Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4873/2019 26.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 07 se ntyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Qasımov) İddiaçı Cavabdeh qarşı “mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvan: Bakı şəhəri Binəqədi rayonu, M.Cəlal küçəsi, 499, M16, mənzil 2) 1/2 hissəsi üzərində Cavabdeh, 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Talışinski, hakimlər Z.Əliyev və R.Eyvazov) Binəqədi rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasi ya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia verərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvan: ünvan 4 hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll ed ilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh ilə 16 oktyabr 2014-cü il tarixdə rəsmi nikaha girmişlər. Birgə nikahlarından 29 may 2015-cı il təvəllüdlü Elmir adlı uşaqları vardır. Tərəflər birgə nikahda olduqları dövrdə Cavabdeh adına Bakı şəhəri ünvan 5 ünvan: ünvan 6də sonuncunun mülkiyyət hüququ 19 noyabr 2016-cı il tarixdə qeydə alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 16 oktyabr 2014-cü il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Ail ə Məcəllənin (AM) 32.1 maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Göründüyü kimi mübahisə predmeti olan ünvan 7 ünvan: Bakı şəhəri Binəqədi rayonu, M.Cəlal küçəsi, 499, M16, mənzil 2) Cavabdeh mülkiyyətində olsa da, tərəflərin birgə nikah münasibətlərində olduqları dövrdə, onların birgə vəsaiti hesabına əldə olunmuşdur. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq həmin mənzilə dair tərəflərin 1\2 payla mülkiyyət hüququnun tanınması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyin i əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4873/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4873/2019
26.07.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver