Məhkəmə qərarları › İş №2(102)-486/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-486/2025

05.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-486/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ  (açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməs i) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Embawood” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı “istirahət və iş günü hesab edilməyən bayram günlərinə görə əmək haqqının və əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3721/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-də satıcı vəzifəsində çalışmış və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, həmin əmrə əsasən xx.xx.2021 – xx.xx.2022-ci iş ili üçün 8 (səkkiz) istifadə edilməmiş məzuniyyət gününün hesablanıb ödənilməsi əmr edilmişdir. İddiaçıya cavabdeh MMC-də işlədiyi dövrdə ona ödənilən əmək haqqının məbləği tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavələrə əsasən dəyişdirilmiş və sonuncu dəfə xx.xx.2021-ci il tarixli əlavəyə əsasən 300 manat məbləğində müəyyən ed ilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 2011-ci ildən işdən azad olunana qədər istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmamış əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hesablanmamış vəsaitin, həmçinin əmək və məzuniyyət haqqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirdirildiyinə görə hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq həmin cəmiyyətdən 4.540 manat pulun və hər gecikdirilmiş günə görə həmin məbləğin 1%-nin tutularaq ona ödənilməsi barədə, həmçinin ekspertiza xərci kimi tərəfindən ödənilmiş 400 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh müəssisə ilə bağladığı əmək müqaviləsi əsasında 2011-ci ildən həmin Cəmiyyətdə satış məsləhətçisi və bir müddət interyer dizayner vəzifələrində çalışmışdır. 2022-ci ilin 14 yanvar tarixində öz arzusu ilə könüllü şəkildə xahiş etmişdir ki, xx.xx.2022-ci il tarixdən onu işdən azad etsinlər. Eyni zamanda, onun istifadə etmədiyi qalan məzuniyyətlərini düzgün hesablamalarını və onun alma lı olduğu məbləği ona ödəmələrini xahiş etmişdir. O, 11 il orada işlədiyi müddət ərzində ona verilməli olan qanuni məzuniyyətin yalnız 29-30 günündən istifadə edə bilmişdir. Buna baxmayaraq, şirkətdən ona bildirilmişdir ki, onun 11 il ərzində toplanmış məzuniyyət günləri məbləğləri ilə birlikdə sıfırlanmış və uzağı ona ödəsələr son iki ilin məzuniyyət pulunu ödəyəcəklər. Buna narazılığını bildirəndə şirkətin İnsan resursları üzrə şöbəsinin məsul şəxsi Kəmaləddin bildirmişdir ki, onu onlar özləri ildə bir dəfə rəsmi məzuniyyətə çıxardıb işə qaytarmışlar. Lakin onun bu barədə ümumiyyətlə məlumatı olmamış və bütün illər üzrə məzuniyyətsiz çalışmışdır. xx.xx.2022- ci il tarixdə "xxxx" MMC-nin baş ofisinə yaxınlaşmışdır ki, əmək kitabçasını alsın. Şirkətin HR-ı Ramilə xanım ona dövriyyə vərəqi təqdim etmişdir. Həmin vərəqədə cəmi 54 gün qalıq məzuniyyət günləri qeyd olunmuşdur. O, etirazını bildirərək 11 il işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanı tələb etmişdir. Lakin şirkətin rəhbərliyindən etirazını rədd etmişlər. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinın Bakı Ərazi İdarəsinə şikayət etmişdir. Orada aparılan araşdırma zamanı məlum olmuşdur ki, onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2022- ci il tarixdə xitam verilmiş, istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün Azərbaycan R espublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqına əlavələr hesablanmamış və son haqq-hesab olaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi tam ödənilməmişdir. Qeyd olunanlara əsasən X2 Xidmətinın Bakı Ərazi İdarəsi tərəfindən Cəmiyyətin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinə uyğun olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin idarə tərəfindən "xxxx" MMC-yə istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmamış əlavələrə və istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmamış vəsaitə görə pul əvəzinin ona ödənilməsinin zəruriliyi barədə məktub ünvanlanmışdır. Bütün bunlara baxmayaraq "xxxx" MMC qan unun və inzibati orqanın tələblərinə məhəl qoymadan onun hüquqlarını kobud şəkildə pozmaqla almalı olduğu kompensasiyanı ona ödəməmişdir. Bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldırmaq fikrinə düşdüyündən ilk olaraq Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə baş tutan mediasiya prosesində iştirak etməmişdir və bu səbəbdən mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Verilmiş suallar əsasında o, əlavə olaraq bildirmişdir ki, işlədiyi müddət ərzində xx.xx.2019-xx.xx.2019-cu il tarixlər də 1 gün olmaqla, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə isə 8 gün olmaqla əmək məzuniyyəti hüququndan istifadə etmişdir. Bu illər ərzində ona əmək məzuniyyətinə görə ödənişlər işəgötürən tərəfindən həyata keçirilməmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən ona kompensasiya ödənilməsindən imtina edilmişdir.

5. Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə iddia tələbinə etiraz verərək iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.

6. Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsinə dövriyyə vərəqəsi, tabellər əlavə edilmişdir. Həmin sənədlərin əsası yoxdur. İşçi ola bilər, imza çəkmişdir. Lakin səlahiyyəti olmamışdır. Bununla bağlı Şahid2 töhmət almışdır. Həmçinin onu da qeyd etmişdir ki, bu iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, İddiaçı "xxxx" MMCdə işlədiyi müddət ərzində (xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) iddia etdiyi kimi əmək hüquqlarının pozulması barədə məlumatlı olmuşdursa nəticə etibarilə o, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə qarşı əmək hüquqlarının pozulması, həmçinin pul və digər əmlak tələbi ilə bağlı məhkəmədə hər hansı iddia tələbi irəli sürməli idi, bununla bağlı narazılığını "xxxx" MMCyə və ya səlahiyyətli dövlət orqanlarına rəsmi olaraq bildirməli idi. Lakin İddiaçı xx.xx.2011ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə qarşı əmək hüquqlarının pozulması (həmçinin pul və digər əmlak tələbi) ilə bağlı məhkəmədə hər hansı iddia tələbi irəli sürməmiş, bununla bağlı narazılığını nə "xxxx" MMC-yə, nə də səlahiyyətli dövlət orqanlarına rəsmi olaraq bildirməmişdir. O, hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür. Ona görə də iddiaçı iddia müddətini ötürdüyü üçün işdən çıxdığı yalnız xx.xx.2022-ci il tarixdən bir il üçün yəni xx.xx.2021-xx.xx.2022-ci il dövr üçün ödənilməyən pul məbləğini tələb edə bilər. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirmişdir ki, X2 Xidmətinin Bakı şəhər idarəsinin məktubunda da qeyd edilmişdir ki, iddiaçının istirahət və bayram günlərində işə cəlb olunması, əmək haqqına əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətinin pul əvəzinin ödənilməməsi müəyyən edilmiş bu səbəbdən cəmiyyətin vəzifəli şəxsi barəsində İXM-in müvafiq maddəsinə əsasən tədbir görülmüşdür. İddiaçı istirahət günü işə çıxmışdır. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. 9. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi kompensasiya məbləği 2279,50 manat təşkil edir. xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi kompensasiya məbləğinin ödənişin gecikdirildiyi günlərə görə 1 faizi xx.xx.2022ci il tarixinə qədər 4581,79 manat təşkil edir. xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində bayram və istirahət günləri işə cəlb olunmaya görə ödənilməli əmək haqqı 3653,59 manat təşkil edir. xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində bayram və istirahət günləri işə cəlb olunmaya görə ödənilməli əmək haqqı məbləğinin ödənişin gecikdirildiyi günlərə görə 1 faizi xx.xx.2022-ci il tarixinə qədər 7343,72 manat təşkil edir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/711 saylı rəyinə əsasən, iş m ateriallarında olan məlumatlar nəzərə alınaraq, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh MMCdə işlədiyi müddətdə əlavə olaraq ödənilməli məbləğ, 2011-2012-ci illər üzrə məzuniyyət haqqına görə 72,87 manat, məzuniyyət haqqının hər gecikmiş günə görə 1% cərimə məbləği 2812,05 manat olmaqla, ümumi 2884,92 manat təşkil etdiyi müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 9/9138 nömrəli ekspert rəyinə əsasən İddiaçı Cavabdeh MMC-də işlədiyi 2011-2021-ci illər üzrə əmək məzuniyyətində olduğu halda xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi dövr ərzində məzuniyyət günlərində işə cəlb olunmasına görə əlavə 2.259,14 manat məbləğində əmək haqqı hesablanmalı və gəlirlər çıxıldıqdan sonra ödənilməli məbləğ in 2.089,13 manat olduğu müəyyən edilir. Həmçinin, İddiaçı məzuniyyət günlərində işə cəlb olunmasına görə ödənilməli 2.089,13 manat əlavə əmək haqqının ödənişinin gecikdirildiyinə görə xx.xx.2024-cü il tarixə (ekspert rəyi tərtib edildiyi tarixə) 1 faiz cərimə hesablamaqla 46.118,18 manat məbləğində olduğu müəyyən edilir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-16/2024 nömrəli iş üzrə 19 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əkbərli Günel) iddianın qismən təmin edilməsi, İddiaçı Cavabdeh MMC-də işlədiyi 2021-2022-ci il dövr ərzində məzuniyyət günlərində işə cəlb olunması ilə bağlı ödənilməli olan əmək haqqı və əmək haqqı ödənişinin gecikdirildiyi günlərə görə 1 % cərimə məbləği olaraq 2.308,67 manat, həmçinin bayram və istirahət günlərində işə cəlb olunması ilə bağlı ödəni lməli olan əmək haqqı və əmək haqqı ödənişinin gecikdirildiyi günlərə görə 1 % cərimə məbləği olaraq 608,56 manat olmaqla, cəmi 2.917,23 manat məbləğində ödənilməmiş əmək haqqının əvəzinin Cavabdeh MMCdən iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olaraq 200 manatın Cavabdeh MMC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh MMC tərəfindən 2011-ci ildən işdən azad olunana qədər istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmış əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hesablanmamış vəsai tin, həmçinin əmək və məzuniyyət haqlarının verilməsi, işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq həmin Cəmiyyətdən 4.540 manat pulun və hər gecikdirilmiş günə görə həmin məbləğin 1%nin tutularaq ona ödənilməsini tələb etmişdir. Cavabdeh MMC iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək İddiaçı "xxxx" MMC-də işlədiyi müddət ərzində (xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) iddia etdiyi kimi əmək hüquqlarının pozulması barədə məlumatlı olmuşdursa, nəticə etibarı ilə xx.xx.2011ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə qarşı əmək hüquqlarının pozulması həmçinin pul və digər əmlak tələbi ilə bağlı məhkəmədə hər hansı iddia tələbi irəli sürməli idi, bununla bağlı narazılığını "xxxx" MMC-yə və ya səlahiyyətli dövlət orqanlarına rəsmi olaraq bildirməli idi. Lakin İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə qarşı əmək hüquqlarının pozulması (həmçinin pul və digər əmlak tələbi) ilə bağlı məhkəmədə hər hansı iddia tələbi irəli sürməmiş, bununla bağlı narazılığını nə "xxxx" MMC-yə, nə də səlahiyyətli dövlət orqanlarına rəsmi olaraq bildirməmişdir. O, hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2022ci il tarixdə müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür. Ona görə də iddiaçı iddia müddətini ötürdüyü üçün işdən çıxdığı yalnız xx.xx.2022-ci il tarixdən bir il üçün yəni xx.xx.2021-xx.xx.2022-ci il dövr üçün ödənilməyən pul məbləğini tələb edə bilər. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməldir. Belə ki, iddia tələbi üzrə iddia müddəti tətbiq olunmaqla, yalnız iddiaçıya xx.xx.2021-xx.xx.2022-ci il dövr üçün məzuniyyət günlərində işə cəlb olunduğuna görə ödənilməli olan əmək haqqı və əmək haqqı ödənişinin gecikdirildiyi günlərə görə 1% cərimə məbləği, bayram və istirahət günləri işə cəlb olunduğuna görə ödənilməyən pul məbləğləri ödənilməlidir.

14. İddiaçıya ödənilməli olan məbləğə aid hissədə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/9138 saylı rəyinin təsviri hissəsinə əsasən 2021-2022-ci il dövr üçün məzuniyyət günlərində işə cəlb olunduğuna görə ödənilməli olan əmək haqqı və əməkhaqqı ödənişinin gecikdirildiyi günlərə görə 1% cərimə məbləği 2.308,67 manat iddiaçıya ödənilməlidir. Həmçinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 08-104/2022 saylı mütəxəssis rəyinin təsviri hissəsinə əsasən İddiaçı 2021-2022-ci illər üzrə əmək haqqı 3.454,48 manat hesablanmış, lakin qeyd olunan dövr ərzində bayram və istirahət günləri işə cəlb olunduğuna görə 3.997,88 manat hesablanmalı idi. Göründüyü kimi, 543,40 manat az hesablanmışdır. Odur ki, 2021-2022-ci illər üzrə bayram və istirahət günləri işə cəlb olunduğuna görə 543,40 manat iddiaçıya ödənilməlidir.

15. Məhkəmə ekspertiza xərclərinə münasibətdə qeyd etmişdir ki, keçirilmiş ekspertiza xərclərinin əvəzi 200 manat, yəni 50+150 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 372-ci, 373cü, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü, 135-ci, 143-144-cü, 164-cü, 172-ci, 296-cı, maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, öz hüquqlarının pozulduğunu yalnız işlədiyi Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar haqq-hesab alarkən müəyyən etmişdir. Haqq-hesab qismində ödənilən vəsaitin miqdarı az old uğundan iddiaçı bununla razılaşmamış, işlədiyi uzun illər ərzində əmək məzuniyyətindən cəmi bir neçə dəfə istifadə etdiyini, istirahət və bayram günlərində də işlədiyini, bu səbəbdən də ona daha çox məbləğdə haqq-hesabın ödənilməsini tələb etmişdir. İşəgötürənin işçinin tələbinin təmin olunmasından imtina etməsi sonuncunun qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərə əl atmasına səbəb olmuşdur. İlkin mərhələdə o X2 Xidmətinə, sonradan isə qeyd edilən normailə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Belə olduğu halda birinci instansiya məhkəməsi xx.xx.2021-xx.xx.2022-ci il dövrdən əvvəlki müddət üçün iddiaçının iddia müddətini ötürməsi qənaətinə gəlməklə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsini işin hallarına münasibətdə düzgün tətbiq etmə mişdir. Onun iddia müddətini ötürməsi yalnız o halda mümkün olardı ki, o, MMC tərəfindən hüquqlarının pozulduğunu əvvəlki illərdə həqiqətən də bilmiş olsun və bununla bağlı heç bir tədbir görməsin. İş materiallarında onun hüquqlarının pozulduğunu 2022-ciilin yanvarından əvvəl müəyyən etməsinə dair heç bir dəlil mövcud deyil, cavabdeh məhkəməyə təqdim etdiyi etirazda və iddia müddətinin tətbiqinə dair ərizədə iddiaçının hüquqlarının pozulduğunu daha əvvəlki dövrlərdə bildiyini, lakin heç bir şikayət etmədiyini bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halı sübuta yetirə bilməmiş, bununla bağlı heç bir dəlil göstərməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin mövqeyini sonuncunun istinad etdiyi halı sübut edə bilmədən qəbul etməklə qeyd edilən prosessual normanın tələblərini a çıq və kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsinin iddia tələbinə dair iddia müddətinin tətbiqi ilə bağlı gəlmiş olduğu nəticə faktiki olaraq işin araşdırılmış, aydınlaşdırılmış və sübuta yetirilmiş halları ilə uyğunsuzluq təşkil etmişdir. İş materiallarında olan əmək müqaviləsindən və digər sənədlərə əsasən, iddiaçı xx.xx.2011ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırkı iş üzrə Cavabdeh MMC-də işləmiş, onunla MMC arasında bağlanmış əmək müqaviləsinə öz ərizəsi ilə xx.xx.2022-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasında xitam verilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq o, əmək müqaviləsinə xitam verildiyi gün ona haqq-hesab ödənilməsi həyata keçirilərkən müəyyən etmiş dir ki, haqq-hesab kimi ödənilməsi nəzərdə tutulmuş vəsaitin həcmi həddən artıq aşağıdır və onun işlədiyi vaxtdan istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzini əhatə etməmişdir. Bu səbəbdən də o, aşağı miqdarda nəzərdə tutulmuş haqq-hesabı götürməkdən imtina etmiş, həmin gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə şikayətlə müraciət etmişdir. İş materiallarında olan X2 Xidmətinin Bakı Ərazi İdarəsinin məktubundan və həmin İdarənin nümayəndəsi Nümayəndə3 məhkəmə araşdırması zamanı verdiyi izahatından görünür ki, məhz onun şikayəti əsasında onun istirahət və bayram günlərində işə cəlb olunması, əmək haqqında əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətinin pul əvəzinin ödənilməməsi müəyyən edilmiş, bu səbəbdən Cavabdeh MMC-nin vəzifəli şəxsi X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə xx.xx.2022-ci il tarixli inzibati xətaya dair protokol tərtib edilmiş və həmin protokol əsasında İdarə tərəfindən xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdehin məhkəmə araşdırması zamanı verdiyi məlumatdan görünür ki, qeyd edilən qərar həmin qərar üzrə inzibati xətaya görə təyin edilmiş 1.000 manat həcmində cərimə ödənilməklə icra edilmişdir. Göründüyü kimi, iddiaçı öz istəyi ilə onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi və haqq-hesab aldığı gün, yəni 2022-ci ilin yanvar ayında almalı olduğu haqq-hesabın miqdarının az olmasından irəli gələrək hüquqlarının pozulduğunu aşkar etmiş, hüquqlarının pozulması ilə əlaqədar dərha l X2 Xidmətinə, xx.xx.2022-ci il tarixdə isə, yəni hüquqlarının pozulduğunu aşkar etdiyi gündən hesablanmaqla həmin tarixdən cəmi 5 ay keçdikdən sonra müvafiq iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə o, Əmək Məcəlləsi ilə pul və digər əmlak tələbi ilə bağlı fərdi əmək mübahisələri üçün nəzərdə tutulmuş 1 illik xüsusi iddia müddətini ötürməmişdir. O, "xxxx" MMC-yə ekspertiza xərci kimi tərəfindən ödənilmiş 400 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi qeyd edilən normanın tələbinə zidd olaraq ödənilmiş məbləği məhkəmə xərci olaraq cavabdehə aid etməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3721/2024 nömrəli mülki iş üzrə 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim lər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Məhkəmə kollegiyası iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı qeyd etmişdir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasın ın və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

21. Məhkəmə kollegiyası bu kontekdən çıxış edərək istifadə edilməmiş bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, əmək qanunvericiliyi həm işçiyə konkret iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın, həm də əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından a sılı olmayaraq işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsini nəzərdə tutmuşdur. Lakin işlədiyi 11 ilə yaxın müddət ərzində iddiaçının hər hansı il üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya tələb etməsi və ya ona bu əsaslarla hər hansı məbləğin ödənilməsi müəyyən edilməmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən (xx.xx.2022-ci il), əvvəlki illər üçün də istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi tələb etmişdir. Cavabdeh tərəfindən ödənişin aparılmasından imtina edildikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl 2022-ci ilin aprel ayında mediasiya təşkilatına müraciət etmişdir. Əmək mübahisələri üzrə pul idd iaları şəxsin hüququnun pozulduğunu bildiyi gündən 1 il ərzində qaldırıla bilər. Hazırki mübahisə üzrə qeyd edilən tələb də məzuniyyətə görə pulun ödənilməli olduğu gündən 1 il müddət əsas götürülməklə qaldırıla bilərdi. Bu aspektdən çıxış etdikdə, o cümlədən iddiaçı 2022-ci ilin aprel ayında mediasiya təşkilatına müraciət etdiyindən iddiaçı 2022-ci ilin aprel ayınadək həm bu, həm də digər tələbi üzrə hər hansı məbləği və məbləğin ödənilməsinin gecikdirilməsinə görə ödənc tələb edilməsi üçün 1 illik iddia müddətini ötürmüşdür.

22. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi iddiaçının məsələ ilə bağlı mediasiya təşkilatına müraciət edildiyi xx.xx.2021-ci il tarixdən hesablana bilər. Başqa sözlə, ən yaxşı halda, 1 il üçün istifadə edilməmiş m əzuniyyətə görə pul əvəzi tələb edilə bilər. Cavabdehin xx.xx.2021-ci il tarixli, K-2103 saylı əmrinə əsasən iddiaçıya xx.xx.2020 - xx.xx.2021-ci iş ili dövrü üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 25 təqvim günü (21 gün əsas + 4 gün əlavə əmək stajı) məzuniyyət verilməsinə baxmayaraq, Cavabdeh Babək mağazasının oktyabr 2021-ci il üçün tabelində onun həmin tarixlərdə iş yerində olduğu kimi (cədvəldə “M” hərfi mövcud deyil, “G” hərfi mövcuddur) göstərilməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı qeyd edilən tarixlərdə məzuniyyətdə olmamışdır. Bu da öz növbəsində ona həmin il üçün istifadə etmədiyi əsas məzuniyyətinə görə pul əvəzinin ödənilməsini şərtləndirir. Lakin əmək qanunvericiliyinin bu məsələni tənzimləyən yuxarıda göstərilən müddəalarının tələbləri baxı mından həmin məbləğ əmək müqaviləsinə xitam verilən gün, yəni xx.xx.2022-ci il tarixdə əmək haqqının 300 manat, məzuniyyət günlərinin sayı isə 25 gün olmaqla aparılmış hesablama üzrə ödənilməli idi. Lakin ödənilməmişdir. Bununla belə, həmin məbləğin verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyindən xx.xx.2022-ci il tarixdən başlayaraq, hər gecikdirilmiş gün üçün işçiyə bu məqsədlə ödənilməli olan məbləğin azı bir faizi məbləğində ödənc verilməlidir. Birinci instansiya məhkəməsi də ödənci bu tarixdən də artıq tarixə, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9138 saylı rəyinə uyğun olaraq xx.xx.2021-ci il – xx.xx.2024-cü il tarixləri üçün hesablamışdır. Başqa sözlə, tutmalı olduğu məbləğdən də artıq məbləğ tutmuşdur. İ ddiaçı da hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissəsi ilə razılaşır və həmin hissəsini mübahisələndirmir. Cavabdeh isə ümumiyyətlə mübahisələndirməmişdir. İddiaçı da xx.xx.2021-ci il tarixdən əvvəlki dövr üçün də bu qaydada hesablama aparılıb, pulun və ödəncin tutulmasını tələb etmişdir ki, bu da artıq qeyd edildiyi kimi, iddia müddətinin tətbiqi səbəbindən mümkün deyil. Bu səbəbdən məhkəmə kollegiyası iddianın bu hissəsi üzrə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

23. Məhkəmə kollegiyası iddianın iddiaçının iş günü hesab edilməyən bayram və istirahət günlərində işə cəlb edildiyinə görə əmək haqqının və əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödəncin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının özünün təqdim etdiyi və mötəbərliyini qəbul etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət ərzində iddiaçıya 3.454,48 manat məbləğində əmək haqqı hesablanmışdır, lakin bayram və istirahət günləri işə cəlb olunmaya görə ona ümumilikdə 3.997,88 manat hesablanmalı, nəticədə 543,40 manat az hesablanmışdır. İddiaçı həmin dövr üzrə bu məbləğlə razılaşır. Birinci instansiya məhkəməsi də bu tələb üzrə də iddia müddəti tədbiq etməklə 2021-2022-ci illər üzrə bayram və istirahət günləri işə cəlb olunduğuna görə 543,40 manat məbləğində pulun iddiaçıya ödənilməli olması qənaətinə gəlmiş və bu məbləğin gecikdirildiyi günlərə görə 1 faiz cərimə məbləği olaraq 608,56 manat məbləğində ödənc hesablamışdır. İddiaçı da qətnamənin bu hissəsi, o cümlə dən 2021- 2022-ci il tarixləri üçün hesablamış əmək haqqının və ona hesablamış ödəncin məbləği ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsindəki icraat zamanı bu hal bir daha dəqiqləşdirilmiş və iddiaçı tərəfin izahatları ilə öz təsdiqini tapmışdır. Sadəcə olaraq iddiaçı birinci instansiya məhkəməsi tərəfindən hesablama aparılmış tarixlərdən əvvəlki dövr üçün də bu qaydada hesablama aparılıb, əmək haqqı və ödəncin tutulmasını tələb edir ki, iddia müddətinin tətbiqi səbəbindən həmin tələbin də hər hansı formada təmin edilməsi mümkün deyil. Bu səbəbdən məhkəmə kollegiyası iddianın bu hissəsi üzrə də apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və rədd edilməsi qənaətinə gəlmişdir.

24. Məhkəmə kollegiyası iddia üzrə tələb edilən 400 manat pul vəsaitinin də cavabdehdən tutulm ası üçün hər hansı əsas görməmiş və bu hissədə də apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.4, 109,135.2, 137.2, 137.3, 138.1, 140.3, 140.4, 144.2, 164.1, 172.4, 172.5, 296.3, 296.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3721/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təm in olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, hazırkı mülki işin materiallarına və məhkəmələrin gəldiyi qənaətə əsasən, İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə əmək məzuniyyətindən istifadə etməmişdir. İstifadə etməmənin səbəbindən, eyni zamanda əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq İddiaçı imperativ normalar olan Məcəllənin 83-cü maddəsinin 4-cü hissəsinin və 144-cü maddəsinin 2-ci hissəsinin tələblərinə müvafiq olaraq istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə hər hansı şərt və məhdudiyyət qoyulmadan pul əvəzi (kompensasiyası) ödənilməli idi. Apellyasiya instansiyası məhkəməsi iddia müdd ətinin tətbiqi ilə bağlı səhv nəticəyə gəldiyindən (aşağıda müvafiq dəlillər göstəriləcək) qeyd edilən maddi hüquq normalarını faktiki olaraq pozmuşdur. İddiaçı öz istəyi ilə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi və haqq-hesab aldığı gün, yəni 2022-ci ilin yanvar ayında almalı olduğu haqq-hesabın miqdarının az olmasından irəli gələrək hüquqlarının pozulduğunu aşkar etmiş, hüquqlarının pozulması ilə əlaqədar dərhal X2 Xidmətinə, xx.xx.2022-ci il tarixdə isə, yəni hüquqlarının pozulduğunu aşkar etdiyi gündən hesablanmaqla həmin tarixdən cəmi 5 ay keçdikdən sonra müvafiq iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir (mediasiya təşkilatına isə 2022-ci ilin aprel ayında müraciət etmişdir). Beləliklə iddiaçı Əmək Məcəlləsi ilə pul və d igər əmlak tələbi ilə bağlı fərdi əmək mübahisələri üçün nəzərdə tutulmuş 1 illik xüsusi iddia müddətini ötürməmişdir.

28. Kassasiya şikayəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü, 135-ci maddəsinin 2-ci, 144-cü maddəsinin 2-ci, 172-ci maddəsinin 5-ci, 296-cı maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz ünvanlanaraq, qeyd edilmişdir ki, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi iddiaçının məsələ ilə bağlı mediasiya təşkilatına müraciət edildiyi xx.xx.2021-ci il tarixdən hesablana bilər. Başqa sözlə, ən yaxşı halda, 1 il üçün istifadə edilməmiş məzuniyyətə g örə pul əvəzi tələb edilə bilər. Cavabdehin xx.xx.2021-ci il tarixli, K-2103 saylı əmrinə əsasən iddiaçıya xx.xx.2020 xx.xx.2021-ci iş ili dövrü üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 25 təqvim günü (21 gün əsas + 4 gün əlavə əmək stajı) məzuniyyət verilməsinə baxmayaraq, Cavabdeh Babək mağazasının oktyabr 2021-ci il üçün tabelində onun həmin tarixlərdə iş yerində olduğu kimi (cədvəldə “M” hərfi mövcud deyil, “G” hərfi mövcuddur) göstərilməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı qeyd edilən tarixlərdə məzuniyyətdə olmamışdır. Bu da öz növbəsində ona həmin il üçün istifadə etmədiyi əsas məzuniyyətinə görə pul əvəzinin ödənilməsini şərtləndirir. İddianın iddiaçının iş günü hesab edilməyən bayram və istirahət günlərində işə cəlb edilyinə görə əmək haqqının və ə mək haqqının verilməsinin gecikdirilməsinə görə ödəncin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının özünün təqdim etdiyi və mötəbərliyini qəbul etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət ərzində iddiaçıya 3.454,48 manat məbləğində əmək haqqı hesablanmışdır, lakin bayram və istirahət günləri işə cəlb olunmaya görə ona ümumilikdə 3.997,88 manat hesablanmalı, nəticədə 543,40 manat az hesablanmışdır. İddiaçı həmin dövr üzrə bu məbləğlə razılaşmışdır. Birinci instansiya məhkəməsi də bu tələb üzrə də iddia müddəti tətbiq etməklə 2021-2022-ci illər üzrə bayram və istirahət günləri işə cəlb olunduğuna görə 543,40 manat məbləğində pulun iddiaçıya ödənilməli olması qənaətinə gəlmiş və bu məbləğin gecikdirildiyi g ünlərə görə 1 faiz cərimə məbləği olaraq 608,56 manat məbləğində ödənc hesablamışdır. İddiaçı da qətnamənin bu hissəsi, o cümlədən 20212022-ci il tarixləri üçün hesablamış əmək haqqının və ona hesablamış ödəncin məbləği ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsindəki icraat zamanı bu hal bir daha dəqiqləşdirilmiş və iddiaçı tərəfin izahatları ilə öz təsdiqini tapmışdır. Sadəcə olaraq iddiaçı birinci instansiya məhkəməsi tərəfindən hesablama aparılmış tarixlərdən əvvəlki dövr üçün də bu qaydada hesablama aparılıb, əmək haqqı və ödəncin tutulmasını tələb etmişdir ki, iddia müddətinin tətbiqi səbəbindən həmin tələbin də hər hansı formada təmin edilməsi mümkün deyil. Qeyd olunanlara əsasən, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin işlə b ağlı qətnaməsinin qüvvədə saxlanılması ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

31. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

32. Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli ə məkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

33. Maddə

109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir.

34. Maddə 135.2. İşçi müvafiq işilindəəmək məzuniyyətindənistənilənsəbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir

35. Maddə 137.2. Müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniy yətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir

36. Maddə 137.3. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə yaişə başladığı gündən etibarən əməkhaqqı hesablanırvə işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.

37. Maddə 138.1. Bütün növ məzuniyyətlərin verilməsi işçininyazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)ərizəsi əsasında işəgö türənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.

38. Maddə 140.3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur;

39. Maddə 140.4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir

40. Maddə 144.2.Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir;

41. Maddə 164.1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

42. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir

43. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir

44. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündü

45. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirilsə də, dəilləri iddianın təmin edilməyən hissəi ilə bağldır. Bu baxımdan apellyasiya instansiya məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmə k səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2024-cü il tarixli 2(103)-3721/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar