Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4882/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 və “xxxx” ASC-nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4882/20 (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) X1 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, cavabdehin vəkili Mirzəzadə Murad Müslüm oğlunun iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-nə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin ipotekadan azad edilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 04)4131/2019 nömrəli, 20 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 009-OH-Y/İP nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin girovdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 tələbini belə əsaslandırmışdır: Cavabdeh2 ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 x x xxxx 2014-cü il tarixli, 009-OH-Y/km nömrəli kredit müqaviləsi üzrə 16442,88 manat əsas, 9288,73 manat faiz, 8423,95 manat cərimə olmaqla, cəmi 34155,56 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 31 manat tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsi xx xxx 2017-ci il tarixli 2(043)-1860/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 xx xxxx 2014-cü il tarixli, 009-OH-Y/km nömrəli kredit müqavilə si üzrə əsas borca görə 16442,88 manat, faiz üzrə 9288,73 manat, cərimə məbləği üzrə 50 manat olmaqla, cəmi 25781,61 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 31 manat məbləğində pulun tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan iddiaçının mülkiyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına tələbin təmin edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 53000 manat müəyyən edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 Cavabdeh2 ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 009-OH-Y/km nömrəli kredit müqavilə si əsasında kredit götürmüş və onun mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin, sonralar baş vermiş iqtisadi böhranla bağlı cavabdehin maddi durumu pisləşmiş, müqavilə öhdəliklərini yerinə yetirə bilməmişdir. Cavabdeh1 onun mülkiyyətində olan və ailələrinin yeganə yaşayış yeri olan fərdi yaşayış evinin ipotekaya qoyması barədə ona və digər ailə üzvlərinə məlumat verməmiş, eləcədə notariat kontoru onun razılığı olmadan belə bir addım atmış və onun hüquqlarını pozmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(043)1957/2019 nömrəli (hakim Z.Hüseynov) qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271 və 337-ci maddələrinə istinad etmişdir. Ap elyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər-R.Muradov (sərlik edən və məruzəçi), Ş.Əliyeva və Ə.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, 2(104)-4131/19 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(043)-1957/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti on unla əsaslandırılmışdır ki, ipoteka ilə yüklü edilən daşınmaz əmlak onun və ailəsinin yeganə yaşayış yeridir. Həmçinin fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair notarial qaydada razılıq ərizəsi verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Mirzəzadə Murad Müslüm oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməs ini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1. maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1. maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məc əllənin 337.1. maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 8.1. maddəsinə görə, ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notarial qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Həmin Qanunun 11-ci maddəsinə görə, Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı ipoteka müqavilə bağlanarkən onun razılığının alınmamasına və əmlakın yeganə yaşayış yeri olmasına istinad edərək müqavilənin etibarsızlığını və yüklülükdən azad olunmasını tələb edir. Məhkəmə baxışı zamanı hər iki hal öz təsdiqini tapmamışdır. Beləki, araşdırma zamanı müəyyən edilmişdir ki (əmlakın ipoteka ilə yüklü edilmiş sənədlər işdədir), İddiaçı1 ipoteka müqaviləsini şəxsən imzalamış və müqavilənin məzmunun ona aydın olması barədə qeyd yazmışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin bankın xeyrinə ipotaka ilə yüklü edilməsinə dair sərənca m vermiş, mənzildə yaşayan digər şəxslər də buna razılıq bildirmişlər. İddiaçının ipoteka yüklülüyünə icazə verməməsi, onun məlumatlı olmaması barədə dəlili heç bir sübutla təsdiq edilmir, əksinə işdə olan rəsmi sənədlər bu halınə əksini təsdiq edir. Ona görə həmin əsasla ipotekanın etibarsız hesab olunması keçərli deyil. Bundan başqa, əmlakın yeganə yaşayış yeri olması dəlili hazırkı halda əhəmiyyət kəsb etmir. İddiaçı özü iradə ifadəsi göstərərək əmlakını öhdəliyin təmini üsulu olaraq ipoteka ilə yüklü etmiş və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən mənzilin yeganə yaşayış yeri olması tutmanın ipotekaya yönəldilməsini istisna etmir. Müqavilə bağlamaqla mülkiyyətçi həmin müqavilədən irəli gələn öhdəlikləri göz önünə almışdır. İddiaçının əmlakını ipoteka ilə yüklü etməsi şərti ilə bank borcalana müvafiq kredit vəsaiti vermişdir. Ona görə həmin dəlili də keçərli deyil. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4131/2019 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.