Məhkəmə qərarları › İş №2(102)-498/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-498/2023

13.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-498/2023 13.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızının Cavabdeh qarşı ilk, Cavabdeh Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızına qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: vindikasiya tələbi, cehiz əşyalarının qaytarılması, əmlak xarakterli öhdəliklərin bölünməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızının Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair ilk, Cavabdeh Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızına qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1871/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızı (bundan sonra - iddiaçı) xx.xx.2017-ci il tarixdə Cavabdeh (bundan sonra - cavabdeh) ilə rəsmi nikah bağlayaraq, cavabdehin atası X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, məhəllə 31/23, bina 1, blok 3, mənzil 813 ünvanında yerləşən mənzilə (bundan sonra - 7-ci mikrorayonda yerləşən mənzil) gəlin köçmüş və özünə məxsus cehiz ə şyalarını həmin mənzilə aparmışdır.

2. Təxminən 1 il sonra tərəflər Mərdəkan qəsəbəsindəki bağ evinə köçmüş və iddiaçıya məxsus bir sıra mebel və s. cehiz əşyaları həmin evə aparılmışdır. 3. xx.xx.2019-cu il tarixdə X7 7-ci mikrorayonda yerləşən mənzili orada quraşdırılmış mebel və s. əşyalarla birlikdə X1.

4. Tərəflərin birgə nikahda olduqları dövrdə "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007İKUMAZN109868 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə illik 20% olmaqla 10.000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit üzrə borc tam ödənilmişdir.

5. Tərəflər bir müddət bağ evində birlikdə yaşadıqdan sonra ailə münasibətləri pisləşmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2(011)4205/2020 nömrəli qətnaməs i ilə aralarındakı nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların (xx.xx.2017-ci il təvəllüdlü Nigar və xx.xx.2018-ci il təvəllüdlü Murad) iddiaçının yanında qalması, xx.xx.2020-ci il tarixdən (tərəflərin faktiki ayrıldıqları tarix) hesablanmaqla cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 7-ci mikrorayondakı mənzildə olan cehiz əşyaları -18300 manat dəyərində POLO Yataq mebeli (böyük şifoner, termo) - 1 dəst, masa stullarla (8 ədəd) birlikdə (Türkiyə istehsalı), yumşaq mebel - divan dəsti, jurnal masası 1 ədəd (Türkiyə is tehsalı), divan (dəyirmi masa və 4 ədəd stullarla birlikdə) - 1 dəst; 5625 manat dəyərində mətbəx mebeli (6,5 m2 avtomobil boyası ilə hazırlanmış) - 1 dəst; 1040 manat dəyərində qonaq və yataq otağında LG markalı kondisioner (40 m2) - 2 ədəd; 150 manat dəyərində yataq otağında çilçıraq 4 lampalıq- 1 ədəd; 150 manat dəyərində giriş koridorda çilçıraq 4 lampalıq - 1 ədəd; 2274 manat dəyərində mətbəxdə, qonaq və yataq otağında pərdələr - 1 dəst; 1390 manat dəyərində soyuducu 732 İHQGU LG (1.82 metr hündürlüyündə) - 1 ədəd; 1275 manat (750 ABŞ dolları) dəyərində yemək qızdıran, soba özü tənzimləyən Hotpoint-Ariston FK1041LP0X/HAS (Luce) - 1 ədəd; 272 manat (160 ABŞ dolları) dəyərində mikrodalğalı soba Hotpoint - Ariston MVVH L 2022 X (alman malı) - 1 ədəd; 442 manat (260 ABŞ dolları) dəyərində hava çəkən ELEYUS Troy 750 60 BL LED (Ukrayna istehsalı) - 1 ədəd; 340 manat (200 ABŞ dolları) dəyərində qaz sobası Hotpoint - Ariston PC 631 (BK)/HA - 1 ədəd; 1050 manat dəyərində qabyuyan Hotpoint Ariston LTF 11M116 EU - 1 ədəd; 60 manat dəyərində əlüzyuyan - 1 ədəd; 750 manat dəyərində LG markalı paltaryuyan maşın - 1 ədəd; 50 manat dəyərində qab qurudan - 1 ədəd; 100 manat dəyərində gecə lampaları 2 ədəd; 80 manat dəyərində mətbəxdə çilçıraq 2 lampalıq - 1 ədəd; 170 manat dəyərində yumşaq yumru oturacaq (Pufik) - 2 ədəd, cəmi: 33.518 manat dəyərində; - Mərdəkan qəsəbəsindəki bağ evində olan cehiz əşyaları - 670 manat dəyərində yemək servis dəsti - 84 parça hərəsindən 12 ədəd; 150 manat dəyərində elektrikli Samovar qara rəngdə - 1 ədəd; 750 manat dəyərində Bagema qab - 1 ədəd, rumkal ar (çexiya malı) - 6 ədəd; 300 manat dəyərində Bagema Meyvə qabları - 2 ədəd; 300 manat dəyərində Bagema Güldan - 2 ədəd; 750 manat dəyərində Firuzəyi servis 1 ədəd qab, rumkalar - 6 ədəd; 850 manat dəyərində 1 ədəd Bagema çaydan 6 ədəd stəkanla padnosda (Sinqapur malı) – 1 dəst; 650 manat dəyərində kamodun qabağında Bagema qabları - 1 ədəd güldan və meyvə qabı - 2 ədəd; 150 manat dəyərində plov, sous, salat və kabab üçün boşqablar (gündəlik istifadə) hərəsindən - 12 ədəd; 50 manat dəyərində şirniyyat üçün büllur vaz - 2 ədəd; 200 manat dəyərində büllur qrafinka dəsti - qrafinka - 1 ədəd, stəkan - 6 ədəd; 200 manat dəyərində büllur mürəbbə qabları - 2 ədəd; 150 manat dəyərində büllur konfet qabları - 2 ədəd; 180 manat dəyərində tavalar (ayrı-ayrı ölçüdə) - 4 ədəd; 150 manat dəyərində xalat - 1 ədəd; 36 manat dəyərində gündəlik boşqablar hərəsindən 6 ədəd, cəmi - 18 ədəd; 30 manat dəyərində dolmalıq dərin boşqab - 6 ədəd; 50 manat dəyərində bulud böyüklü-kiçikli 3 növdə hərəsindən - 6 ədəd, cəmi - 18 ədəd; 36 manat dəyərində maskoralar - 12 ədəd; 24 manat dəyərində kiçik salat və limon üçün qablar - 6 ədəd; 40 manat dəyərində gündəlik istifadə üçün qrafinka – 1 ədəd, stəkanları ilə 12 ədəd; 36 manat dəyərində kasalar 2 ədəd; 20 manat dəyərində yağ, pendir və ləbləbi qabları hərəsindən 2 ədəd; 36 manat dəyərində büllur rozetkalar 12 ədəd; 50 manat dəyərində büllur armudu stəkan nəlbəkisi ilə 12 ədəd; 80 manat dəyərində şirə içmək üçün büllur stəkan 12 ədəd; 20 manat dəyərində mürəbbə bişirmək üçün tas 2 ədəd; 9 manat dəyərində vedrə 12 litrlik 1 ədəd; 35 manat dəyərində dərin kiçik qablar dəsti - 1 dəst 6 ədəd; 10 manat dəyərində sarımsaq əzən, fındıq sındıran - 1 dəst 2 ədəd; 20 manat dəyərində ayrıca bıçaq dəsti 12 ədəd; 30 manat dəyərində çömçə və kəfkir dəsti hərəsindən 2 ədəd, 4 ədəd; 20 manat dəyərində aşsüzən plastmas 1 ədəd, dəmir 2 ədəd; 40 manat dəyərində «Tefal» balıq çevirən 1 ədəd; 30 manat dəyərində dəm çayniki 2 ədəd; 48 manat dəyərində çaşkalar nəlbəki ilə 2 dəst 12 ədəd, cəmi: 6.200 manat dəyərində, göstərilən cehiz əşyalarının 39.718 (6200+33.518) manat ümumi dəyərinin ona ödənilməsi, onun və uşaqların doğum haqqında şəhadətnamələrinin, diplomunun, xarici pasportunun və disklərin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə cavabdehlə arasında nikah qeydə alınmış, ai lə qurduqdan sonra onlar cavabdehə məxsus 7-ci mikrorayonda yerləşən mənzilə köçmüşlər. Atasının vəsaiti hesabına alınmış bütün cehiz əmlakı da həmin ünvanda yerləşdirilmişdir. Təxminən 1 il müddətində orada yaşadıqdan sonra cavabdehin valideynlərinin yaşadıqları Mərdəkan qəsəbəsindəki bağ evinə köçmüşlər. Həmin vaxtdan uşaqları ilə birlikdə daimi bu ünvanda yaşamış, bu səbəbdən də, cehiz əşyalarının bir hissəsi həmin ünvana, 1 ədəd 32 LG markalı televizor isə cavabdehin Lənkəran rayonu Girdəni kəndində yerləşən evinə aparılmışdır. 2020-ci ilin iyun ayının sonunda xəstəliyi ilə bağlı müalicənin aparılması məqsədilə neçə gün müddətinə uşaqları ilə birlikdə valideynlərinin yaşadığı evə getmiş, evdən müvəqqəti olaraq, yəni müalicə məqsədi üçün çıxdığına görə bir çox fərdi istifadəsindəki əşya ları, hədiyyələri, zinət əşyalarını və uşaqlara məxsus əşyalarını özü ilə götürməmişdir. İyul ayının 11-də öz doğum gününün keçirilməsindən sonra cavabdeh valideynlərinin yaşadığı ünvana gələrək mübahisə yaratmış və atasına nalayiq sözlər demişdir. Bu mübahisədən sonra nikahın pozulması qərarına gəlmiş və həmin vaxtdan cavabdehlə yaşadığı evə qayıtmamışdır. Hazırda valideynləri ilə birlikdə yaşayır. Dəfələrlə cehiz əşyalarının qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina edir.

8. Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Azər-Türk Bank”ASC-dən götürülmüş 10.000 manat vəsaitin ailə münasibətləri pozulduqdan sonra ödənilməmiş qalan 7480 manat hissəsinin 50 %-ni təşkil edən 3740 manatın iddiaçıdan alınar aq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, alınmış cehizlərin qiymətləri süni şəkildə yüksək göstərilməklə yanaşı, alınmış cehiz mebellərinin dəyəri birgə keçirilmiş toyda əldə edilmiş vəsait hesabına toydan sonra müştərək qaydada ödənilmişdir. Başqa sözlə, mebellərin dəyərinin çox hissəsini cavabdehin atası ödəmişdir. Bütün cehiz əşyaları atasına məxsus olmuş 7-ci mikrorayondakı mənzildə yerləşdirilmiş, sonradan atasının ağır xəstələnməsi səbəbindən müalicəsini təmin etmək məqsədilə atası həmin mənzili satmaq məcburiyyətində qalmışdır. 2019-cu ilin may ayında mənzil orada olan mebellərlə birlikdə satılmışdır. Mebellər mənzilin divar ölçülərinə uyğun yığıldığından həmin mebelləri başqa sahələrə yerləşdirmək mümkünsüz ola rdı. Bu səbəbdən, həmin vaxt iddiaçının razılığı əsasında mənzil orada quraşdırılmış mebellərlə birlikdə yeni alıcıya təqdim edilmiş, alıcı tərəfindən mənzildəki əşyaların dəyəri olaraq 6500 manat ödənilmişdir. Həmin pul vəsaitini ailə və uşaqları üçün 2019-2020-ci illərdə birgə təsərrüfatda xərcləmişlər. Müəyyən ailədaxili maddi çətinlikləri aradan qaldırmaq məqsədilə xx.xx.2019-cu ildə “Azər-Türk Bank” ASC-dən 10.000 manat kredit götürərək ailə təsərrüfatına xərcləmiş və iddiaçı bundan məlumatlı olmuşdur. Hal-hazırda həmin kredit məbləğini ödəyir, son ödəniş tarixi xx.xx.2021-ci ildir.

10. X12 (7-ci mikrorayonda yerləşən mənzilin yeni alıcısı) məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, sözügedən mənzili xx.xx.2019-cu il tarixdə X4 əşyaları ilə birlikdə almışdır. Mənzildə olan əşyalar a görə 10.000 manat ödəniş etmişdir. Mənzildə olan əşyalar aşağıdakılardır: «Polo» yataq mebel dəsti (böyük şifoner, çarpayı, termo); Qonaq otağı mebeli (divan dəsti, 1 ədəd jurnal masası, 1 masa, 8 ədəd stul), 1 ədəd komod, 1 ədəd şkaf (tumba); Mətbəxdə divan dəsti (künc) və 1 ədəd masa, 4 ədəd stul; Mətbəx mebeli dəsti (6,5 kv.m avtomobil boyası ilə hazırlanmış); Yataq və qonaq otağında olan 2 ədəd «LG» markalı kondisioner (40 kv.m üçün); yataq otağında olan 1 ədəd 4 lampalıq çilçıraq; 1 ədəd dəhlizdə 4 lampalıq çilçıraq; 3 ədəd pərdələr (yataq, qonaq və mətbəxdə); 1 ədəd soyuducu 732 HQ GU LG (1,82 m hündürlükdə); 1 ədəd «LG» markalı paltaryuyan maşın; 1 ədəd Soba (duxovka) «Hotpoint Ariston FK 1041 POX/NAS (Luce)»; 1 ədəd (alman malı) Mikrodalğalı soba «Hotpoint Ariston MW HA 2022 X»; 1 ədəd havaçəkən «Eleyeus Troy 750 60 BLLED» (Ukrayna istehsalı); 1 ədəd qaz sobası «HotpointAriston LTF 11M116 EU»; 1 ədəd umıvalnik; 1 ədəd qab qurudan (suşilka); 1 ədəd mətbəxdə iki lampalı çilçıraq.

11. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 7-ci mikrorayonda yerləşən mənzil qardaşının mənzilidir. Həmin mənzil müəyyən səbəblərdən satılmışdır. Mənzildə olan əşyaların bir hissəsi bağ evinə aparılmış, əşyaların aparılmasında o da iştirak etmişdir. Həmin əşyalar bağa hissə-hissə aparılmışdır. Mənzildə qalan əşyaların dəyərində mənzili alan şəxs pul ödəmiş, həmin pul ailə xərcləri üçün istifadə edilmişdir. Mənzilin satılmasından iddiaçının məlumatı olmuşdur. Mənzilin niyə satılmasını dəqiq bilmir, mənzil satılanda iştirak etməmişdir. Mənzilin birgə nikah dövründə alınıbalı nmaması barədə dəqiq məlumatı yoxdur. Mənzil satılanda evdə olan hər kəsin məlumatı olmuşdur.

12. Digər şahid X6 isə ifadəsində bildirmişdir ki, ailənin dostudur. Faiqlə bağa gəlmiş, əşyaları metallik furqonla bağa aparmışlar. Bağ Mərdəkanda yerləşir. Onlar əşyaları 7-ci mikrorayonda yerləşən mənzildən bağa aparmışlar. Mənzilin neçəyə satılması və kimə satılması barədə məlumatı yoxdur.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3643/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) ilk iddia qismən təmin edilərək, iddiaçıya məxsus 170 manat dəyərində 2 ədəd yumşaq yumru oturacaq (pufik), 670 manat dəyərində hərəsindən 12 ədəd olmaqla 84 parçadan ibarət yemək servis dəsti, 750 manat dəyərində 1 ədəd bagema qa bı və 6 ədəd rumka (Çexiya malı), 300 manat dəyərində 2 ədəd bagema meyvə qabı, 300 manat dəyərində 2 ədəd bagema güldanı, 750 manat dəyərində firuzəyi servis (1 ədəd qab, 6 ədəd rumka), 850 manat dəyərində 1 ədəd bagema çaydan və 6 ədəd stəkanla podnosda (Sinqapur malı), 650 manat dəyərində komodun qabağında bagema qabları (1 ədəd güldan və 2 ədəd meyvə qabı), 150 manat dəyərində hərəsindən 12 ədəd olmaqla plov, sous, salat və kabab üçün boşqablar, 50 manat dəyərində 2 ədəd şirniyyat üçün büllur vaz, 200 manat dəyərində büllur qrafinka dəsti (1 ədəd qrafinka, 6 ədəd stəkan), 200 manat dəyərində 2 ədəd büllur mürəbbə qabları, 150 manat dəyərində 2 ədəd büllur konfet qabları, 150 manat dəyərində 1 ədəd xalat, 36 manat dəyərində hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd gündəlik boşqablar, 3 0 manat dəyərində 6 ədəd dolmalıq dərin boşqab, 50 manat dəyərində hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd 3 növdə böyüklü kiçikli bulud, 36 manat dəyərində 12 ədəd maskura, 24 manat dəyərində 6 ədəd kiçik salat və limon üçün qablar, 40 manat dəyərində 1 ədəd gündəlik istifadə üçün qrafinka 12 ədəd stəkanları ilə, 36 manat dəyərində 12 ədəd kasa, 20 manat dəyərində hərəsindən 2 ədəd olmaqla yağ, pendir və ləbləbi qabları, 36 manat dəyərində 12 ədəd büllur razetka, 50 manat dəyərində 12 ədəd büllur armudu stəkan nəlbəkisi ilə, 80 manat dəyərində 12 şirə içmək üçün büllur stəkan, 20 manat dəyərində 2 ədəd mürəbbə bişirmək üçün tas, 9 manat dəyərində 1 ədəd 12 litrlik vedrə, 35 manat dəyərində 6 ədəd dərin kiçik qablar naboru 1 dəst, 10 manat dəyərində 2 ədəd sarımsaq əzən, fındıq sındıran, 2 0 manat dəyərində 12 ədəd ayrıca bıçaq naboru, 30 manat dəyərində hərəsindən 2 ədəd olmaqla çömçə və kəfkir naboru, 20 manat dəyərində 1 ədəd plasmaz, 1 ədəd dəmir aşsüzən, 40 manat dəyərində 1 ədəd tefal balıq çevirən, 30 manat dəyərində 2 ədəd dəm çayniki, 48 manat dəyərində 12 ədəd çaşkalar nəlbəki ilə 2 dəst və ya onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, ilk iddianın qalan hissədə rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin atası mülkiyyətində olan mənzili özünün ağır xəstəliyi ilə əlaqədar mənzildə olan, mənzilin ölçülərinə uyğun yığılmış mebel və s. əşyalarla birlikdə hazırkı iş üzrə tərəflərin razılığı ilə satmışdır. Mənzil satıla rkən mənzilin alıcısı evdə qalan bəzi əşyalara görə əlavə pul ödəmiş, müəyyən əşyalar isə Mərdəkanda yerləşən bağ evinə aparılmış, tərəflər də yaşamaq üçün həmin evə köçmüşlər. Bağ evində xeyli müddət yaşadıqdan sonra münasibətləri pisləşdiyindən iddiaçının təşəbbüsü ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur.

15. İddiaçı mənzilin satılmasından xəbərinin olmadığını bildirsə də, məhkəmə onun bu izahatını inandırıcı saymır, ona görə ki, iddia ərizəsində və izahatında təxminən 1 il müddətində 7-ci mikrorayonda yerləşən mənzildə yaşadıqdan sonra cavabdehin valideynlərinin yaşadıqları Mərdəkan qəsəbəsindəki bağ evinə köçmələrini, həmin vaxtdan uşaqları ilə birlikdə daimi bu ünvanda yaşamalarını, bu səbəbdən də, cehiz əmlakının bir hissəsinin həmin ünvana aparılmasını göstərmişdir. İddiaç ı bağ evinə daimi yaşamaq üçün köçərkən mənzilin alıcısı X9 ərizəsində sadalanan, onun mənzili alarkən dəyərini ödədiyi əşyaların bağ evinə aparılmamasını bildirmişdir.

16. Cavabdeh mənzildə olan mebellərin iddiaçının razılığı ilə satılaraq əldə edilən vəsaiti ailə təsərrüfatına xərclənməsini, çoxsaylı ev əşyalarının xarab olduğundan atılmasını bildirsə də, mənzilin alıcısının məhkəməyə təqdim etdiyi ərizəsində sadalanan əşyalar istisna olmaqla iddiaçının sonuncu ərizəsində sadalanan, ona məxsusluğu iddia edilən digər əşyaların mənzildən aparılması faktı təsdiq edilmişdir.

17. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, cavabdeh tərəfindən birgə nikah dövründə bankdan kredit götürülərək, ailənin ümumi mənafeyi tələb edən məsələlərin həll edilməsinə xərclənmiş, kredit cavab deh tərəfindən ödənilmiş və tərəflər arasında ailə münasibətləri faktiki olaraq (xx.xx.2020-ci il tarixdən) pozulduqdan sonra banka olan qalıq borc 7480 manat təşkil etmişdir.

18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 36, 37.3, 41.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.3, 217.4-cü maddələrinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edil məsini, ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətində işin halları sadalanmaqla göstərilmişdir ki, məhkəmə faktiki sübutlara deyil, cavabdehin təqdim etdiyi formal mülahizələrə əsaslanmışdır. İş materiallarında olan sübutlardan görünür ki, iddiaçı 7-ci mikrorayonda olan mənzilə köçdükdən bir müddət sonra cavabdehin təkidi ilə Mərdəkandakı bağ evinə köçmüş və əşyaların az hissəsini - gündəlik istifadə üçün nəzərdə tutulanlar bağ evinə aparılmışdır. Nikah dövründə və nikahdan sonra məhkəmədə iddia qaldırılanadək 7-ci mikrorayondakı mənzilin satılmasından xəbəri olmamışdır. Cavabdeh məhkəmə baxışı zamanı götürülmüş kreditin nəyə xərcləndiyini əsaslandıra bilməmişdir.

21. Apellyasiya baxışı zamanı idd iaçı tərəfdən təqdim edilmiş qaimələrdən görünür ki, «Polo» yataq mebel dəsti xx.xx.2016-cıil tarixdə 18300 manata, mətbəx mebeli dəsti xx.xx.2016-cı il tarixdə 5625 manata, Yataq və qonaq otağında olan 2 ədəd «LG» markalı kondisioner xx.xx.2016-cı il tarixdə 1040 manata, 3 ədəd pərdələr (yataq, qonaq və mətbəxdə) xx.xx.2016-cı il tarixdə 2274 manata, 1 ədəd soyuducu 732 HQ GU LG xx.xx.2016-cı il tarixdə 1390 manata, 1 ədəd «LG» markalı paltaryuyan maşın xx.xx.2016cı il tarixdə 750 manata, 1 ədəd Soba (duxovka) «Hotpoint Ariston FK 1041 POX/NAS (Luce) xx.xx.2016-cı il tarixdə 682,5 ABŞ dollarına, 1 ədəd (alman malı) Mikrodalğalı soba «Hotpoint Ariston MW HA 2022 X» xx.xx.2016-cı il tarixdə 145,6 ABŞ dollarına, 1 ədəd havaçəkən «Eleyeus Troy 750 60 BLLED» (Ukrayna istehsalı) xx.xx.2016-cı i l tarixdə 236,6 ABŞ dollarına, 1 ədəd qaz sobası «HotpointAriston LTF 11M116 EU» xx.xx.2016-cı il tarixdə 182 ABŞ dollarına, 1 ədəd qabyuyan HotpointAriston LTF 11M116 EU xx.xx.2016-cı il tarixdə 445,9 ABŞ dollarına alınmışdır.

22. Məhkəmə kollegiyası tərəfindən 7-ci mikrorayonda yerləşən mənzildə olan əşyaların X2 xx.xx.2019-cu il tarixə (aşınma nəzərə alınmaqla) qiymətinin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş qiymətləndirmə üzrə "xxxx" MMC-nin 14 aprel 2022-ci tarixli, 15/0396 saylı hesabatına əsasən, qiymətləndirməyə təqdim edilmiş 2016-cı ilin avqust-sentyabr aylarında alınmış mebel və ev əşyalarının satıldığı xx.xx.2019-cu il tarixə (aşınma nəzərə alınmaqla) real bazar dəyəri 27.384 manat müəyyən edilmişdir.

23. Cavabdehin vəsatəti əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ek spertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2022-ci il tarixli, 9/3445 nömrəli ekspert rəyinə əsasən, göstərilən əşyaların 2016-2019-cu il tarixədək istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 16.480 manat müəyyən edilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1871/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin 7-ci mikrorayonda yerləşən satılmış mənzildə olan cehiz əşyalarının dəyərinin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia qismən təmin edillərək, mənzildə olan cehiz əşyalarının dəyəri kimi 27.299 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsi, qarşılıqlı iddianın rədd olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 7-ci mikrorayonda yerləşən mənzilin onun ölçülərinə uyğun yığılmış mebel və s. avadanlıqlarla birlikdə iddiaçının razılığı ilə satıldığını qeyd etsə də, mənzilin əşyaları ilə birlikdə satılmasından iddiaçının xəbərinin olması işin hallarından müəyyən edilmir. Belə ki, tərəflər evləndikdən sonra həmin mənzilə köçmüş, təxminən 1 il yaşadıqdan sonra bağ evinə köçmü şlər. Bağ evində yaşadıqları dövrdə mənzil və əşyalar satılmışdır. Göründüyü kimi, mənzil əşyalarla birlikdə satılarkən iddiaçının xəbəri olmamışdır, iddiaçıya məxsus əşyaların satılmasına iddiaçının razılığının olması sübuta yetirilməmişdir. Odur ki, mənzillə bərabər satılmış cehiz əşyaları iddiaçıya qaytarılmalıdır. Lakin hazırda əşyalar satıldığı üçün onların dəyəri iddiaçıya ödənilməlidir.

26. Məhkəmə kollegiyası həmin əşyaların satıldığı xx.xx.2019-cu il tarixə (aşınma nəzərə alınmaqla) qiymətinin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş qiymətləndirmə üzrə "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyini daha mötəbər hesab etmişdir. Belə ki, MMC tərəfindən illər üzrə aşınma nəzərə alınmaqla əsaslandırılmış rəy verilmişdir, Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi isə ü mumi ifadələrdən ibarət olmaqla kifayət qədər əsaslandırılmamışdır. Odur ki, "xxxx" MMC tərəfindən müəyyən edilmiş məbləğ əsas götürülməklə, qeyd edilən məbləğ iddiaçıya ödənilməlidir. Lakin iş materiallarında olan bəzi cehiz əşyalarının cavabdeh tərəfindən iddiaçıya və onun nümayəndələrinə təhvil verilməsi barədə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, 2 ədəd gecə lampası iddiaçıya təhvil verilmişdir. Bu səbəbdən, həmin iki ədəd gecə lampasının müəyyən edilmiş dəyəri olan 85 manat ümumi məbləğ 27.384 manatdan çıxılmalı və 27299 manat (27384-85) iddiaçıya ödənilməlidir.

27. Kollegiya qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, işə rayon və apellyasiya icraatı qaydasında baxılarkən cavabdeh kredit vəsaitinin ailənin ümumi ehtiyaclarına sərf olunmasına dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh götürülən kreditin ailə üçün xərcləndiyini bildirərək, Şəki rayonuna səfər etdiklərini, uşağı dənizə apardığını və s. göstərmişdir. Əvvəla, cavabdeh tərəfindən kredit noyabr ayında götürülmüş, məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, tərəflər Şəkiyə yay aylarında getmişlər. Digər tərəfdən, uşağın dənizə aparılması və ya Şəkiyə gəzməyə gedilməsi üçün kredit götürülmüş 10.000 manat vəsaitin sərf edilməsi ağlabatan deyildir. Göründüyü kimi, cavabdeh kredit məbləğinin ailənin ümumi ehtiyaclarına sərf olunmasını iddia etdiyi halda, bu halı sübuta yetirə bilməmiş, işin müəyyən edilmiş halları ilə isə bu təkzib edilmişdir. Odur ki, qətnamə bu hissədə də ləğv edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etira zın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

29. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin gəldiyi qənaət işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçının iddia tələbinin dəqiqləşdrilməsi adı altında təqdim etdiyi ərizədən aydın olur ki, cavabdehin aktla qaytardığı əmlak təkrarən ondan tələb olunur və bu hal guya ki, həmin əşyanın iki ədəd olması, birinin qaytarılması, digərinin yaddan çıxması və sonradan əlavə edilməsi ilə əsaslandırılır. Eyni zamanda, sonradan təqdim olunmuş ərizədə əşyaların qiyməti ilə əvvəlki iddia ərizəsində əşyaların qiymətləri arasında kəskin fərqlər olması açıq-ayd ın görünür.

30. İşin birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçının nəinki 7-ci mikrorayondakı mənzilin, o cümlədən həmin mənzildə olan mebellərin bir qisminin mənzillə birlikdə satılmasından məlumatlı olması şahid ifadələri ilə tam təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi isə bu ifadələrə ümumiyyətlə toxunmamış, nəyə görə sübut qismində nəzərə almadığını əsaslandırmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsində iddiaçının atası Əlimərdan Quliyev izahatında göstərmişdir ki, qızı Mərdəkan qəsbəsinə köçdükdən bir müddət sonra o, qızının yanına qonaq getmiş və onların 7-ci mikrorayonda yaşadıqları evdən asılmış çilçırağın Mərdəkandakı bağ evindən asıldığının şahidi olmuşdur. Bununla bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, qızından çilçırağın hansı səbəbdən ba ğ evindən asılmasının səbəbini soruşduqda, qızı bunun səbəbini izah edə bilməmişdir. Lakin hamıya məlum olan fakt ondan ibarətdir ki, çilçıraq asıldığı yerdən mənzilin satıldığı və şəxsin daimi yaşamaq üçün başqa bir yerə getdiyi halda sökülür. İddiaçının iddiasında və izahatında uşaqları ilə birlikdə daimi bağ evi olan ünvana köçərək yaşamalarını, bu səbəbdən də cehiz əmlakının bir hissəsinin həmin ünvana aparılmasını etiraf etməsi onun sözügedən mənzilin satılmasından nəinki xəbəri olmasının, həmçinin onun mənzildə olan mebelin və s. əşyaların mənzillə birlikdə satılmasına razılıq verməsinin təsdiqidir.

31. Digər tərəfdən, iddiaçı əşyalarla bağlı bir neçə qaimə təqdim etmiş, məhkəmə tərəfindən onların həqiqiliyi araşdırılmadan və sübuta yetirilmədən qəbul edilmişdir. Halbuki, bu qaiməl ər əlyazma olmaqla, hər hansı ödəniş qəbzi qaiməyə əlavə edilməmişdir. Bununla da, hətta qaimələrin həqiqiliyi qəbul olunsa belə, onlarda göstərilən məbləğlərin həqiqətən ödənilib-ödənilmədiyi müəyyən olunmur.

32. Tələb olunan əşyaların qiyməti ilə bağlı apellyasiya məhkəməsi tərəfindən "xxxx" MMC-nin rəyi əsas götürülmüşdür. Lakin həmin rəydən görünür ki, əşyaların amortizasiyası, hazırkı bazar dəyəri və likvidliyi nəzərə alınmamış, malların alış qiymətinə yaxın qiymətlər verilmişdir. Eyni zamanda, adı çəkilən MMC məhkəmə ekspertizası idarəsi və ekspertizanı həyata keçirən şəxs isə özəl məhkəmə eksperti olmadığı üçün (şəhadətnamə yoxdur) məhkəmə tərəfindən məhkəmə ekspertizasının həyata keçirilməsinin bu hüquqi şəxsə tapşırılması qanunvericiliklə yolverilməzdir. Buna görə də, həmin rəyin eksperti rəyi kimi qiymətləndirilməsi, onun Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən daha mötəbər hesab edilməsi qanunsuzdur. İstənilən halda ekspert rəyi mütəxəssis rəyindən daha mötəbər və tutarlı sübut hesab olunur. Məhkəmə verilən ekspert rəyini natamam hesab etmişdirsə, əlavə və ya təkrar ekspertiza təyin edə bilərdi.

33. Qeyd olunanlardan əlavə, ilk iddianın hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 164.2-ci maddəsinin məzmunundan aydın olduğu kimi, sahibliyin itirilməsi halında şəxs 1 il ərzində iddia ilə məhkəməyə müraciət edə bilər. İddiaçının da təsdiq etdiyi kimi tərəflər 2019-cu ildə bağ evinə köçmüşlər. Bu halda, hətta iddiaçının razılığının olmaması fərz edilsə belə, əşyalar barədə növbəti il ərzində iddia qaldırıla bilərdi. Hazırkı iddianın 2021-ci ilin apre l ayında qaldırılmasına baxmayaraq, məhkəmə tərəfindən qanunla müəyyən edilmiş 1 illik kəsici müddətin ötürülməsi nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməklə qanuni və əsaslı qətnamə çıxarmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikas ının Ailə Məcəlləsi

37. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.

38. Maddə 33.1. Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

39. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

40. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

41. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

42. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

43. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı

44. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri ərarvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə”əmələ gəlmiş””öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə u yğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar.

45. Ər-arvadın nikah dövründə qazandıqları əmlak” hesabına icra edilmiş öhdəl iklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir, yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

48. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş” hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını”qismən ləğv edə və ya”tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış mebel və s. cehiz əşyalarının (siyahısı mənzilin alıcısı X12 tərəfindən verilmiş ərizədə göstərilmiş) dəyərinin qaytarılması hissəsi istisna olmaqla, ilk iddianın təmin olunmuş hissələrində və qarşılıqlı iddianın rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Kassasiya şikayətinin dəlillərində bu hissələrlə bağlı qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

61. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tələblərin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasə n hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, qətnamə bu hissələrdə qüvvəsində saxlanılmalıdır.

62. Bununla belə, apellyasiya instansiyası məhkəməsi 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış mübahisəli əşyalarının dəyərinin qaytarılması hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

63. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla bir müddət cavabdehin atasına məxsus 7-ci mikrorayonda yerləşən mənzildə yaşamışlar və iddiaçı özünə məxsus cehiz əşyalarını həmin mənzilə aparmışdır. Təxminən 1 il sonra Mərdəkan qəsəbəsindəki bağ evinə köçmüşlər və iddiaçıya məxsus bir sıra cehiz əşyaları da həmin evə aparılmışdır. xx.xx.2019-cu il tarixdə cavabdehin atası 7-ci mikrorayonda yerləşən mənzili orada quraşdırılmış iddiaçıya məxsus bir sıra mebel və s. cehiz əşyaları ilə birlikdə X1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur (§ 1-5).

64. Hazırda iddiaçı 7-ci mikrorayonda yerləşən mənzildə qalmış mübahisəli cehiz əşyalarının və ya onların dəyərinin qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək, həmin əşyaların iddiaçının razılığı ilə mənzillə birlikdə satıldığını və əldə edilmiş vəsaitin ailənin ehtiyacları üçün xərcləndiyini bildirir.

65. Apellyasiya instansiya məhkəməsi bu tələbi rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə ləğv edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, mənzilin əşyaları ilə birl ikdə satılmasından iddiaçının xəbərinin olması işin hallarından müəyyən edilmir. Belə ki, tərəflər evləndikdən sonra həmin mənzilə köçmüş, təxminən 1 il yaşadıqdan sonra bağ evinə köçmüşlər. Bağ evində yaşadıqları dövrdə mənzil və əşyalar satılmışdır. Göründüyü kimi, mənzil əşyalarla birlikdə satılarkən iddiaçının xəbəri olmamış, iddiaçıya məxsus əşyaların satılmasına iddiaçının razılığının olması sübuta yetirilməmişdir. Odur ki, mənzillə bərabər satılmış cehiz əşyaları iddiaçıya qaytarılmalıdır. Lakin hazırda əşyalar satıldığı üçün onların dəyəri iddiaçıya ödənilməlidir.

66. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsası n dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə, cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

67. Hazırkı iddia tələbi vindikasiya tələbi olmaqla iddiaçı cavabdehin qanunsuz sahibliyində qaldığını iddia etdiyi cehiz əşyalarının geri qaytarılmasını tələb edir.

68. Bu tələbin hüquqi əsasını təşkil edən mülkiyyətin müdafiəsini təmin edən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (§ 35).

69. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üç ün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Qeyd olunan şərtlərin hər biri ödənməlidir və onların mövcudluğunu sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.

70. Baxılan işdə cavabdehin atasına məxsus 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış mübahisəli cehiz əşyalarının iddiaçıya məxsus olması, həmin əşyaların mənzillə birlikdə satılaraq hazırda başqa şəxsin (alıcının) sahibliyində olması işin mübahisəsiz hallarıdır.

71. Göründüyü kimi, iddiaçının vindikasiya tələbi çərçivəsində geri qaytarılmasını tələb etdiyi əşyaların hazırda cavabdehin sahibliyində olması şərti ödənilmir. Belə olan halda, iddiaçının cavabdehə qarşı həmin əşyaların qaytarılması bar ədə iddia tələbi ilə çıxış etmək hüququ olmamışdır.

72. Faktiki vəziyyət bu şəkildə olduqda, iddiaçı mübahisəli əşyaları qaytarılması barədə hazırkı tələbini yalnız həmin əşyalara faktiki olaraq qanunsuz sahiblik edən şəxsə qarşı irəli sürə, əks təqdirdə isə ona məxsus mübahisəli əşyalarının satılmasına razılığının olmamasına istinad edərək, məhz həmin əşyaları qanunsuz satmış və onların dəyərini əldə etmiş şəxsə qarşı mülki hüquq pozuntusu qaydaları çərçivəsində düşdüyü zərərin əvəzinin ödənilməsi barədə iddia qaldıra bilər.

73. Apellyasiya instansiyası məhkəməsi isə bütün bunlara baxmayaraq, cavabdehin həmin tələbə cavab verməli olan şəxs olub-olmadığını müzakirə etməmişdir.

74. Məlum olduğu kimi, iddia ona cavab verməli olan şəxsə qarşı irəli sürülməlidir. Bu səbəbdən iddia ona cavab ve rməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (§ 47-48).

75. Qeyd edilənlər məhkəmə qətnaməsinin iş üzrə müəyyən edilmiş” hallara, tərəflərin qarşılıqlı münasibətinə, maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmadığına dəlalət edir.

76. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§ 56).

77. Beləliklə, qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməs i ilk iddianın 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılmasına aid hissədə ləğv edilməli, həmin tələblərin göstərilən hüquq normaları əsasında araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməli, məhkəmə aktı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1871/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilk iddianın 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması hissəsində ləğv e dilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissələrdə - ilk iddianın təmin olunmuş qalan hissələrində və qarşılıqlı iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar