Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4843/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə İddiaçı Cavabdeh qarşı 2.930 manat aliment b orcunun ləğv edilməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Cavabdeh qarşı 2.930 manat aliment borcunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx.xx.2020-ci il tarixli, 2(004)-704/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilərək, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
4. İddiaçı, birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sərlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadı ilə apelyasiya qeyri-mümkün hesab edilərək, apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
6. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının sosial vəziyyətini nəzərə alaraq şikayət verilməsi üçün ödənilən 5 manat dövlət rüsumunun, ödənilməmiş 10 manat hissəsinin ödənilməsini azad edə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izah atları
9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
10. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 363.1.2. Apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
13. Maddə 366.2. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər.
14. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
15. Maddə 8.1.2. İddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir.
16. Maddə 8.4.1. Apelyasiya və kasasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məblə ğində dövlət rüsumu tutulur. Kassasiya baxışının hədləri
17. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab e dir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya yalnış tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddianın qiyməti 500 manatdan çox olduğundan, qətnamədən apelyasiya şikayəti verərkən İddiaçı ödəməli olduğu rüsum məbləği 15 manat olsa da, 5 manat rüsum ödənilmişdir. Bu hal apelyasiya şikayəti üçün müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilmədiyinə dəlalət edir. Belə olan halda, apellyasiya şikayə tinin mümkün sayılmaması prosessual qanunvericiliyə uyğundur (§ 12-13).
21. Kassator dövlət rüsumunu ödəməkdən azad olmasına dair hallara istinad və bu barədə sübut təqdim etmədiyi üçün Kollegiya, apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.
22. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.