Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4833/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli 2(103)4346/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.C.Qarayeva, iş № 2(008)-7333/2018) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 qarşı iddiası təmin edilərək “Mercedes Benz E-220 CDİ” markalı avtomobilin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 09 mart 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və avtomobilin Cavabdeh2 alınaraq iddiaçılara qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: İddiaçı1 01 dekabr 1988-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 1992-ci ildə İddiaçı2 adında bir uşaqları olmuşdur. N eyni zamanda haz ırkı iş üzrə Cavabdeh1 ilə faktiki nikahda olmuş və həmin nikah münasibətindən 4 uşaqları olmuşdur. 23 iyul 2015-ci il tarixdə Fərhad Eynullayev vəfat etmiş və onun cavabdehlə faktiki nikahından olan uşaqlarına 2015-ci ilin oktyabr ayında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi ilə Zenfira və İddiaçı2ların iddiaları qismən təmin edilərək miras qoyanın Cavabdeh1 olan uşaqlarının adlarına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmış, miras qoyanın bütün vərəsələrinin paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilmişdir. Mirasın kütləsinə daxil olan əmlaklardan biri-avtomobil 09 mart 2016-cı il tarixdə Cavabdeh2 satıldığı üçün Zenfira və İddiaçı2lar həmin a vtomobilin alqı-satqısına dair müqavilənin ləğv olunması barədə məhkəməyə hazırkı iddia ilə müraciət etmiş, mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçılar kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar və onların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirak ı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. (421.1.) Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli d ərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (421.2.) Qanunun həmin normasının məzmunundan göründüyü kimi əqdin ləğv edilməsini yalnız müqavilənin tərəfləri tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçılar mübahisələndirilən alqı-satqı müqaviləsinin tərəfi olmamış və müqavilənin etibarsızlığını deyil, ləğv edilməsini tələb etmişlər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı ların verdikləri tələb üzrə işə baxmış və iddianı yuxarıda göstərilən əsasla rədd etmişdir. Göstərilən vəziyyətdə iddianın təmin edilməsi üçün əsaslar olmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4833/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4833/2019
10.07.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver