Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-497/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11319/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2015- ci il tarixli, 2015/00130-01 saylı istehlak kredit müqaviləsinə əsasən, “İddiaçı» BOKT ASC, Cavabdeh illik 28 faiz dərəcəsi ilə 60 ay müddətinə 35.000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu. Asif Məhərrəmov küçəsi, ev 60, 44 nömrəli mənzili ipoteka ilə yüklü edərək İddiaçı BOKT ASC-nin tələb hüququna təminat vermişdir. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermişdir. Buna baxmayaraq cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbə rdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı BOKT ASC ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00130-01 saylı istehlak krediti müqaviləsinə xitam verilməsi, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixə yaranmış əsas borc üzrə 26164,53 ABŞ dolları, faiz borcuna görə 8293,10 ABŞ dolları, cərimə borcuna görə 2555 ABŞ dolları olmaqla, cəmi 37012,63 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 60 saylı evin, 44 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh əsas borc 26164,53 ABŞ dolları, faiz borcuna görə 8293,10 ABŞ dolları, cərimə borcuna görə 2555 ABŞ dolları olmaqla, cəmi 37012,63 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə, əşyaları ilə çıxarılmalarına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh, yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdi r. Ona görə də, tələbdə göstərilən borc məbləği ondan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.
4. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) xx xxxxxx 2018-ci il tarixli, 2(006)3075/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00130-01 saylı istehlak krediti müqaviləsinə xitam verilmiş, Cavabdeh 26.164,53 ABŞ dolları məbləğində əsas borc, 8.293,10 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34.557,63 ABŞ dolları tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 60, mənzil 44-ə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 60, 44 saylı mənzilin ilkin satış qiyməti 57.790 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh İddiaçı BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh qaytarılması, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 60, mənzil 44 satıldıqdan sonra cavabdehin həmin yaşayış sahəsindən ən geci bir ay ərzində əşyaları ilə birlikdə çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmi şdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmetinə yönəldilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), F.Babayev və E.Həsənov) xx xxxxxx 2018-ci il tarixli, 2(103)-11319/18 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Ədalət Kərimnov kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi nin təminatı qismindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 60 saylı evin, 44 saylı mənzil İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sonrada Respublikada baş verən devolvasiya nəticəsində o, üzrlü səbəblərdən qeyd edilən kredit borcunu vaxtında ödəyə bilməmişdir. Bu zaman o, Banka çoxsaylı müraciətlər etmiş, lakin bank tərəfindən ona hər hansı bır köməklik göstərilməmişdir. Nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci ıl tarixli, 2(006)-3075/2018 nömrəli qətnaməsi ilə müvafiq borc tutularaq, tutmanın isə yuxarıda göstərilən mənzilə yönəldilməsi qət edilmişdir. Qeyd edilən məhkəmənin qətnaməsinin icrası ilə bağlı cavabdeh bu gündə əlindən gələn hər şeyi edir. Onun tərəfindən verilmiş apellyasiya şikayətində bir sıra m ühüm faktlar barədə arqumentlər təqdim etmişdir, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu səbəbdən də barəsində şikayət verdiyi məhkəmə qərarı onun əleyhinə və ziddinə çıxarılmışdır. Hal-hazırda cavabdeh qətnamə ilə müəyyən edilən məbləği ödəmək iqtidarındadır, lakin bank onun təkliflərinə heç bır cavab verməmişdir. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3075/2018 nömrəli qətnaməsi ilə ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra cavabdehin ən geci 1 (bır) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüququnu itirilməklə, əşyaları ilə çıxarılmağını qət edilmişdir. İpoteka haqqında qanunun 59-cu mədəsində göstərilmişdir ki, ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi, yəni yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
12. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh kassasiya şikayətində qeyd etdikləri yalan və uydurmadır. Cavabdeh kassasiya şikayəti verməklə qanunun ona verdiyi hüquqlarından suiistifadə edir və işi əsassız olaraq uzatmağa çalışır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsinin çıxarılmasından 2 ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş və heç bir təklif irəli sürülməmişd ir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
15. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş o byekti açıq hərracdan satmaq hüququna malikdir.
16. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
17. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçir məyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu:
20. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
21. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmeti nə tutmanın yönəldilməsi hüququnu verir.
22. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
23. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaş ına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisəl əndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa ə sassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Eyni zamanda bankın tələb hüququ ipoteka müqaviləsi ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması, habelə ipot eka predmetinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§14-21,23). Eyni zamanda cavabdehin etirazları iddia tələblərini tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddia tələblərinin təmin edilməsi qanuni və əsaslıdır.
31. Kollegiya kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki, devolvasiya səbəbindən cavabdehin ödəmə qabiliyyətinin azalması, bu məsələdə ona güzəşt edilməsinə dair bankla razılığa gələ bilməməsi, hazırda borcu ödəmək iqtidarında olması qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olu nmamalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11319/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.