Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4875/2021 15.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassator tərəfindən şikayətin imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)2299/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək, İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladla rı 11.05.2013-cü il təvəllüdlü X3, 17.07.2015-ci il təvəllüdlü X1, 01.08.2018-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi və cavabdehdən uşaqların yetkinlik yaşma çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə, iş № 2(003)-3127/2020) iddia qismən təmin edilərək tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 15.09.2020-ci il tarixdən hesablanmaqla cavabdehdən hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya, iddia tələb inin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-2299/2021) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(003)-3127/2020 saylı qətnaməsinin dəyişdirilməsi, Cavabdeh 11.05.2013-cü il təvəllüdlü X5, 17.07.2015-ci il təvəllüdlü X4 və 01.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 15.09.2020ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(103)-2299/2021 nömrəli qətnaməsinin ləğv edərək, cavabdehdən 11.05.2013-cü il təvəllüdlü X5, 17.07.2015-ci il təvəllüdlü X4, 01.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya k ollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. İşin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermi rsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti qaytarılır. 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından a sılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən təqdim olunmuş kassasiya şikayəti vəkil tərəfindən imzalanmış olsa da özü tərəfindən imzalanmamışdır və vəkilə imza səlahiyyəti verən etibarnamə də iş materiallarında mövcüd deyil. Lakin kasasiya şika yətinin kasator tərəfindən imzalanmamasına baxmayaraq, apelyasiya instansiya məhkəməsi kasasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti iddiaçı tərəfindən imzalanmaması səbəbi ilə kasasiya şikayəti icraata qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apelyasiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(103)-2299/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birli kdə Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4875/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-4875/2021
15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver