Məhkəmə qərarları › İş №2(102)-4869/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4869/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4869/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsi ləğv ediməklə ipoteka predmetinin qanunvericiliyə uyğun olaraq girovdan azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)-1386/2021 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli, 2(007)-300/2017 saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı cəmi 32.700,35 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 51/57 ünvanında yerləşən 39 saylı mənzilə yönəldilməsi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan 51/57 saylı evin 39 saylı mənzilin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə edilmiş məbləğin iddiaçının hesabına ödənilməsi, tutma yönəldikdən və əmlak satıldıqdan sonra bir aydan gec olmayaraq mənzilin məcburi qaydada boşaldılması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinə görə, cavabdeh İddiaçı cəmi 32700,35 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 51/57 ünvanında yerləşən 39 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsi ilə satılması və satış dan əldə edilmiş vəsaitdən göstərilən məbləğlərinin Banka ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 122.000 manat müəyyən edilməsi, tutma yönəldikdən və əmlak satıldıqdan sonra bir aydan gec olmayaraq mənzilin məcburi qaydada boşaldılması qət edilmişdir.

3. Nizami rayon İcra və probasiya şöbəsinin 26.10.2018-ci il tarixli məktubu ilə "xxxx" Şirkətlər Qrupu MMC-yə mənzilin açıq hərrac satışının təşkil olunması üçün sifariş verilmişdir. 4. "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən "xxxx" ASC-yə, İddiaçı və Nizami rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 12.12.2018-ci il tarixli 02-126 saylı bildirişlə 11.01.2019-cu il tarixdə saat 11:00-da ilkin satış qiyməti 122.000 manat olmaqla mənzilin ilkin hərracının keçirilməsi barədə məlumat verilmiş, tələbkar tərəfindən 26.12.2018-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul edilmişdir. İlkin hərrac baş tutmadığından daha sonra 21.01.2019-cu il tarixli 02-126-1 saylı bildirişlə 31.01.2019-cu il tarixdə saat 11:00-da satış qiyməti 15% faiz aşağı qiymətlə 103.700 manat olmaqla mənzilin ikinci hərracının keçirilməsi barədə tərəflərə məlumat verilmiş, tələbkar tərəfindən 25.01.2019-cu il tarixdə poçt qəbzinə imza etməklə qəbul edilmişdir.

5. Həmçinin hərracın keçirilməsinə dair Kaspi qəzetində 12.12.2018-ci il tarixdə və 22.01.2019-cu il tarixdə elanlar dərc edilmişdir.

6. Hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində məlumat dərc olunmuşdur. Eyni zamanda bu barədə hərraşın təşkilatçısı tərəfindən ipotekasaxlayana 01 fevral 2019-cu il tarixli, 178 saylı məktub göndərilmiş, “İpoteka haqqında” Qan unun 43.8-ci maddəsi nəzərə alınaraq, hərracın baş tutmaması elan edildiyi gündən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsinə münasibət bildirilməsi təklif edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "xxxx" Şirkətlər Qrupu MMC və Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsi üçüncü şəxs olmaqla iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ipoteka müqaviləsi ləğv edilməklə ipoteka predmetinin qanunvericiliyə uyğun olaraq girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəmə sinin 2(103)-1178/2018 saylı, 10 yanvar 2018-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsinin icrası ilə əlaqədar, tələbkar nə 1ci, nə də 2-ci hərracda 5% miqdarında iştirak haqqını ödəməmiş, hərracın keçirilməsinə münasibət bildirməmişdir. Bu isə o deməkdir ki, hərracda iştirak etməmişdir. Bundan əlavə "xxxx" Şirkətlər Qrupu MMC-nin sifarişi əsasında Kaspi qəzetinin 12 dekabr 2018-ci il tarixli və 22 yanvar 2019-cu il tarixli buraxılışında hərracda satılmalı olan əmlakların siyahısında onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 51/57 ünvanında yerləşən 39 saylı mənzil qeyd edilmişdir. "xxxx" Şirkətlər Qrupu MMC-nin 01 fevral 2019-cu il tarixli, 178 məktubunda LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edilərək hərracın baş tutma ması səbəbindən ipotekanı 25 faiz miqdarında endirimlə ala bilməsi qeyd olunmuşdur. Lakin tələbkar behi ödəməmiş və ipotekanı qəbul etməkdən yayınmışdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4600/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış 28 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan 51/57 saylı evin 39 saylı mənzilin girovdan azad edilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, ipoteka müqaviləsinin ləğv edilməsi, bir qayda olaraq, tərəflərin razılaşması ilə mümkündür. Belə bir razılaşma olmadıqda, müqavilə adətən kontragentlərdən birinin müqavilənin şərtlərini əhəmiyyətli dərə cədə pozması səbəbindən məhkəmə qaydasında ləğv edilir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.4, 319.5, 390.1, 739.1, 739.2, 337.1, 337.3, 399.1, 421.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.3, 43.4, 43.5, 43.6, 43.7, 43.8, 43.9- cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4591/2020 saylı, 08 iyun 2020ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Z.Şirinov və A.İmanov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4600/2019 saylı iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia tələbinin təm in edilməsi qət edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərinə görə iddiaçının hazırda borcu olduğu üçün ipotekaya xitam verilə bilməz. Bununla bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə həmin borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin açıq hərrac vasitəsi ilə satılması müəyyən edilmişdir və keçirilmiş hərrac baş tutmadığından qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş qaydada və müddətdə bank tərəfindən ipoteka predmeti əldə edilmədiyindən ipotekaya xitam verilməsi əsaslı və qanunidir. Bu hissədə apelyasiya şikayətinin dəlilləri əsassızdır.

12. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, hazırki iş üzrə ipotekaya xitam verilməsi əsasları mövcuddur. Belə ki, bank tərəfindən ipoteka predmeti 30 gün müddətində əldə edilməmişdir və iddiaçı haqlı olaraq ipotekaya xitam verilməsini tələb edir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq Mülki Məcəllənin 319, 739, 337, 421-ci maddələrini və «İpoteka haqqında» Qanunun hazırki mübahisəyə aidiyyəti olmayan bir sıra nörmalarını sadalamaqla əsassız yerə ipoteka müqaviləsinin ləğv edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Qətnamədən belə aydın olur ki, ipoteka predmetinin girovluqdan azad edilməsi də məhz müqavilənin ləğvi ilə bağlı olmuşdur. Halbuki, iddiaçının tələbi və həmin tələbin əsasları tamamilə fərqlidir, yəni iddiaçı “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsini tələ b edir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4689/2020 nömrəli iş üzrə 20.10.2020-ci il tarixli qərarı ilə (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və İ.K.Dəmirov) cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4591/2020 nömrəli iş üzrə 08 iyun 2020ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

14. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işin halları ilə hərrac təşkilatının hərrac baş tutma dıqdan sonra ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala biləcəyi təklif olunmuş olsa da, işə baxan apellyasiya instansiya məhkəməsi həmin təklifə ipoteka saxlayanın hansı münasibət bildirməsi və ya ümumiyyətlə hərəkətsizlik etməsini müəyyən etməmişdir. Halbuki göstərildiyi kimi «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinin tələbi aşkar olaraq müəyyən etmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir.

15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunverici hərrac baş tutmamış elan edildikdə və edilmiş təklifə ipoteka saxlayan tərəfindən cavab verilmədikdə, yəni müəyyən olunmuş 30 təqvim günü ərzində ipoteka pred metini əldə etmədiyi halda ipotekaya xitam verilməsini mümkün edir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)1386/2021 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(006)- 4600/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 51/57 saylı evin 39 saylı mənzilinin ipotekasına xitam verilməsi qət edilmişdir.

12. Apellyas iya instansiyası məhkəməsi qeyd etmişdir ki, Hidayətoğlu” Şirkətlər Qrupu MMC tərəfindən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 01.02.2019-cu il tarixli 178 nömrəli məktubun məzmunundan görünür ki, ilkin və təkrar hərracın iştirakçısı olmadığından baş tutmadığı, hərracın baş tutmaması ilə bağlı Kaspi qəzetində və www.hidayetoğlu.az saytında 01.02.2019-cu il tarixində elanın dərc olunduğu, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə ala bilməsi bildirilmiş və “İpoteka haqqında” Qanunun 43.8ci maddəsinə əsasən hərracın baş tutmaması elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildiril məsi xahiş edilmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, hazırkı apellyasiya icraatında apellyatorun nümayəndəsi qeyd etmişdir ki, "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən LPO "xxxx" ASC-yə 01 fevral 2019-cu il tarixli, 178 saylı məktub daxil olmuşdur ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi nəzərə alınaraq, hərracın baş tutmaması elan edildiyi gündən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsinə münasibət bildirilsin. Ləğvedici ona görə münasibət bildirməmişdir ki, bu barədə onlara icra məmuru müraciət etməli idi. Kollegiya bununla bağlı apellyatorun dəlilini əsassız hesab edərək, qeyd edir ki, “İpoteka haqqında” Qanunda məhz icra məmurunun məlumat verməsi nəzərdə tutulmamışdır. Bundan əlavə ləğv prosesində olan banka hərrac təşkilatçısı tərəfindən hərracın baş tutmamas ı elan edildiyi gündən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi təklif olunması bir daha öz təsdiqini tapmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq Mülki Məcəllənin 319, 739, 337, 421-ci maddələrini və «İpoteka haqqında» Qanunun hazırki mübahisəyə aidiyyəti olmayan bir sıra nörmalarını sadalamaqla əsassız yerə ipoteka müqaviləsinin ləğv edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Qətnamədən belə aydın olur ki, ipoteka predmetinin girovluqdan azad edilməsi də məhz müqavilənin ləğvi ilə bağlı olmuşdur. Halbuki, iddiaçının tələbi və həmin tələbin əsasları tamamilə fərqlidir, yəni iddiaçı “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsini tələb edir. Kassasiya şikayətinin və o na etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan 51/57 saylı evin 39 saylı mənzilinin ipotekasına xitam verilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsinin xitamı əsaslarının dairəsi qanunvericiliklə dəqiq müəyyən edilmişdir. Bu halda öhdəliyə xitam verilməmiş, hal-hazırda borc mövcuddu r və bu günədək borc ödənilməmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, bununla əlaqədar işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qeyd olunan hissədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərə k, şikayətin təmin olunmasını xahiş etdi.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 19.Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komiss iyası (təsviyəçi, ləğvedici) çıxış edir. 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyrikommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. 20. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0.1. ipo teka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müq avilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac di gər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir (§ 36-37).

41. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan 51/57 saylı evin 39 saylı mənzilinin ipotekasına xitam verilməsi hissəsində mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassa siya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il Qərarına əsasən “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tut ulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.

43. Kassasiya kollegiyası baxılan iş üzrə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa və kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişə (hərrac təşkilatının hərrac baş tutmadıqdan sonra ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan q iymətlə ala biləcəyi barədə təklifə ipoteka saxlayanın hansı münasibət bildirməsi və ya ümumiyyətlə hərəkətsizlik etməsinin müəyyən olunması) əməl etmiş və müəyyən etmişdir ki, ləğvedici hərrac təşkilatının məktubuna ona görə münasibət bildirməmişdir ki, ləğvedicinin fikrincə bu barədə onlara icra məmuru müraciət etməli idi. Apelyasiya instansiyası məhkəməsi tələbkarın bu mövqeyini əsassız saymışdır və kassasiya instansiyasnın kollegiyası bu mövqe ilə razılaşır. Çünki ipoteka predmetinin qəbul edilməsi üçün bu cür “təklif”in verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 35. “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə görə hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini ala bilər. Bu normadan göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetini ala bilməsi üçün əs as, hərracın baş tutmamış elan edilməsidir.

36. Həmin normada hərracın baş tutmamasını elan edən subyekt kimi isə icra məmuru deyil, hərracın təşkilatçısı nəzərdə tutulmuşdur.

37. Qeyd olunmalıdır ki, hərrac zamanı əmlakın alınması barədə tələbkara icra məmuru tərəfindən təklif olunması qaydası “İcra haqqında” qanunun 53-cü maddəsində nəzərdə tutulmuşdir. Lakin həmin normada üzərinə həbs qoyulmuş əmlakın satılması üçün hərracın keçirilməsindən bəhs olunur və ipoteka predmetinin satılması qaydalarına bu norma ilə müəyyən olunan qaydalar tətbiq edilmir.

38. Çünki “İpoteka haqqında” qanunun preambulasına görə mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüq uqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri bu Qanun tənzimləyir.

51. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Ca vabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)-1386/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar