Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4957/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 xxxoğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X1 və İddiaçı10 Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 2 saylı region üzrə X6 cəlb edilməklə “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 xxx oğlunun, İddiaçıları vəkili Vəkil, Cavabdehin vəkili xxxoğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)565/2021 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İş materiallarında Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı cədvələ əsasən həmin Cəmiyyətin 16 nəfər şəxsə ümumilikdə 176118,64 manat, o cümlədən İddiaçı6 (maşinist) - 2000 manat, İddiaçı10 (pikap) - 4000 manat, İddi açı2 (layihə rəhbəri) 45104 manat, İddiaçı1 (tikinti üzrə konsultant) - 34460 manat, İddiaçı3 xxxoğluna (maşinist) - 9494 manat, İddiaçı7 (sürücü) - 2726 manat, X2 (maşinist) - 8848 manat, İddiaçı8 (maşinist) - 10792 manat, İddiaçı5 (maşinist) - 11278 manat, İddiaçı4 (maşinist) 12778 manat məbləğində əmək haqqı borcu vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 2 saylı region üzrə X4 08 iyul 2019-cu il tarixli məktubuna əsasən təqdim olunmuş məktubdan və müəssisədə çalışan işçilərin izahatlarından, həmçinin rəhbəri olduqları qrup üzrə əmək haqqı borcuna dair "xxxx" MMC-nin rəhbərliyi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş cədvəldən məlum olmuşdur ki, 15 şikayətçidən yalnız İddiaçı2 müəssisə ilə əmək münasibətləri əmək qanunvericiliyinə uyğun olaraq rəsmi ləşdirilmiş, digər işçilər isə əmək müqaviləsi bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. İş üzrə apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə sənədlərin texniki ekspertizasının 10 noyabr 2020-ci il tarixli rəyinə əsasən mülki işin 196-cı vərəqində olan “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddəki çap mətni və həmin sənəddə olan əlyazma mətni, imzalar, möhür əksi ayrı-ayrı vaxtlarda icra olunmuşdur. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış mətnin, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların tərtib olunma mütləq vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “Mülki işin materiallarına əlavə ed ilmiş (iş vərəq 70) “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddə möhür və imzaların həmin sənəddə olan mətnlə eyni vaxtda icra edilib edilmədiyi müəyyən edilsin” sualı üzrə tədqiqat aparılmadı. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 xxxoğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X3 və İddiaçı10 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmək haqqı borcu olaraq 140480 manat pulun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, 2016-cı ilin mart ayında Gəncə şəhərinin su və kanalizasiya sisteminin tikintisinə dair tenderin qalibi iş üzrə Cavabdeh MMC və iddiaçılar arasında olan raz ılaşmaya əsasən onlar 20 mart 2016-cı ildən etibarən Gəncə şəhəri su və kanalizasiya sisteminin bərpası işlərinə cəlb olunmuşdur. Bir müddət layihə əsasında müəyyən işlər görsələr də, cavabdeh təşkilat tərəfindən iddiaçılara olan əmək haqqı borcu vaxtlı-vaxtında ödənilmədiyindən, həmin layihə üzrə işlərin dayandırmaq məcburiyyətində qalmışlar. Nəticədə cavabdeh təşkilatın onlara ümumilikdə 140480 manat hazırki günə ödənilməmiş borcu qalmışdır. Dəfələrlə cavabdeh təşkilata, digər aidiyyəti dövlət orqanlarına borcun ödənilməsi ilə bağlı müraciət etsələr də, bu heç bir nəticə verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-ci il tarixli, 2(005)3926/2019 nömrəli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia təmin edilərək, Cavabdeh MMC-dən 140480 manatın iddiaçılar İddiaç ı1, İddiaçı2, İddiaçı3 xxxoğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X1 və İddiaçı10 xeyrinə tutulması qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar və cavabdeh şirkət arasında əmək münasibətləri əmək qanunvericiliyinin tələblərinə uyğun rəsmiləşdirilməsə də, iddiaçılar cavabdeh üçün iş görmüş, cavabdeh isə bunun müqabilində həmin işin dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə iş materiallarında olan Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və təsdiqlənmiş cədvəl üzrə məlumatlara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425-ci maddələrinə istinad etməklə iddianın əsaslı hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-ci il tarixli, 2(005)-3926/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)-565/2021 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(005)-3926/2019 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı2 xxx oğlunun iddia tələbi qismən təmin olunmuş, Cavabdeh MMC-dən 2298,71 manatın alınaraq ona ödənilməsi, onun iddia tə ləbinin qalan hissədə, digər iddiaçıların iddia tələblərinin isə bütünlükdə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıları iddia tələbinin qanuni əsasını fərdi əmək mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndi və 294-cu maddəsi ilə birlikdə götürülməklə həmin Məcəllənin 288-ci maddəsinin d) bəndi təşkil edir. İddiaçılar tələblərinin əsası kimi məhkəməyə X6 ilə olan yazışmaları, eləcə də Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və təsdiqlənmiş “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənədin kserosurətini təqdim etmişlər. İddiaçılar hazırkı tələbləri ilə bağlı məhkəməyə hər hansı başqa sübut, xüsusən də cavabdehlə əmək münasibətlərini təsdiqləyən əmək müqavilələ rini təqdim edə bilməmişlər. Rayon məhkəməsi yalnız mülki iş materiallarında olan Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və təsdiqlənmiş “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənədin kserosurətinə əsaslanmaqla iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə sənədlərin texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2020-ci il tarixli rəyinə əsasən mülki işin 196-cı vərəqində olan “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddəki çap mətni və həmin sənəddə olan əlyazma mətni, imzalar, möhür əksi ayrı-ayrı vaxtlarda icra olunmuşdur. İddiaçılar (İddiaçı2 istisna olmaqla) isə cavabdehlə əmək qan unvericiliyinin yuxarıda istinad olunan normalarının tələblərinə uyğun olaraq əmək münasibətlərində olmalarına, onunla bağlanmış (razılaşmış) əmək müqaviləsinə əsasən 2016-cı ilin mart ayından həmin ilin dekabr ayınadək əmək funksiyalarını yerinə yetirdiklərinə, eləcə də, cavabdehin onlara əmək müqaviləsinə əsasən görmüş olduqları işlərə görə ödənilməmiş əmək haqqı borcunun olmasına dair biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut təqdim edə bilməmişlər. İddiaçı2 iddiasına münasibətdə məhkəmə qeyd etmişdir ki, o, cavabdehdən əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı ödənilməmiş qalan əmək haqqısını tələb edərkən digər iddiaçılar kimi eyni sübutlara istinad etmişdir ki, həmin sübutların da iddia tələblərinin təsdiqi üçü n kifayət etmədiyi (əsaslı olmadığı) müəyyən edilmişdir. Bununla belə, İddiaçı2 münasibətdə sübutetmə yükü ilə bağlı fərqli hal müəyyən edilmişdir. Mülki iş materiallarına Cavabdeh MMC-nin direktoru İddiaçı7 X6nə ünvanladığı 23 may 2019-cu il tarixli, 20 saylı məktubun kserosurəti əlavə olunmuşdur. Həmin məktubda göstərilmişdir ki, şikayətçilərdən yalnız İddiaçı2 xxx oğlu 24 yanvar 2017-ci il tarixdən 16 noyabr 2017-ci il tarixinədək müəssisədə layihə rəhbəri vəzifəsində çalışmış, aylıq əmək haqqı 250 manat olmuş, əməkdaş öz xahişi ilə 16 noyabr 2017-ci il tarixdə işdən azad olunmuş, müəssisə tərəfindən maliyyə çətinliklərinə görə əməkdaşa olan 2298,71 manat borc ödənilməmiş, lakin borcun ən tez zamanda ödəniləcəyinə dair zəmanət verilmişdir. Aparılan araşdırmalar zamanı Cavabdeh MMC-nin d irektoru İddiaçı7 həmin sənəddəki imzanın ona aid olduğunu və həqiqətən də, Əmək Müfəttişliyinə həmin məzmun və tarixdə məktub ünvanladığını təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı2 iddia tələbi qismən, 2298,71 manat məbləğə dair hissədə sübut olunmuş hesab edilməli və təmin edilməlidir. O, iddia tələbinin qalan hissəsinə dair digər iddiaçılar kimi hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinin İddiaçı2 iddiası ilə bağlı hissəsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (Azərbaycan Respublikası Əmək Məcəlləsi, maddə 296.4). Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də, “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;...müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə də “mülkiyyət” kimi qiymətləndirilə bilər. (“İatridis Yunanıstana qarşı”, şikayət №31107/96, b.54, AİHM 1999-İİ; “Beyeler İtaliyaya qarşı”, şikayət №33202/96, b.100, AİHM 2000-1) Avropa Məhkəmə si bir çox sonrakı qərarlarında da ərizəçilərə müəyyən məbləğlərdə pulun ödənilməsindən (məsələn: əmək haqqı, pensiya və sair) imtina hallarını da Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məsələn: AİHM 18.04.2012-ci il tarixli Qərarında (“Burdov Rusiyaya qarşı”) Çernobıl qəzasının iştirakçısı kimi ərizəçiyə təyin olunmuş kompensasiyanın ödənilməməsini onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə iddiaçının ona ödənilməmiş əmək haqqı tələbi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun “mülkiyyəti” hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) tələblərə iddia müddəti şamil edilmir. Belə olan halda, İddiaçı2 iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə 10 iddiaçının olmasına və onların hər birinin cavabdehdən konkret məbləğdə əmək haqqı tələb etməsinə baxmayaraq, məhkəmə qətnaməsinin nəticə hissəsində hansı iddiaçının xeyrinə cavabdehdən hansı məbləğdə pulun tutulmasını ayrı-ayrılıqda göstərməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 10 mart 2021-ci il tarixli, 2(103)-565/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbini təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işə iddiaçıların və vəkillərinin iştirakları təmin olunmamış, məhkəməyə dəvət olunmuş şahidlər dindirilməmiş, sübutlar düzgün qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 xxx oğlu və iddiaçılar vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, tə min edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin vəkili xxxoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 iddiası qismən təmin olunsa da, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Kassasiya şikayəti iddiaçılar tərəfindən verilmiş və iddianın təmin olunmamış hissəsində təmin olunması xahiş olunmuşdur. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuniliyinin iddianın təmin olunmamış hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatl ar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ple numunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməs inə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hü quqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbi q edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddianı mübahisələndirilən hissədə rədd edən apellyasiya instansiyası məhkəməsi mövqeyini ilk olaraq onunla əsaslandırmışdır ki, iddiaçılar (İddiaçı2 xxx oğlu istisna olmaqla) cavabdeh şirkətlə aralarında əmək münasibətlərini təsdiqləyən əmək müqavilələrini təqdim edə bilməmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar da özləri onlarla əmək müqaviləsinin bağlanmasını iddia etməmişlər. Əksinə iddia ərizələrindən, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanlanmış müraciətlərdən də müəyyən olunur ki, iddiaçılar cavabdeh Cəmiyyətdə fakt iki işləmələrini göstərməklə, bunun müqabilində əmək haqlarının ödənilməməsindən şikayət etmişlər. O cümlədən, X6 Xidmətinin 2 saylı region üzrə X4 08 iyul 2019-cu il tarixli məktubuna əsasən, həmin Xidmətdə aparılmış araşdırma ilə iddiaçıların əmək müqaviləsi bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmələri, araşdırma materiallarında Azərbaycan Respublikası CM-in 162-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin mövcud olması müəyyən olunmuşdur. Həmçinin iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində araşdırma aparılmış və 01 noyabr 2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən, yəni CM-in 162-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə istinad edilməklə (yəni qeyribəraətverici əsasla) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, araşdırma zamanı Cavabdeh MMC-nin direktoru X7 izahatında göstərmişdir ki, 2016-cı ilin aprel ayından dekabr ayınadək cəmiyyət Gəncə şəhəri ərazisində su və kanalizasiya xətlərinin çəkilməsi həyata keçirmiş, bu məqsədlə işçi qüvvəsi lazı olduğundan X5 öz briqadası ilə həmin işi başa çatdırmışdır. Ancaq bəzi işçilərin sınaq müddətində fəaliyyətinin yoxlanılması məqsədi ilə onlarla əmək müqaviləsi bağlanmamışdır. Həmçinin, cəmiyyətin maddi çətinlikləri olduğundan onların əmək haqları tam verilməmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi tərəflər arasında əmək münasibətlərinin olmaması əsası ilə iddianı rədd edərkən, mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş digər müqavilə münasibətlərə əsasən iddianın əsaslılığını yoxlamamışdır. Belə ki, məhkəmə kollegiyası izah edir ki, prosessual qanunvericiliyində “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. Məhz həmin prinsipə uyğun olaraq Azərbaycan Respublikası 26 may 2009-cu il tarix li Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsindən iddia ərizəsində “qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif”in göstərmə vəzifəsinin iddiaçının üzərinə qoyulmasına dair müddəa çıxarılmışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında irəli sürülmüş mövqeyə görə maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsi məsələsinin yoxlanılması zamanı tərəfin dispozitiv hüququ ilə “Jura novit curia” – “məhkəmə hüququ bilir” müddəası arasınd a kompromis mövcuddur. Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir. Beləliklə, şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. Hüquqi qiymətləndirmə zamanı “Jura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların təqdim etdikləri “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənədi qeyri-mötəbər sübut qismində qiymətləndirmiş və iş üzrə keçirilmiş məhkəmə sənədlərin texniki ekspertizasının rəyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəs ində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həqiqətən iş materiallarından müəyyən olunur ki, iddiaçılar birinci instansiya məhkəməsinə həmin sənədin rəngli surətini təqdim etmişlər. Lakin həmçinin müəyyən olunur ki, sənədin əsli apellyasiya məhkəməsinə təqdim olunmuş (c.1, səh. 196) və ekspert tədqiqatı məhz həmin sənədlə keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad edərək, mülki işin 196-cı vərəqində olan “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddəki çap mətninin və həmin sənə ddə olan əlyazma mətninin, imzaların, möhür əksinin ayrı-ayrı vaxtlarda icra olunmasını xüsusilə qeyd etsə də, ekspertin həmin nəticəyə gəlməsinin əsaslandırılmasını və ekspert rəyinin nəticə hissəsinin ikinci bəndini nəzərə almamışdır. Belə ki, ekspert rəyinin “Tədqiqat prosesinin təsviri” bölməsində göstərilmişdir ki, tədqiq olunan sənəddə çap mətni elektrofotoqrafik qurğuda (lazer printer, surətçıxaran və s.) çap edilmiş, möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur, imzalar isə hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiq olunan sənəddəki çap mətni, əlyazma mətni, imzalar və möhür əksi müxtəlif üsullarla icra olunduğu üçün təqdim edilmiş mülki işin 196-cı vərəqində olan “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddə olan p rinter mətni, həmin sənəddə olan əlyazma mətni, imzalar və möhür əksləri ilə müqayisədə ayrı-ayrı vaxtlarda icra olunmuşdur. Rəyin nəticə hissəsinin ikinci bəndində isə göstərilmişdir ki, rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış mətnin, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların tərtib olunma mütləq vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “Mülki işin materiallarına əlavə edilmiş (iş vərəq 70) “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddə möhür və imzaların həmin sənəddə olan mətnlə eyni vaxtda icra edilib edilmədiyi müəyyən edilsin” sualı üzrə tədqiqat aparılmadı. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsi pi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və on unla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə olan halda, iddiaçıların kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələnd irilən hissədə ləğv edilməli və iş yeni araşdırmaya qaytarılmalı, araşdırma zamanı cavabdehin iddiaçılar qarşısında öhdəliyinin yaranması və icra olunub-olunmaması məsələlərinə sübutetmə vəzifəsinin bölüşdürülməsi qaydalarına uyğun hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 xxxoğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X3 və İddiaçı10 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)-565/2021 nömrəli qətnaməsi qi smən, yəni iddianın təmin olunmamış hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4957/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4957/2021
27.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver