Məhkəmə qərarları › İş №2(102)-4888/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4888/2022

30.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4888/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqına qarşı «qərarın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4540/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə dair işə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 15 dekabr 1979-cu tarixdə "xxxx" QSC-yə işə qəbul edilmiş, 07 yanvar 2021-ci il tarixədək müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi cavabdehin təchizat və təmir-tikinti xidmət departamentinin təchizat anbarında "YSM üzrə mütəxəssis" vəzifəsi olmuşdur. "xxxx" QSC-nin 11 sentyabr 2020-ci il tarixli 1/241 saylı əmri ilə təchizat və təmir-tikinti xidmət departamentinin təchizat anbarında mövcud olan 1 vahid "YSM üzrə mütəxəssis" ştatı ixtisar edilmişdir.

2. İddiaçı həmkarlar ittifaqının üzvü olduğundan "xxxx" QSC iddiaçının Əmək Məcəllənin 80-ci maddəsinin tələblərinə uyğun olaraq bu Məcəllənin 70-ci maddəsinin “b” bəndind ə göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi üçün "Limançı" həmkarlar ittifaqı komitəsinə 2020-ci il 23 sentyabr tarixində əvvəlcədən əsaslandırılmış təqdimatla müraciət etmişdir. 3. "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin xx.xx.2020-ci ildə «Limançı» həmkarlar ittifaqı komitəsində "xxxx" QSC-nin Təchizat və təmir-tikinti xidmət departamentində ixtisar edilmiş ştat vahidi üzrə müvafiq vəzifəni tutmuş, həmkarlar ittifaqının üzvü İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsinə dair gündəlikdə olan məsələyə baxılmışdır. Səsvermə keçirilərək "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Cəmiyyətin Təchizat və təmir-tikinti xidmət departamentinin, Təchizat anbarında mövcud olmuş 1 ştat vahidi «YSM üzrə mütəxəssis» vəzifəsini tutmuş həmkarlar ittifaqının üzvü olan İddiaçı ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. 4. "xxxx" QSC-nin 07 yanvar 2021-ci il tarixli 1/3 saylı Əmri ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (ştat vahidinin ləğv edilməsi) 07 yanvar 2021-ci il tarixdə xitam verilmişdir.

5. Hazırkı icraatdan əvvəl iddiaçı ilə "xxxx" QSC arasında “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair məhkəmə mübahisəsi olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(006)-2096/2021 saylı qətnaməsi ilə həmin mülki iş üzrə iddiaçının tələbi rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqına qarşı «qərarın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin xx.xx.2020-ci il tarixli 13 saylı protokolu ilə rəsmiləşdirilmiş, tutduğu vəzifənin ixtisara salınmasına razılıq verilməsi barədə qərarının etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci inst ansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(006)-609/2022 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70, 80-cı maddələrinə, Mülki Prossesual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi barədə qərar qəbul etmək səlahiyyəti "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqının nizamnaməsinin 3.2.8-ci bəndinə əsasən "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqını ümumi yığınc ağının səlahiyyətindədir. Nəticə etibarı ilə Əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi barədə qərar qəbul etmək səlahiyyəti olmadan həmkarlar ittifaqı komitəsinin İddiaçılə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi barədə qərarı nizamnaməyə zidd olduğu üçün etibarsız hesab edilməlidir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-4540/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər: – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-609/2022 saylı qətnaməsi ləğv edilmiş iş üzrə icraata xitam verilmişdir.

12. Apellyasiya instansiyası məh kəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia tələbinə hazırkı icraatdan əvvəl tərəflər arasında “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair məhkəmə mübahisəsi üzrə qanuni qüvvəsini almış məhkəmə aktlarında qiymət verilmişdir və beləliklə, məhkəmələrin araşdırma predmeti olmuşdur. Odur ki, hazırkı iddianın qaldırılması hüquqi müəyyənlik və preyudisiallıq prinsipləri ilə uzlaşmır. Belə ki, hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit cuna” (məhkəmə hüququ bilir) prinsipinə görə, məhkəmə tərəfin irəli sürdüyü hüquqi əsaslandırmaya bağlı deyil və iddianın hansı hüquqi əsasa görə haqlı olduğunu müəyyənləşdirmək, əgər tələb əsaslıdırsa onu tam və ya qismən təmin etmək məhkəmənin vəzifəsidir. Bu isə o deməkdir ki, işə bərpa tələbinə dair irəli sürülmüş iddia məhkəmə tərəfindən həll edildikdə, həmin qərar iddianın mümkün hüquqi əsasları yoxlanılmaqla çıxarılmış hesab edilir və "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin xx.xx.2020-ci il tarixli 13 saylı protokolu ilə rəsmiləşdirilmiş, tutduğu vəzifənin ixtisara salınmasına razılıq verilməsi barədə qərarının etibarlı olub-olmamasını müəyyən etmək də həmin yoxlamanın predmetinə daxildir. Qeyd olunmalıdır ki, əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır apellyasiya instansiyası məhkəməsi səhv olaraq hazırkı işə MPM-in 261.0.2-ci maddəsini tətbiq etmişdir. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

17. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

18. Maddə 261.0.2 Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir

19. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normal arı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4540/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar