Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4978/2021 14.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi və pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1104/2021 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 oktyabr 20 21-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 18 mart 2015-ci il tarixli, ABB YM-0190 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığıncaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65,4 kv.m ibarət 2 otaqlı, 38 №-li mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini, yəni 42510 mana tı müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, müqavilə qiymətinin 4260 manat alıcının şəxsi vəsaiti hesabına, 38250 manat isə Beynəlxalq Bank ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcəkdir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən, müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında alıcı müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 2%-i həcmində minimum 1000 manat olmaqla Cəmiyyətə dəbbə pulu ödəyəcəkdir. 19.03.2015-ci il tarixli, 4-19-03-2015 YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsindən görünür ki, borc verən Beynəlxalq Bank borcalana İddiaçı alınması üçün 38250 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipoteka və 419-03-2015 YS-AAAF-RO saylı, 19.03.2015-ci il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 18 mart 2015-ci il tarixli, ABB YM-0190 №-li "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığıncaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65,4 kv.m ibarət 2 otaqlı, 38 №-li mənzil üzrə AR ƏMDK yanında DƏDRX-dən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən, borcalan tərəfindən kreditin qaytarılması təqdim olunmuş ödəniş cədvəlinə uyğun olaraq bərabər hissələrlə aylıq ödəmələrin həyata keçirilməsi yolu ilə aparılır. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 19-dək aylıq 411,10 manat məbləğində bərabər hissələrlə ödənilir. "xxxx" ASC tərəfindən verilmiş “ABB Premyer” müştəri xidməti 19 mart 2015-ci il tarixli, 4-19-03-2015-YS-AAAF-RO №-li Kredit Müqaviləsinə Əlavə No 1 üzrə kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən, Beynəlxalq Bank İddiaçı illik 10% dərəcəsi ilə aylıq 411,10 manat olmaq şərtilə 180 a y müddətinə 38250 manat məbləğində kredit vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 2015-ci il tarixli, ABB YM 0190 saylı alqı-satqı müqaviləsinin və cavabdeh "xxxx" ASC-nin ABB Premyer müştəri xidməti ilə bağlanmış 19.03.2015-ci il tarixli, 4-19-03-2015 YM - AAAF-RO nömrəli təminatlı kredit müqavilələrinin ləğv edilməsi, ilkin və kredit məbləği şəklində ödədiyi (ilkin 4260 manat + 38250 manat kredit = 42510 manat) 42510 manat, öz vəsaiti hesabına ödədiyi ilkin məbləğ olan 4260 manat pulu cavabdeh 58 ay müddətində qanunsuz saxlamaqla, o, bu vəsaitdən faydalandığına görə (4260 x illik 5% = 213 manat, 213 manat: 12 ay = 17.75 manat; 17.75 manat x 58 ay = 1030 manat) 1030 manat, əsas və faiz borcu kimi "xxxx" ASC-yə hər ay 411,10 manat hesabı ilə 52 ay müddətində (411,10 x 52 = 21377 manat) ödədiyi 21377 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun ümumilikdə (42510 + 1030 + 21377 + 30 = 64947 manat) 64947 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə aralarında bağlanmış 2015-ci il tarixli ABB YM-0190 saylı alqı-satqı müqaviləsinin və "xxxx" ASC-nin Premyer Müştəri Xidməti ilə bağlanmış 19.03.2015 tarixli, 4-19-03-2015 YS-AAAF-120 saylı təminatlı kredit müqavilələrinin ləğv edilməsini, öz vəsaiti hesabına ilkin məbləğ olaraq cavabdehə ödədiyi 4260 manatın, əsas və faiz borcu kimi banka ödədiyi hər ay 411.10 manat hesabı 52 ay müddətində (411.10 x 52 ay = 21.377 manat) 21.377 manatın, cəmi 50 + 21377 = 25637) 25637 manatın, öz vəsaiti hesabına ilkin məbləğ olaraq ödənilmiş 4260 manat pulu cavabdeh 60 ay müddətində qanunsuz saxlamaqla, o bu vəsaitdən faydalandığına görə (4260 x illik 5 % dərəcəsi: 100 % = 213 manat: 12 ay= 17.75 manat x 60 ay = 1065 manat) 1065 manatın, cavabdehə ilkin ödəniş olaraq ödənilmiş 4260 manatın geri qaytarılmasının gecikdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq (4260 manat x 13.7 % infılyasiya: 100 % = 583.62 manat: 12 ay = 48.6 manat x ay = 2918 manat) 2918 manatın, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə cəmi (25637+1065+2918+30=29650) 29650 manat pulun cavabdeh "xxxx" MM C-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə aralarında bağlanmış 18.03.2015-ci il tarixli, ABB YM-0190 saylı alqı-satqı müqaviləsinin və "xxxx" ASC-nin Premyer Müştəri Xidməti ilə bağlanmış 19.03.2015-ci il tarixli, 4-19-032015 YS-AAAF-120 saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi və öz vəsaiti hesabına ilkin məbləğ olaraq cavabdehə ödədiyi 4260 manatın, əsas və faiz borcu kimi banka ödədiyi hər ay 411,10 manat hesabı ilə 52 ay müddətində (411,10 x 52 ay = 21377 manat) 21377 manatın, cəmi (4260 +21377 = 25637) 25637 manatın "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "AAAF Park" yaşayış kompleksinin tikilməsi nəzərdə tutulan binalarından mənzil sahibi olmaq üçün 2015-ci ildə keçirilən kampaniyaya qoşulmuş və bununla əlaqədar olaraq aralarında Abşeron ray. Xırdalan şəh. H.Əliyev pr. 167 ünvanında "AAAF Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümümi sahəsi 65.4 kv.m-dən ibarət olan 2-otaqlı 38 saylı mənzilə dair 18 mart 2015-ci il tarixli, ABB Y\ 1-0190 saylı alqı-satqı müqaviləsi bağlanmış mənzilin dəyəri 42510 (qırx iki min beş yüz on) manat müəyyənləşdirilmiş, bundan 4260 (dörd min iki yüz altmış) manat öz vəsaiti hesabına, 38250 (otuz səkkiz min iki yüz əlli) manat isə "xxxx" ASC tərəfindən ona ayrılmış təminatlı kredit şəklində, qabaqcadan cavabdehə tam şəkildə ödənilmişdir. Həmin vax t ona məxsus mənzilin yerləşdiyi binanın tikintisinin 2 (iki) il müddətə tam şəkildə başa çatdırılaraq təhvil veriləcəyi bildirilsə də, ötən 4 il ərzində binanın yalnız 7 mərtəbəsi yalnız monolit-beton olmaqla inşa edilmişdir. Ötən müddət ərzində hər dəfə tikinti ilə maraqlanarkən, ona bildirmişdilər ki, bu yaxınlarda tikinti işləri sürətləndirilərək, binanın təhvili başa çatdırılacaq. Lakin borclu təşkilat söz verməsinə baxmayaraq, yenə də sözüqedən bina 7 mərtəbədən ibarət monolit-beton vəziyyətində qalmaqdadır. Binanın layihə sənədlərinə uyğun olaraq 16-mərtəbə tikiləcəyini nəzərə alsaq, onda bu tikilinin hələ bundan sonra eyni tikinti surəti ilə 5 ilə 16 mərtəbədən ibarət monolit-beton vəziyyətinə gətiriləcəyi qənaətinə gəlmək olar ki, bu da borclu təşkilatının öz öhdəliklərini yerinə yetirməsi üçün nə qanundan, nə də ki işgüzar adətlərindən irəli gələn ağlabatan müddət hesab oluna bilməz. Ötən müddət ərzində mən təminatlı kredit vəsaiti alan şəxs kimi, kredit müqaviləsi üzrə bank qarşısında üzərimə düşən öhdəlikləri layiqinca icra etmiş, müqavilədən və ödəniş cədvəlindən irəli gələn müddətlərdən aylıq ödənişləri vaxtı-vaxtında keçirmişdir. Beləliklə sözügedən mənzilin ilkin dəyəri onun tərəfindən, qalan hissəsi bank tərəfindən cəmiyyətin hesabına tam olaraq ödənilmişdir. Lakin buna baxmayaraq "xxxx" MMC öz üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirməmiş, nəticədə ona satılmış mənzilin yerləşdiyi 5 saylı binanın 4 il ərzində yalnız 7 mərtəbəsi monolit-beton vəziyyətinə inşa etmişdir ki, bu da müddət baxımından ona ümid edərək gözlədiyi nəticə olmamaqla yanaşı, al ıcı kimi onun vaxtında mənzilə sahib olmaq hüququnun pozulmasıdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov, iş № 2(012)-707/2020) iddia qismən təmin edilərək, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış ABB YM-0190 saylı, 18 mart 2015-ci il tarixli “Mənzilin alqı-satqı müqavilə”sinin ləğv edilməsi və 25637 manat pulun "xxxx" MMC-dən tutulub İddiaçı ödənilməsi, iddia tələbi "xxxx" ASC-nin Premyer Müştəri Xidməti ilə İddiaçı arasında bağlanmış 19.03.2015-ci il tarixli, 4-19-03-2015 YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasının müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, ötən 5 il ərzində binanın yalnız 7 mərtəbəsi monolitbeton olmaqla inşa edilmişdir. Belə olan halda, tikilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, işin halları və qeyd edilən qanunvercilik normaları baxımdan iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Bundan başqa məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndində nəzərdə tutulmuş qaydada pulun cavabdehdən alına raq iddiaçıya ödənilməsi barədə cavabdeh təşkilatın mövqeyi ilə razılaşmır. Əvvəla, müqavilənin ləğv edildiyi halda, iddiaçının ödədiyi pulun mənzilin 3-cü şəxslərə satıldıqdan sonra qaytarılması tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndində artıq nəzərdə tutulub. Bundan başqa, mənzilə görə ödədiyi pulun qeyri-müəyyən müddətə iddiaçıya qaytarılmasının qətnamədə nəzərdə tutulması həm iddiaçının hüquqlarının müdafiəsi, həm də qətnamənin icrasının qeyri-müəyyən müddətlə əhatə olunması baxımından qanuni və əsaslı sayıla bilməz. Ona görə də məhkəmə qeyd etmişdir ki, ödədiyi pulun iddiaçıya qaytarılmasının müqavilədə tikilməsinin nə vaxt başa çatacağı göstərilməyən və şəraitə görə də tikintisinin nə vaxt başa çatması məlum olmayan mənzilin üçüncü şəxslərə satılması ilə şərtləndirilm əsi əsaslı dəlil sayıla bilməz. Mənzillə bağlı Cəmiyyətin bütün məsrəfləri çıxıldıqdan sonra yerdə qalan məbləğin qaytarılmasına gəldikdə, hansı məsrəflərin iddiaçının ödədiyi puldan çıxmalı olmasını cavabdeh təşkilat etirazında izah və sübut edə bilməmişdir. Ümumiyyətlə, hələ mövcud olmayan mənzilin tikintisi ilə bağlı hansı xərc və məsrəfin ola biləcəyi ağlabatan dəlil sayıla bilməz və ona görə də məhkəmə cavabdehin etirazının dəlillərini formal mülahizələr kimi qiymətləndirir. Bundan başqa İddiaçı ilə cavabdeh "xxxx" MMC aralarında bağlanmış 19.03.2015-ci il tarixli, ABB YM 0190 saylı alqı-satqı müqaviləsinin 3.4-cü bəndində göstərilmişdir ki, müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) halında, alıcı müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 2 (iki) %-i həcmin də minimum 1000 (bir min) manat olmaqla cəmiyyətə ödəyir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyri-müəyyən müddətə tikintisi ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii halla əlaqəli olduğundan və iddiaçı tərəfindən müqavilədən imtina cavabdeh təşkilatın təqsirli hərəkətləri nəticəsində baş verdiyindən 19.03.2015-ci il tarixli, ABB YM 0190 saylı alqı-satqı müqaviləsinin 3.4-cü bəndində razılaşdırılmış şərtin iddiaçı tərəfindən icra olunması iddiaçının haqlı mənafeyinə uyğun deyildir. Həmçinin məhkəmə hesab edir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19.03.2015-ci il tarixli, 4-19-03-2015 YS-AAAFRO saylı təminatlı kredit müqaviləsi müstəqil müqavilə olduğundan, "xxxx" ASC kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirdiyindən və həmin müqavilənin ləğv edilməsinə əsasla r müəyyən edilmədiyindən iddia tələbi 19.03.2015-ci il tarixli, 4-19-03-2015 YSAAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti vermiş və şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə iddia tələbinin təmin olunmaması hissəsində tələbini əsaslandıran dəlillər üzrə hər hansı araşdırma aparmadan, bu dəlillərə heç bir hüquqi qiymət vermədən, işin həqiqi hallarına uyğun olmayan mötəbər sübutlarla təsdiq olunmayan nəticəy ə gələrək bəsid və qanunsuz bir qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində mənzilin dəyərindən ümumillikdə 4260 manatın öz hesabına, qalan 38.250 manatı isə "xxxx" ASC tərəfindən ona ayrılmış təminatlı kredit şəklində tərəfindən ödənildiyinin işin mübahisəsiz halı kimi göstərməsi işin həqiqi hallarına uyğun deyil, əksinə, bu "xxxx" ASC ilə aralarında bağlanmış təminatlı kredit müqaviləsinin ləğvi hissəsində tələbinin dəlilləri ilə tam ziddiyət təşkil edir. Məhkəmənin iddia tələbinin "xxxx" ASC ilə aralarında bağlanmış olan təminatlı kredit müqaviləsinin ləğv olunmasının təmin edilməməsi hissəsində iş üzrə gəldiyi nəticəsi ondan ibarət olmuşdur ki, bu müqavilə müstəqil müqavilə olduğundan və Bank müqavilə üzrə öz öhdəliklərini yerinə yetird iyindən bu hissədə iddia tələbi rədd olunmalıdır. Ona ayrılmış kredit vəsaiti üzərində özü sərəncam vermək hüququna malik olduğu halda, bank müqavilə şərtlərini kobud şəkildə pozaraq onu məlumatlandırmadan ayrılmış vəsaiti mənzili ona satmış "xxxx" MMC-nin bank hesabına deyil, digər bir fiziki şəxsin cari hesabına köçürmüş və həmin vəsait təyinatı üzrə ona satılmış mənzilin tikintisinə deyil, qeyri-müəyyən yerə yönləndirmişdir. Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(012)-707/2020 saylı qətnaməsinin iddia tələbinin, "xxxx" ASC-nin Premyer Müştəri Xidməti ilə aralarında bağlanmış 19 mart 2015-ci il tarixli 4-19-03-2015 YZ-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsinin təmin olunmaması hissəsində qətnaməni qismən ləğv edərək, iddia tələbinin tam şəkildə tə min olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti vermiş və şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə bağlanmış 18.03.2015-ci il tarixli ABB YM-0190 saylı alqı-satqı müqaviləsinin və "xxxx" ASC-nin Premyer Müştəri Xidməti ilə bağlanmış 19.03.2015-ci il tarixli 4- 19-03-2015-ci il tarixli YS-AAAF-RO saylı Təminatlı kredit müqaviləsinin ləğv edilməsi və öz vəsaiti hesabına ilkin ödənilmiş 4260 manat, əsas və faiz borcu kimi banka ödədiyi hər ay 411.10 manat hesabı ilə 52 ay müddətində 21.377 manat, cəmi 25637 manatın "xxxx" MMC-dən tutulmasını xahiş etmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19.03.2015-ci il tarixli 4-19-03-2015-ci il tarixli YS-AAAF-R0 saylı Təminatlı Kredit Müqaviləs inin 6-cı bəndinə görə, kredit üzrə faizlər kredit borcu Borcverənə ödənildiyi günədək Borcalandan tutulur. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və Zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Həmin Müqavilənin 12.2-ci bəndin tələbinə görə, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəmək vəzifəsi daşımışdır. İddiaçı "xxxx" ASC-nin qarşısında 19.03.2015-ci il tarixli 4-19-03-2015-ci il tarixli YS-AAAF-RO saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) Müqaviləsi üzrə ayrılmış 38250 manat vəsaitin tam və vaxtında icrası öhdəliyini həyata keçirməlidir və vəzifə daşıyır. Halbuki həmin müqavilə üzrə tələb hüququ onlar İddiaçı deyil, "xxxx" ASC-nə ai ddir. Maddi normaya görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 19.03.2015-ci il tarixli 4-19-03-2015-ci il tarixli YS-AAAFRO saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqavilə tərəflərin qəbul etdikləri və qarşılıqlı şəkildə qismən icra etdikləri əqdlərdəndir. 19.03.2015-ci il tarixli 4-19-03-2015-ci il tarixli YS-AAAF-RO saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 13cü bəndinə görə yaranmış əsas, faiz və cərimə borcunun tələb edilməsi hüququ İddiaçı deyil, "xxxx" ASC-na məxsusdur. Həmin hüququn ötürülməsi barədə iddiaçının hər hansı bir sübutu mövcud deyildir. Mübahisələndir ilən 18 mart 2015-ci il tarixli ABB YM0190 saylı (ABB tərəfindən ipoteka ilə satılmış təmirsiz mənzil üçün) Mənzilin alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri 42510 manat olaraq, ilkin 4260 manat öz vəsaiti hesabına və qalıq 38250 manatı isə "xxxx" ASC-nə kreditləşmə üsulu ilə ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən ümumi sahəsi 65.4 kv.m. olan 2 otaqlı 38 saylı mənzilin yerləşdiyi 5 saylı yaşayış binanın inşaat-tikinti işləri davam etdirilir. Onlar həmin müqavilə üzrə öhdəliyin icrasından yayınmır və tam icra edərək yaşayış binasını təhvil verəcək. 18.03.2015-ci il tarixli ABB YM-0190 saylı Mənzilin alqı-satqı müqaviləsinin ləğvi tələbinə gəldikdə isə, həmin müqavilənin 10-cu bəndinə müqavilənin ləğvinə dair tələblər öz əksini tapmışdır. Müqavilənin 10-cu bəndinə görə, Alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri pozularsa Cəmiyyətin müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Müqavilənin ləğv edilməsi halında, Alıcı tərəfindən Cəmiyyət ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və Cəmiyyətə dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonra 7 iş günü ərzində Alıcıya qaytarılacaqdır. Hüquq norması insanların davranışını tənzimləyir, rəsmi xarakter daşıyır, sistemliliyi əks etdirir. Həmin müqavilədə onlar ilə iddiaçı - Alıcı arasında yaranmış hüquq münasibətlərini tənzimləyir. Lakin bir inci instansiya məhkəməsi bunlara düzgün qiymət verməmişdir. Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(012)-707/2020 saylı qətnaməsinin qismən, yəni İddiaçı "xxxx" MMC-nə qarşı müqavilənin ləğv edilməsi və pulun tutulmasına dair iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev, iş № 2(105)-1104/2021) İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 05 oktyabr 2020-ci il tarixli 2(012)-707/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi h ər iki tərəfin vermiş olduğu apellyasiya şikayətlərinə münasibətdə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayətləri isə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" MMC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1104/2021 nömrəli iş üzrə 19 aprel 2021-ci i l tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-in kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası İddiaçı izahatını dinləməmişdir. Digər tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiy a məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 406.2-ci maddəsinə əəsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra b ağlanmış sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən di gər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı geçikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 759.1.-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2.-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizl iyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə v asitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun poz untularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1104/2021 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4978/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4978/2021
14.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver