Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4847/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim: R.Ə.Səmədov; 2(006)-475/2018) İddiaçı cavabdehlər "xxxx" Q SC-yə və X1 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə" dair iddia ərizəsi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2018-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov (sədrlik edən və məruzəçi) T.S.Səmədov və E.C.Kazımov; 2(103)-5229/2018) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərarına əsasən (hakimlər: Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva, S.F.Hacıyev; 2(102)-7402/2018) İddiaçı kas sasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən (hakimlər: İ.K.Xəlilov(sədrlik edən və məruzəçi), X.A.Cəmilova, İ.Ə.Kərimli;2(103)-2378/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər "xxxx"QSC-yə və X1 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkıməyə müraciət edərək, "xxxx" QSC ilə iddiaçı arasında bağlanmış 08 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. İddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası DƏDRX-nin 3 saylı Gəncə şəhəri Ərazi İdarəsi tərəfindən 04 mart 2008-ci il tarixdə Seriya MH *************** saylı çıxarışla təsdiq edilmişdir. İddiaçının cavabdehlərdən X2 ilə qohumluq əlaqələri mövcuddur. İddiaçı həmin mülkü satmaq istəyirdi. Cavabdeh X2 iddiaçıya müraciət edərək, bankdan kredit götürmək istədiyini bildirərək girov qismində mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanını ipoteka predmeti kimi ipoteka qoymağı xahiş etmişdir. Eyni zamanda, cavabdeh bildirmişdir ki, götürdüyü kredit məbləğini ödəniş cədvəlinə əsasən vaxtı-vaxtında ödəy ərək, iddiaçının əmlakını yüklülükdən azad edəcəkdir. Bir qohum kimi iddiaçı cavabdehə inanmış və 08 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx"QSC-nin xeyrinə ona məxsus əmlak yüklü edilmişdir. Bundan sonra cavabdeh X2 müəyyən müddət kredit borcunu ödəmiş, sonradan özünün dediyinə görə işində problemlər yarandığından kredit borcunun ödənilməsində fasilələr baş vermişdir. İddiaçı dəfələrlə Aydına müraciət edərək kredit borcunu ödəməsini və ona məxsus əmlakın yüklülükdən azad etməsini tələb etsə də, faydası olmamışdır. Cavabdeh X2 iddiaçını aldadaraq onun səmimiyyətindən istifadə etmişdir. Ona görə də Mülki qanunvericiliyə görə həmin əqd etibarsız hesab edilməli, iddiaçıya məxsus əmlak yüklülükdən çıxarılmalıdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası MPM-nin 9.1, 9.2,9.3, 77.1, 76.1, 76.2, 80-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 337.2, 337.3, 337.4-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları nəzərə alınmamış, iş üçün əhəmiyyəti olan sübutlar tam araşdırılıb qiymət verilməmiş, nəticədə əsassız və qanunsuz qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclası na gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilm əsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, «xxxx» QSC ilə X2 arasında 08 avqust 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, bank tərəfindən borcalana 40000 manat məbləğində kredi t verilmişdir. «xxxx» QSC ilə X2 və İddiaçı arasında bağlanmış *********** saylı, 08 avqust 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, «xxxx» QSC ilə X2 arasında bağlanmış 08 avqust 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi ipotekaqoyan İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, *************** küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.«xxxx» QSC ilə İddiaçı arasında 08 avqust 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, ipoteka qoyan İddiaçı «xxxx» QSC ilə borclu X2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi özünə məxsus Gəncə şəhəri,************* küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir.Hazırki iş üzrə iddiaçı müvafiq ipoteka müaviləsini n etibarsızlığını tələb edir. Onun dəlili isə bundan ibarətdir ki, ipotekanın hüquqi nəticələrini anlamamış, əmlakına tutmanın yönəldilməsi barədə əvvəlcədən məlumatlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1. maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.2. maddəsinə görə, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. - 269.5. maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. - 270.1. maddəsinə əsasən, girov və ipoteka müqavilə ü zrə əmələ gəlir. - 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “İpoteka haqqında” qanunun 1.0.1. maddəsinə əsasən, ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. İpoteka əsas öhdəliyin icrasının təmin edilməsinin üsullarından biridir. Tərəflər arasında ipoteka müqaviləsi borclunun kreditor bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə bağlanmışdır. Əgər borclu kreditor bank qarşısında öhdəliklərini icra etməzsə, kreditorun tələbi ipoteka ilə yüklü edilmiş əmlaka yö nələ bilər. İddiaçı belə bir halın baş verməsi ehtimalı ilə razılaşaraq ipoteka müqaviləsini bağlamışdır. İddiaçının etibarsızlığını tələb etdiyi ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmış, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. İddiaçı əqdin aldatma nəticəsində bağladığına istinad etsə də, bu halı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiy ası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4847/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4847/2019
04.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver