Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-495/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12222/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh x x.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2010-cu il təvəllüdlü X7 və xx xxxx 2012ci il təvəllüdlü X5 onun himayəsindədir. Cavabdeh onlarla maraqlanmır. Artıq 10 ildir ki, cavabdehlə ailəlidirlər. Amma bu illər ərzində ondan yalnız şiddət, qorxu və zorakılıq görmüşlər. Dəfələrlə onu döymüş, təhqir etmiş və uşaqlarına qarşı amansız olmuşdur. Hazırda oğlu X3 də sağlamlıq vəziyyəti yaxşı deyildir. O, bu barədə məhkəmədə də bildirmişdir. Onun sağ gözü 30-40 faiz görür. X8 adına göz instit utunda da oğlunun xəstəlik tarixçəsi mövcuddur. Ona ciddi müalicə lazımdır. Lakin uşaqların atası onlara heç bir maddi və mənəvi köməklik göstərmir. Artıq uşaqlar böyükdürlər, hər ikisi də məktəbə gedir. Onların məsrəfləri yetərincə artmışdır. O, hələ onların məktəb paltarlarını və digər məktəb ləvazimatlarını ala bilməmişdir. Hazırda uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2313/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx xxxx 2019- cu il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12222/2019 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2313/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, İddiaçı apelyasiya şikayəti qismən təmin etmiş, Cavabdeh xx xxxxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çata nadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12222/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X4 oğlu kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili X4 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-12222/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına qaytarılmasını məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh “Veysəloğlu” şirkətində fəhlə işləyir, iddiaçı ilə ər-arvad münas ibətləri pozulsa da birlikdə yaşayır, uşaqlarına baxır və bütün ehtiyaclarını ödəyir. Bundan əlavə, cavabdeh həm də yaşlı valideynlərinə qulluq edir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı X6 və Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə AR MPM-nin 67-ci maddəsinə uyğun olaraq işə onların izahatı dinlənilmədən baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2313/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsini dəyişdirib, Cavabdeh xx xxxxxx 2010-cu il təvəllüd lü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh İddiaçı ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx xxxxxx 2010-cu il tarixdə X7, xx xxxx 2012-ci ildə isə X5 doğulmuşlar. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azər baycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci ma ddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2019-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2019-ci il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda sadalanan hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üs tün tutulmasını imperativ olaraq göstərir. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqı nda” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Məhkəmə uşaqların qanunla qorunan mənafelərini, eləcə də, təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutulması ağlabatan və ədalətlidir. İddiaçı hər uşaq üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulmasını tələb etsə də, cavabdehin həmi n məbləğdə alimenti ödəmək iqtidarında olmasına dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. Onun maddi imkanının aşağı olması uşaqlarının artan tələbatının ödənilməməsinə əsas ola bilməz. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək, həm öz tələbatını, həm də uşaqlarının artan tələbatını təmin etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qə tnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edildiyi kimi aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12222/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-495/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-495/2020
22.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver