Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4889/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Petrovnaya və 5 saylı Bakı Cavabdeh2otariat kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Petrovnanın vəkili Vəkil3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli, 2(103)1021/2021 saylı qətnaməsindən Cavabdeh1 Petrovna tərəfindən verilmiş kassasiya şikayə tləri üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 21 avqust 2007-ci ildə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 24 aprel 2006-cı ildə Tamerlan, 21 noyabr 2009-cu ildə Anna Mariya, 10 yanvar 2014-cü ildə Elizabet və 15 iyun 2015-ci ildə Ali adlı dörd uşaqları doğulub.
2. Hüquqların dövlət qeydiyyatı haqqında 11 fevral 2014-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 26 “a” saylı evin 3 otaqlı, ümumi sahəsi 174 kv.metr olan 43-cü mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. 06 dekabr 2018-ci il tarixli notarial qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən iddiaçı sözügedən mənz ilin 2/3 hissəsini cavabdehə bağışlayıb.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı qarşı “nikahın pozulması, uşaqların yanında saxlanılması və aliment tələbinə dair” iddiası təmin edilərək, tərəflər arasında 21 avqust 2007-ci ildə bağlanmış nikahın pozulması, uşaqların anaları Cavabdeh1 yanında saxlanılması, eyni zamanda uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 27 avqust 2018-ci ildən başlayaraq hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 616 manat, 01 yanvar 2019cu ildən başlayaraq hər ay, hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 640 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh1 verilməsi qət edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 Petrovna və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, bina № 26 “A”-da yerləşən 43 nömrəli mənzili 2/3 hissəsinin onun tərəfindən keçmiş arvadı - iş üzrə Cavabdeh1 bağışlaması barədə aralarında bağlanmış və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-2040 nömrə ilə qeydə alınmış 06.12.2018-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 nikahın pozulması tələbi barədə iddia ilə Bakı Şəhəri Yasamal R ayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nikahın pozulmasına razı olmadığı üçün həmin məhkəmə tərəfindən 06.11.2018-ci il tarixdə barışıq üçün 3 ay vaxt verilmiş və işin baxılması həmin müddətə təxirə salınmışdır. Ailənin bərpası məqsədi ilə İddiaçı Cavabdeh1 müraciət etdikdə sonuncu bildirmişdir ki, əgər mənzilin 2/3 hissəsini ona bağışlayarsa “nikahın pozulması tələbi barədə” iddiadan imtina edərək barışacaq. İddiaçı də ailənin bərpasını arzulayaraq 06.12.2018-ci il tarixdə Cavabdeh1 ilə birlikdə notariat kontoruna getmiş və mənzilin 2/3 hissəsinin Cavabdeh1 bağışlanması barədə müqavilə bağlamışdır. Lakin Cavabdeh1 öz vədinə əməl etməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nikahın pozulması tələbi barədə iddiadan imtina etməmiş, nəticədə Yasamal Rayon Məhkəməsinin 06.02.201 9-cu il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Göstərilənləri nəzərə alan İddiaçı Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələblərinə əsaslanaraq bağışlamadan imtina edir və hesab edir ki, bağışlama müqaviləsi ləğv edilməlidir.
6. Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(006)-3915/2019 saylı qətnaməsi ilə (sədrlik edən S.Mustafayeva) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, P.Demodovanın İddiaçı qarşı nikahın pozulmasına dair iddiasına məhkəmədə baxılan dövrdə iddiaçı nikahın pozulmasına razı olmadığından Cavabdeh1 razılığı ilə məhkəmə onlara 06.11.2018-ci il tarixdə barışıq üçün 3 ay vaxt vermişdir. Bu müddət ərzində iddiaçı əmlakın 2/3 hissəsini 06.12.2018-ci il tarixli, 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində təsdiq edilmiş, reyestrdə 4Ə-2040 № ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında cavabdehə bağışlamışdır. Lakin cavabdeh öz vədinə əməl etməmiş və onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuşdur. Belə ki, cavabdeh üzərinə nikahı pozmamaq, ailəsini bərpa etmək və uşaqlarına baxmaq barədə vəzifələr götürmüşdür.
8. Yuxarıda qeyd olunanlar Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələbləri baxımından bağışlamaqdan imtina, yəni bağışlama müqaviləsinin ləğvi üçün əsasdır. Bundan başqa, bağışlanmış Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 26A saylı evin 43 nömrəli mənzili iddiaçı və cavabdehin ümumi mülkiyyətidir və iddiaçı həmin əmlaka dair bağışlama yolu ilə sərəncam vermiş, İddiaçı ümumi mülkiyyətdə olan əmlakı bağışlamaqla Mülki Məcəllənin 667.1-ci maddəsinin tələblərini pozmuşdur.
9. M əhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 667, 670, 673-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh Cavabdeh1 Petrovna həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2019-cu il tarixli, 2(103)-12958/2019 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) apellyasiya şikayətin qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir k i, iddiaçı sonradan verdiyi ərizəsində iddianın həm əsasını, həm də predmetini dəyişdirdiyi üçün MPM-nin 53-cü maddəsinin tələbləri gözlənilməyib. Bu səbəbdən də sonradan verilən ərizə iddianın dəyişdirilməsi sayıla bilməz. Birinci instansiya məhkəməsi isə ərizəni icraatına qəbul edərkən prosessual qaydalara əməl etməyib, sonradan verilmiş tələbə baxmaqla, həmçinin 24 may 2019 tarixli qərardadla icraata qəbul edilmiş “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələbə baxmamaqla prosessual qanunverciliyin tələblərini pozub. Hazırki halda məhkəmə araşdırmasının əsasını iddiaçının məhkəməyə təqdim etdiyi və prosessual qanunvericiliyin tələbinə əsasən icraata qəbul edilmiş “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələb təşkil edir. Eyni zamanda mənzilə dair bağış lama müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır. Çünki boşanma tələbi ilə məhkəməyə müraciət etdiyi və münasibətlərinin gərgin olduğu bir vaxtda iddiaçının cavabdehi zənginləşdirmək məqsədilə (motivasiyası ilə) mənzili ona bağışlaması ağlabatan görünmür. Bundan əlavə, mənzil tərəflərin birgə nikahı dövründə əldə edildiyindən və mənzilə münasibətdə tərəflərin paylarının bərabərliyi prezumpsiyası qüvvədə sayıldığından, mənzilin 2/3 hissəsini cavabdehə bağışlamaqla əslində iddiaçı özünə aid olmayan əmlak üzərində sərəncam verib ki, bu da qanunun tələblərinə ziddir. Həmçinin bağışlama müqaviləsi tərəflər arasında olan münasibəti pərdələmək məqsədilə bağlanmış yalan əqddir. Həmin əqdi bağlayarkən tərəflərin nəzərdə tutduğu razılaşma (Cavabdeh1 ni kahın pozulmasından imtina edir, bunun müqabilində iddiaçı mənzili ona bağışlayır) isə qanuna zidd olub. Bundan başqa, iddiaçı payını müəyyən etmədən mənzilin 2/3 hissəsini cavabdehə bağışlamaqla mülki qanunvericiliyin tələblərini pozub.
13. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 340.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələblərinə istinadən əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh Cavabdeh1 Petrovna qətnamədən kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2641/2020 saylə, 25.09.2020-ci il tarixli qərarı ilə kassasiya şikayət i təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 13.11.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
16. Kassasiya instansiyasının mövqeyinə görə, hazırki halda iddiaçı məhkəməyə əvvəl “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələblə müraciət edib, sonradan isə yazılı ərizə verərək “bağışlama müqaviləsinin ləğv edilməsini” tələb etməklə iddiasını dəyişdirib. Göründüyü kimi iddiaçı, sonradan verdiyi ərizəsində əslində iddianın əsasını deyil, predmetini dəyişdirib, həm əvvəl, həm də sonradan verilmiş ərizədə iddianın əsasını “ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin yerinə yetirilməməsi” təşkil etmişdir.
17. Məhkəmə daha sonra qeyd etmişdir ki, hazırki halda sözügedən bağaşlama müqaviləsinin tərəflər arasında olan hər hansı münasibətləri pərdələmək məqsədi ilə bağlanması mülki iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi bağışlama müqaviləsinin yalan əqd olmaqla, əslində başqa əqdi pərdələmək, yəni Cavabdeh1 nikahın pozulması tələbindən imtina etməsi və ailəsini qoruyub saxlaması şərti ilə iddiaçının mənzilin 2/3 hissəsini ona bağışlaması qənaətinə gəlsə də, gəldiyi nəticəni sadalanan maddələrin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb. Belə ki, əvvəla işdən görünür ki, tərəflərin ər-arvad münasibətləri faktiki olaraq uzun müddətdir ki, pozulub və hətta “nikahın pozulması tələbinə dair” mülki işə baxılarkən məhkəmənin qərardadı ilə 06 noyabr 2018-ci il tarixdə tərəflərə barışıq üçün üç ay vaxt verilməklə işə baxılması təxirə salınsa da, Cavabdeh1 bu müddət ərzində nəinki nikahın pozulması tələbindən imtina edib, əksinə nikahın pozulmasını israrla tələb etdiyindən Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, onlar arasında bağlanmış nikah pozulub.
18. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, iddiaçının mənzilin 2/3 hissəsini cavabdehə bağışlamaqla əslində özünə aid olmayan əmlak üzərində sərəncam verməsi, payını müəyyən etmədən mənzilin 2/3 hissəsini cavabdehə bağışlamaqla onun mülki qanunvericiliyin tələblərini pozması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni də əsaslı saymaq olmaz. Çünki Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. d Apelyasiya instansiyası məhkəmə sindəki ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli, 2(103)-1021/2021saylı qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), R.Həsənov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı mənzilin 2/3 hissəsini Cavabdeh1 şərtsiz bağışlamamışdır. İddiaçı hədiyyə verməkdə niyyəti Cavabdeh1 üzərinə gələcəkdə nikahı pozmamaq, ailəsini bərpa etmək və uşaqlarına baxmaq vəzifəsinin qoyulması olmuşdur. Təsadüfi deyildir ki, bağışlama müqaviləsinin bağlanması onların arasındakı nikahın pozulması barədə məhkəmə mübahisəsi olan və barışıq üçün verilmiş müddət ə düşür. Beləliklə müqavilənin şərtlə bağlanması işin halları ilə müəyyən edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassaisya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə Ali Məhkəmənin 25.09.2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə zidd olan qətnamə çıxartmışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarını n izahatları
24. Məhkəmə iclasında Cavabdeh1 Petrovnanın vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.
25. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
328. Şərtlə bağlanmış əqdlər 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 328.2. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onl ar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə
406. Müqavilənin form ası 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə
666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə
668. Bağışlama forması. Bağışlama vədi 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında t əsdiqləndikdə etibarlı hesab edilir. Maddə
673. Bağışlamaqdan imtina 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən fakt larla və hallarla əlaqədardır. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və pros essual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının və on vəkilinin izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehlərin kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
34. Kasasiya instansiyası məhkəməsinin apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv a raşdırmayıb.
35. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarına görə, iddiaçı özünün mülkiyyətində olan mənzilin 2/3 hissəsini 06 dekabr 2018-ci il tarixli notarial qaydada təsdiqlənmiş bağışlama müqaviləsinə əsasən cavabdehə bağışlayıb. Həmin dövrdə tərəflərin arasında olan nikahın pozulmasına dair P.Demodovanın iddiası ilə başlanmış mülki işə baxılırdı və məhkəmə tərəfindən tərəflərə barışıb nikah münasibətlərini bərpa etmək üçün üç ay vaxt verilmişdi. Bağışlama müqaviləsi bağlandıqdan sonra, yəni 06.02.2009-cu il tarixdə məhkəmənin qətnaməsi ilə tərəflərin arasında olan nikah pozulmuşdur.
36. İddiaçı iddia edir ki, bağışlama müqaviləsini P.Demodovanın boşanmaması şərti ilə bağlamışdır və sonuncu bu şərti pozduğuna, yəni nikahın pozulması tələbindən imtina etmədiyinə gör ə Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsasən müqavilə ləğv edilməlidir.
37. İddia tələbinin düzgün həlli üçün Mülki Məcəllənin aşağıdakı normalarına müraciət olunmalıdır.
38. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. Mülki Məcəllənin 389-cu maddəsinin təfsirindən görünür ki, müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır.
40. Müqavilə tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə bağlanmış sayılır. Müqavilə tərəflərdən birinin oferta (mü qavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. (Mülki Məcəllənin 399.1 və 405-ci maddələri).
41. Bu normalardan çıxış etməklə o nəticəyə gəlmək olar ki, müqavilə, tərəflərin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında qarşılıqlı razılığa gəldikləri şərtlərin məcmusudur. Müqavilənin bağlanması təkcə tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Tərəf bu müqaviləyə istinad etməklə digər tərəfdən müqavilə şərtinin icra (lazımi qaydada icra) olunmasını, şərtin pozulmamasını tələb edə bilər. B aşqa sözlə, tərəf müqavilə öhdəliyinə istinadən yalnız müqavilədə nəzərdə tutulmuş vəzifənin icrasını tələb etmək hüququna malikdir.
42. Bu normaların baxılan işə tətbiqi onu ehtiva edir ki, cavabdehin nikahın pozulmasına dair iddiasından imtina etmək barədə müqavilə şərti nəzərdə tutulmadığına görə, iddiaçı bu şərtə əsaslanan iddia irəli sürə bilməz.
43. Məhkəmənin “İddiaçı mənzilin 2/3 hissəsini Cavabdeh1 şərtsiz bağışlamamışdır” nəticəsi yarımçıq və işin hallarına uyğun olmayan nəticədir.
44. Məhkəmə bu nəticəyə yalnız iddiaçı tərəfin hədiyyə verməkdə niyyətinin Cavabdeh1 üzərinə gələcəkdə nikahı pozmamaq, ailəsini bərpa etmək və uşaqlarına baxmaq vəzifəsinin qoyulmasından ibarət olması barədə izahatına əsasən gəlmişdir.
45. Məhkəmə eyni zamanda bildirmişdir ki, təsadüfi deyildir ki, ba ğışlama müqaviləsinin bağlanması onların arasındakı nikahın pozulması barədə məhkəmə mübahisəsi olan və barışıq üçün verilmiş müddətə düşür.
46. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla “müqavilə şərti” üçün xarakterik hal, tərəflərin müqavilə bağlayarkən istək və niyyətlərinin açıqlanması, buna xidmət edən ikitərəfli və ya çoxtərəfli razılaşmanın nəticəsi kimi ortaya çıxmasıdır. Müqavilə bağlanarkən tərəfin açıqlanmamış niyyəti, digər tərəflə razılaşdırılmış olmur və müqavilə şərti üçün zəruri olan əlamətə (“razılaşma” əlamətinə) malik olmur. Buna görə də “Cavabdeh1 üzərinə gələcəkdə nikahı pozmamaq, ailəsini bərpa etmək və uşaqlarına baxmaq vəzifəsini qoymaq niyyəti ilə müqavilə bağlaması” barədə dəlil, müqavilənin ləğvi üşün legitim əsas deyildir.
47. Bundan başqa, iddiaçı cavabdehin nikahın pozulmasını tələb etməmək, ailə münasibətlərini bərpa etmək şərti ilə bağışlama müqaviləsini bağladığını bildirsə də, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-301/2019 saylı, 06.02.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 iddiasına əsasən tərəflərin arasında olan nikah pozulmuşdur. Həmin məhkəmə iclasında İddiaçı nikahın pozulmasını istəmədiyini, bununla bağlı cavabdehlə sözügedən bağışlama müqaviləsi bağladığını bildirməmiş, əksinə, nikahın pozulmasına, uşaqların analarının yanında qalmasına və sabit məbləğdə aliment ödənilməsinə razılığını bildirmişdir.
48. Bundan əlavə, iddiaçının iddia ərizəsində tələbinin hüquqi əsası kimi istinad etdiyi, habelə məhkəmənin iddia tələbini təmin edərkən əsaslandığı Mülki Məcəllənin 673.1.2-ci maddəsində hədiyyə alanın, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmasından bəhs edilir.
49. İddiaçının və məhkəmələrin istinad etdiyi bu normada bəhs olunan ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr, cavabdehin nikahın pozulmasını tələb etməsinə zidd deyildir. Ailə hüquq münasibətlərində nikahın pozulmasını tələb etməmək vəzifəsi müəyyən olunmamışdlr və bu cür vəzifə ailə hüquq münasibətlərinin təməl prinsiplərinə ziddir.
50. Məhkəmənin yalnız iddiaçının izahatına əsaslanmaqla onun göstərdiyi faktı müəyyən olunmuş hal kimi qəbul etmişdir. Lakin bu faktın müəyyən olunması zamanı təkcə iddiaçı tərəfin izahatları deyil, həm də cavabdehin izahatı nəzərə alınmalı, hər iki izahatda göstərilən məlumatlar işin digər halları ilə müqayisəli təhlil edilməklə nəticəyə gəlinməlidir.
51. Çünki iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər.
52. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məz mununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır.
53. İş üzrə Ali Məhkəmənin 25.09.2020-ci il tarixli qərarında məhkəmə kollegiyası bildirmişdir ki, əqdin şərtlə bağlanması Mülki Məcəllənin 328-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin mənasına görə əqdin şərtlə bağlanmış əqd kimi tanınması üçün onun iştirakçıları arasında bağlanmış müqavilədə həmin şərtlərin qeyd olunması zəruridir. Həmin hal mühüm əhəmiyyət kəsb edir. Tərəflər üçün belə əqd üzrə hüquqi nəticələr yalnız həmin şərtlərin yerinə yetirildiyi hallarda yarana bilər.... Hazırda mübahisələndirilən bağışlama müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş veribverməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməyib, bir sözlə bağışlama müqaviləsinin hər hansı, o cümlədən Cavabdeh1 nikahın pozulması tələbindən imtina etməsi və ailəsini qoruyub saxlaması şərti ilə bağlanmış sayılması mülki iş materialları ilə istisna olunur.
54. Lakin apelyasiya instansiyası məhkəməsi yenə müqavilənin şərtlə bağlandığı barədə nəticəyə gəlmişdir. Halbuki, apelyasiya instansiyası məhkəməsində işə yenidən baxılarkən bu nəti cəyə gəlməyə əsas verən fərqli sübut təqdim olunmamış, yalnız iddiaçının izahatına istinad etməklə bu nəticəyə gəlinmişdir. İş materiallarında olan bağışlama müqaviləsinin məzmunundan görünür ki, həmin müqavilə cavabdeh tərəfindən hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Hüquq və vəzifələrin əmələ gəlməsi hər hansı halların olması ilə şərtləndirilməmişdir. Konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər-hansı məhdudiyyətin olması müəyyən edilməmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktik halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıl dıqdan sonra qiymət verilmiş olmalıdır.
56. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh1 Petrovnanın kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli, 2(103)1021/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.