Məhkəmə qərarları › İş №2(102)-4845/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4845/2020

11.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4845/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 MMC-nin Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı1 MMC-nin vəkili X3, Cavabdeh2 və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən İddiaçı1 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. T ərəflər arasında bağlanmış xx xxx 2010-cu il tarixli müqavilələrə əsasən Cavabdeh2 xxx vin mübahisəli 50, 54, 57 və 58 nömrəli mənzillərin dəyərini ödəməyi, İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti isə sifarişçinin istəyinə uyğun həmin mənzilləri yüksək keyfiyyətlə tikilib sifarişçiyə təhvil verilməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilələrlə hər bir mənzilin dəyəri 96.000 (doxsan altı min) ABŞ dolları müəyyən edilmişdir. xx xxx 2010-cu il tarixli, 21, 22, 23 və 60 nömrəli maliyyə arayışlarına əsasən mənzillərin dəyəri Cavabdeh2 tərəfindən İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə tam ödənilmiş və onun cəmiyyətə borcu qalmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli, xxx saylı qətnaməsinə əsasən, Cavabdeh2 cavabdehlər İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti, X4, X9, X5 və X2 qarşı «müqavilə öhdəliyinin icra edilməsi, cavabdehlərlə bağlanılmış müqavilələrin etibarsız hesab edilməsi və sair tələblərinə dair» iddia tələbləri ilə bağlı ilkin iddia ərizəsi qismən təmin olunaraq, İman Quliyev ilə İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 54, 57 və 58 nömrəli mənzillərə dair xx xxxx 2008-ci il tarixdə bağlanmış 54, 57 və 58 nömrəli müqavilələrin, X ilə İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 50 nömrəli mənzilə dair xx xxxxxxx 2007-ci il tarixdə bağlanmış 50 nömrəli müqavilənin əhəmiyyətsiz əqdlər olmaqla etibarsız hesab edilməsi, Cavabdeh1 ilə İddiaçı1 MMC arasında bağlanmış xx xxx 2010-cu il tarixli müqavilələr üzrə İddiaçı1 MMC tərəfindən üzərinə düşən öhdəliklər icra edilməklə 50, 57 və 58 nömrəli mənzillərin, habelə 54 nömrəli mənz ilə dair bağlanmış müqavilədə nəzərdə tutulmuş ölçülərə malik mənzilin Cavabdeh1 təhvil (onun faktiki sahibliyinə və istifadəsinə) verilməsi, qeyd edilən mənzillərlə bağlı sonrakı müvafiq sənədləşmə işlərinin aparılmasının İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qət olunmuşdur. Qətnamə ilə həmçinin cavabdeh İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddiası qismən təmin olunaraq mübahisəli 54 nömrəli mənzilə dair X ilə İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxx 2008-ci il tarixli, 54 nömrəli müqavilə əhəmiyyətsiz əqd olmaqla etibarsız hesab olunmuşdur. Həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.

2. İddiaçı bildirir ki, cavabdeh tərəfindən ödənilmiş pul vəsaiti MMC-nin keçmiş direktoru Şakir Əliyev tərəf indən mənimsənilmişdir. Məcburən cavabdehlə bağlanmış müqavilələrin ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətə gətirilməsi haqqında hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər ki, gələcəkdə mənzilləri əsl sahiblərinə qaytarmaqla cavabdehin Ş.Əliyevə ödədiyi 280.000 ABŞ dollarının ondan tutulması təmin edilsin.

3. Cavabdeh isə bildirir ki, mübahisəli mənzilləri etibarlı müqavilələr əsasında dəyərini tam şəkildə ödəməklə əldə etmişdir. İddianın təmin edilməsi üçün hüquqi əsas yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 MMC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında x 21 mərtəbəli binanın 16cı mərtəbəsində yerləşən sahəsi 166 kv.m. olan üç otaqlı 50 saylı mənzilə, həmi n binanın 17-ci mərtəbəsində yerləşən sahəsi 169 kv.m. olan üç otaqlı 57 saylı mənzilə və həmin binanın 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 169 kv.m. olan üç otaqlı 58 saylı mənzilə dair bağlanmış müqavilələrin ləğv edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Cavabdeh2 ilə cavabdeh İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxx 2010-cu il tarixli 54 saylı mənzilin əvəzinə müqavilədə nəzərdə tutulmuş ölçülərə malik digər mənzilin Cavabdeh2 təhvil (onun faktiki sahibliyinə və istifadəsinə) verilməsi barədə qətnamə almaqla həmin müqavilənin də ləğv edilməsi və 4 mənzilə görə vəsaitinin iddiaçıdan tutularaq cavabdehə qaytarılması müqavilədən əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx xxxxxx 2015-ci il tarixli, 2(006)-44/2015 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə qətnamə qəbul edərkən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli, xxx saylı, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, saylı qətnamələrini və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, x3 saylı qərarını nəzərə almışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlərA.Abdullayeva (sədrlik edən və məruzəçi), İ.Xəlilov və A.Hüseynov) xx xxxxxx 2015-ci il tarixli, x nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, müqavilələrin ləğv edilməsi üçün əsasların olmadığını bildirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə obyektiv araşdırma aparılmamış, məhkəmə tərəfindən yalnız tərəflər arasında olmuş daha öncəki məhkəmə mübahisələrinə dair qətnamələrə istinad edilmiş və iddia tələbi həmin əsaslara görə rədd edilmişdir. Apelyasiya şikayəti verilən zaman əsaslandırılmış şəkildə bildirilmişdir ki, tərəflər arasında olan öncəki məhkəmə mübahisələrinin predmeti əqdin etibarsızlığı olmuş, yekun məhkəmə qərarına əsasən əqdlərin etibarsızlığına əsaslar müəyyən edilməmiş, iddiaçı olaraq həmin əqdləri təkrar əqdin ləğv edilməsi predmeti ilə mübahisələndirilmişdir. Hazırki iddia üzrə iddia predmeti eyni olsa da, iddianın hüquqi əsasları, işin faktiki hallan fərqli olmuş və hazırkı iddia tələbi əqdin ləğv edilməsi olmuşdur. Hazırki iddia tələbi və apelyasiya şikayəti əsaslandırılarkən qeyd edilmişdir ki, müqavilə bağlanılan dövrə olan mənzillərin qiymətləri ilə tərəflər arasında bağlanılmış müqavilələr üzrə cavabdehin ödədiyi məbləğ arasında kəskin fərqlər olmuş, bu səbəbdən də cavabdehin pulunun qaytarılması yolu ilə mənzillərə dair bağlanılmış müqavilələrin ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Bundan əlavə, məhkəmə işi araşdırarkən nəzərə almamışdır ki, işin həqiqi hallarına görə Cavabdeh2 qeyd edilən mənzilləri rəsmiləşdirilməsinə səbəb onun cəmiyyətin həmin zaman direktoru olmuş x aylıq 10 faiz olmaqla 240.000 ABŞ dolları məbləğində vermiş olduğu borc olmuşdur. Həmin pul məbləği də 2 ay müddətinə hesablandıqda 288.000 ABŞ dolları təşkil etmişdir. Qeyd edilən pul məbləği də Şakir Əliyevin şəxsi məqsədləri üçün götürülmüş və qeyd edilən mənzillər də Cavabdeh2 girov olaraq verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

12. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə "İddiaçı1" MMC arasında bundan əvvəl olmuş məhkəmə mübahisələrində iddia tələbi müqavilənin etibarsız hesab olunması ilə bağlı olmuşdur və qanuni qü vvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının həmin tələbi təmin olunmamışdır. Buna baxmayaraq, hazırkı tələblə çıxış edən iddiaçı "İddiaçı1" MMC cavabdehin iştirakımızla əvvəllər olmuş iş üzrə məhkəmə tərəfindən qiymət verilmiş müqavilənin etibarsız hesab olunması ilə bağlı əsassız dəllilləri təkrar olaraq iddia ərizəsinə daxil etmişdir. Halbuki həmin dəlillər heç bir halda müqavilənin ləğvinə əsas verən hüquqi əsaslardan deyil. Eyni zamanda, tərəflərin iştirakı ilə olan iş üzrə Bakı şəhər Nəsimi rayon Məhkəmənin xxx saylı xx.xx.2012-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və mübahisə predmeti olan mənzillərin üçü cavabdehə təhvil verilmiş və uzun müddətdir ki, cavabdehin sahibliyində və istifadəsindədir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 1

3. Məhkəmə iclasında iştirak edən İddiaçı1 MMC-nin vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili, kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 6.1. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsipini təşkil edir.

16. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

19. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

20. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübuta yetirilmir.

24. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Hazırkı kassasiy a şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətindəki dəlilləri əsassız hesab edərək, həmin dövrə mənzillərin qiymətləri ilə tərəflər arasında bağlanmış müqavilələr üzrə cavabdehin ödədiyi məbləğ arasında kəskin fərq olduğundan mənzillərə görə cavabdehin pulunun qaytarılması yolu ilə mənzillərə dair bağlanmış müqavilələrin ləğvinə dair iddiaçının dəlilləri ilə bağlı vurğulamışdır ki, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə işdə o lan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən olunur ki, hazırkı iddia tələbində göstərilən əsaslar da daxil olmaqla qeyd edilən müqavilələrin etibarsızlığı ilə bağlı araşdırmalar aparılmış və öz təsdiqini tapmadığına görə müqavilələrin etibarsızlığına dair iddia tələbi təmin olunmamışdır.

29. İddiaçının hazırkı tələbinin əsası kimi söykəndiyi hallar – mənzillərin əslində cavabdehə satılmaması, cəmiyyətin o zamankı direktoru x verilmiş borca görə əslində girov kimi cavabdehin adına yazılması və s. məsələlər hazırkı iş üzrə araşdırmanın və ya sübutetmənin predmeti ola bilməz. Çünki, həmin hallar əqdin etibarsızlığının əsasıdır, mənzillərə dair bağlanmış müqavilələrin etibarsızlığı tələblərinə yuxarıda qeyd edilən məhkəmə işində baxılaraq hüquqi qiymət verilmişdir. Bu səbəbdən həm in xüsusatlar işdə iştirak edən şəxslər tərəfindən hazırkı məhkəmə prosesində mübahisələndirilə və araşdırılması tələb oluna bilməz (§ 23).

30. Apelyasiya məhkəməsi vurğulamışdır ki, iddiaçı müqavilələrin ləğvinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya bu mövqe ilə razılaşaraq bildirir ki, tərəflərdən birinin tələbi əsasında müqavilənin ləğvi yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda məhkəmə qaydasında mümkündür (§ 19-20).

31. Baxılan işdə müqavilənin ləğv edilməsi ilə bağlı tərəflər arasında razılaşma yoxdur. Belə olan halda, iddiaçının bu tələbinin əsaslı olması üçün cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması sübuta yetirilməlidir (§21-22). Lakin iddiaçı, məhkəməyə bu halı tə sdiqləyən mötəbər sübutları təqdim etməmişdir. Odur ki, qanunvericiliklə müəyyən edilmiş şərtlər sübuta yetirilmədiyindən müqavilənin ləğv edilməsinə dair tələbin də rədd edilməsi əsaslıdır.

32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar