Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4972/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ iş № 2(102)-4972/20 İddiaçı: İddiaçı Cavabdeh: Xammal və X2 Mərkəzi Cavabdeh İddia tələbi: hərracın yekunları barədə protokolun etibarsız sayılması Açar sözlər: qiymətləndirmənin düzgün aparılmaması 11.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3927/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cəmi 55.264 ABŞ dolları məbləğində kredit borcunun İddiaçı tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın borcun təminatı olan XXXinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsait hesabına borc tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin iddiaçıya qaytarılması, mənzilin ilkin satış qiymətinin 80.000 (manat müəyyənləşdirilməsi qət olunmuş, həmin qətnamədən verilən apellyasiya şikayətləri Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tari xli qətnaməsi ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almaqla, icraya yönəldilmişdir. “xxxx” MMC tərəfindən XXXi 80.000 manat ilkin satış qiyməti ilə xx.xx.2019-cu il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, ipoteka predmetinin ilkin satış qiyməti 15% endirilərək 68.000 manat olmaqla xx.xx.2019-cu il tarixdə təkrar hərrac keçirilmiş, təkrar hərrac da baş tutmadığından, həmin mənzil xx xxxxxx 2019-cu il tarixdə “xxxx” ASC tərəfindən təkrar hərracdakı qiyməti 25% endirilməklə 51.000 manata alınmış, bu barədə xx xxxxxx 2019-cu il tarixdə “Hərracın nəticələri haqqında yekun protokol” tərtib olunaraq elə həmin tarixdə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. XXXi xx xxxxxxxx 2019-cu il tarixdə “xxxx” ASC-nin adına qeydiyyatdan keçmiş və hal-hazırda onun mülkiy yətindədir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı Xammal və X2 Mərkəzi “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXXinin açıq hərracdan satılması barədə xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı keçirilmiş hərracla bağlı xəbərdar edilməmişdir, onun iştirakı qəsdən təmin olunmamış, evin qiyməti həddindən artıq aşağı salınaraq tələbkarın özünə satılmışdır. Həmin ərazidə yerləşən evlərin qiyməti 80.00090.000 manatdan aşağı deyildir, belə dəyəri olan əmlakın 51.000 manata tələbkara satılması tam absurddur, hüquqdan sui-istifadədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-371/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia rədd edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, işin faktiki hallarını araşdırmadığı və sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3927/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məh kəməsi məhkəməsi hesab etmişdir ki, iddiaçı, əmlakının real qiymətindən daha aşağı qiymətlə satıldığına və hərracın qanun pozuntusu ilə, yəni ona məlumat verilmədən keçirildiyinə istinad etsə də, həmin hallar sübut edilməmişdir. İddiaçıya məxsus olmuş əmlak bilavasitə məhkəmə qətnaməsi əsasında müəyyənləşdirilmiş ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmış və bu səbəblə də əmlakın hərraca çıxarıldığı qiymətlə bağlı araşdırma aparılması lüzumsuzdur. Keçirilmiş hərracın və bunun nəticəsində mənzilinin banka satılmasının qanunsuzluğu ilə əlaqədar iddiaçının irəli sürdüyü arqumentlərlə bağlı isə apelyasiya məhkəməsi qeyd etmişdir ki, “xxxx” MMC, Abşeron rayon icra və probasiya şöbəsinin sifarişi əsasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası istiqamə tində hərrac proseduruna başlamış və ilkin satış qiyməti 80.000 manat müəyyənləşdirilmiş mənzil 51.000 manata tələbkara (“xxxx” ASC-nə) satılmışdır. “xxxx” MMC tərəfindən əmlakın ilkin satış qiyməti və hərracın keçirilmə vaxtı və yeri göstərilməklə İddiaçı qeydiyyatda olduğu ünvanına göndərilmiş bildirişlər poçt qəbzlərinə Lalə Babayeva tərəfindən imza edilməklə qəbul edilmiş, hərrac barədə tələbkar tərəfindən də iddiaçıya bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetinin müxtəlif tarixli buraxılışlarında mənzilin ilkin satış qiyməti 80.000 manat olmaqla xx xxxx 2019-cu il tarixdə hərraca çıxarılacağı barədə hərracın keçiriləcəyi yer göstərilməklə məlumat dərc edilmiş, həmin tarixə təyin edilmiş ilkin hərrac baş tutmadığından, xx xxxxxx 2019-cu il tarixdə satış qiyməti 68.000 manat ol maqla təkrar hərraca çıxarılacağı barədə elan yerləşdirilmiş, daha sonra təkrar hərracın baş tutmadığı barədə məlumat verilmişdir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab etmişdir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsin in və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kasasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o c ümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin tələblərinə görə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Kassasiya instans iyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, apelyasiya məhkəməsi tərəfindən eyni məzmunlu dəlillərə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əs asən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4972/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4972/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver