Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4886/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(104)-773/2020 saylı qətnaməsindən iş üzrə İddiaçı hüquqi varisi N qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.R.Məmmədov, iş № 2(066)-872/2019) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh5nə qarşı Cavabdeh1 adına tərtib edilmiş xx xxxx 2014-cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsünün”, Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş Reyestrdən Çıxarışın və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh3 adına verilmiş Reyestrdən Çıxarışın ləğv olunması tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.İ.Məmmədov, R.Ş.Muradov və Ş.M.Əliyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin xx xxxxxxxx 2 019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Xanlar rayon XDS İK-nin xx xxxxxx 1989-cu il tarixli 20 saylı protokolundan çıxarışa görə həmin tarixli qərarla 215 ailəyə, o cümlədən X3 və Cavabdeh1 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr ölçüdə torpaq sahəsi verilmişdir. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2003-cü il tarixli 01 saylı qərarı ilə X2 mülkiyyətinə 0,06 hektar torpaq sahəsi verilmişdir. xx xxxxxxxx 2011-ci il tarixdə Nin həmin torpaq sahəsi üzərində yerləşən 4 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və xx xxxxxx 2012-ci il tarixdə onun tərəfindən ev X1 50.000 manat satılmışdır. Nun həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Xanlar rayon XDS İK-nin xx xxxxxx 1989-cu il t arixli qərarı ilə Cavabdeh1 verilmiş 0,06 ha ölçüdə torpaq sahəsinin xx xxxx 2014-cü il tarixdə onun həmin torpaq sahəsinə olan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və xx xxxxxx 2014-cü il tarixdə plan və ölçüsü tərtib olunmuş, xx xxxx 2014-cü il tarixdə onun həmin torpaq sahəsinə olan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4, onun tərəfindən isə xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmaqla sonucunun həmin əmlaka olan mülkiyyət hüququ xx xxxxx 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxx 2018-ci il tarixdə X5 vəfat etmiş, onun arvadı İddiaçı isə 2019-cu ilin iyun ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına olmuş torpaq sahəsinin onun 1960-cı ildən nikahda olduğu mərhum əri X3 Xanlar rayon XDS İK-nin xx xxxxxx 1989-cu il tarixli qərarı əsasında verilməsini əsas göstərməklə həmin torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş torpaq sahəsinin plan və ölçüsünün, alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş Reyestrdən Çıxarışların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı hüquqi varisi N qızı kassasiya şikayəti verərək Cavabdeh1 hüquq verən sənədləri saxtalaşdırmaqla mərhum atasına məxsus torpaq sahəsini ələ keçirməsini, məhkəmə kollegiyasının işdə olan sübutlara düzgün qiymət vermədən iddianın rədd edilməsinin əsaslı olması barədə səhv nəticəyə gəlməsini əsas göstərməklə qətna mənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının hüquqi varisinin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlan ılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ərinə məxsus olmasını iddia etdiyi torpaq sahəsi Xanlar rayon XDS İKnin xx xxxxxx 1989-cu il tarixli qərarı ilə Cavabdeh1 fərdi yaşayış evinin tikintisi uçun verilmiş və onun torpaq sahəsi üzərində mülkiyyət hüququ qanuni əsaslarla dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əm lakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Xanlar rayon XDS İK-nin qərarı torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas verdiyindən ona həmin torpaq sahəsinə dair Reyestrdən Çıxarış verilmişdir. Cavabdeh1 məhz Hümbət Əliyevə ayrılmış torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsini təsdiq edən sübutlar olmadığından apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunmasını əsaslı hesab etmişdir. İşdən göründüyü kimi iddiaçının əri X7 İslahat Komissiyasının qərarı ilə torpaq sahəsi ayrılmış və onun tərəfindən həmin torpaq sahəsində 4 otaqlı yaşayış evi inşa edilməklə başqasına satılmışdır. Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mübahisəli torpaq sahəsi Cavabdeh1 məxsus olduğundan h əmin torpaq sahəsinə dair plan və ölçünün, Reyestrdən Çıxarışın və alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün əsaslar olmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə çıxarıldığından onun ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4886/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4886/2020
21.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver