Məhkəmə qərarları › İş №2(102)-494/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-494/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-494/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Hacıyev Sənan Firudin oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil1 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cuiltarixli 2(103)******/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Abıyev) xx.xx.2019-cu il tarixli, 2(001)-******/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməklə) “sığorta pulunun ödənilməsi ” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova, V.Həsənov, X.Sarıyev) xx.xx.2019-cuiltarixli 2(103)-******/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakl şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-******/2019 nömrəli qətnaməsinin iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 hərbi xidmət vaxtı ölümünə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş 11.000 manat məbləğində sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolu ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli halları araşdırmamış, sübutları hərtərəfli tədqiq etməmişdir. Məhkəmə “Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası Haqqında” AR Qanununun bəzi müddəal arının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinad edərək, iddiaçının həyat yoldaşının “Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası Haqqında” xx.xx.1997-ci il tarixli Qanunun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış hərbi qulluqçular kateqoriyasına aid olmadığını əsas gətirərək apellyasiya şikayətini təmin etməmişdir. Baxmayaraq ki, iddiaçının həyat yoldaşının hərbi xidmət zamanı vəfat etməsi (ölməsi) işin mübahisə olunmayan halıdır. Həmçinin qeyd edilməlidir ki, hazırda Azərbaycan respublikası Silahlı qüvvələrində nəinki həlak olmuş, həmçinin hərbi xidmət dövrü vəfat edən, ölən hərbi qulluqçuların vərəsələrinə 11000 manat məbləğində sığorta ödənişi verilir. Bu faktı cavabdehin nümayəndəsi Azər Hacıyev iddiaçının nümayəndəsinin sualını cavablandırarkən etiraf etmişdir. İclas protokolunda bu barədə müvafiq qeyd vardır. Lakin hakim cavabdehin bu etirafına münasibət bildirməmişdir. “Hərbi qulluqçuların və digər dövlət qulluqçularının dövlət tərəfindən mütləq şəxsi sığortalanmasına dair” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, ***** saylı Fərmanı iəl sığortalanmanın faydasının, şərtlərinin və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmış, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş xx.xx.1992-ci il tarixli, ***** saylı qərara və xx.xx.1992-ci il tarixli, ****** saylı qərarlar ilə iddiaçının mərhum həyat yoldaşı icbari sığortalanmışdır. Göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşı hərbi xidmətdə olduğu müddət ərzind ə icbari sığorta olunmuşdur. Lakin məhkəmə bu halı da nəzərə almamış və tətbiq edilməli qanun normasını düzgün tətbiq etməmişdir. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-******/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinin və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin səlahiyyətli nümayəndələriməhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Ələkbərov Kamran Əlsəftər oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, “Hərbi qulluqçuların statusu h aqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 27-ci, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3, 4, 5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli qərarının hüquqi mövqeyi nəzərə alınaraq iddiaçının həyat yoldaşı olmuş və kəskin ürək-damar çatışmazlığı nəticəsində xx.xx.1992-ci il tarixdə ölmüş X3 “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış hərbi qulluqçular kateqoriyasına aid deyildir. Bu səbəbdən iddia tə min edilə bilməz. Daha sonra apellyasiya şikayətinin nəinki həlak olmuş, həmçinin hərbi xidmət dövrü (vaxtı) ölmüş hərbi qulluqçunun vərəsələrinə 11.000 manat ödəniş verildiyi halda, onun hazırkı tələbi rədd olunması əsassız sayılması dəlili ilə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Ərazi Bütövlüyü ugrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar, xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanına əsasən həmin birdəfəlik ödəmələrlərlə bağlı iddialara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yönəldilməklə inzibati icraat qaydasında baxılması nəzərdə t utulmuşdur. Kassasiya kollegiyası apellyasiya kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, ilk olaraq kassasiya kollegiyasının birdəfəlik ödəmələrlərlə bağlı iddialara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yönəldilməklə inzibati icraat qaydasında baxılmasının nəzərdə tutulması ilə bağlı qeyd edilməlidir ki, apellyasiya kollegiyası iş materiallarını Mülki porsessual qanunvericiliyin tələblərinə uyğun olaraq tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh təşkilat məhkəmə aidiyyətini işə birinci instansiya məhkəməsində baxarkən vəsatətlə məhkəməyə müraciət edib mübahisələndirmiş, birinci istansiya məhkəməsi vəsatətin təmin edilməməsi qərarına gəlmiş, yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103) 4143/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı (səh 46) ilə birinci instansiya məhkəməsinin vəsatətin təmin edilməməsi barədə qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Digər tərəfdən apellyasiya kollegiyası iddianın təmin edilməməsi qənaətini “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 27-ci, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3, 4, 5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli qərarının hüquqi mövqeyi nəzərə alınaraq qəbul etdiyini göstərmişdir. Lakin apellyasiya kollegiyası qə bul etdiyi qətnamədə iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinin xx.xx.2017-ci il tarixli 58 nömrəli arayışı vurğulasa da, həmin arayışa hüquqi mövqe nümayiş etdirməmiş, iddiaçının mərhum həyat yoldaşının hərbi xidmətdə gizir olduğu zaman ölməsini nəzərə almamışdır. Belə ki, adıçəkilən arayışa əsasən 1955-ci il təvəllüdlü, arxiv qeydiyyatında olan mərhum gizir X4 xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək müddətli həqiqi hərbi xidmət, 15.İ1.1983-CÜ ildən xx.xx.1990-cı ilədək SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olmuş və ölümü ilə əlaqədar N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.1993-cü il tarixli əmri ilə hərbi hissəsinin siyahısından silinmişdir. Apellyasiya kollegiyasının qəbul etdiyi qətnamədə istinad etdiyi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 27-ci maddələrində də kimlərin hərbi qulluqçu hesab edilmələri, onların sığorta olunmaları barədə göstərişlər öz əksini tapmışdır. Apellyasiya kollegiyasının digər istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli qərarında da qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçular ın qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Eyni zamanda, həmin qərarla Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilm əlidir. İşə mahiyyəti üzrə baxan apellyasiya kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli qərarına istinad etmiş olsa da, həmin qərarda göstərilən bütün halları qeyd etməmiş və nəzərə almamışdır. Belə ki, apellyasiya kollegiyası həmin qərarın qərara aldı hissəsini, yəni “Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçula ra qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir.” vurğulamış olsa da, qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsinin bu mövqeyini nəzərə almamışdır. Qeyd etmək lazımdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli qərarında həmçinin qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateq oriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir. Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş ( ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Əlavə olaraq qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsi Azərbaycan Respub likasının Milli Məclisinə tövsiyə edilməli olduğunu hesab edərkən, qanunvericinin bu mexanizmin qaydasını və şərtlərini tənzimləyərkən, sığorta məbləğinin ödənilməsinin müxtəlif üsullarını seçə bilməsi imkanını, lakin qanunvericiliklə 2006-cı ildə artıq müəyyən edilmiş sığorta məbləğinin ödənilməsi həcmi ləğv edilə və ya azaldıla bilməməzliyini də göstərmişdir. Buradan da aydın olur ki, Konstitusiya Məhkəməsi Milli Məclisə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsi tövsiyyə edilməli olmasını göstərməklə, həmin şəxslərin sığorta ödənişi almalı old uğunu bildirmişdir. Göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, ədalətli məhkəmə araşdırması hüququnu tam həyata keçirməmiş, ədalətli məhkəmə araşdırması hüququ ilə yanaşı, tərəflərin bərabərliyi prinsipini də pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə mü dafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qər arlar). Kassasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlən ərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yax ud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahi yyətli məhkəmə olduğundan, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının tamlığın, obyektivliyin və ədalətliliyinin təmin edilməsi məqsədilə kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının xx.xx.2019-cuiltarixli 2(103)-******/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar