiş məzuniyyət və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X3 (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı “əmək haqqı, istifadə edilməmiş məzuniyyət və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddiası il ə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1769/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərardadından cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin sədri və nümayəndəsi Nümayəndə (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı “əmək haqqı, istifadə edilməmiş məzuniyyət və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müracət edərək, mərhum atası X1 2018-2019-ci illərdə ödənilməmiş 5168 (beş min yüz altmış səkkiz) manat əmək haqqının, ödənilməmiş məzuniyyətlərə görə pul əvəzi və son haqq-hesabın və mediasiya üçün ödədiyi 50 (əlli) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları:
2. Astara Rayon Məhkəməsinin 2(018)-21/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zamin İbrahimov) iddia qismən təmin edilmişdir.
3. Qətnamədən Cavabdeh təmsilçisi Nümayəndə apellyasiya şikayəti vermişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-684/2023 nömrəli, 07 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi) Samir Mayılov və Tofiq Heydərov) cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
5. Astara Rayon Məhkəməsinin 2(018)-21/2023 nömrəli, 21 iyun 2023-cü il qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarı lmışdır.
6. Həmin qərardaddan Cavabdeh şikayət vermiş və Astara Rayon Məhkəməsinin 2(018)-21/2023 nömrəli, 04 iyul 2023-cü il qərardadı ilə şikayətin əsassız olduğundan təmin edilməməsi və mülki işin şikayət üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1255/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi) Samir Mayılov və İlham Əsədov) cavabdehin şikayətinin təmin edilməməsi Astara Rayon Məhkəməsinin 2(018)-21/2023 nömrəli, 21 iyun 2023-cü il qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Bundan sonra cavabdeh Astara Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Astara Rayon Məhkəməsinin 2(018)-21/2023 nömrəli, 15 fevr al 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmiş və Astara Rayon Məhkəməsinin 2(018)-21/2023 nömrəli, 02 oktyabr 2023-cü il qərardadı ilə ərizə təmin olunmamışdır.
9. Həmin qərardaddan cavabdeh şikayət vermiş və Astara Rayon Məhkəməsinin 2(018)-21/2023 nömrəli, 10 oktyabr 2023-cü il qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1769/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi) Pərviz Əhmədov və Tale Kərimov) cavabdehin şikayəti qeyri-mümkün hesab edilmdir. Kassasiya şikayətinin dəlilləri:
11. Qərardaddan cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin sədri və nümayəndəsi Nümayəndə (Vəkil2) 22 noyabr 2023-cü il tarixdə kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunması və kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. 12.Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
13. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemind ə elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
14. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
16. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
17. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəmə sinin qərardadından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər.
18. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.
19. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
20. Maddə
409. Apellyasiya instansiyası məhkəmə si kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
22. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət veri lmiş qərardadın MPM-nin 402.2-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qərardadlar kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
23. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1769/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qərardadının surəti cavabdehə məxsus elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdi rilmişdir. Lakin kassasiya şikayəti qanunla müəyyən edilmiş kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət 3 gün keçdikdən sonra, 20 noyabr 2023-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir.
24. Halbuki bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 405-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
25. Beləliklə, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətlər keçdikdən sonra verildiyindən, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilib baxıla bilməz.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məh kəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
27. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1769/2023 nömr əli, 07 noyabr 2023-cü il tarixli qərardadından cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin sədri və nümayəndəsi Nümayəndə (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.