Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4923/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4923/20 (Açar sözlər:vətəndaşlıq vəziyyəti aktlarının düz olmaması, qeydin etibarsız hesab edilməsi) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “doğum haqqında şəhadətnamədə uşağın ata adı qrafasındakı qeydin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(105)-1509/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar
1. İddiaçı ilə Cavabdeh1 ilə xx xxxx 2014-də faktiki, xx xxx 2015-də rəsmi nikaha giriblər.
2. Şabran rayon məhkəməsinin 2(031)-1143/ 2017 saylı xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsi ilə cavabdeh İddiaçı hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir.
3. Şabran rayon məhkəməsinin 2(031)- 848/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında xx xxx 2015-ci ildə Cavabdeh2ndə bağlanmış 96 saylı ni kah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2017-ci il təvəllüdlü xxx AZ-İİİ seriyalı, 864589 nömrəli doğum haqqında şəhadətnaməsində uşağın ata adı qrafasındakı qeydin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdehlə ailə həyatı qurandan sonra iddiaçının sağlamlığında problem olduğundan birgə nikahlarından övladları anadan olmamışdır. İddiaçı dəfələrlə müalicələr alsa da, heç bir xeyri olmamışdır. 6. 2017-ci ilin yanvar ayında iddiaçı Rusiya Federasiyasında olarkən Cavabdeh1 Azərbaycan Respublikasından ona telefonla zəng edərək xx.xx.2017-ci il tarixdə övladlarının anadan olduğunu iddiaçıya bildirmişdir. İddiaçı həmin vaxt artıq 1 il idi ki, fasiləsiz olaraq işi ilə əlaqədar Rusiya Federasiyasında yaşayırdı.
7. İddiaçının xəbəri və razılığı olmadan Cavabdeh1 Cavabdeh2nə müraciət edərək, iddiaçını xx.xx.2017-ci il tarixdə anadan olmuş xxx uşağın doğum haqqında şəhadətnaməsinə uşağın atası kimi qeyd etdirmişdir.
8. Cavabdeh1 Şabran rayon Məhkəməsinə iddia ilə müraciət edərək iddiaçının xəbəri olmadan uşaq üçün aliment də kəsdirmişdir.
9. İddiaçı xəstə olması səbəbindən xx.xx.2017-ci il tarixdə anadan olmuş xxx uşağın atası ola bilməməsini iddia edir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 46.1 və 47.1-ci maddələrinə istinad etmişdir. 11.Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərdadı ilə bioloji ekspertiza təyin edilmişdir. 12. xxx tərəfindən verilmiş 912/2019 MTBŞ saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunub ki, anası Cavabdeh1 olan X2 adlı uşaq barəsində İddiaçı atalıq faktı inkar olunmadı.
13. Cavabdeh1 iddiaya etiraz olaraq bildirmişdir ki, İddiaçı ilə xx xxxx 2014-cü idə faktiki, xx xxx 2015-ci il tarixdə rəsmi nikaha daxil olublar. Ər-arvad münasibətlərindən xx.xx.2017-ci il tarixdə xxx uşaqları olmuşdur.
14. İddiaçının iddiasını əsassız hesab edir. Çünki xx xxxxxx 2017-ci il tarixdə doğulmuş uşaq iddiaçının uşağıdır. İddiaçı ilə birgə münasibətlərindən doğulmuşdur. Ekspert rəyi də bunu təsdiq edir. Alimenti verməməyə görə iddiaçı hər şeyə əl atır, əsası olmayan bəhanələr gətirir.
15. Şabran Rayon Məhkəməsinin 2(031)-74/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qə tnaməsi ilə iddia tələbi təmin edilməmişdir.(hakim Çingiz İsgəndərov)
16. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə əsasən hesab etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə İddiaçı məhkəmədə uşağın mayasının qoyulması müddətində Rusiya Federasiyasında olduğunu bildirsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edə bilməmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Məhkəmə –xxx tərəfindən verilmiş 912/2019 MTBŞ saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən təqdim olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən anası Cavabdeh1 olan X2 adlıuşaq barəsində İddiaçı atalıq faktı inkar olunmur.
18. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının xx xxxxxx 2 017-ci il tarixdə doğulmuş uşağın atası olması faktı inkar olunmadığı üçün iddia təmin edilməməlidir.
19. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 46.1,46.2,47.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 77.1,106.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı qətnamədən apelyasiya şikayəti verib.
21. Apelyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiq hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı munasibətlərini əks etdirmir. Ekspert rəyi qeyri-mötəbər və ziddiyytəlidir.
22. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(105)1509/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-74/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Səyyad Qafari(sədrlik edən və məruzəçi) Şəmsəddin Abasov, Telman Məmmədov)
23. Apelyasiya məhkəməsinin mövqeyinə görəbirinci instansiya məhkəməsi hazırkı mübahisəyə Ailə Məcəlləsinin 44.2-ci maddəsini tətbiq etməklə və iddianı həmin əsasla rədd etməklə qanuni nəticəyə gəlmişdir.
24. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəb ul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gələrkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir.
25. Apelyasiya məhkəməsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş xx xxxx 2007-ci il tarixli qərarına istinad edərək vurğulamışdır ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
26. Sübutetmə yükü daşıyan iddiaçının öz tələb və etirazlarının əs ası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübut təqdim edə bilmədiyindən, apelyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi qanunvericilik normalarını düzgün hesab edərək, gəldiyi nəticə üçün əlavə olaraq Ailə Məcəlləsinin 44.2. maddəsinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı qətnamədən kassasiya şikayəti verib.
28. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına uyğun əsaslandırılmış, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmiş, əlavə olaraq iddiaçı DNT analizindən keçməkdən imtina etməməsini, bunun üçün s adəcə maddi imkanının olmamasını bildirmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
29. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
30. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutl ar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Maddı 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməs i tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
35. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
36. İddia tələbi atalığa dair mübahisədir.
37. İddiaçı xx xxx 2015-ci ildən xx xxxxxxxx 2018-ci ilədək rəsmi nikahda olduğu Cavabdeh1 doğulan xx xxxxxx 2017-ci il təvəllüdlü uşağın atası olmamasını iddia edir və bunu üçün 2 əsas göstərir: sağlamlığının imkan verməməsi və uşağın mayası bağlanan vaxt Rusiya Federasiyasında olması.
38. Məhkəmələr iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi bu halları sübut etməməsinə istinad etmişlər.
39. Əksinə, işin məhkəmələr tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, iddiaçının Cavabdeh1 tərəfindən doğulan xx xxxxxx 2017-ci il təvəllüdlü uşağın atası olması inkar edilməyib.
40. İşin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etmişdir.
41. Apelyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
42. Məhkəmə kollegiyası da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
42. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
43. İddiaçı kassasiya şikayətində DNT analizindən keçməkdən imtina etməməsini, bunun üçün sadəcə maddi imkanının olmamasını bildirməklə, dolayısı ilə iş üzrə DNT analizinin keçirilməməsini dəlil kimi irəli sürsə də, məhkəmə kollegiyası bunu qəbul etmir. Çünki iddiaçı nə birinci instansiya məhkəməsində belə bir vəsatət verməmiş, nə apelyasiya şikayətində bunu mübahisələndirməmiş, nə də apelyasiya baxışında belə bir vəsatətlə çıxış etməmişdir. Həm də bu dəlil işin faktiki hallarının araşdırılması ilə əlaqəli dəlildir. Kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi M ülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(105)1509/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.