Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4878/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Ramiz oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4878/21 (Açar sözlər: aliment tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Cavabdeh: Cavabdeh vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2(103)-7375/2020 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, birgə nikahlarından doğulmuş övladları 23 avqust 2005-ci ildə doğulmuş X1 və 23 iyun 2008-ci ildə doğulmuş X3 və 12 oktyabr 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.A.Bağırova) iddia təmin edilərək, cavabdehdən 29 iyun 2020-ci il tarixdən başlayaraq, hər ay qazancının və başqa gəlirlərin in 1/2 hissəsi miqdarında alimentin tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 20 sentyabr 2004-cü il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 23 avqust 2005-ci ildə X1, 23 iyun 2008-ci ildə X3 və 12 oktyabr 2013-cü ildə X4 adlı üç uşaqları doğulub. Tərəflər bir müddət mehriban yaşasalarda sonradan ayrılıblar və hər üç uşaq iddiaçının yanında yaşayırlar. Hazırda iddiaçı üç uşağın saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tələb edir. 29 iyul 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh iddianı etiraf edib və iddianın təmin edilməsinə etiraz etməyib. Eyni zamanda cavabdeh izahatında "xxxx" Şirkətində aparıcı mütəxəssis işləd iyini, hər ay 3.000 manatdan yuxarı əmək haqqı aldığını bildirib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.4, 76.1.3, 100.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, üç uşağın saxlanılması üçün hər ay, hər uşağa görə ondan 400 manat alimentin tutulub iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.4, 76.1.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın qismən- üç uşağın saxlanılması üçün ondan qazancının və başqa gəlirlərinin yarısının 3/5 hissəsində və ya qazancının və başqa gəlirlərinin 30 faizi həcmində alimentin tutulub iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəb lərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay üç və daha çox uşağa görə qazancın və başqa gəlirlərin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaş ına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhk əməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və pro sessual hüquq normalarının tələblərini pozmasını, iddianın qeyd olunan məbləğdə təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər 20 sentyabr 2004-cü il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 23 avqust 2005-ci ildə X1, 23 iyun 2008-ci ildə X3 və 12 oktyabr 2013-cü ildə X4 adlı üç uşaqları doğulub. Tərəflər bir müddət mehriban yaşasalarda sonradan ayrılıblar və hər üç uşaq iddiaçının yanında yaşayırlar. Hazırda iddiaçı, üç uşağın saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tələb edir. 29 iyul 2020-ci il tarixdə keçirilən məhkəmə ic lasında cavabdeh iddianı etiraf edib və iddianın təmin edilməsinə etiraz etməyib. Eyni zamanda cavabdeh izahatında "xxxx" Şirkətində aparıcı mütəxəssis işlədiyini, hər ay 3.000 manatdan yuxarı əmək haqqı aldığını bildirib. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, cavabdeh, birinci instansiya məhkəməsinin 29 iyul 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianı etiraf edib və hazırda "xxxx" Şirkətində aparıcı mütəxəssis vəzifəsində işləməklə 3.000 manatdan yuxarı əmək h aqqı aldığını və iddianın təmin olunmasına etiraz etmədiyini bildirib. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların s axlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. Həmin Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay üç və daha çox uşağa görə qazancın və başqa gəlirlərin yarısı miqdarında aliment tutulur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarmaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki ailə münasibətinə düzgün tətbiq edib. Apellyasiya inst ansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçıdan başqa, Xatirə Səfərova və Ülkər İsgəndərova ilə də ailəli olduğunu, onlardan da iki uşağının doğulduğunu, iddiaçıya üç uşağın saxlanılması üçün aliment təyin edilərkən həmin uşaqların mənafeyinin nəzərə alınmadığını və sair göstərsə də, bu barədə birinci instansiya məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 372.2-ci maddəsində göstərilir ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqd im edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, əvvəla cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri özündə ehtiva edən heç bir sübut yoxdur. Digər tərəfdən, cavabdeh, birinci instansiya məhkəməsində işə baxılarkən iddianı etiraf edib və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirib. Belə olan halda iddiaçının yanında yaşayan üç uşağın saxlanılması üçün tərəflər arasında aliment ödənilməsi barədə razılıq olmadığından, işə baxan məhkəmələr Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin tələblərinə istinad edib, cavabdehdən hər ay üç uşağın yetki nlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutulub iddiaçıya ödənilməsini təmin etməklə düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki ailə münasibətinə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi eyni zamanda Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini əsas tutub hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik baş vermiş olarsa, o alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və ya aliment ödəməkdən azad olunması barədə ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla mübahisə aça bilər. Kassasiya instansiyası məhkəməsi həmçinin cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2(103)-7375/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4878/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4878/2021
19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver