Məhkəmə qərarları › İş №2(102)-4970/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4970/2021

04.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4970/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4970/21 (Açar sözlər: mənəvi zərər, tələbin hüquqi əsasının olmaması) Bakı şəhəri, 04 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1258/2021 nömrəli, 0 5 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mənəvi ziyana görə 400000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının barəsində Lənkəran rayon Polis şöbəsində ********* cinayət işi başlanmış və iddiaçı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12.06.2017-ci il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.

3. Lənkəran rayon Prokurorluğunun prokuror köməkçisi olan Cavab deh 11.05.2017ci il tarixdə müdafiəçi dəvət etmədən iddiaçıdan aldatma yolu ilə izahat almış, nəticədə 12.05.2017-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərar prosessual pozuntulara yol verilməklə tərtib edilməklə yanaşı, 1 il sonra ona verilmişdir.

4. İddiaçı qərardan şikayət vermiş, həmin qərar Şirvan Apellyasiya Məhkəməsinin 18.10.2018-ci il tarixli, 6(106)-21/2018 saylı qərarı ilə ləğv edilmiş və 68-C-17 saylı material hərtərəfli araşdırılması üçün Lənkəran rayon Prokurorluğuna göndərilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsi qərarında qeyd etmişdir ki, İddiaçı başqa cinayət işi üzrə təqsirləndiriən şəxs statusunda olduğuna və polis əməkdaşlarından etdiyi şikayətı məhz onun polis əməkdaşları tərəfindən əsassız olaraq təqsirləndirilməs ınin bir hissəsi olduğuna görə, onun şikayəti barədə araşdırma aparılan zaman o, vəkil və yaxud mütəxəssis ilə təmin edilməli idi. Bundan başqa, həmin qərarda qeyd olunmuşdur ki, Lənkəran rayon Prokurorluğunun müstəntiqi üzrə stajoru Cavabdeh 10.02.2017-ci il tarixdə diaqnostika tomoqrafiyasından keçirilməsi, kim tərəfindən ora aparılması, hansı qisimdə 282 nömrə ilə qeydiyyata alınması, 14.02.2017-ci il tarixdə BİT-də ilkin tibbi müayinə zamanı qançır izlərinin hansı şəraitdə törədilməsi araşdırılmamışdır.

6. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbinə əsasən cavabdeh həmin qərarın surətini 48 saat müddətində verməli olduğu halda, barəsində ittiham hökmü çıxarılandan və o, məhkum statusuna keçəndən sonra vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12.06.2017-ci i l tarixli hökmünə əsasən cəzasını ümumi rejimli 10 saylı CCM-də çəkməlidir. Həmin rejimdə cəza çəkən məhkumların açıq havada gəzmək, sərbəst hərəkət etmək, ailə üzvləri ilə uzun müddətli (üç gün) görüşmək və s. kimi hüquqları vardır.

7. Cavabdehin hərəkətləri ucbatından qərardan şikayət verdiyinə görə iddiaçı 19.09.2018-ci il tarixdən 25.10.2018-ci il tarixədək, 40 gün qapalı şəraitdə saxlanılmışdır.

8. Bundan başqa, qapalı şəraitdə saxlanıldığına görə, 15 oktyabrda ad günü olan oğlu Aqil Məmmədovla və 17 oktyabrda ad günü olan atası Ağa Məmmədovla görüşə və onların doğum günlərini keçirə bilməmişdir. Nəticə də, hətta ailə üzvləri də mənəvi iztirablara məruz qalmış və hər iki ad günü keçirilməmişdir.

9. Yuxarıda sadalananlardan görünür ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəv i zərbə dəymişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-836/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Emin Mehdiyev)

11. Birinci instansiya məhkəməsi qeyd edib ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun preambulasına görə bu Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir.

12. Birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin müddəalarına əsaslanaraq bel ə nəticəyə gəlib ki, Lənkəran rayon Prokurorluğunun prokuror köməkçisi işləmiş Cavabdeh hazırkı iddia tələbi üzrə cavabdeh şəxs olmadığına görə İddiaçı ona qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia qaldırmaqda haqlı olmamışdır. Odur ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi cavabdeh olmayan şəxsə qarşı verildiyinə görə rədd edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 43.1, 43.3-cü, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1, 2, 5-ci, Mülki Prossesual Məcəllənin 50, 51 və 54-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə iclasında iştirakının təmin olunması üçün zəruri tədbirlər görülməsini xahiş etsə də iştirakı təmin edilməmişdir. Belə ki, üç ildən çoxdur ki, cəzaçəkmə müəssisəsində cəzaçəkdiyi üçün sərbəst məhkəməyə gəlməsi mümkün deyildir - buna görə də, ilk cavabdehin əsl cavabdehlə əvəz edilməsinə onun razılığının olub-olmaması dəqiqləşdirilməmiş, həmçinin iddia tələbini dəyişmək hüququndan məhrum olmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1258/2021 nömrəli 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(004)-836/2020 nömrəli qətna məsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Akif İsgəndərov, İlham Kərimli)

17. Apellyasiya məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi işə iddiaçının məhkəmə iclasında iştirakını təmin etmədən baxmışdır. Belə ki, iddiaçının barəsində çıxarılmış ittiham hökmü ilə əlaqədar cəzaçəkmə müəssisəsində cəza çəkməsi əvvəlcədən məhkəməyə bəlli idi. Təbii ki, bu cür vəziyyətdə onun sərbəst şəkildə məhkəməyə gəlməsi də mümkünsüz idi. Bu barədə iddiaçı tərəfindən məhkəməyə məlumat da verilmişdi. Lakin birinci instansiya məhkəməsi iddiaçının müraciətini nəzərə almadan işə onun iştirakı olmadan baxmışdır. Ona görə işə, iddiaçının iştirakını təmin etmədən baxıldığından şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsi nin qətnaməsi ləğv edilməlidir.

18. Apellyasiya məhkəməsinin mövqeyinə görə hazırkı iş üzrə iddia tələbinin faktiki əsası (faktiki hallar) qanuni əsasın şərtlərinə uyğun deyil, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya baxışı zamanı ona mənəvi zərər vurulması ilə bağlı hansısa mötəbər dəlilə istinad etməmişdir. Mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin iddiaçıya mənəvi zərər vurması isə inandırıcı və ağlabatan görünmür.

19. İkincisi, mənəvi zər ərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Cavabdehin təqsiri prokurorluq orqanlarının yaxud məhkəmənin hansısa qərarı ilə də təsdiq edilməmişdir. Belə ki, cavabdehin iddiaçının müraciəti üzrə cinayət mühakimə icraatı qaydasında araşdırma apararaq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməsi və həmin qərarın birinci instansiya məhkəməsi tərəfindən qanuni hesab edilməsi, lakin sonradan Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilməsi o demək deyil ki, cavabdeh qanunsuz fəaliy yət göstərmiş və bunun nəticəsində də iddiaçıya zərər vurmuşdur. Cavabdeh prokurorluq orqanının əməkdaşı kimi qanunla ona verilmiş səlahiyyətləri çərçivəsində cinayət barədə verilmiş məlumatlar üzrə araşdırma aparmaqla prosessual fəaliyyətini həyata keçirmişdir. Bu fəaliyyət zamanı təbii ki, araşdırmanı cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun aparmalıdır. Lakin həmin fəaliyyət zamanı hansısa məsuliyyətə səbəb olmayan hərəkətlərə yol verməsi, yaxud araşdırmanı tam və hərtərəfli aparmaması iddiaçıya zərər vurma kimi qiymətləndirilə bilməz. Eyni zamanda cavabdehin bu fəaliyyəti nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir.

20. Apellyasiya məhkəməsi onu da vurğulayıb ki, apellyasiya baxışı zamanı iddiaçı Lənkəran Rayon Prokurorluğunun əsl cav abdeh kimi tanınması, hər bir cavabdehdən ayrıayrılıqda dəymiş mənəvi ziyana görə 400000 (dörd yüz min) manatın tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı cavabdehi onsuz da Lənkəran Rayon Prokurorluğunun vəzifəli şəxsi kimi yerinə yetirdiyi işlə bağlı cavabdeh qismində göstərmiş və ona qarşı tələb yönəltmişdir. İkincisi, Lənkəran Rayon Prokurorluğu özü də müstəqil dövlət orqanı olmadığından, yəni ayrıca hüquqi şəxs olmadığından cavabdeh hesab oluna bilməz. Çünki, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

21. Apellyasiya məhkəməsi hesab etmişdir ki, prokurorluq orqanının vəzifəli şəxsi kimi Cavabdeh Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulmuş tədbirləri qanunsuz etmiş olsaydı be lə, yenə də təqsiri olub-olmamasından asılı olmayaraq vurulmuş ziyana görə özü şəxsən məsuliyyət daşımamalıdır.

22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1096, 1101.1, 1101.2-ci və Mülki Prosessual Məcəllənin 50.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı İddiaçı (Vəkil2) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarımasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətini dəlillərinə uyğun əsaslandırlıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanu nla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının q anunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun Preambulası Bu Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. Mülki Prosessual Məcəllə Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 407.2. Kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkli edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib. İşdən görünür ki, apellyaisya məhkəməsi iddiaçının məhkəmə baxışında iştirakının təmin edilməməsini prosessual pozuntu kimi qiymətləndirərək, birinci instansiya məhkəməsini qətnaməsini ləğv edib, işdəki materiallar əsasında iddia tələbinə yenidən hüquqi qiymət verib.

32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi bağlı hazırki qərarın 18-22-ci bəndlərində əks olunan dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı, qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurə t görmür. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı məsələləri tam aydınlaşdırmaqla onlara tətbiq edilməli olan maddi hüquq normaları əsasında düzgün hüquqi qiymət verib.

34. Apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün tətbiq edilib.

35. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətlərinin dəlillərini əsasız sayır.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1258/2021 nömrəli, 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar