Məhkəmə qərarları › İş №2(102)-4849/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4849/2019

12.07.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4849/2019 12.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, onun vəkili Əliyev Mehman Əlizaman oğlu, nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X2, vəkili Abbasov Elxan Saleh oğlunun iştirakları ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 26 oktyabr 2018-cı il tarixli qətnaməsi ilə (sədrlik edən C.Qədimov, iş 2(010)-4455/2018) iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), hakimlər X.Cəmilova və İ.Kərimli, iş № 2(103)-218/2019) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri, Su raxanı Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2017-ci il tarixli daşınmaz əmlakın (torpaq sahəsinin) bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilənin hüquqi nəticəsi olaraq Cavabdeh adına torpaq sahəsinə dair DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, 16.06.2017ci il tarixli Çıxarışın və sonradan Bakı şəhəri, ünvan 1 ünvanındakı evə dair ******* nömrəli, 01.08.2017-ci il tarixli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Abbasov Elxan Saleh oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmə miş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Əliyev Mehman Əlizaman oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunveric iliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi 1998-ci ildə fərdi ev inşa edilməsi üçün iddiaçıya ayrılmışdır. Həmin vaxt Cavabdeh rəsmi nikahda olmaqla Gürcüstan Respublikasında yaşayırdı. Torpaq sahəsində bir-birindən təcrid edilmiş (tərəflərin təsdiq edirlər ki, daş hasarla) vəziyyətdə üç ev inşa edilmişdir. Onlardan ikisində iddiaçının oğlanları və ailəsi yaşayır. Mübahisəli evdə isə valideynlər və cavabdehin ailəsi (cavabdeh boşandıqdan sonra) yaşamışlar. İddiaçı əri ilə birlikdə həmişə mübahisəli evin ikinci mərtəbəsində yaşamışlar. İddiaçı evin yerləşdiyi torpaq sahəsini 05.06.20 17-ci il tarixdə cavabdehə bağışlamış, cavabdeh torpaq sahəsini xüsusi mülkiyyətinə keçirmiş və bunun hüquqi nəticəsi olaraq torpaq sahəsinin üzərindəki evə də Çıxarış almışdır. 2018-ci ildə cavabdeh tərəf iddiaçını və ərini evdən çıxarmışlar. 04.06.2018-ci il tarixdə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı evin altında yerləşən torpaq sahəsini qızma bağışlayarkən əri ilə birlikdə evi tərk edəcəyi barədə öhdəlik götürməmişdir. O, yaşlı əri ilə orada yaşamaqda davam etməyi planlaşdırırdı. Onların başqa yerə köçmək, başqa həyat qurmaq niyyətləri yox idi. Onlar yaşlı vaxtında qızının ailəsi ilə yaşamaqda davam etmək və həmin evdən istifadə etmək istəyirdilər. Bu halın başqa yozumu yoxdur. Çünki yaşlı ər-arvadm başqa yaşayış yeri, gedə biləcəyi başqa ünvanı yox idi. Onları n istifadə etdiyi və yaşadığı əmlaklar həmin evin ikinci mərtəbəsində idi. Cavabdeh tərəf onları həmin evdən istifadə etməkdən məhrum etmişdir. İddiaçı doğma qızı olduğu üçün və onunla yaşamaq öhdəliyinə cavabdehin axıradək riayət edəcəyi gümanı ilə bağışlamanı həyata keçirmişdi. Əks təqdirdə, iddiaçı yaşlı əri ilə yaşadığı mənzildən məhrum olacağını güman etsəydi bağışlamam həyata keçirməzdi. Cavabdehin valideynlərini yaşadıqları mənzildən məhrum etməsi ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozması kimi dəyərləndirilməlidir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəllənin 670.3. maddəsinə əsasən bağışlama müqavil əsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Maddənin məzmunundan göründüyü kimi, hədiyyə alanın icra etməli olduğu vəzifələr onun üzərinə tək bilavasitə bağışlama müqaviləsi ilə deyil, həm də ailə hüquq münasibətlərinə uyğun olaraq qoyula bilər və bağışlama müqaviləsində hər hansı bir şərtin göstərilməməsi hədiyyə alanı ailə hüquq münasibətlərindən irəli gələn öhdəlikləri icra etməkdən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1 maddələrinin şərh edilməsinə dair” 19.12.2012-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şə rtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Mülki Məcəllənin 666.1. maddəsinə əsasən, bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir.” Mülki Məcəllənin 673.1. maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasan (673.1.2.) hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulm uş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi, qeyd olunan norma bağışlamanın ləğvi əsaslarından biri kimi ailə hüquq münasibətlərini nizama salan qaydalara münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1. maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynl ərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “mübahisəli torpaq sahəsi iddiaçıya ailə üzvləri də nəzərə alınmaqla verilmişdir. Məhz buna əsasən də həmin torpaq sahəsi paylı mülkiyyət hüququ ilə 2003-cü ildə ailə üzvlərinin, o cümlədən mənim adıma rəsmiləşdirilib. Torpaq sahəsindən 120 kv. metr sahəni 12 may 2017-ci il tarixdə iddiaçıya bağışlamışam. Bundan cəmi 23 gün sonra, yəni 05 iyun 2017-ci il tarixdə 600 kv. metr torpaq sahəsinin 150 kv. metr hissəsini iddiaçı mənə bağışlayıb. Həmin bağışlama müqaviləsi məni hər hansı şərt və ya öhdəliyin yerinə yetirilməsi ilə asılı etməyib” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiya sı qeyd edir ki, mülki işə əlavə olunmuş sənədlər, o cümlədən “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə - JN – 7390D kod 00600066 – ilə müəyyən edilir ki, mübahisəli 0,06 ha torpaq sahəsi İddiaçı ilə yanaşı bərabər paylar əsasında X3, Cavabdeh, X5 və X1 məxsus olmuşdur. (iş vərəqə 91) 12 may 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X3, X4, X1 o cümlədən Cavabdeh özlərinə məxsus 0,012 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. 05 iyun 2017-ci il tarixdə isə İddiaçı yenidən həmin ərazidəki 0,015 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. Hazırda İddiaçı ləğv edilməsini xahiş etdiyi bağışlama müqaviləsi əsasında cavabdehə verilmiş və mülkiyyətində olan torpaq sahəsi əslində bağışlama müqaviləsi bağlanmamışdan bir ay əvvəl cavabdehin özünün mülkiyyətində olmuşdur. Məhkəmə kolleg iyası hesab edir ki, iddia tələbi təmin olunarkən apelyasiya instansiyası məhkəməsi bu xüsusatı nəzərə almalı olduğu halda, həmin hala diqqət yetirməmişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanındakı evə dair ******* nömrəli, 01.08.2017-ci il tarixli çıxarışı da ləğv etmişdir. Halbuki qeyd olunan ev İddiaçı və Cavabdeh arasında 05 iyun 2017-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin predmeti olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində istinad etdiyi maddi hüquq normaları Bakı şəhəri, ünvan 1 ünvanındakı evə dair çıxarışın ləğvi üçün hüquqi əsas hesab oluna bilməz. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, prosess ual qanun pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hiss ədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar