Məhkəmə qərarları › İş №2(102)-4938/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4938/2022

27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4938/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim) Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-622/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh 24 yanvar 2021-ci il tarixdə, saat 19 radələrində VAZ 21074 markalı, **ED-*** dövlət qeydiyyat nişanlı avtomobili İsmayıllı şəhərinin H.Əliyev prospektində idarə edərkən, yolu keçən piyada İddiaçı vurmuş və sonuncu qapalı kəllə-beyin travması, başbeyin əzilməsi, baş-beyinə qansızma ilə müşayiət olunan sağ gicgah nahiyəsinin yarası, hər iki ağ ciyərlərin əzilməsi, sol tərəfli hemopnevmotoraks (döş boşluğuna qanın və havanın yığılması), sağdan İİİ, İV, V, soldan İİ, İİİ, İV qabırğaların, sol kürək, sol bud sümüyünün, hər iki qasıq və oturaq sümüklərin qapalı sınıqları, burnun və sol əlin arxa səthinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərər vurmaya aid bədən xəsar ətləri almışdır.

2. Həmin yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsiri müəyyən olunmuş və cinayət məsuliyyətinə cəlb edilərək, İsmayıllı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 1(037)-56/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən sağlamlığına vurulmuş xəsarət nəticəsində keçirəcəyi əməliyyata və çəkilmiş əlavə xərclərə görə 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğdə pulun tutularaq onun xeyrinə ödənilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 24 yanvar 2021-ci il tarixdə saat 19:00 radələrində törətdiyi yol-nəqliyyat hadisəsi səbəbindən iddiaçı 8 gün ərzində travmatik şok vəziyyətində olmuş, ayıldıqdan sonra bir neçə gün yaxınlarını tanımamışdır. Xəstəxanada və evdə olduğu müddətdə cavabdeh tibbi və digər xərcləri, keçirəcəyi tibbi əməliyyatların pulunu ödəyəcəyinə söz vermiş, lakin sonradan həmin xərcləri qarşılamaqdan imtina etmişdir. Cavabdehin təqsiri üzündən baş vermiş hadisə nəticəsində iddiaçı əmək qabiliyyətini və iş yerindən əldə edəcəyi qazancını itirmişdir. Bundan başqa, sağlamlığına vurulmuş xǝsarət nəticəsində iddiaçının müalicəyə, əlavə qidalanmaya, dərmana, müalicə müəssisəsinə gedib-gəlmək və digər müayinə xərclərinin ç əkilməsinə ehtiyacı var. Lakin maddi imkansızlıq səbəbindən növbəti tibbi əməliyyatını həyata keçirə bilmir. Tibbi əməliyyat və digər xərclər üçün 5000 manat lazımdır. Cavabdeh tibbi əməliyyat üçün lazım olan xərcləri qarşılamaqdan imtina etdiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının müalicəsi üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasında 700 manat, Şəki rayonundan donor qan üçün 150 manat, "Plazma" üçün 110 manat, Bakı şəhəri Sabunçu rayon xəstəxanasında 600 manat, Neyrocərrahiyyə xəstəxanasında 300 manat, təcili yardim zamanı 180 manat, Göyçay rayon xəstəxanasında təcili yardıma görə 550 manat pul ödəmişdir. Bundan sonra da əməliyyat adı ilə 1500 manat, travmatoloq hək imə verilməsi adı ilə 820 manat, bir ay ərzində xəstəxanada yatdıği üçün 1500 manat, evinin ərzaq pulu üçün 1000 manat, dərman almaq üçün 500 manat, pampers üçün 300 manat, yol pulu 500 manat, taksi pulu 300 manat və palata görə 150 manat olmaqla, cəmi 9160 manat pul ödəmişdir. İddiaçı cinayət işi üzrə ibtidai istintaqa verdiyi izahatında xəstəxanada və evdə olduğu müddətdə onun tibbi və digər xərclərini ödədiyini, onunla barışdığını, şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə ərizə də yazmışdır. Bütün bunlara baxmayaraq haqsız olaraq iddiaçı ondan əlavə olaraq 5000 manat pul tələb edir. O, iddiaçının müalicəsi üçün bütün xərcləri çəkmişdir.

6. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-56/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Şirinov) İddiaçı Cavabdeh qarş ı iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hazırki iş üzrə iddiaçı sağlamlığına vurulmuş xəsarət nəticəsində keçirəcəyi əməliyyata görə cavabdehdən hər hansı məbləği tələb etməkdə haqlı deyil. Çünki həmin məbləğ real dəymiş zərər deyil və iddiaçı həmin xərclərə görə hər hansı məbləğ lazım olacağını ehtimal edir. Bundan əlavə iddiaçı iddia tələbində cavabdehdən çəkilmiş əlavə xərclərə görə pul tələb etsə də, həmin faktları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddəsinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1118.1, 1118.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verib, İsmayıllı Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunm ası barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-622/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(037)-56/2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmiş, Cavabdeh “sağlamlığa vurulmuş xəsarətə görə keçiriləçək əməliyyat və xərclərə görə” 5000 (beş min) manat pulun və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının sağlamlığına cavabdehin qanunazidd hərəkətləri nəticəsində zərər vurulması mübahisəsiz old uğu halda, yalnız cavabdehin sübut olunmayan izahatına istinad edilməklə birinci instansiya məhkəməsinin qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırma kimi qəbul etmək olmaz. Kollegiyanın qənaətinə görə cavabdehin törətdiyi əmələ görə cəzasını çəkməsi onu heç də mülki hüquqi məsuliyyət daşımaqdan kənarda qoya bilməz. O, törətmiş olduğu cinayət əməli nəticəsində cəzasını çəksə də, bu əməl nəticəsində vurduğu zərər üçün məsuliyyət daşıyır və zərəri də ödəməlidir. Çünki işin faktiki halları ilə sübut olunur ki, İddiaçı almış olduğu xəsarətlər nəticəsində hal-hazırki vəziyyətə görə planlı cərrahi əməliyyatı zəruridir və əməliyyat istənilən zaman aparıla bilər.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin ha zırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. 13.

48. İddia tələbi təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23, 385.1, 442, 448.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia əsassız olduğu üçün təmin edilməməsini x ahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 88, 103.1, 187, 217-ci maddələrinin tətbiq edilməsində səhv buraxmış, həmin prosessual hüquq normalarını səhv təfsir edərək tətbiq edilməli olan prosessual hüquq normasını düzgün tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. İddiaçı müalicəsinə zəruri olan xərclərə dair bir-birinə zidd olan arayışlar təqdim edib. Halbuki, iddiaçının sağlamlığına vurulmuş xəsarət nəticəsində keçirəcəyi əməliyyatın icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi mümkündür. İddiaçı icbari tibbi sığorta üzrə tibbi xidmət göstərilməsi üçün müraciət etmədən, müxtəlif arayışlar toplamaqla müalicə xərclərinin ödənilməsini tələb edir. İddiaçının təqdim etdiyi X1 həkimi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli resept dəymiş zərərin müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz.

17. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətlərinə qarşı yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa ydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrin dən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. Maddə 1118.1. Fiziki şəxsə xəs arət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.

1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o va xt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına zərər vurulmuşdur (qərarın 1 və 2-ci paraqrafları).

39. İddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096, 1097, 1115 və 1118-ci maddələri çıxış edir.

40. Hə min normaların təhlilindən o nəticə hasil olur ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

41. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür; 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

42. Yalnız bu üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər.

43. İddiaçının sağamlığına vurulan zərərin əvəzinin ödənilməsini tələb etməsi üçün həmin şərtlər mövcuddur.

44. Lakin iddiaçı onun bəhs olunan yol-nəqliyyat hadisəsi nəticəsində aldığı ağır xəsarətlərin müalicəsinə çəkdiyi xərcləri deyil, həmin hadisə səbəbindən yaranmış fəsadların aradan qaldırılması üçün həyata keçirilməli olan tibbi əməliyyat üçün zəruri olan pulun (çəkiləcək xərclərin) cavabdehdən alınmasını tələb edir.

45. Bu halda, qanunla müəyyən olunmuş sübutetmə qaydalarına əsasən, iddiaçı tibbi əməliyyatların h əyata keçirilməsinin zəruriliyi və bunun üçün tələb olunan vəsaitin məbləği barədə sübutları təqdim etməlidir. Çünki hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

46. İddiaçı onun yol-nəqliyyat hadisəsi ilə bağlı aldığı xəsarətlər nəticəsində yaranmış fəsadların aradan qaldırılması üçün tibbi əməliyyatların həyata keçirilməsinin zəruriliyi, əməliyyatların nədən ibarət olması və bunun üçün çəkilən xərclərə dair sübutları təqdim etmişdir. Məhkəmə bu cür sübut kimi kassasiya şikayətində göstərilən X1 həkimi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli resepti deyil, X2 "xxxx" MMC tərəfindən verilmiş arayışa istinad etmişdir. Həmin arayışda qeyd olunur ki, İddiaçı “sol bud sümüyünün və sol baldır sümüklərinin bitişmiş sınıqları, sol akromion və qlenoidin qeyri düzgün bitişmiş sınığı, subakromial in pincment, supraspinatus vətərinin qısalığı” diaqnozu qoyulmuşdur. Xəstədə olan hal-hazırki vəziyyətə görə planlı cərrahi əməliyyat zəruridir. Əməliyyat istənilən zaman aparıla bilər. Nəzərdə tutulmuş əməliyyatın qiyməti 8000 ABŞ dolları təşkil edir.

47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Məhkəmə kollegiyası yuxarıda göstər ilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-622/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar