Məhkəmə qərarları › İş №2(102)-4871/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4871/2020

18.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4871/2020 18.11.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin (hakim H.Xəlilov) xx xxxxxx 2015-ci il tarixli, xnömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, QSC “Bank Standard” KB-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2008-ci il tari xli, ********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas broca görə 16.424 (on altı min dörd yüz iyirmi dörd) manat 15(on beş) qəpik, vaxtı keçmiş faiz borcuna görə 14.312 (on dörd min üç yüz on iki) manat 42 (qırx iki) qəpik və cərimə borcuna görə 3.073 (üç min yetmiş üç) manat 65(altmış beş) qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 33.840 (otuz üç min səkkiz yüz qırx) manat 22(iyirmi iki) qəpik məbləğində pulun tutularaq QSC “Bank Standard” KB-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan xxx ində Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 55.9 kv.m yaşayış sahəsindən, 148.34 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiy mətinin 120.000 (yüz iyirmi min) manat müəyyən edilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə edilən məbləğ QSC “Bank Standard” KB-nin tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan xxx ində mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 55.9 kv.m yaşayış sahəsindən, 148.34 kv.m köməkçi sahədən ibarət yaşayış evinin satıldıqdan ən geci bir ay ərzində boşaldılması, ilk iddianın qalan hissədə “xxxx” MMC-yə və X1 münasibətdə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, QSC “Bank Standard”xxxx“xxxx” MMC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, **********-1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manatın Cavabdeh1 tutulub Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdə X3 ərizə ilə Masallı Masallı Rayon Məhkəməsinə müraciət edərək qətnamənin ona təqdim olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli məktubu ilə qətnamənin surəti təkrarən xə göndərilmişdir. X3 (özünün qeydinə görə adı dəyişib Cavabdeh1) həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin (hakim F.Əliyev) xx xxxxxxxx 2019-cu il tarixli, xnömrəli qərardadı ilə prosesssual müddətin keçməsinə və onun bərpasına dair vəsatət verilməməsinə görə apelyasiya şikayəti geri qaytarılmışdır. X3 (Cavabdeh1) Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizə əlavə etməklə, yenidən apelyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim F.Əliyev) xx xxxxxxx 2019-cu il tarixli, xnömrəli qərardadı ilə ötürülmüş müddətin bərpasına dair xin (Cavabdeh1) vəsatəti rədd edilmişdir. Bu qərardaddan X2 (Cavabdeh1) verdiyi şikayət Masallı Rayon Məhkəməsinin (hakim F.Əliyev) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qərardadı ilə rədd edilərək işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- Z.Babayev (sərlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadı ilə Masallı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli qərardadları ləğv edilmiş, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2 015-ci il tarixli qətnaməsindən cavabdeh X3 (Cavabdeh1) tərəfindən apelyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət bərpa edilmişdir. Bundan sonra hakim Zəki Babayevin xx.xx.2020-ci il tarixli təqriri əsasında Şirvan Apellyasiya Məhkəməsində işə yeni nömrə verilməklə baxılması hakim Tofiq Heydərova həvalə edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- T.Heydərov (sərlik edən və məruzəçi), T.Kərimov və F.Abbasov) xx.xx.2020-ci il tarixli, x nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmış, iş apelyasiya icraatına qəbul olunmuş və baxışa təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- T.Heydərov (sərlik edən və məruzəçi), T.Kərimov və F.Soltanov) xx.xx.2020-ci il tarixli, x nömrəli qərardadı ilə Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, xnömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, xsaylı qətnaməsinin surətinin cavabdeh X5 (Cavabdeh1) oğlu tərəfindən alınmasını təsdiq edən sənəd (xəbərnamə) iş materiallarında olmasa da, həmin qətnamədən kifayət qədər məlumatı olmuş, onun həmin müddətdə əsaslı üzürlü səbəb olmadan şikayət verməməsi, əksinə qətnamənin icrası ilə bağlı icra tədbirlərinin görülməsi və sonda icra sənədi icra olunmadan geri qaytarıldıqdan sonra cavabdeh X5 (Cavabdeh1) oğlu ipotekaya xitam verilməsi tələbini iddia etməsi nəticə əldə etmədiyini görüb sonradan Masallı rayon Məhkəməsinin xx xxxxx x 2015-ci il tarixli, xsaylı qətnaməsindən apelyasiya şikayəti verməsi, əsassız məhkəmə çəkişməsinin yaranmasına və süründürməçiliyə şərait yaratmaq, eyni zamanda qətnamənin icrasından yayınmaq məqsədi daşımışdır. Göründüyü kimi Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və bundan sonra icraya yönəldilmişdir. Çünki, MPM-nin 234.1-ci maddəsinə əsasən, bu məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Prosessual hüquq normalarının mənasından da göründüyü kimi, yalnız qanuni qüvvəyə minməmiş qətnamələr və qərardadlardan verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatı mümkündür. Hazırkı işdə isə qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Bu isə ona dəlalət edir ki, işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə müddətin bərpasına və apelyasiya şikayətinin mümkünlüyünü yoxlanılmas ına baxmayaraq, digər qərardadla yenidən apelyasiya şikayətinə qiymət verərək qeyri-mümkün hesab etmiş, bununla da məhkəmə Cavabdeh1 qətnamədən apelyasiya şikayəti vermək hüququndan mərhum etmişdir. Eyni məhkəmə bir yandan onun apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti üzrlü sayaraq bərpa edir, bir tərəfdən həmin məhkəmə apelyasiya şikayətini mümkün saymayaraq qətnamənin qüvvəyə minməsini əsas gətirir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin X2 (Cavabdeh1) apelyasiya şikayətini qeyri-mümkün hesab etməsi əsaslı deyil. Çünki, məhkəmənin istinad etdiyi hallar (cavabdehin qətnamədən kifayət qədər məlumatlı olması, üzürlü səbəb olmadan şikayət verməməsi, qətnamənin qanuni qüvvəsini alması) X2 (Cavabdeh1) qətnamədən apelyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizəsi üzrə məhkəmə baxışının predmeti olmuş və həll edilmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadı ilə həmin müddət bərpa olunmuş və bu qərardad qanuni qüvvəsini almışdır. Bundan əlavə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə X2 (Cavabdeh1) apellyasiya şikayəti mümkün sayılmış və iş apelyasiya icraatına qəbul edilmişdir. Belə olan halda, həmin qərardadlar ləğv edilmədən Şirvan Apellyasiya Məhkəməsinin yenidən eyni halları müzakirə edərək apellyasiya şikayətini qeyri-mümkün sayması, qanuni qüvvəyə minmiş məhkəmə aktının məcburiliyi prinsipinə zidd olduğu kimi, hüquqi müəyyənlik prinsipinə də uyğun deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəx slər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu prinsiplərə görə, məhkəmələr tərəfindən həll edilmiş iş üzrə qəbul olunan qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya in stitutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı, cavabdeh X2 (Cavabdeh1) Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən şikayət vermə müddətinin bərpasına dair məsələni qəti surətdə müəyyənləşdirmişdir. Həmin qərardad qanuni qüvvəsini aldığı andan təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquq i xassələrə malikdir. Bu səbəbdən eyni məsələnin xx.xx.2020-ci il tarixli qərardadda yenidən müzakirəsi və əks məzmunda qərar çıxarılması yolverilməzdir. Göstərilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli və X2 (Cavabdeh1) apelyasiya şikayətinə baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qərardadı ləğv edilsin və X2 (Cavabdeh1) apelyasiya şikayətinə baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəb

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar