Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4872/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Allahverdiyev Qəhrəman Əli oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2698/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Natavan Tağıyeva) 16 mart 2018-ci il tarixli 2(006)-557/2018 saylı qətnaməsi i ləİddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Namiq Cəfərov) 29 iyun 2018-ci il tarixli, 2(103)-6169/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(006)-557/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 20 fevral 2013-cü il tarixli, 2(103)-929/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 200 manat məbləğində müəyyən edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər Gündüz Quliyev - sədrlik edən və məruzəçi, Əli Rüstəmov, Ələsgər Əliyev) 22 noyabr 2018-ci il tarixli, 2(102) -7867/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər İlham Kərimli - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İsmayıl Xəlilov) 05 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(006)-557/2018 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. İşin halları: İddiaçı İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ondan 30 iyun 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının azaldılaraq hər ay 154 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəlki qətnamə çıxarılan vaxt “X7” MMC-də İT/Telekommunikasiya üzrə sahə texniki vəzifəsində işləməklə aylıq əmək haqqı 215 manat təşkil etmişdir. Hazırda isə “xxxx” MMC şirkətində baş mühəndis vəzifəsində çalışır və vergilər daxil olmaqla 3.958 manat aylıq əmək haqqı alır. Belə olan halda onun hazırda aldığı əmək haqqının ¼ hissəsi 989,5 manat təşkil edir. Onun əmək haqqının qeyri-müntəzəmliyi, dəyişkənliyi, əmək haqqının hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alması, habelə alimentin əmək haqqının müəyyən hissə kimi tutulmasının qeyri-mümkünlüyü çətinlik törətdiyi hallar işin faktiki halları ilə müəyyən olunmadığınd an, həmçinin əmək haqqının ¼ hissəsini təşkil edən 989,5 manat məbləğində aliment uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılmasından da artıq olduğundan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2013-cü il tarixli qətnaməsi ilə tutulması qət edilmiş 250 manat sabit pul məbləğində alimentin ləğv edilməsini, alimentin yalnız aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində istinad etdiyi yüksək əmək haqqı aldığı işdən çıxdığına əsaslanaraq 15.03.2018-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək azyaşlı uşağının saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda gös tərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi nin ləğv edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 və onun vəkili X2 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, tərəflər 18 avqust 20 07-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 30 iyun 2008-ci il tarixdə X6 doğulmuş, onların nikahları məhkəmə qaydasında pozulmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə azyaşlı uşağın anasının yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün atadan aylıq gəlirlərinin ¼ hissəsi ilə bərabər hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması da qət edilmişdir. İddiaçının təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş 13 noyabr 2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı şirkətdə 03 may 2017-ci il tarixdən 13 noyabr 2017-ci il tarixə qədər çalışmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabə r vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulm ası mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkə mə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tər əflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini əsas götürərkən haqlı olmuşdur. Belə ki, qanunvericliyə əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment öhdəliklərinin əsaslarını müəyyən edən zaman əsas meyar kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması götürülməklə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar da nəzərə alınmalıdır. Uşağın əvvəlki təminat səviyyəsinin maksimal səviyyədə saxlanması anlayışı nikahın pozulmasının, valideynlərinin ayrı yaşamasının uşağa çəkilən xərclərin kəskin azaldılmaması, uşağın maddi rifahının pisləşməməsi və ya digər məhrumiyyətlərə məruz qalmamasını ehtiva edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76. 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırı lan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hazırki işə bundan əvvəl baxan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki “...İş materialları ilə iddiaçının ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olması müəyyən edilmir. Apelyasiya məhkəməsinin istinad etdiyi iddiaçının işdən azad edilməsi halı isə iddiaçının maddi vəziyyətinin dəyişməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı həmin işdə 03.05.2017-ci il tarixdən 13 noyabr 2017-ci il tar ixə qədər çalışmışdır. Halbuki, iddiaçının istinad etdiyi qətnamə 2013-cü ildə qəbul olunmuşdur və həmin il üçün yaşayış minimumu 93 manat olduğu halda, iddiaçının azyaşlı uşağının saxlanılması üçün ondan hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdi. Göründüyü kimi, həmin aliment təyin edilərkən yaşayış minimumu deyil, iddiaçının ixtisası və maddi imkanı nəzərə alınmaqla alimenti ödəmək qabiliyyəti əsas götürülərək həmin dövr üçün uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğindən kəskin fərqlənən və həmin dövr üçün kifayət qədər yüksək hesab edilən aliment təyin edilmişdir. Digər tərəfdən iddiaçı özü də iddia ərizəsində maddi vəziyyətinin alimenti ödəməyə imkan verməməsinə deyil, əksinə aylıq yüksək gəlir əldə etdiyinə və həmin gəlirin ¼ hissəsinin kifayət qədər yüksək məbləğ olmasına istinad edərək 250 manat sabit pul məbləğində alimentin tutulmasından azad edilməsini xahiş etmişdir. Qeyd edildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin azaldılması barədə qərar yalnız tərəfin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğu müəyyən edilməklə verilə bilər. Apelyasiya məhkəməsi iddiaçının 2013-cü ildə 215 manat əmk haqqı aldığı və aylıq qazancının ¼ hissəsi ilə bərabər 250 manat sabit pul məbləğində aliment ödəməyə imkanı çatdığı halda, hazırkı vaxtda maddi vəziyyətini ağırlaşdıran hər hansı dəyişikliyin (əmək qabiliyyətindən məhrum olması və sair) olması müəyyən edilmədiyi halda, ümumiyyətlə aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutulmasını ləğv etməklə bərabər qət olunan 250 manat sabit pul məbləğində alimentin də azaldılaraq 200 manat müəyyən edilməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir.” İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olmasını müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə əsasən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması naminə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılmasına zərurət olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassa siya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2698/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4872/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4872/2019
04.07.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver