Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-484/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icbari sığorta müqaviləsi üzrə sığorta təminatının müddəti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3159/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sığortalı X3 ilə sığortaçı “xxxx” ASC arasında “Dodge Durango” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış xx.xx.2018-ci il tarixli, PQA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən, sığorta təminatının müddəti 1 il müəyyənləşdirilməklə müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2018-ci il saat 09:36, qüvvədən düşmə tarixi isə xx.xx.2019-cu il saat 09:36 olaraq qeyd edilmişdir. 2. 01.03.3019-cu il tarixdə həmin avtomobil alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır. 3. xx.xx.2019-cu il tarixli, № 042525 saylı Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışına əsasən, tərəfindən idarə olunan “Dodge Durango” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 tərəfindən idarə oluna n “KİA Sorento” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 5.000 manat məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdeh «xxxx» ASC-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onun atası etibarnamə əsasında sözügedən avtomobili idarə edərkən xx.xx.2019-cu il tarixdə Zığ şossesində “Kia Sorento” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə baş verdiyi zaman dərhal sığorta şirkətinə məlumat verilmi şdir. Lakin şirkətin əməkdaşları hadisə yerinə gələcəklərini bildirsələr də, sonradan müqavilənin informasiya sistemində olmadığını bildirərək hadisə yerinə baxış keçirilməsinə lüzum olmadığını bildirmişlər. İddiaçı sonradan cavabdeh şirkətə rəsmi müraciət məktubu yollasa da, cavabdehin xx.xx.2019-cu il tarixli məktubuna əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, hadisə 19:00 radələrində baş verdiyi üçün həmin vaxt üçün informasiya sistemində müqavilə mövcud olmadığından sığorta ödənişinin verilməsindən imtina edilir.
6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, hadisə baş verən zaman artıq tərəflər arasında bağlanmış sığorta müqaviləsi qüvvədən düşdüyündən iddiaçıya imtina ca vabı verilmişdir. Ona görə də, iddianın təmin olunmamasını xahiş edirlər.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) xx xxxxxxx 2019-cu il tarixli, 2(009)2836/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qanunverici fiziki və hüquqi şəxslərə müstəqil surətdə və qanunvericiliyə zidd olmayan şərtlər daxilində müqavilə bağlamaq hüququ tanımışdır. Hazırki işdə tərəflər arasında icbari sığorta müqaviləsi bağlanmış və müqavilənin qüvvəyə minmə və qüvvədən düşmə saatı və tarixi müəyyənləşdirilmişdir. Müqavilə hər iki tərəfin iradə ifadəsi əks olunmaqla bağlanmış və tərəflərin hər ikisi tərəfindən razılaşdırılmaqla imzalanmışdır. Qanunvericilikdə sığorta təminatının müddəti kimi müqavilənin qüvvədə olduğu sonuncu tarix kimi sonun cu gün saat iyirmi dördü göstərilsə də, icbari sığorta qanunları və müqavilə istisna hal kimi qeyd edilmişdir. Hazırki işdə isə tərəflər arasında bağlanmış müqavilədə müqavilənin qüvvədən düşmə tarixi və saatı dəqiq göstərilmiş və tərəflər həmin müqaviləni müqavilədə nəzərdə tutulan şərtlər daxilində imzalamışdırlar. Yol-nəqliyyat hadisəsi baş verən saatda (19:00) tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsi artıq qüvvədən düşmüş hesab edildiyindən baş vermiş hadisə sığorta hadisəsi sayılmamalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) xx xxxx 2020-ci il tarixli, 2(103)-3159/20 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edi lmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)2839/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməsi, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 5000 (beş min) manat sığorta ödənişinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, sığorta hadisəsi baş verən zaman avto-nəqliyyat vasitəsinin mülkiyyətçisi sığorta müqaviləsini bağlayan şəxs olmadığı və yeni mülkiyyətçinin cavabdeh “xxxx” ASC tərəfindən sözügedən sığorta müqaviləsinin vaxtının dəqiq nə zaman bitəcəyi barədə hər hansı şəkildə məlumatlandırılmaması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Buna görə də cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə zidd olmuşdur. Çünki, yol nəqliyyat hadisəsi baş verən zaman sığortalı X3 ilə sığortaçı “xxxx” ASC arasında “Dodge Durango” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış xx.xx.2018-ci il tarixli, PQA********** nömrəli icbari sığorta müqaviləsi qüvvədə olmuş, həmin müqavilənin qüvvədən düşmə tarixi kimi xx.xx.2019-cu il saat 00:00 olması qəbul edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 11. “xxxx” ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İcbari Sığortalar Haqqında Qanunun 50-3-cü maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin İcbari sığortas ı üzrə standart və sərhəd sığorta müqavilələri elektron qaydada “Elektron İmza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanır. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş İnformasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, həmin Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Buna əsasən, sığortaçı tərəfindən yalnız informasiya e htiyatında mövcud olan elektron sənədin qüvvədə olma müddətləri ərzində baş verən hadisələrə görə sığorta ödənişi verilə bilər. Yeni mülkiyyətçini müqavilənin tarixi və vaxtı barədə məlumatlandırmaq kimi bir öhdəliyin sığorta şirkəti tərəfindən icra edilməsi nə maddi nə hüquqi olaraq mümkün deyildir. Axı sığorta şirkətinin avto nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsini, satılmasını və ya digər şəxslər tərəfindən istifadəsini bilməsi mümkün deyil, qaldı ki, qanunən belə bir öhdəliyi də yoxdur. Hakimin bu qərarı məhkəmənin qanuni araşdırma nəticəsində gəlinən nəticəsi sayıla bilməz, məhkəmə öz səlahiyyəti üzrə qərar verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkə mə iclasında iştirak edən cavabdehin vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
15. İddiaçı, məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
17. Maddə 900.2 İcbari sığorta müqaviləsinin bağlanması qaydası icbari sığorta qanunları ilə müəyyən edilir.
18. Maddə 906.1. İcbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
19. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
20. Maddə 935.1.8 və 935.1.10. “İcbari sığort alar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə və icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu:
21. Maddə 8.1-1. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.
22. Maddə 8.3. Müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar ist isna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir.
23. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində n əzərdə tutulmuş hadisələr və hallardır.
24. Maddə 34-1.1 Bu Qanunda nəzərdə tutulan icbari sığorta növləri üzrə məlumat mübadiləsinin və icbari sığorta növlərinin həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məqsədilə icbari sığorta müqavilələrinin bağlanması üçün lazım olan, sığorta şəhadətnamələrində əks olunan, habelə sığortaçılar, sığortalılar, sığorta olunanlar, sığorta predmeti, sığorta hadisələri, zərərçəkən şəxslər və (və ya) zərər vurulan əmlak və onların sahibləri haqqında məlumatları ehtiva edən vahid elektron informasiya sistemi qurulur və istifadəsi təmin edilir.
25. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığ ına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
26. Maddə 50-3. Bu Qanunun 50–1.0.1-ci (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqaviləsi ) və 50–1.0.2-ci maddələrində nəzərdə tutulan icbari sığorta müqavilələri “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələr i barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Hazırkı işdə iddiaçı bildirir ki, cavabdeh təşkilatda icbari sığorta müqaviləsi əsasında sığorta edilmiş avtomobili ilə sığorta müddətinin sonuncu günü, yəni xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi törədilmişdir. Ona görə də həmin sığorta müqaviləsi əsasında sığorta ödənişi almalıdır (§ 5).
36. İddiaçının tələbinə uyğun gələn hüquq əsas kimi Mülki Məcəllənin 883.1-ci və İcbari Sığortalar Haqqında Qanunun 50.1-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normaların məzmunundan görünür ki, sığortaçı, sığorta müqaviləsi əsasında sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzini və ya razılaşdırılan pul məbləğini sığorta hadisəsinin baş verməsi əsasında sığortalıya ödəməlidir (§ 16, 25).
37. Bununla belə, cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, bağlanmış icbari sığorta müqaviləsi ilə iddiaçının avtomobili xx.xx.2019-cu il saat 09:36-dək sığorta edilmişdir. İddiaçının istinad etdiyi yol-nəqliyyat hadisəsi isə həmin tarixdə, lakin saat 19:00 radələrində baş vermişdir. Bu səbəbdən sığorta müqaviləsi elektron sistem üzrə hadisənin baş verdiyi vaxt qüvvədə deyildi. Ona görə də, qəzaya uğradığı anda iddiaçının avtomobili ilə bağlı sığorta təminatı olamamışdır (§ 6).
38. Apellyasiya məhkəməsi iddianı təmin edərkən mübahisəyə MM-in 906.1-ci maddəsini tətbiq edərək mövqeyini belə əsaslandırmışdır ki, sözügedən avtomobilə dair icbari sığorta müqaviləsi Elnur Sadıqovla bağlanmış, xx.xx.2019-cu ildən avtomobilin yeni mülkiyyətçisi İddiaçı olmuşdur. “xxxx” ASC tərəfindən sığorta müqaviləsinin vaxtının dəqiq nə zaman bitəcəyi barədə yeni mülkiyyətçi məlumatlandırılmadığı üçün müqavilə xx.xx.2019-cu il saat 24:00-dək qüvvədə olmuşdur (§ 10).
39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apellyasiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmır.
40. Belə ki, hazırkı mübahisə üzrə sığorta müqaviləsinin müddətinin sonuncu gün saat iyirmi dördədək qəbul edilm əsi üçün əsaslar mövcud deyil. Məlum olduğu kimi, MM-in 906.1-ci maddəsi bu qaydanın tətbiqini icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa qaydanın nəzərdə tutulmamsı şərtindən asılı etmişdir (§ 18). İcbari sığorta qanununda və iddiaçının avtomobilinə dair bağlanmış sığorta müqaviləsində isə başqa qayda nəzərdə tutulmuşdur.
41. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununda zərərin əvəzinin ödənilməsi üçün əsas olan olan hadisə və halların icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verməsi zəruri sayılmış, belə müqavilə yalnız informasiya sistemi ehtiyatında mövcud olduğu halda etibarlı hesab edilmişdir (§ 21, 23).
42. Sözügedən informasiya sisteminə daxil edilən şərtlər isə tərəflər arasında bağlanmış icbari sığorta müqavilə sində razılaşdırılmış məlumatlardır. İddiaçının avtomobilinə dair bağlanmış icbari sığorta müqaviləsində müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2018-ci il saat 09:36, müqavilənin qüvvədən düşmə tarixi isə xx.xx.2019-cu il saat 09:36 olaraq razılaşdırılmışdır. Bu hal ona dəlalət edir ki, tərəflərin bağladıqları müqavilədə icbari sığorta müqaviləsinin vaxtına dair MM-in 906.1-ci maddəsindən fərqli qayda müəyyən edilmişdir. Buna uyğun olaraq, həmin müqavilə informasiya sistemi ehtiyatında məhz xx xxxxxx 2019-cu il saat 09:36-dək mövcud olmaqla sığorta təminatı yaratmışdır.
43. Belə olan halda isə həmin saatdan sonra baş vermiş hadisəyə görə sığorta ödənişinin verilməsindən imtina edilməsi icbari sığorta qanunvericiliyinə uyğundur (§ 20).
44. Kollegiya, icbari sığorta edilmiş avtomobilin mülki yyətçisinin dəyişməsinə və bu halda sığorta təşkilatının yeni mülkiyyətçini məlumatlandırmamasına görə müqavilənin son gün saat 24:00dək qüvvədə olması haqqında mövqe ilə də razılaşmır.
45. Ona görə ki, əvvəla apellyasiya məhkəməsi sığortaçının sığorta təminatı verdiyi hər avtomobilin sahibi dəyişdikdə, yeni mülkiyyətçini müqavilə şərtləri barədə məlumatlandırmaq kimi bir vəzifəsini nəzərdə tutan hüquq normasını göstərməmişdir. Qanunla və ya müqavilə ilə müəyyən edilməyən bir vəzifə isə mülki hüquq münasibətlərinin subyektləri üzərinə qoyula bilməz.
46. İkincisi, icbari sığorta qanunvericiliyində aşkar şəkildə qeyd edilmişdir ki, icbari sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin isti fadəsinə verildikdə müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir (§ 22).
47. Göründüyü kimi əşyaya dair bağlanmış icbari sığorta müqaviləsi üzrə hüquq və vəzifələr eynilə əşyanın yeni sahibinə və ya mülkiyyətçisinə aid olur. Bu qayda sığorta müqaviləsinin müddətinə dair tərəflər arasındakı razılaşmanı da əhatə etdiyi üçün avtomobilə dair icbari sığorta müqaviləsini bağlamış Elnur Sadıqovun razılaşdırdığı müqavilə şərti - müqavilənin xx xxxxxx 2019-cu il saat 09:36-dək qüvvədə olması, ondan sonrakı mülkiyyətçi İddiaçı da şamil edilir. Belə olan halda, sonuncunun sığorta təşkilatı tərəfindən ayrıca məlumatlandırılmasına gərək olmamış dır.
48. Bununla belə, iddiaçıya məxsus avtomobilin xx xxxxxx 2019-cu il tarixdə düşdüyü yol nəqliyyat hadisəsinin məhz saat 09:36-dan sonra baş verməsini təsdiqləyən mötəbər sübutlar işə əlavə edilməmişdir. Belə ki, cavabdehin imtina məktubunda hadisənin 19:00 radələrində olması qeyd olunsa da, nəqliyyat vasitəsinin zədələnməsi haqqında arayışda hadisənin saatı göstərilməmiş, eyni zamanda həmin xüsusatı təsdiqləyən inzibati xəta materialları işə əlavə olunmamışdır.
49. Bu hallar ona dəlalət edir ki, həqiqətə nail olmaq üçün işin tam və hərtərəfli tədqiqinə lazımi şərait yaradılması, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 27-30).
50. Ona görə də, apellyasiya məhkəm əsinin qətnaməsi ləğv edilməli, həmin xüsusatın və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması, nəticəsindən asılı olaraq yuxarıda göstərilənlər hüquq normaları əsasında müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3159/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.