Məhkəmə qərarları › İş №2(102)-495/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-495/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-495/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı cavabdeh X oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4699/2023 nömrəli mülki iş üzrə 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehXi oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları

1. İddiaçı ilə cavabdeh X oğlu arasında nikah 03 avqust 2019-cu il tarixdə qeydə alınmışdır. Nikahdan sonra tərəflər cavabdehin valideynləri ilə birlikdə yaşamışdır.

2. Bir müddət birlikdə yaşadıqdan sonra, tərəflərin ailə münasibətləri pozulmuş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(009)2682/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 5 adda (nişan üzüyü (qiyməti təxminən 14.000 manat), bir dəst brilyant qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa) (qiyməti təxminən 35.000 manat), bir ədəd brilyant qaşlı qolbaq (qiyməti təxminən 4500 manat), bir ədəd br ilyant qaşlı boyunbağı (qiyməti təxminən 1500 manat), bir dəst brilyant qaşlı sırğa və üzük (qiyməti təxminən 1000 manat), və brilyant qaşlı tək qaş üzük (qiyməti təxminən 1000 manat) qızıl-zinət əşyalarının, qızıl-zinət əşyaları olmadıqda onların dəyərinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər birgə nikahda olduqları dövrdə ona bağışlanmış qızıl zinət əşyaları qayınanasıgilin evlərində olan dəmir seyfdə saxlanılırdı. Onun icazəsi olmadan heç bir halda seyfdən hər hansı qızıl-zinət əşyalarını götürüb istifadə edə bilməzdi. O ər evində olduğu qısa müddət ərzində bu qızıl-zinət əşyalarından yalnız 2 dəfə istifadə etmişdir. O artıq ca vabdehlə birgə yaşamağın mümkün olmadığını görüb özü atasının evinə dönmüş və gələrkən də özü ilə heç bir əşya və qızıl-zinət əşyası götürməmişdir. Aralarındakı nikah məhkəmə qaydasında pozulduğu ərəfədə, 09 iyun 2022-ci il tarixdə ona 2 çamadan və 3-4 karton qutuya qablaşdırılmış əşyalar göndərilmişdir. Lakin cavabdeh hədiyyə kimi ona alınmış yuxarıda göstərdiyi heç bir qızılzinət əşyasını geri qaytarmamışdır. Ona alınmış hədiyyələrin geri qaytarılması barədə bir neçə dəfə cavabdehin ailəsinə xəbər göndərilməsinə baxmayaraq həmin hədiyyələri qaytarmaqdan imtina etmişlər.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-738/2023 nömrəli iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin olunaraq 6 adda qızıl-zinət (nişan üzüyü (qiyməti 14.000 manat), bir dəst b rilyant qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa) (qiyməti 35.000 manat), bir ədəd brilyant qaşlı qolbaq (qiyməti 4500 manat), bir ədəd brilyant qaşlı boyunbağı (qiyməti 1500 manat), bir dəst brilyant qaşlı sırğa və üzük (qiyməti 1000 manat), və brilyant qaşlı tək qaş üzük (qiyməti 1000 manat) qızıl zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə onların dəyəri kimi ümumilikdə 57.000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı aşkar edilmişdir ki, iddiaçı cavabdehin uzun müddət evə gəlməməsi ucbatından evdən çıxıb getmişdir. Tərəflər arasında mübahisə, dava-dalaş olmamışdır. Sonuncu isə iddiaçının öz ata evinə getməsinə heç bir etiraz etməmişdir. Mübahisədən so nra 09 iyun 2022-ci il tarixdə cavabdehin obyektində işləyən, adını bilmədiyi bir oğlan 2 çamadan və 3-4 karton qutuya qablaşdırılmış əşyaları onlara gətirib vermişdir. Lakin həmin çamadanlarda iddiaçıya hədiyyə kimi verilmiş qızıl-zinət əşyaları olmamışdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh qiyabi qətnamənin ləğvini tələb etsə də, icraat təzələndikdən sonra da məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinin dəlillərinə münasibətdə təkzibedici izahatlar verməmiş, bununla yanaşı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir.

7. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək, hesab etmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Odur ki, tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğu tərəflərin və şahidlərin izahatlarının qarşılıqlı təhlili və işin mübahisəsiz halları ilə sübuta yetirilir.

8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qızıl zinət əşyalarının dəyərinin cavabdehdən tutulması hissəsində əsaslıdır.

9. Məhkəmə onu da qeyd etmişdir ki, həmin qızıl-zinət əşyalarının dəyəri müəyyən edilmədiyindən, iddia ərizəsində qızıl-zinət əşyalarının hansı ölçüdə olan qızılzinət əşyaları olması barədə hər hansı bir məlumat göstərilmədiyindən, tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilərək, yaranmış mübahisənin tam, hərtərəfli araşdırılmasından ötrü nə iddiaçı tərəfindən, nə də ki, cavabdeh tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilməmiş, bu hissədə cavabdeh iddia tələbini mübahisələndirməmişlər. Buna görə də iddiaçının tələbi əs aslıdır və o, qızıl-zinət əşyalarını qaytarılmasını tələb etmək hüququna malikdir. Həmin qızılzinət əşyaları cavabdeh tərəfindən könüllü olaraq iddiaçıya hədiyyə olaraq verilsə də, ailə münasibətlərinin pozulmasından sonra əşyaların cavabdehdə qalması qanunsuzdur və həmin əşyalar mülkiyyətçisi olan iddiaçıya qaytarılmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 31.1, 34.1, 152.1, 152.5, 157.2-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88, 106.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə nikaha daxil olan zaman el adətinə görə cavabdeh tərəfindən iddiaçıya müəyyən zinət əşyaları hədiyyə verilmişdir. Lakin həmin əşyalar heç də iddiaçının iddia etdiyi əşyalar olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya verilən zinət əşyaları isə iddiaçının da etiraf etdiyi kimi 2022-ci il tarixdə qutuya qablaşdırılmış şəkildə ona təqdim edilmişdir. (İddiaçı tərəfindən ona içində əşyaları olan 3- 4 karton qutunun ona göndərildiyini etiraf etsə də, içərisində qızıl əşyalarının olmasını isə inkar edir.) Məhkəmə isə iddia tələbində qeyd olunan qızıl zinət əşyalarının mövcudluğu, onun iddiaçıya mənsubluğu və hədiyyə edilməsini məhkə mədə mübahisələndirilmədiyini qeyd etmişdir. Halbuki, hər şeydən əvvəl baxılan iş üzrə iddiaçının tələb etdiyi qızılların mövcudluğu onun hədiyyə edildiyi, həmçinin tələb olunan qızıl zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməli idi. İddiaçı öz tələbini sübut edə bilməmişdir. Məhkəmə isə heç bir əsas və mötəbər sübut olmadan yalnız iddiaçının mülahizəsinə və iddiaçı tərəfindən məhkəməyə şahid kimi təqdim edilmiş yaxın qohumlarının həqiqətə uyğun olmayan ifadəsinə əsaslanmışdır. Məhkəmə isə məhkəmə proseslərində cavabdehin iştirakını təmin etməyərək, iddiaya qarşı öz etirazlarını bildirməkdə, həqiqətləri məhkəmənin diqqətinə çatdırmaq imkanından cavabdeh tərəfi məhrum etmişdir.

13. Apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş tələb olunan qızılzi nət əşyaları ilə bağlı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 15 sentyabr 2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, mülki iş üzrə 5 adda müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2023cü il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan ümumi dəyəri 24.750 manat təşkil edir. O cümlədən, 1 ədəd brilyant qaşlı 750 əyar nişan üzüyü /1qr-130AZN/750 əyar / 1.000 manat; 1 dəst brilyant qaşlı 750 əyar komplekt/1qr- 130AZN /750 əyar /17.500 manat; 1 ədəd 25 qram rəngli qaşlı (rubin) 22 ayar qolbaq (ərəb qızılı) (təqribən)/ 1qr-150AZN/ 22k / 3.750 manat; 1 ədəd brilyant 750 ayar boyunbağı / 1qr-130AZN/ 750 ǝyar/1300 manat; 1 dəst brilyant 750 əyar sırğa və üzük / 1qr-130 AZN / 750ǝyar/1200 manat təş kil edir.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(103)-4699/2023 nömrəli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, nişan üzüyü (qiyməti 1.000 manat), bir dəst brilyant qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa) (qiyməti 17.500 manat), bir ədəd brilyant qaşlı qolbaq (qiyməti 3750 manat), bir ədəd brilyant qaşlı boyunbağı (qiyməti 1300 manat), bir dəst (brilyant qaşlı sırğa və üzük) qiyməti 1000 manat ibarət qızı-zinət əşyalarının, həmin qızıl-zinət əşyaları olmadıqda onların dəyəri 24.550 ma nat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

15. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, ki, iddia ərizəsində qızılzinət əşyalarının hansı ölçüdə olan qızıl-zinət əşyaları olması barədə hər hansı bir məlumat göstərilməsə də həmin qızıl-zinət əşyalarının qiymətlərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən birinci instansiya məhkəməsi bu barədə qiymətləndiricinin təyin edilməsinin mümkünlüyünü müzakirə etməmişdir ki, bununla da növbəti prosessual pozuntuya yol vermişdir.

16. Hazırda iddiaçı iddia edir ki, nişan mərasimində eləcə də digər tədbirlərdə ona müxtəlif sayda qiymətli qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Lakin mübahisəli qızılzinət əşyaları tərəfindən götürülməmiş və hal-hazırda cavabdehin sahibliyindədir. Cavabdeh isə apellyas iya şikayətində bildirir ki, nikaha daxil olan zaman el adətinə görə cavabdeh tərəfindən iddiaçıya müəyyən zinət əşyaları hədiyyə verilmişdir. Lakin həmin əşyalar heç də iddiaçının iddia etdiyi əşyalar olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya verilən zinət əşyaları isə iddiaçının da etiraf etdiyi kimi 2022-ci il tarixdə qutuya qablaşdırılmış şəkildə ona təqdim edilmişdir.

17. Hazırda cavabdeh tərəf ilk olaraq iddiaçıya müəyyən zinət əşyalarını verilməsini qəbul etməklə həmin qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq etmiş, digər tərəfdən həmin qızıl-zinət əşyalarının qablaşdırılmış şəkildə iddiaçıya qaytarıldığını bildirmişdir ki, bununla da həqiqətən iddiaçının qeyd etdiyi qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması barədə sübut etmə yükünü üzərinə götürsə də bununla öz vəzifəsini i cra etmiş hesab etmiş, lakin iddia ərizəsində göstərilən əşyaların tam olaraq qaytarılmasını sonuncu təsdiq etməmişdir.

18. Belə ki, cavabdeh iddiaçıya verilən zinət əşyalarının 2022-ci ildə qutuya qablaşdırılmış şəkildə ona təqdim edilməsini göstərsə də, iddiaçı tərəfindən içində əşyaları olan 3-4 karton qutunun ona göndərildiyi, içərisində brilyant qaşlı tək qaş üzükdən və cavabdehə iddiaçının atası tərəfindən alınmış nişan üzüyündən başqa qızıl əşyalarının olmasını inkar etmiş, qalan qızılların qablaşdırmalarda olmamasını, belələklə də, ona qaytarılmamasını göstərmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaçıya hədiyyə verilmiş olduğunu inkar etmədiyi qızıl-zinət əşyalarının iddiaçıya qaytarıldığını bildirsə də, brilyant qaşlı tək qaş üzük istisna olmaqla iddia edil ən digər qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması barədə sübut etmə yükü ilə bağlı öz vəzifəsini tam icra etməmiş və bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin, qızıl-zinət əşyalarının sayı, çeşidi və dəyəri mübahisələndirilmədiyindən bununla bağlı əlavə araşdırma aparılmasına ehtiyac qalmamışdır.

20. Cavabdeh tərəf apellyasiya baxışı zamanı üzük və komplektdən (ağ qızıldan olan boyunbağı, qolbaq, üzük-sırğa) ibarət qızıl-zinət əşyalarını məhkəmə zalında iddiaçıya təqdim etsə də, iddiaçı həmin əşyaları qəbul etməkdən imtina edərək bildirmişdir ki, cavabdehin təqdim etdiyi bu əşyalar ona hədiyyə edilmiş qızıl-zinət əşyaları olmamışdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus qızıl- zinət əşyaları (brilyant qaşlı tək qaş üzük i stisna olmaqla) cavabdehin yaşadığı evdə qalmışdır.

21. İddia tələbi qızıl-zinət əşyalarının (brilyant qaşlı tək qaş üzük istisna olmaqla) qaytarılması hissəsində əsaslı olmuşdur.

22. Apellyasiya məhkəməsinin qənaətinə görə, cavabdehdən tutulmalı olan qızıl-zinət əşyalarının (brilyant qaşlı tək qaş üzük istisna olmaqla) dəyəri təqdim edilmiş qiymətləndirmə hesabatına uyğun müəyyən edilməlidir. Lakin mütəxəssis tərəfindən qiymətləndirilmiş qızıl-zinət əşyalarının ümumi dəyəri 24.750 manat, o cümlədən bir dəst brilyant qaşlı sırğa və üzüyün qiyməti 1200 manat məbləğində qiymətləndirilsə də, iddiaçı tələbində həmin bir dəst brilyant qaşlı sırğa və üzüyün dəyərini 1000 manat göstərmişdir.

23. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı öz tələbində qiyməti təxminən 1000 manat o lan brilyant qaşlı tək qaş üzüyü tələb etsə də, apellyasiya baxışı zamanı həmin üzüyün cavabdeh tərəfindən iddia ərizəsində göstərildiyi kimi qutularda ona verildiyi müəyyən edilmişdir. Belə olan iddia tələbi bu hissədə təmin oluna bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, 1 ədəd nişan üzüyü (qiyməti 1.000 manat), bir ədəd brilyant qaşlı qolbaq (qiyməti 3750 manat), bir 1 ədəd brilyant qaşlı boyunbağı (qiyməti 1300 manat), bir dəst (brilyant qaşlı sırğa və üzük) qiyməti 1000 manat ibarət qızı-zinət əşyalarının, həmin qızıl-zinət əşyaları olmadıqda onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hiss ədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti, apellyasiya şikayətinə uyğun əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, məhkəmə iclası zamanı cavabdeh qalan ağ qızıldan olan boyunbağı, qolbaq, üzük-sırğanı iddiaçıya təqdim etsə də iddiaçı həmin əşyaları qəbul etməkdən imtina etmişdir. Buna səbəb olaraq bu əşyaların ona hədiyyə verilən əşyalar olmadığını bildirmişdir. Lakin bu əşyalardan başqa heç bir qızıl-zinət əşyaları cavabdehdə qalmamışdır. Məhkəmə isə heç bir əsas və mötəbər sübut olmadan yalnız iddiaçının mülahizəsi ilə qızıl-zinət əşyalarının da cavabdehdə qalması qənaətinə gələrək onların cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etmişdir. İddiaçı ilk növbədə qızıl-zinət əşyalarının mövcudluğunu sübuta yetirməlidir. Buna görə də iddianın etiraf edilməmiş, yəni nişan üzüyü, bir ədəd brilyant qaşlı qolbaq, 1 ədəd brilyant qaşlı boyunbağı, bir dəst (brilyant qaşlı sırğa və üzük) qızıl-zinət əşyaların göstərilən hissədə təmin edilməsi üçün iddiaçı tələb etdiyi əmlakın mövcudluğunu, birgə nikah dövründə əldə edildiyi və ya hədiyyə edildiyini və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu, habelə ona göstərilən məbləğdə maddi zərər vurulduğunu sübuta yetirməlidir. Mülki işin məhkəmə baxışı zamanı iddiaçı qızıl-zinət əşyalarının onda olmadığını və hal-hazırda cavabdehdə saxlandığını bildirmişdir. Cavabdeh tərəf nişan üzüyü, bir ədəd brilyant qaşlı qolbaq, 1 ədəd brilyant qaşlı boyunbağı, bir dəst (brilyant qaşlı sırğa və üzük) qızıl-zinət əşyalarının onda olmadığın ı bildirmişdir. Ağ qızıldan boyunbağı, qolbaq və üzük-sırğa dəst istisna olmaqla, digər qızıl-zinət əşyalarının cavabdehdə olması ilə bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Bu səbəbdən də iddia tələbinin həmin hissəsi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə məns ub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

30. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

31. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiy a baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında qismən, iddia tələbinin təmin edilən hissəsində yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

39. Kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın mübahisələndirilən hissədə təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

41. Belə ki, apellyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, mübahisələndirilən qızıl-zinət əşyalarının dəyəri müəyyən edilmədiyindən, iddia ərizəsində qızıl-zinət əşyalarının hansı ölçüdə olan qızıl-zinət əşyaları olması barədə hər hansı bir məlumat göstərilmədiyindən, tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilərək, yaranmış mübahisənin tam, hərtərəfli araşdırılmasından ötrü nə iddiaçı tərəfindən, nə də ki, cavabdeh tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilməmiş, bu hissədə cavabdeh iddia tələbini mübahisələndirməmişdir.

42. Birinci instansiya məhkəməsi göstərilən mövqedən çıxış edərək iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları olmadıqda iddia tələbində göstərilən təxmini qiymətlərin cavabdehdən alınmasını qət etmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırıb qeyd etmişdir ki, iddia ərizəsində qızıl-zinət əşyalarının hansı ölçüdə olan qızıl-zinət əşyaları olması barədə hər hansı bir məlumat göstərilməsə də, həmin qızıl-zinət əşyalarının qiymətlərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, birinci instansiya məhkəməsi bu barədə qiymətləndiricinin təyin edilməsinin mümkünlüyünü müzakirə etməmişdir ki, bununla da növbəti prosessual pozuntuya yol vermişdir.

44. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən əsaslara görə ləğv edilməli və işə apellyasiya icraatı qaydasında mahiyyəti üzrə baxılaraq iddia tələbinə və apellyasiya şikayətinin digər dəlillərinə qiymət verilməlidir.

45. Belə ki, işin faktiki hall arı ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə X X1 Zəhra Zakir qızı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmuşdur.

46. Hazırda İddiaçı iddia edir ki, nişan mərasimində eləcə də digər tədbirlərdə ona müxtəlif sayda qiymətli qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Lakin mübahisəli qızılzinət əşyaları tərəfindən götürülməmiş və hal-hazırda cavabdehin sahibliyindədir.

47. Cavabdeh isə kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərmişdir ki, nikaha daxil olan zaman el adətinə görə cavabdeh tərəfindən iddiaçıya müəyyən zinət əşyaları hədiyyə verilmişdir. Lakin, həmin əşyalar heç də iddiaçının iddia etdiyi əşyalar olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya verilən zinət əşyaları isə iddi açının da etiraf etdiyi kimi 2022-ci il tarixdə qutuya qablaşdırılmış şəkildə ona təqdim edilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi, işin müəyyən edilmiş hallarına münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırda cavabdeh tərəf ilk olaraq iddiaçıya müəyyən zinət əşyalarını verilməsini qəbul etməklə həmin qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq etmiş, digər tərəfdən həmin qızıl-zinət əşyalarının qablaşdırılmış şəkildə iddiaçıya qaytarıldığını bildirmişdir ki, bununla da həqiqətən iddiaçının qeyd etdiyi qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması barədə sübut etmə yükünü üzərinə götürsə də bununla öz vəzifəsini icra etmiş hesab etmiş, lakin iddia ərizəsində göstərilən əşyaların tam olaraq qaytarılmasını sonuncu təsdiq etməmişdir.

49. Belə ki, cavabdeh iddiaçıya verilə n zinət əşyalarının 2022-ci ildə qutuya qablaşdırılmış şəkildə ona təqdim edilməsini göstərsə də, iddiaçı tərəfindən içində əşyaları olan 3-4 karton qutunun ona göndərildiyi, içərisində brilliant qaşlı tək qaş üzükdən və cavabdehə iddiaçının atası tərəfindən alınmış nişan üzüyündən başqa qızıl əşyalarının olmasını inkar etmiş, qalan qızılların qablaşdırmalarda olmamasını, beləliklə də, ona qaytarılmamasını göstərmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi ədəddə və qiymətdə, eləcə də, onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düş ən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların iddiaçı tərəfindən evdən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir.

51. Apellyasiya instansiyası məhkəməsi cavabdehin irəli sürdüyü arqumentlərlə razılaşmayıb qeyd etmişdir ki, cavabdeh iddiaçıya hədiyyə verilmiş olduğunu inkar etmədiyi qızıl-zinət əşyalarının iddiaçıya qaytarıldığını bildirsə də, brilyant qaşlı tək qaş üzük istisna olmaqla iddia edilən digər qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması barədə sübut etmə yükü ilə bağlı öz vəzifəsini tam icra etməmiş və bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, qızıl-zinət əşyalarının sayı, çeşidi və dəyəri mübahisələndirilmədiyindən bununla bağlı əlavə araşdırm a aparılmasına ehtiyac qalmamışdır.

52. Cavabdeh tərəf apellyasiya baxışı zamanı üzük və komplektdən (ağ qızıldan olan boyunbağı, qolbaq, üzük-sırğa) ibarət qızıl-zinət əşyalarını məhkəmə zalında iddiaçıya təqdim etsə də, iddiaçı həmin əşyaları qəbul etməkdən imtina edərək bildirmişdir ki, cavabdehin təqdim etdiyi bu əşyalar ona hədiyyə edilmiş qızıl-zinət əşyaları olmamışdır.

53. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus qızılzinət əşyaları (brilyant qaşlı tək qaş üzük istisna olmaqla) cavabdehin yaşadığı evdə qalmışdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbi qızıl-zinət əşyalarının (brilyant qaşlı tək qaş üzük istisna olmaqla) qaytarılması hissəsində əsaslı olmuşdur.

54. Apellyasiya baxışı za manı iddianın predmetini təşkil edən nişan üzüyü, bir dəst brilyant qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa), bir ədəd brilliant qaşlı qolbaq, bir ədəd brilliant qaşlı boyunbağı, bir dəst (brilliant qaşlı sırğa və üzük), brilliant qaşlı tək qaş üzüyün bazar dəyərlərinin müəyyən edilməsi üçün qiymətləndirmə təyin edilmişdir. 55. "xxxx" MMC tərəfindən təqdim edilmiş 15 sentyabr 2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, mülki iş üzrə 5 adda müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2023-cü il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan ümumi dəyəri 24.750 (iyirmi dörd min yeddi yüz əlli) manat təşkil edir. O cümlədən, 1 ədəd brilliant qaşlı 750 əyar nişan üzüyü /1qr-130AZN/750 əyar / 1.000 manat; 1 dəst brilliant qaşlı 750 əyar komplekt/1qr -130AZN /750 əyar / 17.500 manat; 1 ədəd 25 qram rəngli qaşlı (rubin) 22 ayar qolbaq (ərəb qızılı) (təqribən)/ 1qr150AZN/ 22k / 3.750 manat; 1 ədəd brilliant 750 ayar boyunbağı / 1qr-130AZN/ 750 ǝyar/1300 manat; 1 dəst brilliant 750 əyar sırğa və üzük / 1qr-130 AZN / 750ǝyar/1200 manat təşkil edir.

56. Qeyd olunan qiymətləndirmə hesabatını şübhə altına alan eləcə də həmin qiymətlərlə razılaşmamaq üçün hər hansı hal müəyyən edilməmişdir.

57. Beləliklə, apellyasiya instansiyası məhkəməsi, belə qənaətə gəlmişdir ki, cavabdehdən tutulmalı olan qızıl-zinət əşyalarının (brilliant qaşlı tək qaş üzük istisna olmaqla) dəyəri təqdim edilmiş qiymətləndirmə hesabatına uyğun müəyyən edilməlidir.

58. Lakin, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mütəxəssis tərəfindən qiymətlən dirilmiş qızıl-zinət əşyalarının ümumi dəyəri 24.750 manat, o cümlədən bir dəst brilliant qaşlı sırğa və üzüyün qiyməti 1200 manat məbləğində qiymətləndirilsə də, iddiaçı tələbində həmin bir dəst brilliant qaşlı sırğa və üzüyün dəyərini 1000 manat göstərmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi qismən təmin edilərək, nişan üzüyü (qiyməti 1.000 manat), bir dəst brilliant qarnitur (boyunbağı, bil ərzik, üzük, sırğa) (qiyməti 17.500 manat), bir ədəd brilliant qaşlı qolbaq (qiyməti 3750 manat), bir ədəd brilliant qaşlı boyunbağı (qiyməti 1300 manat), bir dəst (brilliant qaşlı sırğa və üzük) qiyməti 1000 manat ibarət qızı-zinət əşyalarının, həmin qızıl-zinət əşyaları olmadıqda onların dəyəri 24550 manat cavabdeh X oğlundan alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

59. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(103)-4699/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar