Məhkəmə qərarları › İş №2(102)-4894/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4894/2021

28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4894/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair ilkin iddiası və Cavabdeh1 MMC-nin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: mənəvi ziyanın əvəzinin ödənilməsi, zərərin kompensasiyası kimi ödənilmiş pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahverdiyev Ümüd Nadir oğlunun katibliyi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi Məhərrəmov Şahin Mayıl oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3787/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının həyat yoldaşı X4 24.07.2018-ci il tarixdə Cavabdeh1 MMC-də fəhlə kimi işə qəbul olunmuş, 25.07.2018-ci il tarixdə MMC-nin həyətyanı sahəsindəki istismar müddəti bitmiş “Kraz” markalı yük avtomobilinin metal hissələrini qaz kəsici alətlə kəsərkən avtomobilin yanacaq çəninin qızması nəticəsində yanacağın buxarlanmasından çənin qapağı atılmış və çəndən çıxan yanacaq onun üzərinə tökülmüş, nəticədə o, yanıq xəsarətləri alaraq 26.07.2018-ci il tarixdə vəfat etmişdir.

2. Ağaməli Qurbanovun ölümü ilə nəticələnmiş hadisəyə görə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2, texniki-təhlükəsizlik üzrə mühəndisi Cavabdeh4 və sex rəisi Kərimov X5 Rayon Məhkəməsinin 27.12.2018-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmişlər.

3. Cavabdeh1 MMC tərəfindən İddiaçı mərhum X3 dəfn və yas mərasimlərinin xərcləri üçün və maddi yardım olaraq 7.300 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənəvi zərərin ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 50.000 m anat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı Cavabdehlərin hüquqa zidd əməlləri nəticəsində X4 vəfat etmiş, bunun nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində o, ailə başçısını itirmiş, stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı keçirmişdir. İddiaçı cavabdehin işçisinin təqsiri üzündən həyat yoldaşını itirmişdir. Onun keçirtdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir.

6. Cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh1 MMC-nin xeyrinə 7.300 manat məbləğində pulun Azərbaycan Respublikasının Silahlı X6 xeyrinə 1000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum həyat yoldaşı Ağaməli Qurbanovun vəfatından sonra Cavabdeh1 MMC mərhumun dəfn və yas mərasimlərinin təşkili ilə bağlı bütün xərcləri öz üzərinə götürərək, mərhumun qardaşı X1 01.08.2018-ci il tarixində 2519 manat, 05.08.2018-ci il tarixində 450 manat, 13.08.2018-ci il tarixində 502 manat, 19.08.2018-ci il tarixində 502 manat, 26.08.2018-ci il tarixində 502 manat, 27.08.2018-ci il tarixində 603 manat, 01.09.2018-ci il tarixində 2000 manat, 03.09.2018-ci il tarixində 300 manat, 10.09.2018-ci il tarixində 20 manat, 29.10.2018-ci il tarixində 1011 manat, 31.10.2018-ci il tarixində 100 manat, 31.05.2019-cu il tarixində 1000 manat, 23. 07.2019-cu il tarixində 3000 manat, ümumilikdə 12.509 manat məbləğində ödənişlər edilmişdir. Mərhumun qardaşı Yusubəli Qurbanov cinayət işi üzrə zərərçəkmişin hüquqi varisi kimi tanındığından və başqa diqqətəlayiq hallara görə ona ödənilən məbləğin geri tələb edilməsi üçün heç bir əsas yoxdur. 2018-ci ilin avqust ayının əvvəllərində İddiaçı müəssisəyə gələrək özünü mərhum Ağaməli Qurbanovun həyat yoldaşı kimi təqdim edib və mərhumun vəfatından sonra ailənin maddi vəziyyətinin çətinləşməsi səbəbindən maddi yardım edilməsini xahiş etmişdir. Hadisədən qısa vaxt keçdiyindən, soyadlarının eyni olduğundan və vəziyyət kifayət qədər həssas olduğundan İddiaçı ilə mərhumun nikahda olub-olmaması (nikahın qeydə alınıb-alınmaması) araşdırılmadan maddi yardımın edilməsi üçün onun bank hesabına 09.08.201 8-ci il tarixdən 04.10.2019-cu ilədək hər ay olmaqla, ümumilikdə 6.800 manat məbləğdə pul köçürülmüşdür. Yalnız 2009-cu ilin yanvar ayı üçün ödənilmiş 500 manat məbləğində pul İddiaçı nağd şəkildə təqdim edilmişdir. Beləliklə İddiaçı ümumilikdə 7.300 manat məbləğində pul ödənilmişdir. 2019-cu ilin oktyabr ayı üçün ödəniş edildikdən sonra İddiaçı ödənişlərin aparılması dayandırılmışdır. Belə ki, müəssisəyə məlum olmuşdur ki, İddiaçı ilə mərhum arasında rəsmi nikah mövcud deyil, üstəlik onlar arasında bağlılıq yoxdur. İddiaçı özünü mərhumun həyat yoldaşı kimi təqdim edərək müəssisəni aldatmışdır. Digər tərəfdən identik işlər üzrə formalaşmış məhkəmə təcrübəsində də 15000-20000 manat kompensasiyanın ödənilməsi nəzərdə tutulur. Hadisənin baş verməsindən sonra təqribən 20.000 manat məbləğində k ompensasiya ödənilmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(011)5502/2020 saylı qətnaməsi ilə (hakim Ə.Abbasova) ilkin iddianın qismən təmin edilməsi, mənəvi zərərə görə 10.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə İddiaçı ilə X2 nikahının 25.08.1986-cı ildə bağlandığını müəyyən etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin işçiləri olmuş Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 təqsiri üzündən iddiaçının əri X2 ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirtdiyi stress və əziyyətləri ilə bağlı vurul muş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı vurulan mənəvi zərərin əvəzi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 MMC tərəfindən ödənilməlidir.

10. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC, İddiaçı tərəfindən aldadıldığını iddia etsə də, məhkəmə araşdırması zamanı tərəflərin qarşılıqlı razılaşması əsasında qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mərhum Qurbanov Ağaməlinin dəfn və yas mərasimlərinin keçirilməsi, eləcə də maddi yardım olaraq 7.300 manat məbləğində pul vəsaitinin ödənilməsi müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh1 MMC-nin xeyrinə 7.300 manat məbləğində pulun, Azərbaycan Respublikasının Silahlı X6 xeyrinə 1.000 manat pulun tutulması barədə qarşılıqlı iddiası əsassız hesab edilərək rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh1 MMC-nin nümayəndəsi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3787/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) Cavabdeh1 MMC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulmalı olan mənəvi ziyanın məbləğinə aid hissədə dəyişdirilmiş, Cavabdeh1 MMC-dən mənəvi ziyana görə 5.000 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işçilərinin təqsirli hərəkətləri nəticəsində vəfat etmiş şəxsin dəfn və yas xərclərini ödəmiş olması, habelə onun həyat yoldaşına müəyyən məbləğdə maddi yardım göstərməsi, Cavabdeh1 MMC-ni sonuncuya dəymiş mənəvi ziyanı qarşılamaq məsuliyyətindən azad etmir, bununla belə MMC-nin hadisədən sonrakı davranışları onun bu məsuliyyətinin ölçüsü müəyyənləşdirərkən nəzərə alınmalıdır.

14. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçıya dəymiş mənəvi zərərin 5.000 (beş min) manat həcmində müəyyənləşdirilməsi mənəvi iztirablarının ağlabatan əvəzi kimi qəbul edilə bilər.

15. Qarşılıqlı iddia üzrə gəlinən nəticəni apellyasiya instansiyası məhk əməsi əsaslı hesab edərək bununla bağlı qeyd etmişdir ki, qarşılıqlı iddiaçı iddia tələbini İddiaçı mərhumun həyat yoldaşı olmadığı halda yalan məlumat verərək MMC-dən pul almış olduğu arqumenti ilə əsaslandırsa da, həmin hal təsdiqini tapmamış, X10 Qurbanovanın 1986-cı ildə nikah bağladıqları müəyyən olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, hətta qeyri-rəsmi nikah münasibətləri belə Avropa Konvensiyasının 8-ci maddəsi kontekstində “şəxsi həyat” kimi qiymətləndirilir və Avropa Məhkəməsi ailə həyatının mövcudluğu məsələsini hər bir işdəki konkret faktlar əsasında və münasibətlərin iştirakçıları arasında sıx şəxsi əlaqələrin mövcudluğuna dair ümumi prinsip əsasında həll edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayəti nin dəlilləri

16. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mənəvi ziyanın məbləğinin 10.000 (on min) manat müəyyən edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmənin qətnaməsi subyektiv meyarlarla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri

18. Cavabdeh1 MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin araşdırmaları zamanı "xxxx" MMC tərəfindən iddiaçıya 19809 manat məbləğində mənəvi zərərin ödənilməsi tam təsdiq edilib. Bu da eyni xarakterli məhkəmə mübahisələri üzrə formalaşmış məhkəmə təcrübəsində təmin edilən məbləğə uyğun gəlir. İddiaçı hadisə ilə əlaqədar Cavabdeh1 MMC-dən 19.809 manat məbləğində vəsaiti aldığı halda hansı əsaslarla əlavə 50000 manat tələb etməsini, hətta indiki halda 10000 manat vəsait tələb etməsini heç bir ağlabatan arqumentlərlə və təkzibedilməz sübutlarla əsaslandırmayıb. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında Cavabdeh1 MMC-ni n vəkili və nümayəndəsi Məhərrəmov Şahin Mayıl oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiyi və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəz i zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

24. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş iddia üzrə delikt hadisəsinin baş verməsi, bu hadisənin nəticəsində iddiaçının mənəvi zərərə uğraması, habelə mənəvi zərərin ödənilməsinə görə cavabdehliyi Cavabdeh1 MMC-nin daşıması mübahisələndirilmir. Kassasiya şikayətinin dəlilləri mənəvi zərərə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlıdır.

29. Nəzərə alınmalıdır ki, şəxsin ailə üzvlərinin ölməsi halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mə nəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

30. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Lakin ümumi qaydaya görə zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.

31. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran ş əxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

32. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. 33. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Mə hkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

34. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.

35. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında mənəvi zərərlə bağlı məsələyə bu baxımdan yanaşaraq göstərmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsul iyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər.

36. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya ödənilməli olan kompensasiyanın miqdarını müəyyən edərkən işin hallarını bu meyarlara uyğun təhlil edərək göstərmişdir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi mənəvi ziyan məbləği həmin meyara cavab vermir.

37. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi X2 ölümü ilə nəticələnmiş hadisədən sonra başlanmış cinayət işi üzrə onun qard aşı Yusubəli Qurbanov zərərçəkənin hüquqi varisi qismində tanınmış, Cavabdeh1 MMC mərhumun dəfn və yas mərasimlərinin təşkili ilə bağlı ona ümumilikdə 12 509 manat vermiş, bundan əlavə ilkin iddiaçıya (İddiaçı) 7300 manat ödəniş həyata keçirmiş, həm İddiaçı, həm də mərhumun digər ailə üzvləri istintaq orqanına və məhkəməyə Cavabdeh1 MMC-nə qarşı heç bir şikayətlərinin olmadığı barədə ərizələr ünvanlamışlar.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işçilərinin təqsirli hərəkətləri nəticəsində vəfat etmiş şəxsin dəfn və yas xərclərini ödəmiş olması, habelə onun həyat yoldaşına müəyyən məbləğdə maddi yardım göstərməsi, Cavabdeh1 MMC-ni sonuncuya dəymiş mənəvi ziyanı qarşılamaq məsuliyyətindən azad etmir. Bununla belə MMC-nin hadisədən sonrakı davranışları onun bu məsuliyyətin in ölçüsü müəyyənləşdirərkən nəzərə alınmalıdır. Şərh olunanların məcmusunu, xüsusilə, ilkin iddiaçının ərinin vəfatından 2 ildən artıq vaxt keçdikdən sonra iddia qaldırmış olmasını nəzərə alan kollegiyanın qənaətinə görə, ona dəymiş mənəvi zərərin 5000 manat həcmində müəyyənləşdirilməsi mənəvi iztirablarının ağlabatan əvəzi kimi qəbul edilə bilər.

39. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır və dəymiş mənəvi zərərin 5000 manat həcmində müəyyənləşdirilməsini sosial, psixoloji və iqtisadi qiymətləndirmə baxımından mütənasib və ədalətli sayır. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya mənəvi zərərə görə kompensasiyanı 5.000 manat məbləğində müəyyən etməklə qanuni nəticəyə gəlmişdir.

40. Kassatorun kasasiya şikayətində apellyasiya instansiy ası məhkəməsi tərəfindən işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığı, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyi barədə dəlilləri iş materialları ilə müəyyən edilmir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3787/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar