Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4968/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" Məhdud Məsuliyyətinə Cəmiyyətinə, Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), X3 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh2nə, Cavabdeh3nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbay can Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı ipoteka yüklülüyünə xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(103)2687/2022 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 1 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ASC ilə X2 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 02022015/217617 saylı və 10 fevral 2015-ci il tarixli 10022015/2017617 saylı kredit müqavilələrinə əsasən sonuncuya, həmin kredit müqavilələrində qeyd olunan müddətdə və faiz dərəcəsi ilə müəyyən məbləğdə kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliklər in icrasının təmini kimi İddiaçı ilə 10 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)5058/2018 nömrəli qətnaməsi ilə X1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 31.158 ABŞ dolları, X2 və İddiaçı müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən isə 46.014 ABŞ dolları məbləğində borc tutularaq Cavabdeh1 ASCnin xeyrinə ödənilməsi qərara alınmışdır. Tutma borclu İddiaçı mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə yönəldilməli, həmin ev açıq hərracdan satılmalıdır, kredit borcu olan 46.014 ABŞ dolları pul vəsaiti ipoteka predmetinin açıq hərracda satışından ə ldə edilmiş pul vəsaiti hesabına ödənilməsi qət edilmişdir.
3. Həmin qətnamə üzrə verilmiş icra vərəqi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir.
4. İpoteka predmeti ola İddiaçı məxsus mübahisəli fərdi yaşayış evi 75.000 manat qiymətləndirilmişdir.
5. İlkin hərrac baş tutmadığından fərdi yaşayış evi 63.750 manatla təkrar hərraca çıxarılmışdır.
6. Təkrar hərracda da mənzili alan olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" MMC-yə və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə Nəsimin Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə onun arasında bağlanmış ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi (bundan sonra mübahisəli fərdi yaşayış evi) üzrə ipotekaya xitam verilməsi; onun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin hərrac vasitəsi ilə satılması və ya satışının təşkilinin cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh3nə və "xxxx" MMC-yə qadağan edilməsi; onun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin girovdan azad olunması vəzifəsinin Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması; iddia qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə qətn amə çıxarılmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur.
9. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 ASC ilə X2 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 02022015/217617 saylı və 10 fevral 2015-ci il tarixli 10022015/2017617 saylı kredit müqavilələrinə əsasən sonuncuya, həmin kredit müqavilələrində qeyd olunan müddətdə və faiz dərəcəsi ilə müəyyən məbləğdə kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi İddiaçı ilə 10 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus olan mübahisəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)5058/2018 saylı qətnaməsi ilə Cavabdeh1 ASC ilə X2 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 02022015/217617 saylı və 10 fevral 2015-ci il tarixli 10022015/2017617 saylı əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan 10 fevral 2015-ci il tarixli 10022015/2017617 saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, 02 fevral 2015-ci il tarixli 02022015/217617 saylı kredit müqaviləsi üzrə cəmi 31.158 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 ASC-nin xeyrinə tutulmuşdur. 10 fevral 2015-ci il tarixli 10022015/2017617 saylı kredit müqaviləsi üzrə X1 və İddiaçı müştərək qaydada cəmi 46.014 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı məxsus mübahisəli fərdi yaşayış evinə yönəldilməs i, həmin evin açıq hərracda satılması, satışından əldə olunan pul vəsaitinin 46.014 ABŞ dolları kredit borcunun ödənilməsinə yönəldilməsi, evin ilkin satış qiymətinin 75.000 manat müəyyən edilməsi və satıldıqdan sonra ən geci bir ay ərzində evin boşaldılması qət edilmişdir. Cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-5058/2018 saylı icra sənədinin icrası ilə əlaqədar İddiaçı məxsus mübahisəli fərdi yaşayış evinin satışının təşkili ilə bağlı hərracın keçirilməsi məqsədi ilə zəruri sənədlər "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən qanunvericiliyə uyğun olaraq qeyd olunan evin satışının təşkili məqsədi ilə müvafiq hərraclar keçirilmiş və həmin hərraclarda qeyd olunan fərdi yaşayış evi satılmadığından (alıcı olmadığından) ipot eka saxlayan Cavabdeh1 ASC-yə qanunla müəyyən edilmiş müddət ərzində ipoteka predmetinin əldə edilməsi barədə təklif göndərilmişdir. Lakin qeyd olunan son müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, Cavabdeh1 ASC ipoteka predmetini əldə etmədiyindən 31 yanvar 2020-ci il tarixli 117 nömrəli məktubla qanunvericiliyə uyğun qərar qəbul etmək üçün aidiyyəti sənədlər Cavabdeh3nə geri qaytarılmışdır. "xxxx" MMC-yə edilmiş xx.xx.2020-ci il tarixli sorğuya xx.xx.2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-5058/2018 saylı icra sənədinin icrası ilə əlaqədar cavabdeh İddiaçı məxsus mübahisəli fərdi yaşayış evinin satışının təşkili ilə bağlı açıq hərracın keçirilməsi, müvafiq elan və tərəflərə məlumat verilməklə (əmlakın ilkin satış qiyməti 75.000 manat) 19 dekabr 2018-ci il tarixə saat 11.00-a təyin edilmişdir. Həmin tarixdə keçirilən hərracda alıcı olmadığından təkrar hərrac (əmlakın təkrar hərracdakı qiyməti 63.750 manat) 23 yanvar 2019-cu il tarixə saat 11.00-a təyin edilmişdir. Təkrar hərracda da, alıcı olmadığından hərrac baş tutmamış və qanunla müəyyən olunmuş qaydada (30 gün müddətində) ipoteka saxlayan Cavabdeh1 ASC qeyd olunan əmlaka sahib çıxmadığından (həmin əmlakı almadığından) qanunvericiliyə uyğun olaraq müvafiq sənədlər 31 yanvar 2020-ci il tarixli 117 saylı məktubla Cavabdeh3nə geri qaytarılmışdır. Yuxarıda qeyd olunan faktlar xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş ilkin hərracın keçirilməsi barədə 16 və 30 noyabr 2018-ci il tarixli bildirişlərlə, təkrar hərracın keçirilmə si barədə 21 dekabr 2018-ci il tarixli və 04 yanvar 2019-cu il tarixli bildirişlərlə, eyni zamanda 31 yanvar 2020-ci il tarixli 117 saylı məktubla bir daha təsdiq olunur. Bundan sonra, Bakı şəhəri Cavabdeh3nə edilmiş xx.xx.2020-ci il tarixli sorğuya cavab olaraq həmin şöbədən xx.xx.2020-ci il tarixli 9802 saylı məktubla bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-5058/2018 saylı icra sənədinin icrası ilə əlaqədar cavabdeh İddiaçı məxsus mübahisəli fərdi yaşayış evinin satışının təşkili ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədlər xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə göndərilmişdir. Qeyd olunan hərrac təşkilatı vasitəsi ilə hərrac keçirilmiş, lakin hərracda alıcı olmadığından hərrac baş tutmamış, bundan sonra müvafiq sənədlər 31 yanvar 2020-ci il tarixli 117 saylı məktubla Cavabdeh3nə geri qaytarılmışdır. xx.xx.2020-ci il tarixli 9802 saylı məktubda o da bildirilmişdir ki, İddiaçı məxsus mübahisəli fərdi yaşayış evi hərrac vasitəsi ilə satılması üçün xx.xx.2020-ci il tarixdə yenidən "xxxx" MMC-yə göndərilmiş və həmin hərrac təşkilatının xx.xx.2020-ci il tarixli bildirişinə əsasən qeyd olunan əmlakla bağlı hərrac xx.xx.2020-ci il tarixə saat 11.00-a təyin edilmişdir. Mübahisəli fərdi yaşayış evinin hərracda satılması barədə protokol şöbəyə daxil olmamışdır. Daha sonra xx.xx.2020-ci il tarixli ərizə ilə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi müraciət edilərək, yuxarıda göstərilənlərə əsasən və qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı məxsus ünvan 2 ünvand a yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi üzrə ipotekaya xitam verildiyindən qeyd olunan fərdi yaşayış evinin girovdan azad olunması barədə müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bu müraciətə hazırkı vaxtadək cavab verməmiş, o cümlədən qeyd olunan fərdi yaşayış evinin girovdan azad olunması ilə bağlı müvafiq tədbirlər görülməsindən yayımışdır. Bununla da hərrac təşkilatı tərəfindən qanunvericiliyə uyğun olaraq qeyd olunan fərdi yaşayış evinin satışının təşkili məqsədi ilə müvafiq hərraclar keçirilmiş və həmin hərraclarda göstərilən fərdi yaşayış evi alıcı olmadığından satılmamış, hərrac təşkilatı tərəfindən ipoteka predmetinin əldə edilməsi barədə Cavabdeh1 ASC-yə rəsmi məlumat verilmiş, ipoteka saxlayan tərəfind ən isə qanunla müəyyən edilmiş müddətdə ipoteka predmeti əldə edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına zidd olaraq, cavabdehlər İddiaçı məxsus, birinci dəfə keçirilən hərracda satılmamış fərdi yaşayış evinin yenidən ikinci dəfə hərrac vasitəsi ilə satışını təşkil etmək istəyirlər.
10. İddiaçı tələbinin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Qərarına istinad etmişdir.
11. Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi birinci instansiya məhkəməsində iddiya etiraz etmişdir. Etirazın dəlilləri: qoşma olunan sənədlər arasında bildirişlərin, təklifin ipoteka saxlayan Cavabdeh1 ASC-yə çatmasına dair mötəbər sübut aşkar edilməyib, qoşma olunan sənədlər sorğu verilərək "xxxx" MMC-dən əldə olunan sənədlərdir. Bu da o deməkdir ki, heç ipoteka qoyanın da hərracın keçirilməsindən xəbəri olmamışdır. Xəbəri olsaydı rəsmi poçtla göndərilmiş sənədləri qoşma edərdi, sorğu ünvanlayıb almazdı. Bu fakt bir daha onu deməyə əsas verir ki, hərracın keçirilməsindən ipoteka saxlayanın, ipoteka qoyanın xəbəri olmamışdır. Cavabdeh3nə iddiaçı tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubun məzmunundan və qoşma edilən sənədlərdən bu hal aşkar olunur ki, icra şöbəsinin də hərracın keçirilməsindən xəbəri olmamış, olsaydı hərracın keçirilməsinə dair bildirişlərin s urətlərini qoşma edərdi. Göründüyü kimi, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə mötəbər sayılmayan sənədləri qoşma edərək hərracın keçirilməsini, hərracda alıcı olmadığından əmlakın satılmamasını, ipoteka saxlayan banka təklif edilməsini və Cavabdeh1 ASC-nin evi əldə etməkdən imtina etdiyini sübuta yetirməyə çalışır, lakin bütün bunlar əsassız iddia tələbidir, hər hansı mötəbər sübuta əsaslanmamış, yəni nə bildirişlərin, nə təklifin Cavabdeh1 ASCyə çatmasına, onun tərəfindən alınmasına dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-605/2021 saylı, 8 aprel 2021ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 ASC arasında ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasının Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Ca vabdeh3nə göndərilmiş, icra vərəqəsi icraata qəbul edilərək, müvafiq prosedur qaydalara uyğun hərəkətlər yerinə yetirilmiş, maraqlı tərəflərə məktub ünvanlanmaqla, hərracın vaxtı və yeri barədə məlumat verilmiş, əmlakın ilkin satış qiyməti qeyd olunmaqla, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğunu izah etmişdir. Birinci hərrac baş tutmadığından, ikinci hərracın yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, əmlakın ikinci (təkrar) hərracda satış qiyməti bildirilmiş, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğu izah edilmişdir. Təkrar hərrac təyin olunmuş, lakin təkrar hərrac da baş tutmamışdır. Həmin hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitəsi olan “Birja Yenilikləri” qəzetində elan dərc olunmuşdur. “İpoteka ha qqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini 30 təqvim günü müddətində əldə etmədiyi üçün sənədlər toplusu Cavabdeh3nə geri qaytarılmışdır.
14. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin özünün iddia tələblərinə əsasən başlanılmış məhkəmə icraatı, yəni iş üzrə sonuncu instansiya kimi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-5058/2018 saylı qətnaməsinə əsasən X1 və İddiaçı müştərək qaydada tutulmalı olan pul məbləği ilə bağlı tutmanın sonuncuya məxsus ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, satışından əldə olunan pul vəsaitinin kredit borcu olan 46.014 ABŞ dollarının ödənilməsinə yönəldilməsi ilə bağlı icra icraatına başl anması barədə tam məlumatlı olduğu halda, 19 dekabr 2018-ci il, 23 yanvar 2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il,xx.xx.2020-ci il,xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə keçirilən hərraclardan heç bir formada məlumatı olmaması inandırıcı deyil. Həmçinin, cavabdeh iddiaya olan etirazının dəlillərinin əsası kimi istinad etdiyi halların həqiqət olması ilə bağlı ən azından hazırki icraat dövrundə "xxxx" MMC-nin və Bakı şəhəri Cavabdeh3 sözügedən mübahisəli fərdi yaşayış evinin satılması ilə bağlı hərəkətlərini mübahisələndirmək hüququndan istifadə etməmişdir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin müvafiq olaraq 28 oktyabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, hərracın keçirilməsindən bankın xəbəri olmayıb, nə Hərrac Mərkəzi, nə də Cavabdeh3 tərəfindən ipoteka predmeti ilə bağlı banka təklif gəlməyib.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2021-ci il tarixli 2(103)6847/2021 nömrəli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi) İkram Şirinov və Tofiq Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin iş üzrə 8 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi hazırkı mübahisəyə “İpoteka haqqında” Qanunun 15, 43, 48-ci maddələrini tətbiq edib, iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun belə əsaslandırılmışdır ki, hərracın keçirilməsi barədə bank məlumatlı olmayıb, ipoteka predmetinin alınması ilə bağlı nə Hərrac Mərkəzi, nə də Cavabdeh3 tərə findən banka təklif gəlməyib.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 fevral 2022ci il tarixli, 2(102)-184/2022 saylı qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşad Şamayev və Elşanə Vəliyeva) cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2021-ci il tarixli 2(103)-6847/2021 saylı qətnaməsi ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
23. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya məhkəməsi cavabdeh bankın dəlillərinə qiymət verməmiş və təşkil edilmiş hərraclar barədə bankın məlumatlı olub-olmaması halını araşdırmamış, keçirilmiş hərraclar barədə ipoteka qo yana məlumat verilib-verilməməsi, o cümlədən keçirilmiş bütün hərracların nəticəsi barədə kütləvi informasiya vasitəsində elan verilib-verilməməsi aydınlaşdırılmamışdır. Təqdim edilmiş sənədlərdən həracın baş tutmamasına dair elan verilməsi təsdiq olunmur.
24. Kassasiya Məhkəməsi qeyd etmişdir ki, İddiaçı "xxxx" MMC-nin keçirdiyi 19 dekabr 2018 və 23 yanvar 2019-cu il tarixli hərracın nəticələri ilə bağlı ipotekaya xitam verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi iddianı "xxxx" MMC tərəfindən keçirilən hərraclar (xx.xx.2020-ci il, xx.xx.2020-ci il,xx.xx.2020-ci il,xx.xx.2020-ci il, xx.xx.2020-ci il) baxımından qiymətləndirmiş və Külək” MMC-nin hərraclarla bağlı bildiriş və elanlarına istinad etmişdir. "xxxx" MMC-nin 19 dekabr 2018-ci ildə keçirdiyi hərrac vaxtı qüvvədə olan “İ poteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. "xxxx" MMC-nin keçirdiyi 19 dekabr 2018 və 23 yanvar 2019-cu il tarixli hərracla bağlı cavabdeh banka bildiriş göndərilməsi, müvafiq elanların verilməsi isə, ümumiyyətlə, araşdırılmayıb, birinci instansiya məhkəməsi bununla bağlı cavabdehin irəli sürdüyü dəlilləri yoxlamaq üçün "xxxx" MMC-dən hərracla bağlı sənədləri tələb etməyib. Buna görə də "xxxx"nin keçirdiyi hərraclardan cavabdeh bankın məlumatlı o lub-olmaması işdən görünmür. İddianı təmin edən birinci instansiya məhkəməsi cavabdeh bankın hərracın baş tutmamasından xəbərdar olmasının əsası kimi hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitəsi olan “Birja Yenilikləri” qəzetində elan dərc olunmasına istinad etsə də, həmin qəzetin hansı tarixli nömrəsinə istinad etdiyini öz qətnaməsində göstərməmişdir. İstinad edilən həmin qəzetlər işdə olan (i.v.174-176, 229-233) “Birja Yenilikləri” qəzetinin nömrələdirsə, həmin nömrələrdə Külək” MMC tərəfindən keçirləcək hərracların elanı verilib, hərracın baş tutmaması barədə isə hər hansı məlumat verilməyib. Üstəlik, bu elanlar "xxxx" MMC-nin təşkil etdiyi hərraclar barədə deyil, Külək” MMC tərəfindən təşkil olunan hərraclar barədədir ki, iddianın əsasını da yuxarıda qeyd edildiyi kimi "xxxx" MMC-nin təşkil etdiyi hərracların nəticələri təşkil edir d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən "xxxx" müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
26. Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(103)-2687/2022 nömrəli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikkkayyyəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2( 006)-605/2021 saylı işi üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" MMC-yə, Cavabdeh3nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
28. Qətnamə onunla əsaslandırılmışdır ki, hərracın nəticələrinə istinadən verilən iddia üzrə işin baxılması zamanı hərraclar və onların nəticələri barədə cavabdehin məlumatı olmamış və məlumatlı olması sübuta yetirilməmişdir. Belə ki, kasassiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq üçüncü şəxslərə göndərilən sorğular cavabdehə məlumatların verilməsini və onun iştirakının təmin edilməsi üçün görülmüş tədbirləri təsdiq etməmişdir. Belə ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsinin ipotekaya xitam verilməsi İpoteka haqqında Qanunun 43.8-ci maddəsi, ipotekasaxlayanın iştirakını və hərəkətlərini müəyyən edən ondan qabaqki müddəaların kontekstində nəzərdən keçirilməlidir. Ona görə ipoteka predmeti üzrə keçirilən hərrac üzrə tərəflərin, ələlxüsus tələbkarın iştirak etməməsi icra hərəkətlərinin mahiyyətinə ziddir və ondan irəli gələn hərəkətlərə istinad edilən maddənin dispozitiv şərtinə uyğun təfsir edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Qətnamədən İddiaçı k assasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, İpoteka haqqında Qanunun 15.1, 43.8, 48.1-1-48.1.3-cü maddələri əsas gətirilərk, ipoteka ilə yüklü edilmiş əmlakla bağlı təkrar hərrac adı ilə bir neçə dəfə hərrac keçirilmişdir ki, bu da qanunvericiliyin tələbinə tamamilə ziddir. Belə ki, əmlakın satışı ilə bağlı sonuncu hərrac xx.xx.2019-cu il tarixdə keçirilmiş və alıcı olmadığından satılmamışdır. Təxminən bir il müddətində tələbkar bank tərəfindən hərəkətsizlik edilmiş, hərrac işi "xxxx" MMC-də müddətlə bağlı tələblər pozulmaqla saxlanılmış və bir ildən sonra, xx.xx.2020-ci il tarixdə qanunvericiliyə uyğun qərar qəbul etmək üçün iş Cavabdeh3nə geri qaytarılmışdır. Bankın keçirilmiş hərracdan məlumatsız olması, əmlakın tələbkara təklif olunmaması ilə bağlı mövqeyi və apellyasiya instansiya məhkəməsinin bu xüsusatlara görə iddia tələbini təmin etməməsi tamamilə əsassızdır. Belə ki, hərracın keçirilməsi ilə bağlı bildirişlərin sifarişçiyə, ipoteka qoyana daxil olduğu halda tələbkar olan hüquqi şəxsə daxil olmaması məntiqli və inandırıcı deyil.
31. Cavabdeh1 ASC hüquqi şəxsdir, fəaliyyət göstərdiyi ünvan bəllidir və bankın inzibati binası vardır. Hərraclar baş tutmadıqdan və tələbkar tərəfindən balansa götürülmədikdən sonra bir il ərzində işin hərracda hərəkətsiz saxlanılması və tələbkarın bununla bağlı hər hansı addım atmaması, hərrac təşkilatının məcbur olub işi icra şöbəsinə göndərməsi bank əməkdaşlarının, məsul işçilərin səhlən karlığı ucbatından olmuşdur. Bankın bu cür hərəkətinə digər bir səbəb isə ipoteka ilə yüklü edilmiş əmlakın bazar dəyəri, likvidlik və şəhərdən çox kənarda yerləşməsi baxımından bank tərəfindən alınmasının əlverişli olmamasıdır. Bütün bu həqiqətləri gizlədən bankın hərracdan məlumatsız olmaları ilə bağlı bildikləri hüququdan sui-istifadədir. Bank hərracla bağlı bildirişin onlara çatdığını məhkəməyə bildirməkdə maraqlı olmamışdır. Bank hərracdan bildiriş daxil olmadığını iddia etsə də, hərrac sifarişinin verilib-verilmədiyi, hərracın keçirilibkeçirilmədiyi barədə məlumatla bağlı aidiyyətı icra şöbəsinə və ya hərrac təşkilatına müraciətini məhkəməyə təqdim etməmişdir. Həmçinin hərrac baş tutmadıqdan sonra əmlakın alınması üçün tələbkara təklif edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdı r. Bu səbəbdən bankın əmlakın alınması ilə bağlı təklif olmadığını iddia etməsi də əsassızdır. Bundan əlavə "xxxx" MMC tərəfindən keçirilmiş hərrac etibarsız hesab edildikdən sonra təkrar hərracın keçirilməsi mümkün ola bilərdi. Əks halda təkrar hərracın keçirilməsi yolverilməzdir.
32. Bundan əlavə iddiaçının təqdim etdiyi sübutlara apellyasiya instansiyası məhkəməsində düzgün qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
34. Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.
35. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən son ra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
36. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
37. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qe ydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
38. Maddə 43.7. Bu Qanunun 43.1.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
39. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq olaraq 28 oktyabr 2014-cü il tarix li Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına u yğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
44. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətini n dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. İddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8. maddəsinə istinad edərək ipotekaya xitam verilməsini tələb edir. Həmin normaya görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 51. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014cü il tarixli qərarında deyilir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarınd an vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.
52. Qeyd olunan norma öhdəliyin təminatı olaraq ipotekaya qoyulmuş əmlakın açıq hərrac vasitəsilə satılması mümkün olmadığı təqdirdə və ipoteka saxlayanın əmlakı mülkiyyətinə götürməkdən imtina etməsi halında işə düşür. Ona görə qeyd olunan normanın dispozisiya şərtlərinin yaranması üçün bir sıra zəruri şərtlər mövcud olmalıdır. O cümlədən, ipoteka ilə yüklü edilmiş əmlaka öhdəliyin yönəldilməsi proseduru çərçivəsində qanunvericiliyin tələblərinə riayət olunmaqla iki dəfə hərrac keçirilməli, hər iki hərrac baş tutmamış elan olunmalı və təkrar hərracın baş tutmamış elan olunmasından 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməməlidir.
53. Nəzərə alınmalıdır ki, müzakirə olunan normanın yuxarıda qeyd olunan dispozisiya şərtlərinin birlikdə mövcud olması halında ipotekaya xitam verilməsindən söhbət gedə bilər. Həmin şərtlərdən hər-hansı birinə riayət edilməməsi yuxarıda qeyd olunan normanın tətbiqini istisna edir. Qanunun tələblərinə riayət olunmadan keçirilmiş və təkrar hərracın baş tutmamış elan olunmasından keçən 30 gün müddət ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi ayrılıqda götürüldükdə ipotekaya xitam verilməsi əsası kimi çıxış edə bilməz. Belə nəticənin baş verməsi üçün hərracların qanunun tələblərinə riayət edilməklə keçirilməsi, ipoteka saxlayanın bu proseslər barədə məlumatlı olduğu halda ipoteka predmetini əldə etməyə iradə ifadəsi bildirməməsi təsdiq olunmalıdır.
54. Kassasiya instansiyasının göstərişlərindən sonra 2-ci apellyasiya baxışı zamanı müəyyən edilmi şdir ki, keçirilmiş hərraclar və onların nəticələri barədə cavabdehin məlumatı olmamış, hərracın yekunları barədə elanlar verilməmişdir. Hərrac mərkəzinə göndərilən sorğular əsasında əldə edilmiş sənədlər tədqiq edilmişdir. Həmin sənədlər elə 1-ci instansiya məhkəməsinə təqdim edilmiş sənədlərlə eynilik təşkil etmişdir. 55. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 56. "xxxx" MMC-nin keçirdiyi 19 dekabr 2018 və 23 yanvar 2019-cu il tarixli hər racla bağlı cavabdeh banka bildiriş göndərilməsi, müvafiq elanların verilməsi isə, ümumiyyətlə, təsdiq edilmir. 57. "xxxx"nin keçirdiyi hərraclardan cavabdeh bankın məlumatlı olub-olmaması işdən görünmür. İddianı təmin edən birinci instansiya məhkəməsi cavabdeh bankın hərracın baş tutmamasından xəbərdar olmasının əsası kimi hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitəsi olan “Birja Yenilikləri” qəzetində elan dərc olunmasına istinad etsə də, həmin qəzetin hansı tarixli nömrəsinə istinad etdiyini qətnamədə göstərməmişdir. İstinad edilən həmin qəzetlər işdə olan (i.v.174-176, 229-233) “Birja Yenilikləri” qəzetinin nömrələridir.
58. İkinci apellyasiya baxışı zamanı da məhkəmənin sorğusuna əsasən həmin sənədlər daxil olmuşdur. Həmin sənədlərdə "xxxx" MMC tərəfindən keçiriləcək h ərracların elanı verilib, hərracın baş tutmaması barədə isə hər hansı məlumat yer almamışdır. Üstəlik, bu elanlar "xxxx" MMC-nin təşkil etdiyi hərraclar barədə deyil, "xxxx" MMC tərəfindən təşkil olunan hərraclar barədədir ki, iddianın əsasını da yuxarıda qeyd edildiyi kimi "xxxx" MMC-nin təşkil etdiyi hərracların nəticələri təşkil edir.
59. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, ipoteka ilə yüklü edilmiş mənzilə dair keçirilmiş hərraclar (neçə hərracın keçirilməsi əhəmiyyət kəsb etmir) zamanı hərracın keçirilməsi qaydalarına riayət edilmədiyi üçün “İpoteka haqqında” Qanunun 43.8ci maddəsinin tətbiqi istisna edilir. 60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi ma ddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
62. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(103)-2687/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.