Məhkəmə qərarları › İş №2(102)-4868/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4868/2019

04.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4868/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)2390/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 15.10.2018-ci il tarixli, 2(006)-5341/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh “xxxx” ASC-dən dəymiş maddi zərərə görə 4000 manatın, hüquqi xidmətə görə 250 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, “xxxx” ASC-dən İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, E.Şamayev, X.Sarıyev) 20.02.2019-cu il tarixli, 2(103)-2390/2019 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrəBakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli, 2(006)-5341/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüs umunun cavabdehin özünə aid edilməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 08.08.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində cavabdeh “xxxx” ASC tərəfindən ona vurulmuş 4000 manatın (hər bir inəyə görə 2000 manat), hüquqi yardım üçün ödənilmiş 500 manatın, dövlət rüsumu hesabına ödənilmiş 30 manatın, ümumilikdə 4530 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya ş ikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh “xxxx” ASC-nin vəkili R kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, iddiaçıya məxsus 2 baş qaramalın gərginliyə düşərək tələf olmasında “xxxx” ASC-nin cavabdehlik daşıması qənaətinə gəlmişdir. Hadisə cavabdehin təqsiri ucbatından deyil, iddiaçının məsuliyyətsiz hərəkətləri nəticəsində baş vermişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməməklə prosessual hüquq normalarının tələblərini pozmuş, iş üçün əhəmiyyəti olan hallara və sübutlara hərtərəfli, obyektiv qiymət vermədiyindən düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının E kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşları tərəfindən verilmiş baxış aktına və baytar həkimin rəyinə sübut kimi istinad edərək qətnaməni əsaslandırması prosessual baxımdan yolverilməzdir. Qeyd edilən sənədlərdən sübut kimi istifadə edilə bilməzdi. Belə ki, baxış aktı və baytar həkiminin rəyi cavabdehin nümayəndəsi dəvət edilmədən yalnız formal olaraq tərtib edilmişdir. Aktın və rəyin tərtibi zamanı iddiaçının formal mülahizələrinə istinad olunmuşdur. Bundan başqa, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsini də düzgün tətbiq etməmişdir. İş materiallarından aydın olur ki, hazırki mübahisə üzrə qırılan elektrik xətti yüksək gərginlikli deyil, 0.4 kv-luq elektrik xəttidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yalnız 110 kilovatdan yuxarı olan xətlər yüksək gərginlikli hesa b edilir. Göründüyü kimi, tətbiq edilməli olan maddi hüquq normaları hazırki mübahisəyə tətbiq edilməmiş, məhkəmə qətnaməsi işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)-2390/2019 saylı qətnaməsinin iddianın qismən təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və cavabdeh “xxxx” ASC-nin vəkili R məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 41 5.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəməyə kassasiya şikayətinə etiraz ünvanlayaraq, kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarında olan Astara RİHB-nin Şüvi kənd İnzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 may 2018-ci il tarixli arayışa əsasən həqiqətən İddiaçı məxsus 2 baş inək, (5 beş) yaşında 27 may 2018-ci il tarıxdə Yuxarı Şuvı ərazisində elektrik naqilinin yerə düş məsi nəticəsində ölmüşdür. İş materıallarında olan 10.06.2018-ci il tarixli arayışdan görünür ki, həqiqətən halhazırda pensər bazarında 1 (bır) baş 5 yaşında damazlıq (balalı) inəyin mövcud bazar qiyməti 1800-2000 manat məbləğindədir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin Astara rayon Baytarlıq İdarəsindən məhkəməyə ünvanlanmış 58 nömrəli, 20.02.2019-cu il tarixli məktubdan görünür ki, Astara Baytarlıq İdarəsinin Səncərədi Sahə baytar Məntəqəsinin müdiri X2 və məntəqənin X1 tərəfindən vətəndaş İddiaçı verdikləri arayışla bağlı Baytarlıq İdarəsinə dəvət edilmiş, onlar vətəndaş İddiaçı imzaları ilə təsdiq etdikləri arayışı bir daha təsdiq edərək bildirmişlər ki, həqiqətən Astara rayon Şüvi kənd sakini İddiaçı t ələbi əsasında təsərrüfatında olan xüsusi mülkiyyəti sayılan 2 baş, 5 yaşar iri buynuzlu mal qarasının(balalı inəklərinin) çöldə, otlaq sahəsində güclü külək təsiri nəticəsində qırılaraq yerə düşmüş elektrik naqillərinin elektrik cərəyanın vurması nəticəsində həmin malların tələf olduqlarını həmin malların klinik müayinəsi zamanı həqiqətən elektrik cərəyanı vurması nəticəsində tələf olduqlarını müəyyən etdiklərini və bu barədə vətəndaş İddiaçı müvafiq arayış verdiklərini bir daha təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkə t və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinin mənasına görə isə, delikt nəticəsində şəxsə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşı sıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xə rclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya kollegiyası qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə olunan mübahisənin həllinə yanaşaraq müəyyən etmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət göstərən, eləcə də cavabdeh ASC bu fəaliyyəti nəticəsində iddiaçıya münasibətdə mülki hüquq po zuntusu törətmişdir. Özünün apellyasiya şikayətində bu halı inkar edən cavabdeh ASC, qeyd edilən dəlilini, Azərbaycan Respublikası NK-nin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydalarının 7-ci bəndi əsasında əsaslandırmışdır. Halbuki, həmin bəndə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. İşdən isə görünür k i, iddiaçıya məxsus mal-qara elektrik naqillərinin qırılıb yerə düşməsi nəticəsində elektrik cərəyanının vurması nəticəsində tələf olmuşdur. «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydalarına görə mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələrdir. Həmin Qaydaların 2-ci bəndinə görə bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuları n layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Həmin Qaydaların 3-cü bəndinin b) yarımbəndinə əsasən mühafizə zonası gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular,habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş “Elektrik qurğularını qurma Qaydaları” ilə müəyyən edilmiş minimum yol verilən məsafələrdir. Göründüyü kimi elektrik şəbəkələrinin qorunmasını, onların mühafizə zonasını müəyyən etmək bilavasitə elektrik ötürücü xətlərinin istismarçısının, yəni, hazırki cavabdehin vəzifəsidir. Belə olan halda lazımı qaydada elektrik şəbəkəsinin mühafizəsini təmin etməyən ASC, törətdiyi deliktə görə iddiaçıya vurulmuş zərərin əvəzini ödəməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, cavabdeh tərəf baxış aktının və baytar həkim rəyinin sübut kimi qəbul edilməsinin yolverilməz olduğunu, həmin sübutlar formal olaraq tərtib edildiyini gös tərsə də, məhkəməyə təqdim edilmiş göstərilən sübutların yolverilməz olduğunun və formal tərtib edilməsinin əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, cavabdeh yüksək gərginliyin 110 kilovatdan yuxarı olmasına istinad etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus qaramallar elektrik naqillərinin qırılıb yerə düşməsi nəticəsində elektrik cərəyanının vurması nəticəsində tələf olmuşdur və elektrik şəbəkələrinin qorunmasını, onların mühafizə zonasını müəyyən etmək bilavasitə elektrik ötürücü xətlərinin istismarçısının, yəni, hazırki cavabdehin vəzifəsidir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıd ır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)-2390/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar