Məhkəmə qərarları › İş №2(102)-4853/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4853/2022

06.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4853/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cədb edilməklə) ilk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-4853/2022 Açar sözlər: mənzilin təhvil verilməsi, müqavilənin etibarsızlığı Bakı şəhəri 6 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlunun məruzəsi ilə, Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənzilin təhvil verilməsi» tələbinə dair ilk, "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7201/2021 nömrəli, 23 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi ünvanında yerləşən ümumi sahəsi 12 kv.m olan 1 otaqdan ibarət, 17 saylı ev X5 mülkiyyətində olmuşdur.

2. İddiaçı F.İsayevin oğludur və mübahis əli ünvanda qeydiyyatda olmaqla yaşamışdır. 3. “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarını rəhbər tutaraq Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 01 dekabr 2016-cı il tarixli 412 saylı sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01 dekabr 2016-cı il tarixli 02/05-İ764M rəyinə əsasən, ünvan 2 ünvanlarında yerləşən torpaq sahəsində mövcud yaşayış evlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün 0,535 ha torpaq sahəsi Cavabdeh-nin istifadəsinə verilmişdir.

4. Həmin sərəncamın icrası ilə əlaqədar "xxxx" MMC ilə Möhsün Sənani küçəsi, 17 saylı evdə yerləşən mənzilin sakini İddiaçı arasında bağlanmış 11 aprel 2017-ci il tarixli, 36 saylı müqavilə ilə MMC Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsinin 17 və 19 ünvanlarında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan və mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan ÖM seriyalı, 107648 nömrəli mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə etməklə təmirsiz 1 ədəd “B” blokunun 9-cu mərtəbəsində 2 (iki) otaqlı 83,26 kv.m mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mülkiyyətçi 20 ay müddətində 10000 manat "xxxx" MMC-yə ödəməlidir. Müqavilə "xxxx" MMC-nin direktoru və İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı tə rəfindən MMC-yə 10.000 manat ödənilmiş və bununla əlaqədar ona MMC tərəfindən 02 aprel 2018-ci il və 13 noyabr 2018-ci il tarixli arayışlar verilmişdir. 5. "xxxx" MMC İddiaçı 04 fevral 2019-cu il tarixdə məktub göndərərək, sökülməsi nəzərdə tutulan fərdi yaşayış evinin X8 məxsus olması qeyd edilməklə, 11 aprel 2017-ci il tarixli, 36 saylı müqaviləyə dair mülkiyyətçinin notarial qaydada razılığının tələb olunması qeyd edilmiş, razılıq olmadığı təqdirdə tərəflər arasında bağlanmış həmin müqavilənin birtərəfli qaydada ləğv olunacağı barədə xəbərdar edilmişdir.

6. X11 29 yanvar 2019-cu il və 15 fevral 2019-cu il tarixlərdə ayrı-ayrı ərizələrlə "xxxx" MMC-yə müraciət edərək, ünvan 4 ünvanında yerləşən evə dair 11 aprel 2017-ci il tarixdə həmin MMC ilə bağlanmış müvafiq olaraq 37 və 36 saylı müq avilələrə xitam verilməsini xahiş etmiş, müqavilələrin istənilən şəxslə bağlanmasına etiraz etmədiyini bildirmişdir. 11 aprel 2017-ci il tarixli, 36 saylı müqavilə üzrə 80000 manat məbləğində pul vəsaiti 15 fevral 2019-cu il tarixdə "xxxx" MMC tərəfindən X8 ödənilmişdir. 7. 15 fevral 2019-cu il tarixli müqavilə ilə "xxxx" MMC tərəfindən ünvan 2-da inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 11-ci mərtəbəsində, ümumi sahəsi 83,26 kv.m. olan 2 otaqlı, 118 nömrəli mənzil X1 verilmiş, sonuncunun həmin mənzil üzərində mülkiyyət hüququ 04 avqust 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilənin birtərəfli qaydada ləğv edilməsi nin qadağan edilməsi və mənzilin mülkiyyətinə verilməsi» tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə əsasında ona məxsus mənzilin cavabdeh "xxxx" MMC tərəfindən ona təhvil verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, valideyni ilə birgə uzun müddət ünvan 5 ünvanıda yaşamışdır. 2017-ci ilin aprel ayında cavabdeh təşkilat onlara bildirmişdir ki, dövlət tərəfindən ərazidə yeni bina tikintisi üçün onlara Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı verilmişdir. Onlar qarşılıqlı razılığa gələrək qərara almışlar ki, yaşadıqları mənzil "xxxx" MMC-yə təhvil veriləcək, əvəzində isə MMC atası X8 və ona 2 (iki) ədəd mənzil verəcək. Bu zaman o, da ha böyük mənzil istəmiş və cavabdeh "xxxx" MMC-nin nümayəndələri ona bildirmişlər ki, əlavə ödəniş edəcəyi təqdirdə ona 2 (iki) otaqlı 83,26 kv.m. mənzilin verilməsi mümkündür. Hətta razılığa gəlmişlər ki, o, aylıq kirayə haqqından imtina etsin. Beləliklə, xx.xx.2017-ci il tarixdə bu şərtlər əsasında aralarında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən 20 (iyirmi) ay müddətində əlavə olaraq 10.000 (on min) manat ödəməli idi. Bu barədə 20 (iyirmi) aylıq ödəmə cədvəli tərtib olunmuş və o, "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmişdir. Bununla bağlı ona xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli 2 (iki) ədəd maliyyə arayışı verilmişdir. Həmin arayışlara əsasən onun şirkətə borcu yoxdur. Beləliklə onun tərəfindən müqavilə öhdəliyi tam həcmdə yerinə yetiri lmişdir. Lakin cavabdeh tərəf heç bir əsas olmadan ona xx.xx.2019-cu il tarixli məktub göndərərək müqaviləni yerinə yetirməkdən imtina edir.

10. Bundan sonra "xxxx" MMC cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 11.04. 2017-ci il tarixli 36 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk iddia tələbi tam əsassızdır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 36 saylı müqavilə bağlanmışdır. “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əl avə tədbirlər” barədə Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarını rəhbər tutaraq Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 412 saylı sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı il tarixli 02/05-İ764M rəyinə əsasən, ünvan 6 ünvanlarında yerləşən torpaq sahəsində mövcud yaşayış evlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün 0.535 ha torpaq sahəsi Cavabdehnin istifadəsinə verilmişdir. Yuxarıda göstərilən sərəncamların icrası olaraq ünvan 2 ünvanlarında sakinlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə müqavilə bağlayaraq ərazidən köçürülmüşlər və o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi ev 17, mənzil 12-nin mülkiyyətçisi X12 da müqavilə bağlamaqla köçür ülmüşdür. X12 müqavilə bağlanan zaman ona məxsus mənzilin müəyyən bir hissəsini oğlunun adına keçirmək istədiyini bildirərək müqavilənin oğlunun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Beləliklə "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli 36 saylı müqavilə bağlanmışdır. Mübahisəli müqavilənin bağlanmasına baxmayaraq Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi ev 17, mənzil 12-nin mülkiyyətçisi X12 həmin müqaviləyə razılıq verməmişdir. Həmçinin mənzillərin dəyəri ödənilməmişdir.

12. Daha sonra İddiaçı məhkəməyə qarşılıqlı iddiaya dair etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC də etiraf edir ki, aralarında xx.xx.2017-ci il tarixli 36 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə tərəfindən öhdəliklər tam icra olunmuş, ailəsi ilə birgə yaşadığı mənzil azad edilmiş (boşaldılmış), tərəfindən "xxxx" MMC-yə 10.000 (on min) manat ödənilmişdir. Həmin müqaviləyə dair mülkiyyətçi X14 oğlunun «razılıq verməməsinə» gəldikdə isə qeyd edilməlidir ki, müqavilədə belə qeyd şərt göstərilməmiş, yəni 3-cü şəxsin razılığının tələb olunması barədə müddəa yoxdur. Bundan başqa onunla müqavilə bağlanan tarixdə X11 ilə də ayrı müqavilə bağlanmış, beləliklə həmin şəxslə MMC arasında münasibətləri həmin müqavilə tənzimləyir. Həmçinin ona "xxxx" MMC tərəfindən maliyyə arayışı verilmiş, həmin arayış məhkəməyə təqdim olunmuşdur. Beləliklə, müqavilənin etibarsızlığı üçün heç bir əsas yaranmamışdır. Bu səbəbdən də, qarşılıqlı iddianın rədd edilməsi, ilk iddianın isə təmin edilməsini xahiş etmişdir.

13. Bununla yanaşı İddiaçı məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, "xxxx" MMC tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd etmiş və Azərbaycan Respublikası MM-nin 354-cü maddəsini rəhbər tutaraq iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 iyul 2019-cu il tarixli, 2(005)- 2008/2019 nömrəli qətnaməsi ilə (hakim Ramin Quliyev) ilk iddia təmin edilmiş, "xxxx" MMC tərəfindən ünvan 7 ünvanlarında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının “B” girişində 9-cu mərtəbəsində 2 otaqlı 83,26 kv.m 1 ədəd mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, "xxxx" MMC-nin qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onun la əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 36 saylı müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsinin 17 və 19 ünvanlarında inşa ediləcək hündürmərtəbəli yaşayış binasının «B» girişində 9-cu mərtəbəsində 2 (iki) otaqlı 83,26 kv.m 1 (bir) ədəd mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə, sonuncu isə 20 (iyirmi) ay müddətində 10.000 (on min) manat "xxxx" MMC-yə ödəməsini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri qeyri-şərtsiz yerinə yetirmiş, lakin qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC müqavilədə nəzərdə tutulmamış müddəanı əsas gətirərək, mənzilin təhvil verilməsi üçün mülkiyyətçi X5 3 (gün) ərzində notarial qaydada razılığının tələb olunduğun əsas gətirərək mə nzilin təhvil verilməsindən imtina etməklə müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur.

16. Məhkəmə qarşılıqlı iddia tələbinin guya mənzilin təhvil verilməsi üçün mülkiyyətçi X5 razılığın tələb olunması hissəsi ilə əlaqədar hesab etmişdir ki, əvvəla tərəflər arasında bağlanmış müqavilədə belə müddəa mövcud deyil, ikincisi də qarşılıqlı iddiaçı "xxxx" MMC bu şərtlərin (müddəaların) olmasını sübut edə bilməmiş və buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

17. Bundan başqa məhkəmə ilk iddiada İddiaçı iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi iddiaçı "xxxx" MMC tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, iddia müddətinin axımı xx.xx.2017-ci il tarixdən başlamış, lakin qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir.

18. Məhkəmə İddiaçı ilk iddiasına hüquqi qiymət verərək qeyd etmişdir ki, "xxxx" MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır və iddiaçının tələblərini təmin etməlidir.

19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 6.2, 16.1, 157.8, 165, 324.1, 324.4, 337.1, 354.1, 372.1, 373.2, 375.1, 375.2, 376, 377.2, 378, 389.1, 390.1, 3 90.5, 390.6, 399.1, 404.1, 404.2, 421.1, 442, 560.1, 560.2, Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2, 80, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli və 29 iyun 2007-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Qətnamədən "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Pilot Holdinq” MMC apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq, qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi ev 1 7, mənzil 12-də yaşaması və onun da həmin evdən pay hüququnun olması iddiaçı ilə həmin evin mülkiyyətçisi olan atası X6 arasında həll edilməli məsələdir. MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi ev 17, mənzil 12-nin əvəzində verilməli olan evlər qarşı tərəfə verilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 21 yanvar 2020-ci il tarixli, 2(103)-1075/2020 nömrəli qətnaməsi ilə (hakimlər: İlham Kərimli (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xəyalə Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(005)- 2008/2019 saylı qətnaməsi "xxxx" MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi h esab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin edib, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Çünki qarşılıqlı iddia tələbi özü-özlüyündə əsassızdır.

24. Həm qarşılıqlı iddia tələbində, həm də apellyasiya şikayətində qoyulan mənzilin təhvil verilməsi üçün mülkiyyətçi X5 razılığının tələb olunması dəlilinə münasibətdə məhkəmə göstərmişdir ki, ilk olaraq tərəflər arasında bağlanmış müqavilədə belə bir müddəa mövcud olmamış, eyni zamanda cavabdeh "xxxx" MMC bu müddəanın olmasını sübut edə bilməmişdir.

25. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddianın təmin edilməməsi səbəblərindən biri kimi iddia müddətini tətbiq etmişdir.

26. Apellyasiya məhkəməsi mövqeyini ümumiləşdirərək q eyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından ilk iddiada cavabdeh "xxxx" MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, çünki cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır, apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir.

27. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 354.2-ci, MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

28. Qətnamədən "xxxx" MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Pilot Holdinq” MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, yalnız cavabdehin formal mülahizələrinə istinad etməklə, işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edərək, maddi və prosessual hüquq normalarını pozmuşdur.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli, 2(102)-3057/2020 nömrəli qərarı ilə (hakimlər: İlqar Xələfov (sədrlik edən və məruzəçi), Gündüz Quliyev və Zaur Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

31. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sökülmüş mənzilin mülkiyyətçisi olan X12 hazırkı iş üzrə iddiaçı olan oğlu İddiaçı ayrıca mənzilin verilməsi barədə verdiyi razılığından (sahəsi 83,26 kv.metr olan 2 otaqlı mənzildən) imtina edərək MMC-dən 80000 manat tələb etdiyi üçün 15 fevral 2019-cu il tarixli məxaric orderi əsasında X9 80000 manat verilmiş və 14 aprel 2017-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş 2 otaqlı mənzilə dair X10 ilə MMC arasında 15 fevral 2019-cu il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmış, həmin mənzilə dair onun adına 04 avqust 2020-ci il tarixdə Dövlət Reyestrindən Çıxarış verilmişdir. Mübahisəli mənzilə dair X10 ilə mənzil tikintisi haqqında müqavilə hazırkı işin icraata qəbul edildiyi 11 mart 2019-cu il tarixdən əvvəl bağlanmasına baxmayaraq sonuncu məhkəməyə cəlb edilməmiş və nəticədə onun hüquq və vəzifələrinə toxunan qətnamə qəbul edilmişdir.

32. Məhkəmə öz mövqeyini MPM-in 416, 418.4.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2(103)-7623/2020 nömrəli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(005)-2008/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, Ali Məhkəmənin 12 avq ust 2020-ci il tarixli qərarında şərh edilən göstərişə əsasən ünvan 7 ünvanlarında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının “B” girişində 9-cu mərtəbəsində 2 otaqlı 83,26 kv.m mənzilin satıldığı X10 cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir.

35. Apellyasiya məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi əqdin etibarsız hesab edilməsi üçün əsasların olmamasını, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC tərəfindən iddiasının əsaslarını təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməməsini, habelə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçının) müqavilənin bağlanmasına təsir edilmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin iddianı irəli sürməməsini qeyd etməklə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İşdən görünür ki, "xxxx" MMC iddiasının əsaslarını təsdiq edən sübutları, habelə müqavilənin bağlanmasına təsir edilmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin iddianı irəli sürməməsi ilə bağlı hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Həmçinin işin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı 11 aprel 2017-ci il tarixdən başlamış, lakin "xxxx" iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə 30 may 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir.

36. Bundan başqa apellyasiya instansiyası məhkəm əsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı müqavilə şərtlərinə əsasən götürdüyü öhdəlikləri yerinə yetirməsini, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin isə müqavilədə nəzərdə tutulmamış müddəaya əsaslanmasını, yəni mənzilin təhvil verilməsi üçün mülkiyyətçi X5 üç gün ərzində notarial qaydada razılığının tələb olunduğunu əsas gətirərək mənzilin təhvil verilməsindən imtina etməklə müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmasını qeyd etməklə qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

37. Bundan əlavə ikinci apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinə mübahisə pre dmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 ünvan 8 ünvanda yerləşən evə dair 11 aprel 2017-ci il tarixdə bağlanmış 36 və 37 saylı müqavilələrə xitam verilməsi, həmçinin həmin müqavilələrdə göstərilən 1 otaqlı və 2 otaqlı mənzillərin əvəzinə pul ödənilməsi barədə ərizələr əlavə etmişdir. Həmçinin işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılarkən "xxxx" MMC tərəfindən məhkəmə kollegiyasına X11 ilə "xxxx" MMC arasında bağlanmış 36 saylı, 11 aprel 2017-ci il tarixli müqavilənin surəti təqdim edilmişdir. Həmin müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsinin 17 və 19 ünvanlarında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan və mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahəd ə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan ÖM seriyalı, 107648 nömrəli mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə etməklə təmirsiz 2 ədəd “B” blokunun 9-cu mərtəbəsində 2 otaqlı 83,26 kv.m, “B” blokunun 9-cu mərtəbəsində 1 otaqlı 47,5 kv.m mənzilləri mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi 20 ay müddətində 10000 manat "xxxx" MMC-yə ödəməlidir.

38. Məhkəmə əlavə olaraq müəyyən etmişdir ki, X11 ilə "xxxx" MMC arasında 11 aprel 2017-ci il tarixdə “B” blokunun 9-cu mərtəbəsində 1 (bir) otaqlı 47,5 kv.m mənzilə dair 37 saylı müqavilə, İddiaçı ilə "xxxx" MMC arasında isə eyni tarixdə “B” blokunun 9-cu mərtəbəsində 2 (iki) otaqlı 83,26 kv.m mənzilə dai r 36 saylı müqavilə, yəni ayrı-ayrılıqda 2 müqavilə bağlanmışdır. Lakin, hər iki müqavilə qüvvədə olduğu halda sonradan "xxxx" MMC tərəfindən həm 1 (bir) otaqlı 47,5 kv.m mənzilə, həm də 2 (iki) otaqlı 83,26 kv.m mənzilə dair 11 aprel 2017-ci il tarixli yeni məzmunda 36 saylı müqavilə tərtib edilmişdir. Məhkəmə iclası zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin nümayəndəsinə yuxarıda göstərilənlərlə bağlı izah verilməsi təklif olunsa da, nümayəndə yalnız tərəflər arasında bir müqavilənin, yəni 36 saylı müqavilənin bağlandığını, 1 otaqlı 47,5 kv.m mənzilə dair 37 saylı müqavilənin isə mövcud olmadığını bildirmişdir. "xxxx" MMC-nin nümayəndəsi 37 saylı müqavilənin mövcud olmadığını bildirsə də, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 17 ünvanında yerləşən evə dair bağlanmış 11 aprel 2017- ci il tarixli 37 saylı müqavilənin həqiqətən mövcud olması iş materiallarında olan 37 saylı müqaviləyə xitam verilməsi, həmçinin 37 saylı müqavilədə göstərilən 47,5 kv.m 1 otaqlı mənzilin əvəzində 55000 manat məbləğində pulun ona ödənilməsini xahiş etməsi barədə X5 "xxxx" MMC-yə ünvanladığı notarial qaydada təsdiq edilmiş 29 yanvar 2019-cu il tarixli və 04 may 2019-cu il tarixli ərizələri ilə də tam öz təsdiqini tapmışdır. Buda ona dəlalət edir ki, 37 saylı müqavilənin mövcud olmaması barədə "xxxx" MMC məhkəməyə heç bir mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilməmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, "xxxx" MMC-nin direktoru İddiaçı ünvanladığı 04 fevral 2019-cu il tarixli məktubda mənzilin təhvil verilməsi üçün mülkiy yətçi X5 üç gün ərzində notarial qaydada razılığının tələb olunduğunu qeyd etsə də, tərəflər arasında bağlanmış 2 otaqlı 83,26 kv.m mənzilə dair 11 aprel 2017-ci il tarixli 36 saylı müqavilədə belə bir müddəa nəzərdə tutulmamışdır. Odur ki, "xxxx" MMC həmin razılığın olmamasını əsas gətirərək mənzili təhvil verməkdən imtina etməkdə haqlı olmamışdır.

40. Bundan başqa, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətinin dəqiqləşdirilməsinə dair əlavədə 11 aprel 2017-ci il tarixli 36 №-li müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən ümumi sahəsi 12 kv.m olan 1 otaqdan ibarət, 17 saylı mənzilin mülkiyyətçisi X5 mülkiyyətinə ÖM № 107648 saylı çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20 % əlavə etməklə təmirsiz 2 ədəd B blokunun 9-cu mərtəbəsində 2 otaqlı 8 3,26 kv.m, B blokunun 9-cu mərtəbəsində 1 otaqlı 47,5 kv.m mənzillərin "xxxx" MMC-nin verdiyini, mülkiyyətçinin 20 ay müddətində 10000 manat "xxxx" MMC-yə ödəniş etdiyini, yalnız bundan sonra həmin müqavilə ləğv olunmadan evin mülkiyyətçisinin oğlu ilə eyni tarixli, eyni nömrəli B blokun 9-cu mərtəbəsində 2 otaqlı 83,26 kv.m mənzilə eyni şərtlərlə müqavilə bağlandığını, yəni X11 ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin İddiaçı "xxxx" MMC ilə arasında bağlanmış müqavilədən əvvəl bağlandığını göstərsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilməmişdir.

41. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmiş, qarşılıqlı iddia ərizəsi vermiş və qarşılıqlı iddia ərizəsinə İddiaçı ilə bağlanmış 36 saylı müqavilənin surətini əlavə etmişdir. Həmin müqavilədə bir ədəd 2 otaqlı mənzilin iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Lakin, "xxxx" MMC-nin nümayəndəsi nə birinci instansiya məhkəməsində izahatlarında, nə qarşılıqlı iddia ərizəsində, nə də apellyasiya şikayətində, həmçinin apellyasiya məhkəməsinin iclaslarında izahatlarında müqavilənin İddiaçı deyil, onun atası X11 ilə bağladığını, iddiaçının atasının müqavilədən imtina edib pulun aldığı və bu barədə müvafiq notarial qaydada ərizələr verdiyini, nə də mübahisəli mənzilin başqa bir şəxsə satıldığı barədə hər hansı bir məlumat verməmiş, hətta qeyd edilənləri kassasiya şikayətində də mübahisələndirməmişdir. İşə kassasiya icraatında baxılan vaxt yuxarıda qeyd edilən sübutları kassasiya məhkəməsinə və ikinci apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə etmişdir.

42. Nəhayət apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan X10 ilə "xxxx" MMC arasında bağlanmış 70 saylı, 15 fevral 2019-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədə ünvan 2da inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 11-ci mərtəbəsində, ümumi sahəsi 83,26 kv.m olan, 2 (iki) otaqlı 118 №-li mənzilin Vüsal Zamanova satıldığı qeyd edilmişdir. Eləcə də, X4 adına verilmiş çıxarışda ünvan 4,19-da yerləşən 118 saylı mənzilin ümumi sahəsi 70,80 kv.m göstərilmişdir. Lakin, istər İddiaçı, istərsə də cavabdeh "xxxx" MMC tərəfindən təqdim edilmiş 36 saylı, 11 aprel 2017-ci il tarixli müqavilələrdə eyni ünvanda inşa edilən binanın B blokun 9-cu mərtəbəsində yerləşən 2 otaqlı 83,26 kv.m mənzil mübahisələndirilir. Qeyd olunan 36 saylı, 11 aprel 2017-ci il tarixli və 70 saylı, 15 fevral 2019-cu il tarixli müqavilələrdə göstərilən 2 otaqlı 83,26 kv.m mənzillərin və X4 adına verilmiş çıxarışda ünvan 4, 19-da yerləşən ümumi sahəsi 70,80 kv.m olan 118 saylı mənzilin eyni mənzillər olması barədə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə kollegiyasına heç bir sübut təqdim edə bilməmişdir.

43. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 16.1, 337.1, 337.2, 339.4, 347.1, 347.2, 347.2.1, 347.2.2, 347.2.3, 354.1, 354.2, 376, 377.2, 378, 404.1, 404.2, 421.1, 560.1-ci, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 78.1, 217.1 və 217.3 -ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

44. Qətnamədən "xxxx" MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. Pilot Holdinq” MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin halları tam araşdırılmamışdır. Belə ki, iş materiallarında olan 11 aprel 2017-ci il tarixli, 36 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mənzilinə görə 2 otaqlı 83,26 kv.m. sahəsi olan mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin mənzil isə İddiaçı mülkiyyətində olmamışdır. Bundan əlavə ilkin olaraq evin mülkiyyətçisi X11 ilə bağlanmış ilkin müqavilədə 2 mənzilin verilməsi qeyd olunmuş, sonradan mülkiyyətçinin razılığı olmadan 2 otaqlı mənzilə dair oğlu ilə eyni şərtlərlə müqavilə bağlanmış, bu səbəbdən mülkiyyətçinin notariat qaydasında razılıq ərizəsinin təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, 2 otaqlı mənzilin əvəzinə X8 80000 manat kompensasiya ödənilmiş və sonuncu mənzildən imtina etmişdir. Həmçinin mübahisəli mənzilə görə mülkiyyətçiyə 80000 manat kompensasiya ödənildikdən sonra həmin mənzil X3, sonuncu mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaqla, həmin mənzildə yaşayır. Mübahisələndirilən müqavilədə mənzilin sahəsi ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş mənzilin sahəsində olan fərq, çıxarış verilən zaman eyvanların sahələrinin hesablanmamasından irəli gəlmişdir.

46. Daha sonra kassator kassasiya şikayətinə əlavə verərək göstər mişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinin çərçivəsində mövcud münasibətlər təfsir edilərkən tərəflər arasında əslində sadəcə bir müqavilə münasibətinin olduğu, o müqavilə də X11 ilə "xxxx" MMC arasında olduğu görülür. Lakin mülkiyyətçi ona verilməli olan 2 otaqlı mənzili oğluna verilməsinə razılıq bildirməsi səbəbi ilə sonuncu ilə eyni məzmunlu və eyni öhdəlikli ikinci bir müqavilə bağlanması isə mahiyyət etibari ilə ixtiyarlı şəxsə öhdəliyin icrasıdır. Kreditor X11 ona verilməli olan mənzilinin oğluna verilməsinə icazə verməklə öhdəliyi ixtiyarlı şəxsə, yəni oğluna icrasına icazə vermişdir. Daha sonra isə razılıqdan imtina edərək, icranı qəbulla bağlı verdiyi səlahiyyəti ləğv etmiş (geri almış) və öhdəliyini özünə icra edilməsini istəmişdir və "xxxx" MMC-də bunu qəbul etmişdir.

47. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, X11 müqavilə üzrə almalı olduğu mənzillərdən imtina etməsi müqabilində ona şirkət tərəfindən 80000 manat pul məbləği ödənilmişdir. Bu isə eyni zamanda tələbin ixtiyarlı şəxsə icrasını da mümkünsüz edir. Belə ki, ixtiyarlı şəxs bu hüquqi durumu, yəni müqavilə üzrə öhdəliyin ona icra edilməsinə dair səlahiyyəti, mülkiyyətçinin icazəsi, yəni onun iradəsi ilə əldə edir. Əsas borclu bundan imtina etməsi və iradə ifadəsini geri alması ilə də ixtiyarlı şəxsinin səlahiyyətinə son verilir.

48. İddiaçının 10000 manat pul ödədiyinə dair dəlillə bağlı qeyd edilməlidir ki, sözügedən öhdəliyin icrası əslində atasının müqavilə üzrə öhdəliyinin onun yerinə icrası mahiyyətindədir. Bu səbəblə də, iddiaçı əslində “Pilot Ho ldinq MMC-yə qarşı deyil, atasına qarşı tələb irəli sürə bilər.

49. Bundan başqa, mülkiyyətçi mübahisəli mənzildən imtina etdikdən sonra həmin mənzil X2. MM-in 452-ci maddəsinin tələbinə əsasən isə sonuncunun mübahisəli mənzil üzərində hüququ qorunur və bu mənzillə bağlı iddiaçının müqaviləsi etibarlı olsa belə, yenə də hər hansı bir tələb irəli sürə bilməz.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli, 2(102)-2290/2021 nömrəli qərarı ilə (hakimlər: Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2(103)7623/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

51. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış müqaviləyə görə MMC iddiaçının atasının (müqavilədə “mülkiyyətçi” kimi qeyd olunmuşdur) mülkiyyətində olan yaşayış sahəsinin sökülərək, yerində inşa ediləcək yaşayış binasında 2 otaqlı, 83,26 kv.m. sahəsi olan mənzili iddiaçının mülkiyyətində verməyi öhdəsinə götürmüşdür. Yəni məhkəmələr müəyyən etmişlər ki, bağlanmış müqavilə mahiyyət etibarı ilə əvəzli olsa da, iddiaçı alacağı mənzilin tam dəyərini MMC-yə ödəməmiş, həmin mənzilin əvəzinə iddiaçının atasının mülkiyyətində olan yaşayış sahəsi tikinti şirkətinin sərəncamına verilmişdir. İddiaçının atası mübahisələndirilən müqaviləni imzalamasa da, müqavilənin məzmunundan görünür ki, onun bu şərtlərə razılığı tələb olunmalı idi. İşin digər hallarından mübahisəsiz olaraq müəyyən olunur ki, iş üzrə üçüncü şəxs olan iddiaçının atası mülkiyyətində olmuş və sökülmüş yaşayış sahəsində görə 15 fevral 2019-cu il tarixdə MMC-dən pul vəsaitini nağd şəklində alaraq, müqavilə əsasında MMC-nin verməli olduğu mənzildən imtina etmişdir. İşin məhz həmin hallarının mövcudluğuna ist inad edilərək, əvvəlki kassasiya icraatında apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul edilmiş qətnaməsi ləğv olunmuş və iş materialları yeni apellyasiya baxışına göndərilmişdir. Lakin təkrar apellyasiya baxışında MPM-in 420-ci maddəsinin tələblərinə zidd olaraq apellyasiya instansiyası məhkəməsinin göstərişləri tam yerinə yetirilməmiş və işin göstərilən hallarına maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməmiş, formal olaraq müqavilənin məzmun və formasına görə etibarsızlığına əsas ola bilməməsinə və iddia müddətinin ötürülməsinə istinad edilərək, ilkin iddianın təmin olunmasına, qarşılıqlı iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

52. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə mübahisələndirilən müqavilənin şərtlərinə 404.1 və 404.2-ci maddələrinin tələblərinə əsasən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, müqaviləyə qədərki danışıqlar və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla qiymətləndirilməli, mübahisələndirilən müqavilə ilə iddiaçının atasının mülkiyyətində olmuş mənzilə sərəncam verildiyi üçün ilk olaraq müqavilənin etibarlılığına Mülki Məcəllənin 358- ci maddəsinin müddəaları nöqtəyi nəzərdən iddiaçının həmin müqavilənin imzalanmasına səlahiyyətli olub-olmaması, səlahiyyətsiz olduğu halda, üçüncü şəxsin onu sonradan bəyənib-bəyənməməsi, bunun nəticəsi olaraq müqavilənin faktiki tərəfinin hansı şəxsin olması, iddiaçının ödədiyi 10000 manat məbləğində vəsaitin müstəqil müqavilə şərti (yəni ona hər hansı mənzil in verilməsi üçün əsas olması) olub-olmaması, bu baxımdan iddiaçının göstərilən müqavilə münasibətlərinə hansı hüquq və vəzifələrinə malik olması məsələləri araşdırılmalı, bundan asılı olaraq MMC-nin sökdüyü yaşayış sahəsinin dəyərini tam olaraq mülkiyyətçiyə ödədiyi halda, iddiaçıya münasibətdə onun öhdəliklərinin qalmasına hüquqi qiymət verilməlidir.

53. Digər tərəfdən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaya iddia müddətini tətbiq etməklə də maddi hüquq normalarını pozmuşdur. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, mübahisələndirilən əqdlər üzrə müddətlər qanunvericiliklə iddia müddəti kimi deyil, kəsici müddətlər kimi müəyyən olunmuşdur.

54. Məhkəmə həmçinin qeyd etmişdir ki, X11 2019-cu ilin yanvar-fevral aylarında bağlanmış müqavil ələrin xitam verilməsi ilə bağlı MMC-yə müraciət etmiş və sonuncu 04 fevral 2019-cu il tarixdə iddiaçıya məktub ünvanlayaraq, müqavilə üçün mülkiyyətçinin notarial qadada təsdiq olunmuş surətinin təqdim edilməsini xahiş etmişdir. Yəni müqavilənin özü 11 aprel 2017-ci il tarixdə bağlanılsa da, onun mübahisələndirilməsi üçün əsas mülkiyyətçinin müraciətindən sonra yaranmış və məhz həmin tarixdən də MM-in 354.2-ci maddəsi ilə müəyyən olunmuş müddətlər hesablanmalıdır.

55. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən müqavilədə qeyd olunan mənzilin sahəsi ilə üçüncü şəxs X4 mülkiyyətində olan mənzilin sahəsi arasında ziddiyyət mövcud olduğundan, eyni zamanda mərtəbələr fərqli olduğundan, həmin mənzillərin eyni olmasının sübut olunmaması barədə əsaslandırması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzilin sahəsinin 83,26 kv.m. olması "xxxx" MMC ilə X10 arasında bağlanmış 15 fevral 2019-cu il tarixli müqavilədə öz əksini tapmışdır. Sonuncunun adına olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda mənzil sahəsinin fərqli olması mövcud praktikaya uyğun olaraq həmin hüquqlar qeyd alınarkən əmlakın sahəsinin hesablama qaydasının fərqindən irəli gələ bilər. Həmçinin iş materiallarında olan məhkəmə iclas protokoluna əsasən apellyasiya instansiyası məhkəməsində MMC-nin nümayəndəsi sədrlik edənin suallarına cavab verərkən izah etmişdir ki, iddiaçının mübahisələndirdiyi mənzillə X4 mülkiyyətində olan mənzil eynidir, mərtəbələrdə olan ziddiyyət isə müqavilə bağlanılarkən mənzilin 9-cu mərtəbəyə, bina tikintisi zam anı planla - 11-ci mərtəbəyə düşməsinə görə əmələ gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi mərtəbədə olan fərqin nədən irəli gəlməsini dəqiqləşdirməsə də, kassasiya şikayətindən görünür ki, mərtəbələrdə olan fərq binada olan qeyri-yaşayış mərtəbələrinin hesablanmasından irəli gəlir. Lakin apellyasiya instansiyası məhkəməsi yalnız cavabdehin mənzillərin eyni olmasını sübut edə bilməməsinə istinad etməklə əlavə araşdırma aparmamış, o cümlədən iddiaçının tələb etdiyi mənzilin faktiki hansı mərtəbədə olmasını müəyyən etməmiş, həmin mənzilin faktiki olaraq başqa şəxsin sahibliyində və ya mülkiyyətində olmasını araşdırmaq məqsədi ilə sorğular verməmiş, mənzilin yerində müayinəsi məsələsini tərəflərlə müzakirə etməmiş və son nəticədə iddianın MM-in 452.1-ci maddəsinin müddəaları baxımından t əmin olunması mümkünlüyünə hüquqi qiymət verməmişdir.

56. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 337.1, 337.2, 354.1, 354.2, 358.1, 358.2, 404.1, 404.2, 425.1, 452.1-ci, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 416, 418.1, 420-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

57. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs F.İsayev bildirmişdir ki, iddiaçı onun övladı olsa da, bu mübahisədə haqlı deyil. Onlar ilə cavabdeh MMC arasında razılaşma qarşılıqlı iddiada qeyd edildiyi qaydada baş vermişdir.

58. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 3 iyul 2021-ci il tarixli, 2(103)-7201/2021 nömrəli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Elşən Kazımov) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyul 2019-cu il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə” ilk iddiası təmin edilməmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiası təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 36 saylı, 11 aprel 2017-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir.

59. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, MMC ilə iddiaçı arasında bağlanmış müqavilə mahiyyət etibarı ilə əvəzli olsa da, iddiaçı alacağı mənzilin tam dəyərini MMC-yə ödəməmiş, həmin mənzilin əvəzinə atası F.İsayevin mülkiyyətində olan yaşayış sahəsini MMC-nin sərəncamına vermişdir. İddiaçının atası F.İsayev MMC ilə bağlanmış müqaviləni imzalamamışdır. Bu səbəbdən MMC tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı məktub göndərilərək sökülməsi nəzərdə tutulan evin F.İsayevə məxsus olması qeyd edilməklə müqaviləyə dair F.İsayevin notarial qaydada təsdiq edilmiş “razılıq ərizəsinin” təqdim edilməsini tələb etmişdir. Buna baxmayaraq F.İsayev h əmin müqavilə ilə razı olması barədə "xxxx" MMC-yə təqdim etməmişdir. Əksinə olaraq F.İsayev MMC-yə ünvanladığı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixləri ərizələrində göstərmişdir ki, o, mülkiyyətində olan evə dair İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələrə xitam verilməsini xahiş edir və müqavilələrin istənilən şəxslə bağlanmasına etiraz etmir. Bundan başqa işdə olan sənədlərdən görünür ki, F.İsayev xx.xx.2017-ci il tarixli, 36 saylı müqavilə üzrə 80.000 manat məbləğində pul vəsaiti xx.xx.2019-cu il tarixdə MMC-dən qəbul etmişdir. Belə olan halda, müəyyən edilir ki, İddiaçı müqaviləni bağlayan zaman onu imzalamağa səlahiyyətsiz olmuş və səlahiyyətli şəxs olan atası F.İsayev isə İddiaçı ona məxsus əmlaka sərəncam verməsini bəyənməmişdir. Bu səbəbdən İddia çı ilə MMC arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia əsaslıdır.

60. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya iddia müddətini tətbiq etməklə də maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, mübahisələndirilən əqdlər üzrə müddətlər qanunvericilikdə müəyyən edilməsi baxımından iddia müddəti deyil, kəsici müddət hesab edilməlidir.

61. Məhkəmə həmçinin kəsici müddətlə bağlı qeyd etmişdir ki, F.İsayev MMC ilə iddiaçı arasında bağlanmış müqavilələrin xitam verilməsi ilə bağlı MMC-yə 2019-cu ilin yanvar-fevral aylarında müraciət etmişdir. MMC xx.xx.2019-cu il tarixdə iddiaçıya məktub ünvanlayaraq, müqavilə üçün mülkiyyətçinin notarial qadada təsdiq olunmuş surətinin təqdim edilməsini xahiş etmişdir. Göründüyü kimi, müqavilə xx.xx.2017-ci il tarixdə bağlansa da, onun mübahisələndirilməsi üçün əsas mülkiyyətçinin – F.İsayevin müraciətindən sonra yaranmışdır. Odur ki, Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən olunmuş müddətlər həmin tarixdən hesablanmalıdır. “Müqavilənin” etibarsızlığı ilə bağlı qarşılıqlı iddia xx.xx.2019-cu il tarixdə Rayon Məhkəməsinə verilmişdir. Belə olan halda, “Müqavilənin” etibarsızlığı ilə bağlı tələb irəli sürülməsi üçün müəyyən edilmiş bir illik müddət ötürülməmişdir.

62. Məhkəmə həmçinin qeyd etməyi vacib hesab etmişdir ki, “Müqavilənin” faktiki tərəfi olaraq iddiaçının ödədiyi 10.000 manat məbləğində vəsait əslində hüquqi baxımdan səlahiyyətli şəxsin adından ödənilə bilərdi. Bu vəsaitin ödənilməsi ilə səlahiyyətli şəxsə verilməli olan mənzilin sahəsinə əlavə edilməklə daha artıq sahə ilə verilməsi nəzərdə tutulmuşdu. Səlahiyyətli şəxs olan F.İsayev tərəfindən ona verilməsi nəzərdə tutulmuş mənzilin əvəzinə tələb edilən vəsait tam olaraq MMC tərəfindən F.İsayevə ödənildiyi üçün, həmin müqavilə şərtinin olması İddiaçı hər hansı mənzilin verilməsi üçün əsas təşkil edə bilməz. Bu baxımdan İddiaçı 10.000 manat məbləğində pulun ödənilməsi tələbi ilə MMCyə qarşı deyil, F.İsayevə qarşı tələb irəli sürə bilər. Çünki MMC sökdüyü yaşayış sahəsinin dəyərini tam olaraq mülkiyyətçiyə ödəmiş və iddiaçıya münasibətdə onun öhdəlikləri qalmamışdır.

63. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 337.1, 337.2, 354, 360.1, 360.2, 404.1, 404.2-ci, MPM-in 420-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un “B.Mürsəlovun şikayəti üzrə” xx.xx.2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

64. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

65. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi ünvanında yerləşən ümumi sahəsi 12 kv.m olan 1 otaqdan ibarət, 17 saylı evin mülkiyyətçisi olmasa da mülkiyyətçinin ailə üzvü kimi 30 ildən cox həmin mənzildə yaşamaqla istifadə hüququna malik olmuş, mübahisəli müqavilə də məhz həmin evə istifadə hüquqlarından imtina qarşılığında bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hala hüquqi qiymət verməmiş və mübahisəyə mənzil məcəlləsinin 30-cü maddəsini tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

66. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

67. Maddə 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

68. Maddə 152 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

69. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

70. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

71. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

72. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

73. Maddə 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

74. Maddə 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

75. Maddə 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etib arsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

76. Maddə 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

77. Maddə 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

78. Maddə 358.2-ci maddəs inə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

79. Maddə 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

80. Maddə 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

81. Maddə 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yən i şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

82. Maddə 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Mülki Pro ssesual Məcəllə

83. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

84. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

85. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

86. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

87. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

88. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

89. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

90. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

91. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

92. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın təmin olunması hissəsi üzrə apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə həmin hissədə qətnamə ləğv edilərək iddianın rədd olunmasına dair yeni qərar qəbul olunmalı, qalan mübahisələndirilən hissədə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

93. Qarşılıqlı iddiaçı iddiasını onunla əsaslandırır ki, X12 müqavilə bağlanan zaman ona məxsus mənzilin müəyyən bir hissəsini oğlunun adına keçirmək istədiyini bildirərək müqavilənin oğlunun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Beləliklə "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli 36 saylı müqavilə bağlanmışdır. Mübahisəli müqavilənin bağlanmasına baxmayaraq Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi ev 17, mənzil 12-nin mülkiyyətçi si X12 həmin müqaviləyə razılıq verməmişdir. Həmçinin mənzillərin dəyəri ödənilməmişdir.

94. Göründüyü kimi qarşılıqlı iddiaçı öz iddiasında mülkiyyətçinin razılığı ilə mənzilin müəyyən bir hissəsinin oğlunun adına keçirilməsi ilə bağlı razılığının olmasını, sonra isə fərqli mövqedən çıxış edərək mülkiyyətçinin mübahisələndirilən müqavilənin bağlanmasına razılıq vermədiyi göstərir. Məhz belə razılığın olmamasına istinad edərək müqavilədə nəzərdə tutulmuş mənzilin ilk iddiaçıya verilməsindən imtina edir. Halubki birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, müqavilədə tərəflər belə qeyd şərt nəzərdə tutmamışlar.

95. Mülki Məcəllənin 358-ci maddəsində göstərilir ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razıl ıq) ilə həyata keçirlirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyərinsə, etbarlı olur.

96. Məhz bu hallarla bağlı əvvəlki kassasiya icratında məhkəmənin göstərişləri aşağıdakılardan ibarət olmuşdur; iş üzrə mübahisələndirilən müqavilənin şərtlərinə 404.1 və 404.2-ci maddələrinin tələblərinə əsasən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, müqaviləyə qədərki danışıqlar və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla qiymətləndirilməli, mübahisələndirilən müqavilə ilə iddiaçının atasının mülkiyyətində olmuş mənzilə sərəncam verildiyi üçün ilk olaraq müqavilənin etibarlılığına Mülki Məcəllənin 358-ci maddəsinin müddəaları nöqtəyi nəzərdən iddiaçının həmin müqavilənin imza lanmasına səlahiyyətli olub-olmaması, səlahiyyətsiz olduğu halda, üçüncü şəxsin onu sonradan bəyənibbəyənməməsi, bunun nəticəsi olaraq müqavilənin faktiki tərəfinin hansı şəxsin olması, iddiaçının ödədiyi 10000 manat məbləğində vəsaitin müstəqil müqavilə şərti (yəni ona hər hansı mənzilin verilməsi üçün əsas olması) olub-olmaması, bu baxımdan iddiaçının göstərilən müqavilə münasibətlərinə hansı hüquq və vəzifələrinə malik olması məsələləri araşdırılmalı, bundan asılı olaraq MMC-nin sökdüyü yaşayış sahəsinin dəyərini tam olaraq mülkiyyətçiyə ödədiyi halda, iddiaçıya münasibətdə onun öhdəliklərinin qalmasına hüquqi qiymət verilməlidir.

97. Bu göstərişlərin icrası ilə bağlı sonuncu apellyasiya icraatında ilk iddiaçının müqavilənin bağlanmasında səlahiyyətli olmadığı və mülkiyyətçinin isə bəyə nmə ilə bağlı iradəsini ifadə etmədiyini, əksinə ilk iddiaçı ilə bağlanmış müqavilədən imtina etdiyini göstərmişdir. Lakin mülkiyyətçinin müqavilə bağlanmazdan əvvəl razılıq verməsi nəzərə alınmamışdır. Halbuki qarşılıqlı iddiaçı özü belə razılığin olmasını və məhz həmin razılıq əsasında İddiaçılə müqavilə bağlanmasını qəbul edir.

98. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiya məhkəməsi qarşılıqlı iddianın təmin olunması ilə bağlı nəticəyə gələrkən Mülki Məcəllənin 358-ci maddəsini düzgün təfsir etməmiş, məhz mülkiyyətçinin qabaqcadan razılığı əsasında ilk iddiaçı ilə müqavilənin bağlanması, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqlarını, hətta müqavilə üzrə ilk iddiaçının üzərinə əlavə öhdəlik qoyulması nı (10.000 manat pulun ödənilməsi) və mənzilin məhz ilk iddiaçıya təhvil verilməsinə dair öhdəlik götürməsini nəzərə almamışdır. Bunlar isə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlməklə nəticələnmişdir.

99. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir

100. Qeyd edilməlidir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi m əzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

101. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.

102. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

103. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).

104. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırd ığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

105. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

106. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

107. Kollegiya Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan hüquqi mövqelərinə əsaslanmaqla hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv olunmalı və həmin hissədə yeni qərar qəbul edilərək iddia rədd olunmalıdır.

108. İlk iddia ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

109. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edil sin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)7201/2021 nömrəli qətnaməsi qarşlıqlı iddianın təmin olunması hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilsin, qarşılıqlı iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar