Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4845/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2022-ci il tarixli, 2(107)568/2022 saylı qətnaməsindən cavabdehlər X2 və Cavabdeh2 birgə verdikləri kassasiya şikayəti üzrə işə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etd i: İşin halları İşin hallarına görə, Yevlax rayonu, Dəlləklər kəndində yeləşən 1,6101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 05 mart 2018-ci il tarixli Çıxarışa; 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 fevral 2015-ci il tarixli Çıxarışa; 2,1454 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 fevral 2015-ci il tarixli Çıxarışa; 1,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 27 yanvar 2015-ci il tarixli Çıxarışa; 2,4557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 27 yanvar 2015-ci il tarixli Çıxarışa; 1,3131 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 27 yanvar 2015-ci il tarixli Çıxarışa; 7,014148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 28 sentyabr 2007-ci il tarixli Çıxarışa; 1,430508 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 28 sentyabr 2007-ci il tarixli Çıxarışa; 2,585925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 28 sentyabr 2007-ci il tarixli Çıxarışa əsasən daşınmaş əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. 16 noyabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən İddiaçı bütün əmlaklarını idarə etməyə və onun üzərində sərəncam verməyə və sair hərəkətləri etməyə dair 16 noyabr 2023-cü il tarixədək qardaşı X adına etibarnamə verib. 04 dekabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X bacısı İddiaçı adından Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,6101 ha torpaq sahəsini digər bacısı Cavabdeh2 bağışlayıb. 04 dekabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X bacısı İddiaçı adından Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0 ha torpaq sahəsini digər bacısı Cavabdeh2 bağışlayıb. 04 dekabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X bacısı İddiaçı adından Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,1454 ha torpaq sahəsini digər bacısı Cavabdeh2 bağışlayıb. 04 dekabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X bacısı İddiaçı adından Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,07 ha torpaq sahəsini digər bacısı Cavabdeh2 bağışlayıb. 04 dekabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X bacısı İddiaçı adından Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyi natlı 2,4557 ha torpaq sahəsini digər bacısı Cavabdeh2 bağışlayıb. 04 dekabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Xv bacısı İddiaçı adından Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,3131 ha torpaq sahəsini digər bacısı Cavabdeh2 bağışlayıb. 04 dekabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X bacısı İddiaçı adından Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 7,014148 ha torpaq sahəsini digər bacısı Cavabdeh2 bağışlayıb. 04 dekabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X bacısı İddiaçı adından Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,430508 ha torpaq sahəsini digər bacısı Cavabde h2 bağışlayıb. 04 dekabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X bacısı İddiaçı adından Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,585925 ha torpaq sahəsini digər bacısı Cavabdeh2 bağışlayıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Xv və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X onun adından istifadə etməklə bacısı Cavabdeh2 ilə bağladığı Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,6101 ha torpaq sahəsinə dair 04 dekabr 2020-ci il tarixli; 1,0 ha torpaq sahəsinə dair 04 dekabr 2020-ci il tarixli; 2,1454 ha torpaq sahəsinə dair 04 dekabr 2020-ci il ta rixli; 1,07 ha torpaq sahəsinə dair 04 dekabr 2020-ci il tarixli; 2,4557 ha torpaq sahəsinə dair 04 dekabr 2020-ci il tarixli; 1,3131 ha torpaq sahəsinə dair 04 dekabr 2020-ci il tarixli; 7,014148 ha torpaq sahəsinə dair 04 dekabr 2020-ci il tarixli; 2,585925 ha torpaq sahəsinə dair 04 dekabr 2020-ci il tarixli; 1,430508 ha torpaq sahəsinə dair 04 dekabr 2020-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin edilərək, İddiaçı adından X5X arasında Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,6101 ha torpaq sahəsinə dair bağlanmış 04 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsinin; 1,0 ha torpaq sahəsin ə dair bağlanmış 04 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsinin; 2,1454 ha torpaq sahəsinə dair bağlanmış 04 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsinin; 1,07 ha torpaq sahəsinə dair biğlanmış 04 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsinin; 2,4557 ha torpaq sahəsinə dair bağlanmış 04 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsinin; 1,3131 ha torpaq sahəsinə dair bağlanmış 04 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsinin; 7,014148 ha torpaq sahəsinə dair bağlanmış 04 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsinin; 1,430508 ha torpaq sahəsinə dair bağlanmış 04 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsinin; 2,585925 ha torpaq sahəsinə dair bağlanmış 04 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi qət edilib. Birinci instansiya məhkə məsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli torpaq sahələri mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb və o, həmin torpaq sahələri üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair qardaşı X adına etibarnamə verib. X isə bu etibarnamə əsasında sözügedən torpaq sahələrini digər bacısı Cavabdeh2 bağışlayıb. Lakin, torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmayıb. Daha sonra, İddiaçı qardaşı X adına verdiyi etibarnaməni ləğv edib. Mülki qanunvercilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etməsə də, bunun üçün müvafiq qaydalar müəyyən edib. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiyəyə malik olduğundan, onun qanuni maraqları təmin edilməlidir. Göründüyü kimi X torpaq sahələrinə da ir bacası İddiaçı etibarnamə alıb və bundan sonra həmin etibarnaməyə əsasən İddiaçı etibarından suiistifadə edərək, aldatma yolu ilə torpaq sahələrini gələcəkdə öz adına rəsmiləşdirmək üçün digər bacısı Cavabdeh2 bağışlayıb. Halbuki, hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh2 sözügedən torpaq sahələrini bağışlamaq niyyəti, yəni iradə ifadəsi mövcud olmayıb. Yəni, sözügedən bağışlama müqavilələri İddiaçı deyil, məhz X4un maraqlarına xidmət edib. İşin bu halı X məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq olunur. Belə ki, o izahatında etiraf edib ki, bacısı İddiaçı verdiyi etibarnamə əsasında torpaq sahələrini digər bacısı Cavabdeh2 ona görə bağışlayıb ki, sonradan həmin torpaq sahələrini öz adına keçirsin. Bu baxımdan, torpaq sahələrinin bağışlama müqavilələri İddiaçı iradə ifadəsini yanlış təsəvvür yaratmaqla, aldadılaraq bağlanması öz təsdiqini tapdığından, müqavilələrin etibarsızlığı tələbi əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337, 339, 359, 362, 666, 777 və 778-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər X və Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Yevlax Ray on Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 359.1, 666.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər X və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edili b, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 152.1 və 178.1-ci maddələrinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməyib. Belə ki, işə baxan məhkəmələr cavabdeh X birinci instansiya məhkəməsi tərəfindən təhrif olunmuş izahatına istinad edilməklə, onun əsas niyyətinin sonradan həmin torpaqları öz mülkiyyətinə keçirmək olması qənaətinə gəliblər və bağışlama müqaviləsinin İddiaçı deyil, məhz X4un maraqlarına xidmət etdiyini göstəriblər. Halbuki, işə baxan məhkəmələrin gəldiyi nəticə işdə olan sübutlarla öz təsdiqini tapmır və bağışlama müqavilələrinin rəsmiləşdirlməsindən uzun müddət keçməsinə baxmay araq, həmin torpaq sahələri Cavabdeh2 tərəfindən ZX adına rəsmiləşdirilməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfin ə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehlərin birgə verdikləri kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmə sinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər birgə verdikləri kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, söz ügedən torpaq sahələri İddiaçı mülkiyyətində olub və 16 noyabr 2020-ci il tarixdə o, qardaşı X adına bütün əmlaklarını idarə etməyə, üzərində sərəncam verməyə, satmağa, bağışlamağa, dəyişməyə, ipoteka (girov) qoymağa və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağa və digər hərəkətləri etməyə dair etibarnamə verib. Həmçinin, 25 noyabr 2020-ci il tarixdə İddiaçı əri X da qeyd olunan torpaq sahələrinin satılmasına, bağışlanmasına və ipoteka qoyulmasına notarial qaydada təsdiq edilməklə yazılı razılıq verib. X isə bu etibarnamə əsasında mübahisəli torpaq sahələrini notarial qaydada təsdiq edilmiş 04 dekabr 2020-ci il tarixli bağışlama müqavilələrinə əsasən digər bacısı Cavabdeh2 bağışlayıb. Lakin, torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 a dına qeydə alınmayıb. Daha sonra, İddiaçı tərəfindən qardaşı X adına verilmiş 16 noyabr 2020-ci il tarixli etibarnamə ləğv edilib. Əvvəla, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən edib. Həmin qaydalara görə, təmsil olunan təmsilçilikdən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Hazırki halda, X4 mübahisəli torpaq sahələri üzərində sərəncam verməyə dair bacısı təmsil olunan İddiaçı etibarnamə alıb və bundan sonra həmin etibarnaməyə əsasən sonuncunun etibarından sui-istifadə edərək, aldatma yolu ilə əldə etdiyi etibarnamə əsasında torpaq sahələrini digər bacısı Cavabdeh2 bağışlayıb, niyyəti isə ilk gündən sonradan həmin torpaq sahələrini öz adına rəsmiləşdirmək olub. İşin b u halı X4un birinci instansiya məhkəməsində verdiyi izahatı ilə də açıq-aşkar təsdiq olunur. Belə ki, X4 izahatında etiraf edərək göstərib ki, bacısı İddiaçı verdiyi etibarnamə əsasında torpaq sahələrini digər bacısı Cavabdeh2 ona görə bağışlayıb ki, sonradan həmin torpaq sahələrini öz adına keçirsin. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən edib. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilib. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçili kdə ən üstün müdafiəyə malik olduğundan, onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Belə olan halda nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahələrinə dair etibarnamə verilərkən, təmsil olunan İddiaçı bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və X4un özünün maraqları da xilində deyil, məhz onun maraqlarından hərəkət etmək səlahiyyəti verib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, X4 təmsil edilən İddiaçı adından faktiki olaraq öz maraqları barəsində əqdlər bağladığından, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassatorlar birgə verdikləri kassasiya şikayətində, torpaq sahələrinə dair bağışlama müqavilələrinin etibarsızlığı üçün əsasların olmadığını, həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmasa da, İddiaçı tərəfindən iddia edilən halların bağışlama müqavilələrinin etibarsızlığı üçün əsas sayılmadığını, təmsil olunan İddiaçı etibarnamə üzrə bütün səlahiyyətlərini təmsilçi qardaşı X həvalə etdiyini, bağaşlama müqavilələrinin rəsmiləşdirilməsi zamanı zəruri etibarlılıq şərtlərinə tam əməl olunduğunu, X4un özü barəsində əqdlər bağlamasına dair birinci instansiya məhkəməsində etirafedici izahatlar vermədiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla X4 birinci instansiya məhkəməsində verdiyi izahatında göstərib ki, bacısı İddiaçı verdiyi etibarnamə əsasında torpaq sahələrini digər bacısı Cavabdeh2 ona görə bağışlayıb ki, sonradan həmin torpaq sahələrini öz adına keçirsin. X4 kassasiya şikayətində belə izahat vermədiyini göstərsə də, Mülki Prosessual Məcəllənin 273-cü maddəsinin tələblərinə uyğun olaraq, ötən müddət ərzində birinci instansiya məhkəməsinin protokoluna dair yazılı qeydlər verməyib. Halbuki, sözügedən maddənin mənasına görə, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Əksinə, X4un birinci instansiya məhkəməsində verdiyi izahatında, torpaq sahələrinin mülkiyyətçisi kimi İddiaçı göstərilsə də, faktiki olaraq həmin torpaq sahələrinin ona məxsus olduğunu, 500.000 manat Banka borcu olduğu üçün torpaq sahələrini öz adına rəsmiləşdirə bilmədiyini və torpaq sahələrinin müsadirə olunacağından qorxduğunu, İddiaç ı əri ilə əvvəllər iş birliyinin mövcud olduğunu, etibarnamə əsasında torpaq sahələrinin birbaşa öz adına keçirməsinin qeyri-mümkün oluduğunu bildirməsi və sair, işin diqqətəlayiq olan digər halları X4un təmsil edilən İddiaçı adından şəxsən özü barəsində əqdlər bağlaması nəticəsinə gəlməyə əsas verir. Digər tərəfdən, sözügedən torpaq sahələrinə dair 04 dekabr 2020-ci il tarixli bağışlama müqavilələrinin bağlanmasından 8 ay sonra, yəni 30 sentyabr 2021-ci il tarixdə təmsilçi İddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməsi də, həmin bağışlama müqavilələrinin bilavasitə onun iradəsini ifadə etmədiyi və müqavilələrin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı nəticəsinə gəlməyə əsas verir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdir ilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Sə lahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Kassasiya instansiyası məhkəməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarını nəzərə alıb hesab edir ki, kassatorların kassasiya şikayətində sözügedən bağışlama müqavilələrinin bağlanması zamanı hər hansı qanun pozuntusuna yol verilməməsi və həmin müqavilələrin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanmasına dair dəlillərini əsassız hesab edir. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlillərin təkrar araşdırmasına lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini n tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər X2 və Cavabdeh2 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2022-ci il tarixli, 2(107)-568/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4845/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-4845/2022
11.10.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver