Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-491/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-10292/2019 saylı qətnaməsindən iddiaçı X12 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev, iş № 2(001)-3722/2018) iddiaçı X12 qızının cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddiası təmin edilərək MTK ilə Cavabdeh2 arasında N-də yerləşən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının 2-ci girişi, 8-ci mərtəbəsində yerləşən üç otaqlı, ümumi sahəsi 152,8 kv.metr olan 173 saylı mənzilinə dair bağlanmış xx xxxxxx 2009-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin” ləğv edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin iddiaçı X12 qızının faktiki mülkiyyətinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn, iş № 2(103)13388/2018) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni müqavilənin ləğv edilməsi hi ssəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: V.Ə.İbayev, A.K.Kalbalıyev və Ə.Ə.Əliyev, iş № 2(102)-3570/19) Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev) Cavabdeh2 apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qə tnaməsi ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: Yuxarıda göstərilən mənzilə dair MTK tərəfindən X6 ilə xx xxxx 2007-ci il tarixdə, X12 qızı ilə yenə xx xxxx 2007-ci il tarixdə, Cavabdeh2 ilə xx xxxxxx 2009-cu il tarixdə, X7 ilə xx xxxxxx 2009-cu il tarixdə, X8 ilə xx xxxxxx 2009-cu il tarixdə “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə”lər bağlanmışdır. 2018-ci ilin mart ayında X12 qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilə dair xx xxxx 2007-ci il tarixdə X6 ilə müqavilə bağlanmasını, 2009-cu ildə mənzili aldıqdan sonra onunla Zamiq Hüseynovla bağlanmış tarixə, yəni xx xxxx 2007-ci il tarixə müqavilə bağlanmasını, 2016-cı ildə mənzilin təmirinə icazə verildikdən sonra ora getdikdə, həmin mənzilin başqası tərəfindən, yəni Cavabdeh2 tərəfindən təmir edilməsinin ona məlum olmasını, mənzilin Cavabdeh2 satılmamışdan əvvəl xx xxxxxx 2009-cu il tarixdə X3, sonra isə X1, sonuncunun da mənzili Cavabdeh2 satmasını, mənzilə dair onunla xx xxxx 2007-ci il tarixdə müqavilənin bağlanmasına görə Cavabdeh2 ilə bağlanmış xx xxxxxx 2009-cu il tarixli müqavilənin ləğv edilməsinə, Cavabdeh2 oradan çıxarılmaqla mənzilin onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı X12 qızı kassasiya şikayəti verərək cavabdehlə bağlanmış müqavilənin uydurma əqd olmaqla ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmasını, mənzili onu birinci almış şəxsdən almasını, m əhkəmə kollegiyasının sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla işə baxmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh2 vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmama lı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzilə dair müqavilə ilk öncə xx xxxx 2007-ci il tarixdə Zamiq Hüseynovla bağlanmış, lakin həmin müqavilə ləğv və ya etibarsız hesab edilmədən xx xxxxxx 2009-cu il tarixdə X3, sonradan eyni tarixli müqavilələrlə X5 və sonra Cavabdeh2 satılmışdır. İş materiallarından görünür ki, İddiaçıa iş üzrə cavabdehlər – MTK ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. (421.1) Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (421.2) Qanunun həmin normasından göründüyü kimi müqavilənin ləğv edilməsi barədə tələb yalnız onun iştirakçılarından biri tərəfindən irəli sürülə bilər. İddiaçıa həmin müqavilə üzrə tərəf olmadığından onun göstərilən müqavilənin ləğv edilməsini tələb etmək hüququ olmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən məhz işin həmin halına əsaslanmışdır. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, iddianın rədd olunması qanuni və əsaslı olduğundan iddiaçının kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-491/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-491/2020
22.01.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver